Qaydalar 1 yanvar 2014-cü ildən qüvvədədir



Yüklə 374.8 Kb.
səhifə1/3
tarix17.11.2018
ölçüsü374.8 Kb.
növüQaydalar
  1   2   3

Qaydaların işçi layihəsi Federasiya Şurasının 18.12.2012-ci il tarixli iclasında təsdiq olunub və 1 dekabr 2013-cü il tarixinə olan vəziyyətə görə hazırlanmışdır

Azərbaycan Respublikası

Səmti Müəyyən Etmə İdman Federasiyası


Azərbaycan Respublikasında səmti müəyyən etmə üzrə idman yarışların keçirilmə qaydaları

BAKI - dekabr 2013-cü il

Qaydalar 1 yanvar 2014-cü ildən qüvvədədir.

Redaksiya komissiyası: M.Kazımov (sədr), N.Mursakulov, A.Mişenko, O.Rzayev


(Qaydalar Azərbaycanda səmti müəyyən etmənin hazırki mərhələdə reallıqları və 5 illik keçid dövrü ərzində inkişaf perspektivləri nəzərə alınmaqla tərtib olunub. Bununla bərabər Qaydaların düzəldilməsi Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının Şurasının qərarı əsasında, AR-da səmti müəyyən etmə ilə məşğulluğun kütləviliyi, Respublikasının müxtəlif reqionlarında yeni idman xəritələrinin hazırlanması artdıqca və milli idmançıların və hakim heyətinin hazırlığının təkmilləşməsi nəzərə alınmaqla mütəmmadi qaydada həyata keçiriləcəkdir.)
Bölmə A. ƏSAS MÜDDƏALAR

Hazırki Qaydalar Beynəlxalq Səmti Müəyyən Etmə İdman Federasiyasının – BSMEF (İOF) qüvvədə olan Qaydaları nəzərə alınmaqla hazırlanmışdır.

Qeyd olunan Qaydalara əsasən Azərbaycan Respublikası ərazisində səmti müəyyən etmə idmanı üzrə bütün yarışlar keçirilir.

Qaydalar Respublikanın bütün ərazisində qüvvədədir və idmançılar, məşqçilər, komanda nümayəndələri, hakimlər və yarış təşkilatçıları, həmçinin yarışların keçirilməsində iştirak edən və ya idmançılarla işləyən şəxslər üçün vacibdir.

Hazırki Qaydalara daxil edilməyən yarışların təşkili və keçirilməsi məsələləri Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının (qısaca AR SMEİF) Şurası tərəfindən qəbul edilmiş müvafiq qərarlarla tənzimlənir.

Təşkilatçılar tərəfindən hazırki Qaydalara, həmçinin SMEF qərarlarına zidd olmayan əlavə şərtlər daxil edilə bilər. Müvafiq informasiya yarış iştirakçılarına əvvəlcədən bildirilməlidir. Qaydaların interpretasiyası zamanı idman ədaləti, iştirakçıların təhlükəsizliyi və bu və ya digər hərəkətin məqsədyönlüyü prinsiplərini əsas götürmək lazımdır.



Qısaltmaların siyahısı:

QİSME – qaçışla idman səmti müəyyən etməsi

BSMEF (İOF) - Beynəlxalq Səmti Müəyyən Etmə İdman Federasiyası

AR SMEİF (mətndə SMEİF) - Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyası

ÜRƏY – ümumrespublika əhəmiyyətli yarışlar (AR-da keçirilən yarışların yüksək forması)

NM – nəzarət məntəqəsi

XVM – xəritələrin verilmə məntəqəsi

NT – nişanlanmış tras

FE – fərdi estafet

E – estafet

SS – supersprint

SP – sprint

QD – qısa distansiya

OD – orta distansiya

UD – uzadılmış distansiya

UZuzun distannsiya

MD — marafon distansiya.
Təyinlər

1.1. Səmti müəyyən etmə idman növü — iştirakçıların idman xəritəsi və kompasın köməyi ilə həmin yerdə yerləşən nəzarət məntəqələrini (NM) keçməli olduqları idman növüdür. Nəticələr bir qayda olaraq distansiyanın keçmə vaxtı ilə (müəyyən hallarda – cərimə vaxtı nəzərə alınmaqla) və ya yığılmış xalların cəminə görə müəyyən olunur.

1.1.1. Yarışlar aşağıdakı növlərə bölünə bilər:

1.1.1.1. Hərəkət üsuluna görə

qaçışla səmti müəyyən etmə idman növü - «QİSME»;

— digər hərəkət vasitələrinin istifadəsi ilə səmti müəyyən etmə üzrə yarışlar (məsələn velosipedlə səmti müəyyən etmə) AR SMİF digər sənədləri ilə təmzimlənir.

1.1.1.2. Yarışlarınn keçirilmə vaxtına görə:

— gündüz (günün işıqlı vaxtında);

— gecə (günün qaranlıq vaxtında).

1.1.1.3. İdmançıların qarşılıqlı əlaqəsinə görə:

— fərdi (hər bir idmançı fərdi start vaxtına sahibdir);

— estafet (komanda üzvləri öz mərhələlərini ardıcıl keçir);

— komanda və ya qrup (2 və daha artıq iştirakçı distansiyanı birgə keçir. İdmançılar ümumi start vaxtına malikdir)

1.1.1.4. Nəticələri hesaba alınmasının xarakterinə görə:

— şəxsi (nəticələr hər bir iştirakçıya ayrıca yazılır);

— şəxsi-komanda (nəticələr hər bir iştirakçıya və komandalara yazılır);

— komanda (iştirakçıların nəticələri komandalara yazılır),

1.1.1.5. yarış nəticələrinin müəyyən edilməsi üsuluna görə:

— birdəfəlik (tək və yeganə yarışın nəticəsi – son nəticədir);

— çoxqat (bir və ya bir neçə gün ərzində keçilmiş bir və ya bir neçə trasın birgə nəticələri yekun nəticəni müəyyən edir);

— təsnifat (iştirakçılar finala çıxmaq üçün bir və ya bir neçə təsnifat traslarından keçir).

1.1.1.6. Məsafənin uzunluğuna gö SS – supersprint

SP – sprint

QD – qısa distansiya

OD – orta distansiya

UD – uzadılmış distansiya

UZ — uzun distansiya

MD — marafon distansiyası

— digər distansiyalar (AR-da keçirilən yarışların xüsusiyyəti ilə bağlı olaraq SMEF Şurası tərəfindən əlavə olaraq müəyyən edilə bilər).

Proqram növü – bu səmti müəyyən etmə növü, distansiyanın uzunluğu, hərəkət üsulu, nəticənin müəyyən edilməsi, hesablanma xarakteri və idmançıların qarşılıqlı əlaqəsi ilə fərqlənən səmti müəyyən etmənin bir növüdür. Yarışlara səmti müəyyən etmə idmanı proqramı növlərinin müxtəlif sayı daxil ola bilər.

1.2. Yarışlar səmti müəyyən etmənin aşağıdakı növlərində keçirilir:

1.2.1. Verilmiş istiqamətdə (Vİ) səmti müəyyən etmə - xəritədə qeyd olunan və həmin yerdə yerləşən NM-in verilmiş qayda ilə keçirilməsi. Bir NM-dən digər NM-ə yolu iştirakçılar öz bildiyi kimi seçirlər.

1.2.2. Seçim üzrə səmti müəyyən etmə (SSME) – rayonda mövcud olan yarışların siyahısından NM keçirilməsi. NM-in və onların keçirilməsi qaydası sərbəstdi, yəni iştirakçının fikrinə əsasəndir.

1.2.3. Nişanlanmış trasda (NT) səmti müəyyən etmə — müəyyən yerdə startdan finişə kimi nişanlanan distansiyanın xəritəyə distansiyada yerləşdirilən NM-in qeyd olunması ilə keçirilməsi.

1.3. Keçirən təşkilat — bir qayda olaraq AR səmti müəyyən etmə idman federasiyası Respublikada səmti müəyyən etmə idman növü üzrə bütün yarışların AR Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq olunmuş cari ilin idman tədbirləri təqviminə əsasən hazırlanmasını və keçirilməsini təmin edir. Bununla bərabər digər təşkilat (nazirlik, bölgədə icra hakimiyyəti, idman klubu, idarə, şirkət, müəssisə) və ya fiziki şəxs SMEF qarşısında belə bir yarışların keçirilməsi təşəbbüsü ilə çıxış edə bilər.

1.4. Yarışların təşkilatçısı — AR SMEF və (və ya) keçirən təşkilatla razılaşma əsasında öz üzərinə yarışların hazırlanması və keçirilməsi üzrə işləri götürmüş təşkilat və ya fiziki şəxs.



2. Yarış rayonu

2.1. Yarış rayonu – müvafiq səviyyəli, sinifli və proqram növlü distasiyaların qoyulması üçün yetərli olan sahəyə və oriyentirlərlə zəngin olan yarışların keçirildiyi yer.

2.2.Yerin mürəkkəbliyi yarışların səviyyəsinə və növünə, iştirakçının yaşına və hazırlıq səviyyəsinə uyğun olmalıdır. Distansiyanın dərəcəsi nə qədər aşağıdırsa, distansiyanın qoyulması üçün yeri o qədər sadə istifadə etmək lazımdır.

2.3. Gələcək yarışların rayonu bütün iştirakçıların bərabər şərtlərdə olması üçün yarışların startına qədər mümkün qədər uzun müddət səmti müəyyən etmə üzrə yarışlar üçün istifadə edilə bilməz. Bununla bağlı olaraq AR SMEİF Şurasınınn qərarı ilə yarışların keçiriləcəyi yerin xəritəsi bağlı olmalıdır, bundan sonra həmin yerə idmançıların, məşqçilərin və iştirakçı komandanın istənilən digər üzvləri tərəfindən yarışı keçirən təşkilatın xüsusi icazəsi olmadan daxil olması qadağan olunur.

2.4. Yarış rayonunda keçirilən yarışlara aidiyyatı olan bütün şəxslər (hakimlər, idmançılar, məşqçilər, azarkeşlər) qüvvədə olan qanunlara, qaydalara, ətraf mühitin qorunması və yanğından mühafizə qaydaları müddəalarına riayət etməlidir.

3. Yarışların idman xəritəsi.

3.1. Yarışlarda idman xəritələri istifadə olunur. İdman xəritəsi – bu yerin irimiqyaslı xüsusi sxemidir, onun üzərində koordinat toru, həqiqi meridian xətləri, əyilmə, geodeziya bəndləri nöqtələri yoxdur və planlı, künc və yüksəklik üzrə xüsusi dəqiqlik sistemi fəaliyyət göstərir, xüsusi məzmunu isə yerin keçirilməsini və təsvir olunan fərdi xüsusiyyətlərin göstərilməsini təşkil edir. İdman xəritələri Beynəlxalq Səmti Müəyyən Etmə İdman Federasiyasının (BSMEİF) təsdiq etdiyi şərti nişanların beynəlxalq sisteminə uyğun nəşr olunur.

3.2. Xəritənin çapından sonra həmin yerdə aşkar olunmuş səhvlər və dəyişiklər yarışların nəticələrinə təsir edə biləcəyi halda xəritəyə daxil edilməlidir.

3.3. İdman xəritələri üçün relyefin kəsiyinin hündürlüyü 2,5, 5 və 10 m olan 1:7500, 1:10 000 və 1:15 000 miqyası tətbiq edilir. KQ-12, 14; KQ-45 və daha yaşlı yaş qruplarında yarışları 1:10 000 miqyaslı xəritələrlə keçirmək məsləhət görülür. “SS” və “SP” yarışları üçün relyefin kəsiyi daha az olan 1:5000 miqyaslı xəritələr, həmçinin daha iri miqyaslı xəritələr istifadə olunur. Uzun məsafələrdə yarışlar üçün 1:15000 miqyasında idman xəritələrinin istifadəsi məsləhət görülür.

3.4. Yarış xəritəsi iştirakçıya trasın keçilməsi lazım olan ölçüdən böyük ola bilməz. Bu zaman xəritənin ölçüsü ümumiyyətlə 30 x 30 sm formatından çox olmamalıdır.

3.5. İştirakçılara startda verilən xəritələr nəmdən qorunan olmalıdır.

3.6. İştirakçıya verilən xəritəyə fırfır, qırmızı və ya bənövşəyi rənglə səmti müəyyən etmənin hər bir növünə uyğun оlan distansiya elementlərini qeyd edirlər.
4. Yarışların distansiyası

4.1. Distansiya – startdan finişə qədər yarışların trası.

4.2. Distansiya elə planlaşdırılmalıdır ki:

— оnun uğurla keçirilməsi üçün fiziki hazırlıq və səmti müəyyən etmə bərabər səviyyədə lazım оlsun;

— bütün iştirakçılar üçün mübarizə şərtlərinin bərabərliyinə riayət оlunsun;

— iştirakçılar təhlükəli yerlərdən (dəmir yоlları, nəqliyyatın intensiv hərəkəti оlan yоllar, pis dоnmuş çaylar, keçilməz bataqlıqlar və s.) keçməsi, qaçış üçün qadağan оlunmuş ərazilərdən (əkin, meşə və s.), ekоlоji cəhətdən arzuоlunmaz sahələrdən (zibillik, təmizləyici qurğuların axın yerləri və s.) keçməsin;

— iştirakçılar distansiyanın böyük hissəsini idmançının оrqanizmini yaralaya biləcək və ya оna qıcıqlandırıcı təsir göstərə biləcək gicitkən, böyürtkən və digər bitkilərin arasından keçməsin.

4.2.1. Distansiya səmti müəyyən etmə tapşırıqları və iştirakçıların fiziki hazırlığına оlan tələbləri ilə zəngin оlmasına görə aşağıdakı siniflərə bölünür:

4.2.1.1. Azərbaycanda keçirilən Azərbaycan çempiоnatı, Azərbaycan xalqınının ümummilli lideri H.Əliyevin adına Kubоku kimi açıq yarışlar üçün, о cümlədən xarici ölkələrdən kоmandaların (itirakçıların) iştirakı ilə, idmançıların elit qruppu üçün, yəni K-21, Q-21 kateqоriyalarında Respublikada ali yarış sinfi distansiyaları – ÜRƏY (ümumrespublika əhəmiyyətli yarışlar) hazırlanmalıdır. Azərbaycanda belə səviyyəli yarışlarda AR idman ustası və (və ya) idman ustası namizədi nоrmativlərinin yerinə yetirilməsi nəzərdə tutula bilər, bir şərtlə ki, yarışların xəritəsi, yarışların distansiyası, yürüyüşlərdə yüksək idman ixtisası iştirakçıların (о cümlədən xarici) tərkibi və heyəti, həmçinin qalibin hesablanan vaxtı idman ustası və ya müvafiq оlaraq idman ustası namizədi dərəcəsinə uyğun оlacaqdır. AR idman ustası və idman ustası namizədi adlarının yalnız həmin yarışlarda qazanılmış birinci və ya mükafat yerləri əsasında verilir, bu zaman yarış qalibinin və iştirakçıların göstərdiyi vaxt, iştirakçıların tərkibinin ranqı və distansiyanın sinifindən asılı оlmayaraq verilməsinə yоl verilmir.

4.2.1.2. Respublikada digər yarışlar 1-ci dərəcədən yüksək оlmayan ranqa iddia edə bilər.

4.2.2. Distansiyalara İU və İUN dərəcəsinin verilməsi yarışların Nəzarətçisi/Müfəttişi və Baş hakiminin təklifləri əsasında Federasiyanın Şurasının qərarı ilə həyata keçirilir. İUN aşağı distansiya dərəcəsinin verilməsi yarışların Nəzarətçisi/Müfəttişi və (və ya) Baş hakiminin təklifləri əsasında Federasiyanın Şurasının qərarı ilə həyata keçirilir.

4.3. Verilmiş istiqamətdə səmti müəyyən etmə üzrə yarışlarda distansiyanın uzunluğu xəritədə kiçik hissələrin ölçülməsi və cəmləşməsi yоlu ilə müəyyən edilir: texniki start — NM — finiş (yerin relyefi nəzərə alınmadan). Əgər iki NM arasında keçilməz maneə varsa, distansiyanın uzunluğunu ən qısa dоlayı yоlla ölçürlər. Nişanlanmış sahələrin uzunluğu xəritə ilə ölçülür, оnlar xəritədən kənara çıxdıqda isə yerdə ölçülür.

4.4. Hündürlüyün birgə cəmi iştirakçının hərəkət yоlunun ən оptimal qısa yоlu yоxuşda hündürlüyün cəmi kimi verilə bilər və о, bir qayda оlaraq yarışların iştirakçılarının güman оlunan оptimal yоlunun uzunluğunun 4% çоx оla bilməz.

4.5. Distansiyanın parametrləri elə seçilir ki, yarışların planlaşdırılmış müddətində, оrta statistik iqlim şəraitində qalib tərəfindən distansiyanın keçirilməsinin 1 və 2 cədvəllərində qeyd оlunan hesablama vaxtı təmin оlunsun. Qalibin müəyyən оlunmuş vaxtından 5% artma tərəfinə və 10% azalma tərəfinə dəyişməsinə yоl verilir.


Cədvəl 1. Qaçışla səmti müəyyən etmə idman növü. Qalibin hesablama vaxtı


Distansiyanın növü

Qıs.

K14

K16

K18

K21

Supersprint

SS

10

12

12

12

Sprint

SP

12

15

15

15

Qısa

QD

15

20

25

30

Orta distansiya

OD

25

30

40

65

Uzadılmış

UD

30

45

65

85

Uzun

UZ

35

60

80

100

Marafon

MD










150-ə

qədər





Distansiyanın növü

Qıs.

Q14

Q16

Q18

Q21

Supersprint

SS

10

12

12

12

Sprint

SP

12

15

15

15

Qısa

QD

15

20

25

30

Orta distansiya

OD

20

25

35

50

Uzadılmış

UD

25

35

50

65

Uzun

UZ

30

50

70

90

Marafon distansiyası

MD










120-ə

qədər





Distansiyanın növü

Qıs.

K40

K50

K60

K70+

Supersprint

SS

15

15

15

12

Sprint

SP

20

20

20

15

Qısa

QD

25

25

25

20

Orta distansiya

OD

45

35

30

25

Uzadılmış

UD

65

55

45

35

Uzun

UZ

100

80

70

55



Distansiyanın növü

Qıs.

Q40

Q50

Q60

Q70+

Supersprint

SS

15

15

15

12

Sprint

SP

20

20

20

15

Qısa

QD

25

25

25

20

Orta distansiya

OD

35

30

30

25

Uzadılmış

UD

55

45

45

35

Uzun

UZ

80

65

60

50

4.7. Estafet yarışlarında distansiya hissələri müxtəlif komandalar üçün müxtəlif cür kombinasiya edilə bilər, lakin bütün komandalar ümumiyyətlə eyni distansiyanı keçməlidir. Bir mərhələsinin iştirakçıları üçün distansiyalar mümkün qədər uzunluğuna və keçilmə şəraitinə görə oxşar olmalıdır.

4.8. Qrup yarışlarında (ümumi start zamanı) NM müxtəlif işçilər üçün müxtəlif cür kombinasiya edilə bilər (səpələnmə ilə), lakin ümumiyyətlə bütün iştirakçılar eyni distansiyanı keçməlidir. Səpələnmənin tətbiqi zamanı nəzərə almaq lazımdır ki, bütün variantlar uzunluğuna və keçilmə şəraitinə görə oxşar olmalıdır.

4.9. Bir və ya bir neçə distansiyaya aid olan nəzarət məntəqələri bir qayda olaraq aşağıdakı kimi yerləşməlidir:



  • bir birindən əhəmiyyətli fərqlənən obyektlərdə yerləşdiyi halda bir birinə 30 m yaxın olmamaqla;

  • eyni tipli obyektlərdə yerləşdiyi halda bir birinə 60 m yaxın olmamaqla;

  • xəritə kənarından 150 yaxın olmamaqla, NM xəritə kənarından dəqiq xətti oriyentirlə - şosse, dəqiq meşə yolu və s. ilə ayrılmayıbsa.

İdmançıların mümkün hərəkət yolları xəritə kənarlarına çıxmamalıdır.

4.9.1. NM yanında bilavasitə yerdə prizmanın icazə verilməmiş götürülməsi, onun və (və ya) qeyd olunma üsulları korlanması halında yerin qeyd olunması üçün kəsilmiş kağız dağınağı (konfetti) saxlamaq məsləhət görülür. NM icazəverilməmiş götürülməsi zamanı konfettinin olması distansiyada idmançıların işinin pozulmasına imkan verməyəcəkdir.

4.9.2. Distansiyanın keçilməsi zamanı qeyd nəticələrinin saxtalaşdırılmasının qarşısını almaq üçün SMEİF ilə razılışdırmaqla yarışların baş hakiminin qərarı ilə bilavəsitə NM-də hakimlər qoyula bilər, onlar NM-də faktiki olan yarış iştirakçılarının nömrələrinin qeyd olunmasını həyata keçirəcəkdir. Hakimlər bütün iştirakçıların nəzarət kartlarının yoxlanılmasını həm startda, həmçinin distansiyanın müəyyən NM-də həyata keçirə bilər. Belə bir yoxlama zamanı hakim karta xüsusi qeyd edə bilər. Yarışların təşkilinin qeyd olunan məqamları yarış iştirakçılarına əvvəlcədən, xüsusən yarışların İnformasiya bülletenində (və SMEİF saytında) bildirilməlidir.
5. NM əfsanaləri

5.1. NM xəritədə qeyd olunan və yerdə dəqiq tanınan oriyentirlərdə yerləşməlidir. NM dəqiqi yerləşməsi əfsanələrin köməyi ilə təsvir olunmalıdır. NM yerləşdiyi yer xəritənin və əfsanənin köməyi ilə birmənalı müəyyən olunmalıdır.

5.2. Hakimlər kollegiyasının qərarı ilə iştirakçılar starta qədər əfsanələrlə tanış olmalıdır.

Kütləvi yarışlarda və estafetlərdə əfsanələrlə tanışlıq xəritələrin verilməsi məntəqəsində (XVM) xəritələrin verilməsi anından yol verilir, əgər onlar xəritəyə birləşmişsə.

İştirakçıların səpələnməsi olduqda və təsnifat qaçışlarında proqram növünün bütün əfsanələrin siyahısı nəşr oluna bilər.

5.3. Əfsanələr xəritənin çərçivədən kənar yerində yerləşə bilər, xəritənin üz tərəfinə birləşə bilər, iştirakçılara ayrıca verilə bilər və ya informasiya lövhəsində asıla bilər.

6. Distansiyanın avadanlığı

6.1. Yerdə aşağıdakılar qurlaşdırılır: ilkin start (starta çıxan iştirakçıların qeydiyyat yeri), xəritələrin verilmə məntəqəsi, texniki start, səmti müəyyən etmənin başlaması məntəqəsi, NM, nişanlanmış sahələr, finiş (estafetin verilmə məntəqəsi), həmçinin səmti müəyyən etmənin hər bir növü üçün lazımi obyektlər.

6.2. İlkin start zamanı yarış iştirakçıları üçün görünən yerdə saatlar və ya hakim vaxtını (yarışların cari vaxtını) göstərən digər qurğular olmalıdır.

6.3. Qrup (ümumi) start zamanı start nöqtəsindən iştirakçıların bir birinə maneə törətməyərək güclərini bölüşdürə biləcəyi səmti müəyyən etmənin başlaması nöqtəsinə qədər eni lazımi səviyyədə olan nişanlanmış sahəni nəzərdə tutmalıdırlar.

6.4. Finiş yeri (estafetin verilmə məntəqəsi) elə yerləşir ki, finişə çatan iştirakçı ən azı 50 m görünnsün və distansiyanın qeyd olunan sahəsi dik eniş və ya dik youş olmasın və sərt dönüşlərə malik olmasın Ən azından sonn 20 m hasarlanmalıdır və düz olmalıdır.

6.5. Bəzi NM yanında və ya iştirakçıların mümkün hərəkət yollarında tamaşaçılar və mətbuat nümayəndələri üçün yer, qidalanma məntəqələri, ilkin tibbi yardım məntəqələri olmalıdır – qeyd olunan məntəqələr xəritədə xüsusi nişanlarla və ya NM əfsanələrində qeyd olunur.

6.6. Qidalanma məntəqələrinin yerləşməsi qalibin gözlənilən vatınna əsasən hesablanır.

6.6.1. Qidalanma məntəqələri qalibin gözlənilən vaxtı 65 dəqiqədən artıq olduğu vaxt distansiyada yerləşir. Lazım olduqda (məsələn yüksək hərarət şəraitində və ya digər mürəkkəb iqlim şərtlərində). Baş hakim qida məntəqələrinin təşkili haqqında qərarı daha qısa distansiyalarda qəbul edə bilər.

6.6.2. Qidalanma məntəqəsində bütün iştirakçılar bərabər şərtlərdə ola bilər. Təklif olunan qida müvafiq temperatura malik olmalıdır. Qablar birdəfəlik olmalıdır, müxtəlif içkilər nişanlanmalıdır. Baş hakim qida məntəqəsinə idmançıların fərdi qidasınınn gətirilməsinə icazə verə bilər və bunu təşkil edə bilər. Qazlı işkilərin istifadəsi qadağan olunur.

6.7. Yerdə bütün iştirakçılar tərəfindən keçirilməsi vacib olan distansiya sahələri nişanlana bilər.

6.7.1. İştirakçıların istiqamətləndirilməsi üçün texniki startdan nişanlamanın başlaması nöqtəsinə qədər sahə, sonuncu NM-dən finişə qədər məsafə, NM arasında təhlükəli və qaçış üçün qadağan olunmuş yerlərin yanından keçmə yerləri, informasiyada qeyd olunan keçirilməsi məcburi olan digər sahələri qeyd edir.

Distansiyanın nişanlanmış sahələri yerlərdə elə qeyd olunur ki, iştirakçının nişanlamadan kənarlaşması olmasın.

6.8. Yerdə keçirilməsi məcburi olmayan nişanlanmış sahələr – qida, tibbi yardım və s. məntəqələrinə yanaşmalar nişanlana bilər.

6.9.NM-in və səmti müəyyən etmənni başlaması nöqtəsinin təchiz edilməsi üçün tərəfləri 30x30 sm olan üçtərəfli prizma şəklində nişan tətbiq edilir. Hər bir tərəf sol aşağı küncdən sağ yuxarı küncə yuarıda ağ sahəyə və aşağıda narıncı və ya qırmızı sahəyə diaqonalla bölünür.

6.9.1. Hər bir NM təsvir verilir və bunun üçün 31-dən başlayaraq ikiqiymətli və üçqiymətli rəqəmlər istifadə olunur. NM-in təsvir olunması üçün birmənalı oxunmayan rəqəmləri (66, 68, 86, 89, 98, 99 və s.) istifadəsi qadağandır. Həmin NM-də nə qədər distansiya olmasından asılı olmayaraq təsvir eyni olmalıdır.

6.9.2. NM təsviri prizmanın bütün üç sahələrinə verilir (və/və ya komposterin/elektron qeydinn dayağında yerləşdirilir). Rəqəmlər açıq fonda qara rənglər 5-10 sm hündürlüklə xəttin qalınlığı 5-10 mm olmaqla yazılır.

6.9.3. Səmti müəyyən etmənin başlaması yeri eyni prizma ilə təchiz olunur, lakin qeyd vasitələri olmadan.;

6.9.4. NM qeyd vasitələri ilə təchiz olunur, onlar prizmanınn birbaşa yaxınlığında birləşdirilir. Qeyd vasitələrinin sayı elə olmalıdır ki, iştirakçıların dayanmasınna səbəb olmasın.

6.9.5. Bir distansiyanın bütün NM eynitipli təchiz olunur və eyni konstruksiyaya malik qeyd vasitələri ilə təchiz olunur.

6.9.6. NM avadanlığının nümunəsini 1-ci iştirakçının startına qədər ən azı 30 dəqiqə əvvəl startın yanında qurlaşdırılır ki, iştirakçılar NM ilə tanış ola bilsin və qeydlə təcrübə keçə bilsin.



Dostları ilə paylaş:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə