Qadınların ödənilməyən qayğı və məişət işinin dəyərləndirilməsi üçün əlverişli hüquqi və sosial mühütün yaradılmasına dəstək


Cədvəl 2.2018-ci ildə Şəki-Zaqatala iqtisadi rayonu üzrə əhalinin əsas gəlir mənbələri



Yüklə 1,26 Mb.
səhifə15/43
tarix01.01.2022
ölçüsü1,26 Mb.
#104852
1   ...   11   12   13   14   15   16   17   18   ...   43
Cədvəl 2.2018-ci ildə Şəki-Zaqatala iqtisadi rayonu üzrə əhalinin əsas gəlir mənbələri (%)




kişilər

qadınlar

cəmi

Cəmdə xüsusi çəkisi

48.4

51.6

100.0

13.9

14.1

28.0

10.7

6.3

17.0

  • kənd təsərrüfatında muzdlu iş

0.3

1.6

1.9

  • sahibkarlıq, kommersiya və s.

6.8

4.0

10.8

  • öz təsərrüfatında işlərdən

2.5

8.7

11.2

3.5

1.0

4.5

  • xüsusi şəxs yanında işdən

0.3

0.2

0.5

  • işsizlik üzrə müavinət

-

0.1

0.1

  • pensiya

4.8

8.7

13.5

  • təqaüd

1.3

1.5

2.8

-

-

-

  • himayədə

4.3

5.1

9.4

  • ölkə xaricindən göndərilən pul

0.0

0.2

0.2

  • ünvanlı sosial yardım

-

-

-

-

-

-

Mənbə: DSK, cədvəl 176
Cədvəl məlumatlarında ilk diqqəti cəlb edən məqam bu iqtisadi zonada əhalinin gəlirlərində qadınların payının (51.6%) kişilərin payından (48.4%) 3.1% çox olmasıdır. Cədvəl mlumatlarından belə görünür ki, pensiya, öz təsərrüfatında işlərdən və kənd təsərrüfatında muzdlu işlərdən gəlirlərdə qadınlar daha üstün paya malikdirlər. Özəl sektora muzdlu işlər, sahibkarlıq-kommersiya fəaliyyəti, sərbəst peşə fəaliyyəti kimi sahələrdə isə kişilərin gəlirləri çoxdur.

Ümimiyyətlə, bu iqtisadi zonada 2018-ci ildə əhalinin ümumi gəlirlərinin 47%-i muzdlu işlərdən, 26%-i müxtəlif növ transferlərdən (o cümlədən 13.5%-i pensiya, 9.4%-i himayə yardımları, 2.8%-i təqaüdlər və s.), qalan 27%-i isə digər gəlirlərdən (o cümlədən 10.8%-i sahibkarlıq gəlirləri, 11.2%-i öz təsərrüfatından gəlirlər və s.) formalaşıb.

Bu iqtisadi zonada əhalinin illik gəlirlərində ən böyük paya malik gəlirlər dövlət sektorunda muzdlu işlərdən gəlirlərdir – 28%. Bu gəlirlərdə qadınlarla kişilərin payı təqribən bərabərdir. 2018-ci ildə əhali ümumi gəlirlərinin 17%-ni özəl sektorda muzdlu işdən əldə edib: bu gəlirlərdə kişilər qadınlarla müqayisədə 4.4 faiz bəndi üstünlüyə malikdir. Bunun əsasında deyə bilərik ki, bu zonada özəl sektorda olan muzdlu işlərdə çalışan kişilərin sayı qadınlardan çoxdur.

Daha bir diqqət çəkən məqam, bu iqtisadi zonada sahibkarlıq (kommersiya) fəaliyyətindən gəlirlərdə kişilərlə qadınlar payları arasında (6.8/4.0 nisbəti) elə də böyük fərqin olmamasına rəğmən, öz təsərrüfatında işlərdən qadınların gəlirlərinin kişilərin gəlirlərindən 3.5 dəfə çox olmasıdır.

Nəhayət, bu cədvəldə diqqəti yetiriləsi daha bir mühüm məqam, əhalinin gəlirlərində dövlətin aşağı gəlirli ailələrə göstərdiyi ünvanlı sosial yardım və sosial müavinət kimi sosial müdafiə xarakterli yardımların rolunun ümumiyyətlə görünməməsidir.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin