309
Qaratorpaq və şabalıdı torpaqlarda yaxşı inkişaf edir. Zəif turşuluğa dözməsinə baxmayaraq
şoran torpaqlarda bitmir. Qumsal və açıq-şabalıdı torpaqları sevmir.
Bir ton quru maddə yaratmaq
üçün Sudan otu torpaqdan 25-30 kq azot, 6-7 kq fosfor və 15-17 kq kalium elementi aparır. Sudan
otu zəif inkişaf edərək səpindən 5-6 həftə sonra 4-5 yarpaq əmələ gətirir. Kollanma fazası 5-ci
yarpaq əmələ gəldikdə başlayır. Bu dövrdə gündəlik boy artımı 5-10 sm-ə çatır. Gövdənin
böyüməsi çiçəkləmə fazasında dayanır. Sudan otu biçindən sonra
gövdədə qalan gözcüklərdən,
yaxud kollanma buğumundan yeni budaqlar əmələ gətirərək inkişaf edir.
Bəzən də gövdədə
saxlanılmış boy nöqtəsi hesabına inkişaf edir. Bir ildə çoxlu biçimlər verir.
Əsas gövdədən süpürgələrin səthə çıxması adətən cücərtilər alındıqdan 6-7
həftə sonra baş
verir və 2-3 həftə müddətinə davam edir. Çiçəkləmə süpürgənin yuxarı hissəsində başlayır və aşağı
budaqcıqda yerləşən axırıncı çiçəkdə qurtarır. Tozlanması anemofildir.
Vegetasiya müddətinin
uzunluğu 110-120 gündür.
Dostları ilə paylaş: