Tədqiqatlar və inkişaf
Tədqiqat institutları
Tədqiqat institutlarının sayı
Tədqiqat və inkişaf sahəsində investisiya qoyuluşu
Ümumi dəyər
Dövlət və özəl biznesin tədqiqat və inkişaf sahəsində ümumi investisiya qoyuluşunun təşkilatı sxemi
Digər problemlər
Elm və texnologiya siyasətinə, kapital riskinə, tələbələr və elmi işçilərin üçün stimullaşdırılmasına aid milli təşəbbüslər və s.
Beləliklə, informasiya texnologiyalarının iqtisadiyyatın nəticələrinə təsiri bazarda yeni məhsul və xidmətlərin meydana çıxmasında, müxtəlif səpkidə informasiyaların işlənməsi və ötürülməsində, işçilərin ixtisasının artırılmasında, əmək şəraitinin yaxşılaşdırılmasında, istehsalın və idarəetmənin təşkilinin təkmilləşdirilməsinə əsaslanan mütərəqqi texnologiyaların yaradılmasında və istehsala tətbiqində özünü göstərərək vasitəli xarakter daşıyır. Bu, yeni göstəricilər dolayı yolla, o cümlədən ekonometrik modellərdən istifadə əsasında statistik qiymətləndirmə üsullarının axtarışının zəruriliyinə səbəb olur. Həyat səviyyəsinin yüksəldilməsi, əməyin xarakter və məzmununun dəyişilməsi, istirahətin təşkili, əhalinin məlumatlandırılmasının yaxşılaşdırılması, ünsiyyət dairəsinin genişləndirilməsi, ictimai həyatda vətəndaşların iştirakı və s. ilə bağlı informasiya texnologiyalarının sosial səmərəsinə gəldikdə isə, o, ən azı, birbaşa statistik qiymətləndirməyə uyğun gəlir. Beləliklə, statistik metodologiya və təcrübə üçün burada geniş meydan açılır.
Dostları ilə paylaş: |