339
FƏSİL 24. NARKOTİK BİTKİLƏR
24.1. Tütün
Əhəmiyyəti, becərilməsi və məhsuldarlığı.
Tütün bitkisi yarpaq almaq üçün becərilir ki, əldə
edilmiş xammaldan papiros, siqar və qəlyan tütünü kimi istifadə edilir.
Tütün yarpağında 1-3 % nikotin, 1 % efir yağı, 4-7 % qatran, 7-10 % zülal, 4-13 % sulu
karbonlar və 13-15 % kül elementləri vardır.
Tütünün vətəni Amerikadır. Avropaya gətirilməsi məşhur səyyah X. Kolumbun adı ilə
bağlıdır. Avropaya 1518-ci ildə toxumları gətirilərək Lissabonda Kral bağında bəzək bitkisi kimi
əkilmişdir. Tez bir zamanda Portuqaliya və İspaniyada geniş yayılmışdır. 1550-ci ildə
Portuqaliyada fransız elçisi Jan-Niko öz sarayında tütün yetişdirməyə başladı və buradan Avropanın
digər ölkələrinə yayıldı. 1560-cı ildə Jan-Niko tütünün yarpaqlarından rəngsiz maddə alaraq özünün
şərəfinə nikotin adlandırıb.
1828-ci ildə Passelt və Reyman tütün
yarpağından təmiz halda nikotin almışlar. Onun
formasını 1893-cü ildə Pinner təyin etmişdir.
1924-cü ildə sovet alimi A. A. Şmuk tütünün
kimyəvi tərkibini təyin etmişdir.
Rusiyada tütünçülüyün inkişafına 1883-
cü ildən başlanmışdır.
Azərbaycanda tütün bitkisinin əkilib-
becərilməsinə XIX əsrin 80-ci illərindən
başlanıb. İlk dəfə Balakən rayonunun dağətəyi
hissəsində becərilməyə başlanmışdır.
Hal-hazırda tütün dünyanın bir çox
ölkələrində becərilir. Dünyanın 90-a yaxın
ölkəsi sənaye əhəmiyyətli tütün istehsalı ilə
məşğul olur. Yer kürəsində əkin sahəsi 5 mln.
hektardan çoxdur. 7 milyon tondan çox məhsul
istehsal olunur. Dünyada istehsal olunan tütün
məhsulunun 60%-i Çin, ABŞ, Hindistan, Braziliyada, Yaponiya, Türkiyə, İtaliya, Yunanıstan, CAR
və İndoneziyanın payına düşür. Məhsuldarlığı orta hesabla hektardan 15-20 sentnerə, qabaqcıl
təsərrüfatlarda isə 30-35 sentnerə çatır.
Azərbaycanda istehsal olunan tütünün 75%-ə qədəri Şəki-Zaqatala bölgəsində becərilir. Əkin
sahəsi 1066 hektar, ümumi məhsul istehsalı 2485 ton və hektardan orta məhsuldarlıq (2008-ci il)
23,3 sentner olmuşdur.
Dostları ilə paylaş: