spesifik yaxud birbaşa siyasətlər – buraya aiddir: 1) ödənişsiz işlərin cəmiyyət tərəfindən etiraf edilməsi və önəminin təsdiq olunması; 2) gender bərabərliyi siyasəti və ödənişsiz işlərin ədalətli bölünmsi sahəsində siyasət (əməyin ödənişi sahəsində fərqlərin aradan qaldırılması, uşaqlara və qocalara qayğının dövlətin öz üzərinə götürməsi, ödənişsiz işlərin kommersiyalaşdırılması, könüllü icma işlərinin artırılması və s. kimi) və s.;
dolayısı yaxud “inteqrasiya etmiş” siyasətlər–belə siyasətlər heç də birbaşa ödənişsiz işlərə təsir göstərmək məqsədiylə işlənilmir. Bunlar ümumən cəmiyyətin sosial-iqtisadi inkişafına yönəlik siyasətlərdir. Buraya aiddir: 1) əmək haqqı və gəlir siyasəti (minimum yaxud baza əmək haqqının səviyyəsi, ailənin minimal gəlir səviyyəsi yaxud yoxsulluq həddi, pensiya və təqaüdlərin aşağı həddinin müəyyən edilməsi və s. ); 2) məşğulluq və əmək bazarı siyasəti (məşğulluq, peşə hazırlığı və təhsilin əmək bazarının tələblərinə uyğunlaşdırılması; vergi siyasəti (ödənişsiz xidmətlərə aid olan işlərin vergidən azad edilməsi); gender həssaslı vergi siyasəti və s.).