R.Səfərov. Neft, qaz və neftkimya sənayəsində təzyiq altında işləyən tutumların quruluşu və təhlükəsiz istismar qaydaları
4.5.3. Yoxlamanın həcmi Qaydalarda nəzərdə tutulduğundan az olmamalıdır.
4.5.4. Tutumların hazırlanması prosesində aşağıdakılar yoxlanılmalıdır:
- qaynaq olunan detalların metalının və qaynaq materiallarının NS-in tələblərinə uyğunluğu;
- qaynaq olunacaq kənarların hazırlanma keyfiyyətinin və qaynaq üçün yığımın
keyfiyyətinin fəaliyyətdə olan standartların və cizgilərin tələblərinə uyğunluğu;
- NS-in tələblərinə uyğun işlənmiş qaynaq və termiki emal texnoloji prosesinə riayət
olunması.
4.5.5. Metalların vəqaynaq birləşmələrinin dağıtmadan yoxlanmasının əsas üsulları aşağıdakılardır:
- vizual və ölçü;
- radioqrafiya;
- ultrasəs;
- radioskopik (SİTGDMND Agentliyi ilə razılaşdırılmış təlimat üzrə tətbiq olunmasına yol
verilir);
- stilokopyalama;
- bərkliyin ölçülməsi;
- hidravlik sınaqlar;
- pnevmatik sınaqlar.
Bundan əlavə NS-də nəzərdə tutulmuş həcmdə istehsalçı-müəssisənin TŞ-nə uyğun olaraq
başqa üsullar da (akustik emissiya, maqnitoqrafiya, rəngli defektoskopiya, metal tikişdə ferrit
fazanın miqdarının müəyyən olunması və s.) tətbiq edilə bilər.
4.5.6. Dağıdıcı yoxlama üsullarında mexaniki xassələrin sınağı, metalloqrafik tədqiqatlar və
kristallararası korroziyaya qarşı dayanıqlığın sınağı keçirilməlidir.
4.5.7. Məmulatın, yığım vahidlərinin və qaynaq birləşmələrinin qəbul nəzarəti termiki
emalla, deformasiya ilə və metalın pərçimlənməsi ilə əlaqədar bütün texnoloji əməliyyatlar başa
çatdıqdan sonra yerinə yetirilməlidir.
Müxtəlif üsullarla yoxlamanın ardıcıllığı NS-in tələblərinə uyğun olmalıdır. Vizual və ölçü
yoxlanması, eləcə də stiloskopiya digər yoxlama üsullarından əvvəl yerinə yetirilməlidir.
4.5.8. Qaynaq birləşmələrinin keyfiyyətinin yoxlanılması müəyyən qaydada razılaşdırılmış
NS üzrə yerinə yetirilməlidir.