Ayənin qısa təfsiri:
Bu surənin ilk ayəsinə nəzər yetirdiyimiz zaman qeybətin necə də pis, qorxunc və əzabla dolu bir günah olduğu diqqətə gəlir. Çunki, Allah-təala bu surəyə təhdidlə başlamışdır.
«Huməzə» və «Luməzə»-nin mənaları :
Huməzə məna etibarı ilə «qırmaq» sözünə uyğun gəlir. Qeybət edənə də əks tərəfin şəxsiyyətini qırdığı üçün «Luməzə» deyilir. Bu iki kəlmənin mənalarının bir olub olmadığı barədə müfəssirlər arasında fikir ayrılığı vardır.1 Fikirlər bunlardan ibarətdir:
A) «Huməzə» və «Luməzə» eyni mənalı kəlmələrdir.Bu halda iki kəlmənin yan-yana işlədilməsi təkid üçündür.2
B) «Huməzə» qeybət etmək, «Luməzə» isə qüsur axtarmaq mənasına gəlir.3
C) «Huməzə» əl qol və baş vasitələri ilə eyb axtarmaq, «Luməzə» isə dillə qüsuru başqalarına çatdırmaqdır.
Ç) «Huməzə» insanın üzünə durmaq, «Luməzə» isə dalınca danışıb qüsuru üzə çıxarmaq deməkdir.4
D) «Huməzə» aşkarda «Luməzə» isə gizlində qusuru söyləməkdir.
E) Hər iki kəlmə başqalarını pis və çirkin ləqələrdə adlandıran kəs mənasındadır.
Bu nəzəriyyədən sonra «Huməzə»-nin qeybət olduğu aydın olur. Bu ayəyə isnad edərək qeybətin çox qorxunc bir günah olduğu və qınandığı isbat etmişdir.
İslam dini insanların şəxsiyyətinə önəm verən bir dindir. Buna görə də şəxsiyyətləri qəran, incidən və alçaldan hər şeyi böyük günah bilir. Cəmiyyətdə insanların şəxsiyyətini ən çox zədələyən ünsürlərdən birinin də qeybət olması gün kimi aydındır.
«Huməzə»-nin (qeybətin) çirkinkiliyi İmam Sadiq (ə) bu hədisə açıq-aydın olaraq ortaya qoyur: İmam atasından, o öz atasından, beləliklə də onlar Rəsuli-Əkrəmdən (s) belə buyurduğunu nəql edirlər: «Adəm övladlarından surəti dəyişdirilənlərdən on üç canlı vardır... Əqrəbə gəldikdə isə, o, qeybət edən bir şəxs idi. Allah onu əqrəbə çevirdi».1
Dostları ilə paylaş: |