Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə292/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   288   289   290   291   292   293   294   295   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Becərilmə texnologiyası.
Növbəli əkində perilla payızlıq taxıllardan, başdan-başa becərilən 
və dənli-paxlalı bitkilərdən sonra yerləşdirilir. 
Perilla gübrə verilməsinə həssasdır. Hektara 30 ton peyin verdikdə məhsuldarlıq iki dəfə artır. 
Təxmini mineral gübrə dozası hektara N
45
P
60
K
40
kq-dır. Torpağın becərilməsinə diqqət yetirmək 
lazımdır. Yazda malalamadan əlavə iki dəfədən az olmayaraq kultivasiya çəkilir.
Səpin üçün perillanın toxumları təmiz 95%-dən az və cücərməsi 75%-dən aşağı olmamalıdır. 
Səpindən əvvəl toxumları 65%-li fenturamla hər 100 kq toxuma 300 qram hesabı ilə dərmanlanır. 
Torpağın üst səthində temperatur 12 
0
C-yə çatdıqda səpin aparılır. Səpin gencərgəli üsulla, 
cərgəarası 60 sm olmaqla aparılır. Səpin norması hektara 5-8 kq, toxumun basdırılma dərinliyi 3-4 
sm-dir. 
Əkinlərə qulluq cücərtilər əmələ gəldikdə malalamadan və 3-4 dəfə cərgə aralarının 
becərilməsindən ibarətdir. 
Yetişən zaman perilla güclü tökülür, ona görə də toxumlar yetişməyə başladıqda, təxminən 
onların 20%-i normal rəng aldıqda yığmaq lazımdır. Yığım başlıca olaraq iki fazada aparılır.
Saxlama zamanı perilla toxumlarının nəmliyi 9%-dən artıq olmamalıdır. 
21.1.11. Lallemantiya 
Əhəmiyyəti, yayılması və məhsuldarlığı.
Lallemantiyanın toxumunda yüksək keyfiyyətli lak 
və əlif hazırlanmasında tətbiq olunan 23%-dən 38%-ə qədər tez quruyan yağ var. Öz texniki 
dəyərinə görə lallemantiya yağı perilla yağına yaxındır. Saflaşdırılmış yağından ərzaq kimi istifadə 
etmək olar.
Lallemantiya çoxdan bəri Kiçik Asiyada və Rusiyada (Krasnadar və Rostov vilayətlərində və 
Stavropol diyarında) becərilir. 
Botaniki təsviri və bioloji xüsusiyyətləri.
Dalamaz -
Lamiaceae
fəsiləsinə daxil olan – 
Lallemantia iberica F. et M. – 
birillik bitki cinsidir. Lallemantiyanın yaxşı inkişaf etmiş mil kökü, 
dikdayanan dördüzlü budaqlanan gövdəsinin hündürlüyü 60-70 sm-dir. Yarpaqları qarşı-qarşıya, 
tamkənarlı, dalğavarı, aşağı yarpaqlar qısa saplaqlı, yuxarıdakılar isə təxminən oturaqdır. Çiçəyində 
5-8 ədəd yalançı çiçək köbəsi var. Süpürgəsi ikidodaqlı ağ, çəhrayı, yaxud mavi rənglidir. Öz-özünü 
tozlayan bitkidir, lakin həşəratlar vasitəsi ilə tozlanma da mümkündür. Meyvəsi dörd ədəd toxum 
adlanan xırda qozcuqdan ibarətdir. Toxumlar xırda, uzuntəhər, uzunluğu 4-5 mm, əsası ikiqat 
qabarıq zolaqdan ibarət tünd-darçını yaxud tünd-bənövşəyi rənglidir. Toxumun 1000 ədədinin 
kütləsi 4-5 qramdır.


260 
İstiliyə və nəmliyə tələbkar deyil. Onun toxumu 3-4 
0
C-də cücərməyə başlayır, cücərtilər -6 
0
-
yə qədər şaxtaya dözürlər. Quraqlığa davamlı bitkidir. Qısaldılmış gün onun yetişməsini ləngidir. 
Lallemantiyanı müxtəlif torpaqlarda becərirlər. Qara torpaqlarda daha yüksək məhsul verir. 
Vegetasiya dövrü 80 günə qədərdir. Quraqlıq illərdə o 65-67 günə yetişir.
Lallemantiyanın yetişmiş toxumları quraq hava şəraitində tökülməsi zəif, nəmli şəraitdə isə 
güclü olur. Bu onunla izah edilir ki, quru hava şəraitində kasacıqlar içəri əyilir və toxumun 
tökülməsinin qarşısını alır, nəmli havada isə kasacıqlar ayrılır və toxumlar bayıra tökülür.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   288   289   290   291   292   293   294   295   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin