Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə295/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   291   292   293   294   295   296   297   298   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Becərilmə texnologiyası.
Növbəli əkində koriandrı payızlıq və yazlıq taxıllar, dənli-
paxlalılar, qarğıdalı kartof və digər bitkilərdən sonra becərmək olar. Çox hallarda koriandrdan sonra 
yazlıq taxıllar becərilir.
Koriandr qida maddələrini bir bərabərdə mənimsəmir. Qida elementlərini daha çox çiçəkləmə 
fazasında mənimsəyir. Qida elementlərinin və nəmliyin bu fazada çatışmaması bitkinin 
məhsuldarlığını aşağı salır.
Koriandr gübrəyə tələbkar bitkidir. Üzvi gübrələr hektara 20 ton olmaqla sələflərin altına 
verilir, mineral gübrələr isə bitkini becərərkən öz altına verilir. Səpinqabağı becərmədə hektara 45-
60 kq azot, fosfor və kalium, səpinlə birlikdə cərgələrə 10 kq fosfor, və 4-5 yarpaq fazasında 
yemləmə şəklində hektara 20 kq azot və fosfor verilir.
Koriandr əkinləri üçün torpaq 27-30 sm dərinliyində payız şumu edilir, (dənli bitkilərdən 
sonra üzləmə aparılır) erkən yazda malalanır və kultivasiya çəkilərək malalama aparılır. Alaqlarla 
çox zibillənmiş tarlalarda ikinci dəfə 10-12 sm dərinliyində üzləmənin aparılması məqsədə 
uyğundur. 
Səpin üçün bərabər ölçülü toxumlardan istifadə edilməlidir. 3-4 gün toxumların isti havada 
qızdırılması onlara müsbət təsir edir. Səpin qabağı toxumlar hər kq-a 40 qram 80%-li TMTD ilə 
dərmanlanır.


262 
Səpindən dərhal sonra eyni bərabərdə çıxışlar almaq üçün sahə tapdalanır, 4-5 gündən sonra 
cücərtilərə qədər birinci malalama aparılır, toxumlar çirtən zaman ikinci malalama aparılır. Alaq 
otlarına qarşı mübarizə məqsədi ilə 2-3 dəfə cərgəarası becərmələr aparılır və 2-3 yarpaq fazasında 
hektara 4 kq propanid herbisidi çilənir.
Toxumların yetişməsi eyni vaxta təsadüf etmir, həm də yetişmiş toxumlar asanca tökülür. 
Əlverişsiz hava şəraitində daha çox toxum itirilməsi qaçılmazdır.
Məhsulun iki mərhələdə yığılması daha yaxşı nəticə verir. Meyvələrin 40%-i qonurlaşdıqda 
biçin başlanır, 80%-i qonurlaşanda isə biçin qurtarır. Biçin 15-20 sm hündürlükdən aparılır. 
Meyvədə nəmlik 15-16%-ə çatdıqda biçilmiş kütlə barabanın dövrlər sayı aşağı olan taxıl
kombaynı «Niva» ilə döyülür. Saxlama anbarına yığılarkən toxumların nəmliyi 12%-dən yüksək 
olmamalıdır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   291   292   293   294   295   296   297   298   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin