Cədvəl 2
Xüsusi proqram vasitələrinin növlərə görə qruplaşması
Xüsusi proqram vasitələrinin (PV) növləri
|
Tərkibi
|
Elmitədqiqatlar üçün PV
|
Elmi tədqiqatlarda istifadə olunan ayrı-ayrı proqramlar və yaxud tətbiqi proqram paketləri, elmi tədqiqatların avtomatlaşdırılmış sistemləri, elmi tədqiqatlara analitik-informasiya köməyi məqsədilə məlumat bazaları, müvafiq servislə birgə
|
Layihələndirmə üçün PV
|
Layihə prosesində istifadə olunan avtomatik layihələndirmə sistemləri və ya ixtisaslaşmış PV. Avtomatik layihələndirmə sistemi dedikdə, məlumatların və yaxud onların tərkib hissələrinin layihələndirilməsinin avtomatlaşdırılması üçün istifadə olunan kompleks texniki və proqram vasitələri başa düşülür
|
Avtomatlaşdırılmış istehsal və yaxud ayrı-ayrı texniki vasitələr və texnoloji proseslərin idarə olunması üçün PV
|
İstehsal proseslərinin idarəolunması (xammal və materialların emalı, son məhsulun yığılması, yükləmə-boşaltma işləri və s.); texnoloji proseslərə, daxil olmuş materiallara, komplektləşdirici və hazır məhsullara nəzarət üçün istifadə olunan xüsusi PV. Rəqəmli komandalar vasitəsilə avadanlıqların idarə olunması, eləcə də istehsalın kompüter vasitəsilə elektron idarəedilməsi daxil deyildir
|
Təşkilati, idarəetmə və iqtisadi məsələlə-rin həlli üçün PV
|
Mühasibat və anbar uçotu, kadr və digər resurs növünün uçotu, müəssisənin ehtiyaclarının planlaşdırılması, maliyyə vəziyyətinin təhlili və idarəetmə qərarlarının qəbul edilməsinə kömək, avtomatlaşdırılmış sənəd dövriyyəsi sistemi, sifarişçilər, podratçılar, müştərilər və s. uçotu üçün informasiya məlumat sisteminin uçotunun həlli üçün PV
|
Stolüstü nəşriyyat sistemləri
|
Çap materiallarını nəşriyyata hazırlamaq üçün PV
|
Tədris proqramları
|
İstənilən növdə tədris: müəssisənin texniki prosesləri və avadanlığın istismarının öyrədilməsi, bu və ya digər PV-dən istifadə edilməklə EHM-də işin tədrisi, xarici dillərin və yaxud digər fənnlərin öyrədilməsi üçün PV
|
Digərləri
|
Başqa qrupların tərkibində nəzərə alınmayan, məsələn, bank sistemləri, ticarət müəssisələrinin xüsusi avtomatlaşdırılmış sistemləri, avtomatlaşdırılmış kitabxana sistemləri, tərcüməçi-proqramlar, lüğətlər və digər xüsusi PV
|
Statistik müşahidə təkcə məlumatların ötürülməsi şəbəkəsinə qoşulmuş (xüsusilə, qlobal şəbəkəyə girişi olan) iş yerlərinin (terminalların) sayını yox, həm də bu əlaqənin təşkili üsulunu (seçilmiş rabitə kanallarının mövcudluğu – şəxsi və icarəyə götürülmüş), eləcə də İnternet (ev təsərrüfatlarının mövcudluğu) şəbəkəsində müəssisənin iştirakını əhatə edir. Eyni EHM-ə qoşulan istehsal avadanlıqları və ya periferik quraşdırma lokal və ya qlobal şəbəkəyə aid edilmir.
İnformasiya texnologiyalarının dəyər göstəriciləri dedikdə, onların işlənib hazırlanması, əldə edilməsi, tətbiqi və istifadəsinə müəssisənin çəkdiyi ümumi xərclər (əsaslı və cari xərclər də daxil olmaqla) və gəlirləri nəzərdə tutulur.
Müayinənin ikinci hissəsi - hesablama texnikası istehsal edən, proqram təminatı yaradan və bu sahədə xidmət göstərən informasiya texnologiyaları bölməsinin müəssisələri üzərində mərkəzləşməlidir. Həmin müəssisələrin identifikasiyası üçün məhsul və xidmətlərin hesabat ilində buraxılışının ümumi həcmində informasiya texnologiyaları ilə bağlı olanların payının qiymətləndirilməsi nəzərdə tutulur.
Yaxşı olardı ki, ilk vaxtlarda informasiya texnologiyaları bölməsinə aid edilən kiçik müəssisələrdə ucdantutma müayinə aparılsın. Çox güman ki, bu sahədə onların istehsal etdikləri mal və xidmətlərin həcmi kifayət qədərdir. Lakin kiçik müəssisələrin ucdantutma müayinəsi böyük həcm və çox xərc tələb etdiyindən, təcrübədə çətin ki, mümkün olsun; eyni zamanda zəruri informasiyanın olmaması ucbatından, informasiya texnologiyalarına aid olan kiçik müəssisələri ayırmamaq, onların reprezentativ seçilməsini formalaşdırmamaq mümkün deyil.
İstehlakçının qabaqcadan sifarişi olmadan işlənmiş hər növ şəxsi istehsaldan olan və sifarişçinin əvvəlcədən tələbi olmadan göndərilmiş hazır proqram vasitələrinin həcmi ayrıca təhlil olunur. Bu göstəriciyə həmçinin uyğunlaşmaya görə texnikanı müşayiət edən proqram vasitələri, eləcə də gələcək istifadəçilərin öyrədilməsi xidmətlərinin (əgər belə xidmətlərin göstərilməsi proqram təminatının göndərilməsi barədə bağlanmış müqavilənin tərkib hissəsi olarsa və bu müqavilə çərçivəsində proqram vasitələrinin və müvafiq xidmətlərin dəyərini ayırmaq mümkün deyilsə) dəyəri də daxildir. Hazır proqram vasitələrinin göndərilməsi müxtəlif cür tərtib oluna bilər: proqram vasitəsinin istifadəsinə lisenziya hüqunun satılması, proqram təminatının alıcısı ilə aşkar şəkildə müqavilə bağlanması, proqram vasitəsinin elektron daşıyıcısında sürəti və yaxud elektron şəbəkəsi ilə ötürülməsinin sürətinin ödənişinin həyata keçirilməsinə uyğun gizli müqavilənin tərtibi.
Növbəti mövqe - informasiya texnologiyası ilə bağlı xidmətlərdir. Bu sahədə fəaliyyətin konkret istiqamətlərinin inkişafında onların ayrı-ayrı növlərini nəzərə alsaq, belə xidmətlərin daha müfəssəl təsnifləşməsini təklif edə bilərik (cədvəl 3).
Cədvəl 3
Dostları ilə paylaş: |