3-cü ayə
«Qeybət edənə, söz gəzdirənə».2
Bu ayə Peyğəmbərinizin (s) düşmənlərinin xüsusiyyətlərindən biri kimi göstərilir. Çünki, «Qələm» surəsinin ilk ayələrində Həzrət (s) Əxlaqi xüsusiyyətləri, daha sonra isə onun düşmənlərinin xüsusiyyətləri qeyd olunur. Bu xüsusiyyətlər arasında qeybət günahiyla vəsf edilmələri çox diqqət çəkən məqamlardan biridir.
«Həmmaz» «Həmz» sözündən olub, qeybət etmək və eyb axtarmaq mənalarına uyğun gəlir. «Nəmim» isə xəbərçilik mənasındadır. Tərəflər arasında get-gəl edən, söz çatdıran və düşmənçilik yaradıb fəsad yaradan şəxslər bu növdən olanlardır.
Ayədə «Həmmaz» kəlməsi ilə «Məşşa» kəlmələri ərəb ədəbiyyatına görə mübağilə üçün işlədilirlər. Bu da, eyni xüsusiyyətlərə malik olanların belə işləri israrla davam etdirdiklərini vurğulayır.
«Əl-mizan» kitabının müəllifi Əllamə Təbatəbai qeyd olunan ayənin təfsirində belə deyir: «Həmmaz sözünün əsli həmz kəlməsidir. Eyb və həqarət mənasındadır. Bəziləri də göz və işarətlə edilən həqarət olduğunu deirlər. Bəzən də çox qeybət edən şəxs üçün deyilmişdir».3
4-cü ayə
«Möminlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. (Hamının əməlinə, yayılan şayiələrin, atılan böhtanların doğru olub-olmadığını) ancaq Allah bilir, siz bilməzsiniz!»1
Allah-təala bu ayədə ümumi bir qaydanı açıqlamış, «Hər növ pislik və günahın yayılmasının qadağan olunduğunu» bildirmişdir. Burada günahı yaymağı sevənlərin qınanmaları, hadisənin nə qədər çirkin olduğunu açıqladığı kimi, bu mövzunun nə qədər təkid edildiyini də göz önündə canlandırır.
Dostları ilə paylaş: |