Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə275/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   271   272   273   274   275   276   277   278   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Məhsulun yığılması.
Səbətciklərin 90 %-i sarı-qonuru rəngli və qurumuş olduqda yığım 
aparılır. Bu vaxt nəmlik 12-14%-ə çatır. Səbətcikdə nəmlik 70-75%, gövdədə isə 60-70%-ə bərabər 
olur. Məhsul yığımı qısa müddətdə 4-5 günə başa çatdırılmalıdır.
Məhsul yığımı xüsusi hissələrlə təchiz edilmiş taxıl kombaynları ilə aparılır. 
Bəzən bitkilərin gövdə və yarpaqlarını qurutmaq üçün maqnezium-xloratdan istifadə edilir. 
Hər hektara 20 kq preparat götürülərək 100 litr suda həll edilir və çilənir. Bu halda məhsul yığımına 
10-12 gün tez başlamaq mümkündür. Yığımı taxıl kombaynları CK-5 “Niva”, PSP –1,5 tərtibatı ilə 
də aparmaq olar. Bu tərtibatla kombayn gövdələri 20 sm–lik yüksəklikdən kəsərək 15 sm iriliyində 
xırdalayır, toxumlar isə bunkerə tökülür. Yığılmış toxumlar qurudularaq təmizlənir və saxlanma 
yerlərinə daşınır. Tərkibində yağlılıq faizi çox olan toxumlar saxlanılarkən nəmliyi 7%-ə bərabər 
olmalıdır. Toxumlar 1 metr təbəqədə (qalınlıqda) saxlanılır. Kisələrdə saxlanılan toxumların 
nəmliyi isə 8-10%-ə yaxın olmalıdır.
Quraqlıq illərdə toxumların dolması çiçəkləmədən 38 gün sonra, toxumun nəmliyi 30%-ə 
endikdə; nəmli illərdə isə toxumun dolması 10 gün artıq davam edir. Xarici əlamətlərinə görə 3 cür 
yetişmə qeyd edilir - sarı, qonur, tam.
1.
Sarı yetişmədə yarpaqlar və səbətin alt tərəfi limonu-sarı rəng alır. Bu dövrdə səbətdə 
nəmlik 78-82%, tumda isə 30-40% olur. 
2.
Qonur yetişmədə səbət tünd qonur rəng alır, nəmlik 40-50%, tumda isə 12-14% olur. 
3.
Tam yetişkənlikdə səbətin nəmliyi 18-20%, tumunku isə 10-12%-ə çatır.
Toxumların orta nəmliyi 12-14%-ə endikdə günəbaxanın yığımına başlanılır. Bu dövrdə 
bitkinin 80-90%-i qonur-sarı, səbətlərin əksəriyyəti qonur, quru olmaqla 10-12%-i sarı rəng alır. 
Nəmişli illərdə günəbaxanın yetişməsi uzanaraq çiskinli havaların başlanması ilə bir yerə düşür ki, 
bu da sklerotina və boz çürümə xəstəliyinin yayılmasına səbəb olur. Yığımı qısa müddətdə aparmaq 
üçün desikasiya edilir. Desikasiya bitkinin yetişməsini sürətləndirir, yığım müddətini qısaldır, ağ və 
boz çürüməni zərərsizləşdirir, quru və yüksək keyfiyyətli toxum alınmasına şərait yaradır. 
Kütləvi çiçəkləmədən 35-40 gün sonra toxumlarda nəmlik 30-35% olduqda əkinləri 


248 
maqnezium-xloratın 60%-li məhlulu ilə hektara 20 kq; 20%-li reqlon 2 litr və ya onların qarışığı 10 
kq+1litr – 100-150 litr suda həll edilir və 1 hektara çilənir. Yığıma çiləmədən 8-10 gün sonra 
başlamaq lazımdır. Desikatlar tətbiq olunmuş sahələrdəki bitki qalıqları ilə heyvanların 
yemləndirilməsi qadağandır. Yığımı gecikdirdikdə səbətlər tam quruyur, hektardan 2-3 sentner 
toxum məhsulu və ya 2-3% yağlılıq itirilir. Yığım zamanı kombaynın hərəkət sürəti saatda 5 km 
olmalıdır ki, toxumun zədələnməsi və xırdalanmasının qarşısı alınsın.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   271   272   273   274   275   276   277   278   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin