Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə319/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   315   316   317   318   319   320   321   322   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Gülül yarpaqlı xaşa 
-
Onobçychis vicufola Scor
. Bitkinin hündürlüyü 90 sm-ə çatır. 
Buğumaralarının sayı 5-7 ədəd. Yarpağı ellips, çox hallarda lansetvaridir. Yarpağı tünd-yaşıl 
rənglidir. Paxlaları iridir. Mütləq kütləsi 17- 22 qramdır. 
2.
Qumsallıq (qumluq) xaşası - Onobryshis arenaria D.C. 
Bitkinin hündürlüyü 80-100 sm, 
bəzən 125 sm-ə çatır. Buğumaraları 6-8 ədəddir. Gövdəsi kobuddur. Yarpağı lansetvaridir. Yarpağı 
yaşıl rənglidir. Çiçək salxımı (qotazı) siçanquyruğu, ensiz, iti nəhayətlidir. Paxlaları xırdadır. 
Mütləq kütləsi 11-15 qramdır. 
Şiddətli şaxtalara davamlıdır. 
 
Bioloji xüsusiyyətləri. 
Uzun gün bitkisidir.
 
Xaşanın toxumu 1-2 
0
C temperaturda cücərməyə 
başlayır. Boy və inkişafı üçün optimal temperatur 18-20 
0
C-dir. Qumsallıq xaşanın yarpaqlarının 
soyuğadavamlılığı yüksəkdir. Xaşa şiddətli şaxtaya davamlılığı ilə fərqlənir. Onun - 42-48 
0

şaxtaya dözməsi qeydə alınmışdır. Yazda şaxtaların yenidən -12 
0
C-yə qədər enməsi yoncadan 
fərqli olaraq xaşanı məhv etmir. 
Xaşa tipik kserofitdir. Güclü kök sistemi imkan verir ki, 1 m-dən dərində yerləşən torpaq 
qatındakı sudan istifadə etsin.
Yonca və üçyarpağa nisbətən çox az su sərf edir. Nəmliyə maksimum tələbatı qönçələmə 
dövründə və çiçəkləmənin əvvəlidir. İşığa tələbkar bitkidir. Xaşa məsaməli karbonatlı torpaqlarda 
yaxşı bitir. Zəif duzlaşmaya dözümlüdür. Xlorlu-sulfatlı duzlaşma (0,05-0,10%) toxumun cücərmə 
Şəkil 41. Xaşa – soldan sağa; gülülyarpaq, 
qafqaz və qumluq xaşası 


279 
enerjisini 2-3 dəfə aşağı salır. Tarla cücərmə qabiliyyətini və məhsuldarlığını azaldır. Güclü 
duzlaşmış torpaqlarda xaşa becərilməsi məsləhət görülmür. Nəmliyi az olan turş torpaqlarda da 
xaşa becərmək yaxşı nəticə vermir. 
Bir ton quru otla xaşa torpaqdan 6-7 kq fosfor, 18-20 kq kalium, 11-12 kq kalsium, 1,5-1,7 kq 
maqnezium aparır. Qeyd edildiyi kimi xaşanın kök sistemi fosforun çətin həll olan birləşmələrindən 
istifadə etmək qabiliyyətinə malikdir. Ona görə də fosfor gübrəsini kök sisteminin formalaşdığı 
dövrdə verdikdə faydalı olur. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   315   316   317   318   319   320   321   322   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin