Azərbaycanda rayonlaşdırılmış sortları: Şirokolistnaya – 2.
Növbəli əkində yeri. Sudan otu dənli-paxlalı bitkilər, payızlıq taxıllar, qarğıdalı, çoxillik
otlar və s. tarla bitkilərindən sonra növbələnir. Sudan otu torpağın dərinliyindəki nəmlikdən və
məhsul əmələ gətirmək üçün çoxlu asan mənimsənilən azotdan istifadə etdiyinə görə ondan sonra
kök sistemi torpağın dərin qatlarına gedən bitkiləri növbələndirmək olmaz (şəkər çuğunduru,
günəbaxan).
Gübrələmə. Hektara 15-20 ton peyin verdikdə Sudan otunun quru ot məhsuldarlığı 20-25%
artır. Sudan otu sələf bitkisi altına peyin verilməsinə yaxşı reaksiya göstərir. Əkinlərə təsir edici
maddə hesabı ilə hektara 45 kq azot verdikdə quru ot məhsuldarlığı 12-15 sentner artır. Kalium
gübrəsi qumluca torpaqlarda müsbət təsir göstərir. Məsləhət görülür ki, əkinlərin hər hektarına orta
hesabla kimyəvi çəkidə 45-50 kq azot, 30-45 kq fosfor və 30-45 kq kalium gübrəsi verilsin.
Torpağın becərilməsi və səpin. Torpağın Sudan otu üçün becərilməsi darı bitkisində olduğu
kimidir. Üzləmə və erkən şumlama bitkinin aqrotexnikasında böyük əhəmiyyət kəsb edir. Səpin
qabağı erkən yazda sahə iki iz malalanır və iki dəfə kultivasiya çəkilir. Birinci kultivasiya 8-10 sm
dərinliyində, ikinci isə səpin qabağı 4-5 sm dərinliyində aparılır, eyni dərinlikdə xırda toxumları
basdırmaq və effektli çıxışlar almaq üçün torpaq səpinqabağı sıxlaşdırılır. Yaz quraq keçdikdə
birinci kultivasiyadan sonra torpağın sıxlaşdırılması faydalıdır. Bu halda torpaqda nəmlik yaxşı
saxlanılır və cücərmiş alaqlar ikinci kultivasiyada məhv edilir.
Sudan otunun səpininə torpağın 10 sm-lik qatında temperatur 10-12
0
C olduqda başlanılır. Ot
məqsədi üçün səpin başdan-başa, toxum məqsədilə gencərgəli üsulla aparılır. Toxum ağır
torpaqlarda 3-4 sm, yüngül torpaqlarda isə 6-8 sm-ə qədər dərinliyə basdırılır. Səpindən sonra
tarlada tapanlama (kipləşmə) aparılır.