Qan haqqında nə bilirik?
Bilirik ki, barmağımızı kəsdikdən sonra yaradan qan axır. Bilirik ki, qan qırmızı rəngdədir. Eləcə də bilirik ki, bəzən insanlar qan analizini verirlər...
Q an nədir? Qan qırmızı rəngli mayedir. Qan insanda, heyvanda, quşda olur. Canlı varlıqların hamısının qanı var. Qan bizim bədənimizdə hərəkət edir. Qan damarların vasitəsilə hərəkət edir. İnsanın çoxlu damarları var. Onlar qanla doludur və bədənin bütün hissələrinə yönəlirlər. Maraqlıdır, qan necə yaranır?
Qanın yaranması
Kokteyl hazırladığınız mətbəxi təsəvvür edin. Sizə müxtəlif növ ərzaq lazımdır:iki və ya üç növdə şirə, alkoqol və sairə.
Qanın əmələ gəlməsi mətbəxdə kokteylin hazırlanmasına çox bənzəyir. Qan sümük iliyində yaranır. Sümüyün iliyi qanın hazırlanması üçün mətbəxdir. Qanın hazırlanması üçün bir neçə “ərzaq” lazımdır.
Qanın yaranması üçün vacibdir:
Q ırmızı rəngli hüceyrələr – onları həkimlər eritrositlər adlandırırlar.
Ağ rənli hüceyrələr – onları leykositlər adlandırırlar.
Trombositlər – qanın laxtalaşmasına, yəni qatılaşmasına kömək edir.
Plazma – insanın bağırsaqlarından sorulan və damarlarına düşən mayedir.
Artıq bildiyimiz kimi, qan damarların köməkliyi ilə bütün bədənə axır. Qan damarlarına isə ürəyin köməkliyi ilə düşür. Ürək daim çalışır, siz yatan zaman da; qanı da hər zaman bədənin başqa hissələrinə çatdırır.
Dostları ilə paylaş: |