Qeydə alınıb


§62. Yanğından mühafizə işində məhkumun əməyinin xüsusiyyətləri



Yüklə 0,86 Mb.
səhifə4/8
tarix17.06.2018
ölçüsü0,86 Mb.
#54018
1   2   3   4   5   6   7   8
§62. Yanğından mühafizə işində məhkumun əməyinin xüsusiyyətləri:

İƏM-də yanğından mühafizə işinə cəlb olunan məhkumlar istirahət və yatmaq hüququ olmaqla bütün gün ərzində növbə çəkirlər.


§63. Həbsxanalarda məhkum əməyindən istifadənin xüsusiyyətləri:

  1. Həbsxanada cəza çəkən məhkumlar yalnız həbsxana daxilində əməyə cəlb olunurlar. Onların həbsxana xaricinə işə çıxarılmaları qadağandır. Həbsxanalarda istehsalat sexləri mühafizə altında olan sahələrdə yerləşməli və təcrid olunmalıdır. Xüsusi təhlükəli residivistlər və haqqında, ömürlük həbs cəzası azadlıqdan məhrumetmə ilə əvəz olunmuş məhkumlar xüsusi təşkil edilmiş sexlərdə işə çıxarılırlar. Bu sexlərdə əlavə mühafizə vasitələri tətbiq edilir və iş vaxtı digər məhkumlara əlaqəni kəsmək üçün tədbirlər görülür. Məhkumları sexdən və kameralardan çıxararkən onların üst-başında axtarış, otaqlarda isə baxış keçirilir.

  2. Əgər zərurət olarsa həbsxana müdriyyəti həbsxana cəzası çəkən məhkumların həbsxana ərazisində aparılan təmir tikinti işlərinə cəlb edilə bilər. Bu vaxt həmin məhkumların təsərrüfat xidməti işlərində çalışan məhkumlardan ciddi təcrid olunmaları təmin edilməlidir.

Həbsxana cəzasına məhkum olunmuşlardan təsərrüfat xidməti işlərində istifadə etmək qadağandır. Məhkumları istehsalat sexlərində işə çıxarmaq mümkün olmayan hallarda onlar bütün sanitar və əmək normaları ödənilməklə kameralarda əməyə cəlb oluna bilər.

3) Həbsxanalarda məhkumların əməyi elə təşkil olunmalıdır ki, müxtəlif kateqoriyalı məhkumlar bir-birilərindən təcrid olunsunlar.


XII - FƏSİL. Məhkumların əməyə maddi marağının artırılmasının bəzi şərtləri:
§64. Məhkumlara əmək haqqı ödənilməsinin qayda və şərtləri:

İslah əmək qanunvericiliyinin əsaslarına uyğun olaraq azadlıqdan məhrum edilmiş şəxslərin əmək haqqının ödənilməsinin şərt və qaydaları Respublika Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.


§65. Məhkumlar istehsalat normalarını artıqlaması ilə yerinə yetirdikdə əlavə pul xərcləmələrinin şərtləri:

  1. İstehsalat normalarını yerinə yetirən məhkumlara, günəmuzd və təsərrüfat xidməti sahəsində işləyən məhkumlara verilən tapşırıqları nümunəvi yerinə yetirdikdə qazandıqları aylıq əmək haqqı məbləğinin 10%-ə qədərini xərcləməyə icazə verilir. Həmin şərtlərə zərərli işlərdə işləyən məhkumlara isə əmək haqqının 20%-ni xərcləməyə icazə verilir.

  2. İƏM-nin rəhbərliyi əgər qanunçuluğa zidd deyilsə tam iş ayını işləməmiş məhkumlara yuxarıda göstərilən məbləğin, işlədikləri günlərin sayına düşən hissəni xərcləmələrinə icazə verə bilər.

  3. Əlavə pulun xərclənməsinə icazə verilməsi məhkumun çəkdiyi cəza müddətinin hissəsindən asılı deyildir, lakin məhkumun həmin ayda rejim pozmalarına görə intizam qaydasında cəza alması əsas şərt sayılır.


§66. Məhkumların şəxsi hesabına köçürülən əmək haqqının minimum həddi:

İslah əmək koloniyalarında və həbsxanalarda məhkumların şəxsi hesabına, bütün tutulası məbləğlərdən asılı olmayaraq onlara hesablanmış əmək haqqının azı iyirmi faizi, altmış yaşından yuxarı kişi, əlli beş yaşından yuxarı qadın məhkumların, birinci və ikinci qrup əlillərin, yetkinlik yaşına çatmamışların, hamilə qadınların, islah əmək koloniyaları nəzdindəki uşaq evlərində uşaqları olan qadınların şəxsi hesabına isə aylıq əmək haqqının ən azı qırx beş faizi keçirilməlidir.

Bütün növlərdən olan islah əmək koloniya məntəqələrində cəza çəkən şəxslərə, habelə Azərbaycan Respublikası İslah Əmək məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq koloniyadan kənarda yaşamağa icazə verilmiş məhkum qadınlara, tutulması bütün məbləğdən asılı olmayaraq, ümumi qazanc məbləğinin azı əlli faizi verilir.

İslah Əmək koloniyalarında, həbsxanalarda və islah əmək koloniya-məntəqələrində cəza çəkənlərin şəxsi hesabına onların qazancından ayrılan payı saxlamaq haqqından bu paraqrafın birinci hissəsində nəzərdə tutulmuş qaydada yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment verən şəxslərə şamil edilmir.


§67. Məhkumlara maddi yardım və əmək haqqı hesabına qabaqcadan pul verilməsi:

1) İstintaq Təcridxanalarından və ya başqa islah-əmək müəssisələrindən keçirilmiş məhkumlara birinci iş ayı üçün əmək haqqı hesabına kimi, əməyə vicdanla yanaşdıqda və cəzası olmadıqda şəxsi hesabında olan vəsait hesabına dükandan (köşkdən) ərzaq məhsulları və ən zəruri tələbat malları əldə etməyə icazə verilir.



  1. Məhkumdan asılı olmayan səbəbdən onun şəxsi hesabından belə vəsaitlər olmadıqda ərzaq məhsulları və zəruri tələbat malları əldə etmək üçün, İƏM-nin rejiminə uyğun İslah Əmək məcəlləsində müəyyən edilmiş məbləğ miqdarında avans verilə bilər.

  2. Zəruri hallarda KM-nin rəhbərliyi məhkuma minimum əmək haqqı məbləğinin iki misli məbləğində avans verə bilər. Verilmiş avans məhkumun həmin aydakı qazancından tutulur. Şəxsi hesabda olan vəsaitdən və avansdan istifadə etmək hüququ müəssisə rəisinin adına yazılmış məhkumun ərizəsi ilə həyata keçirilir.

  3. TƏM-nin rəhbərliyi müstəsna hallarda, yetkinlik yaşına çatmamış məhkumlara birdəfəlik yardım verə bilər. Yaxın qohumları olmayan, əvvəllər uşaq evlərində yaşamış məhkumlara isə, üç aylıq mütəxəssis kurslarında təhsil aldıqları müddətdə ayda minimum əmək haqqının iki misli məbləğində xüsusi fonddan yardım verilə bilər.


XIII - FƏSİL. Məhkumlarla siyasi-tərbiyə və təhsil işinin təşkili məsələləri:
§68. Məhkumlarla siyasi-tərbiyə tədbirlərinin keçirilməsi şərtləri və onların təhsilinin təşkili:

  1. Məhkumlarla siyasi-tərbiyə tədbirləri günün daxili intizam qaydalarında müəyyən edilmiş vaxtda, islah əmək idarəsi ərazisində keçirilir. Müxtəlif İƏM-də saxlanılan məhkumların toplanışlarını keçirməyə icazə verilmir.

  2. Təhsil nazirliyinin normativ aktlarına müvafiq olaraq orta ümumtəhsil, texniki peşə təhsili və istehsalatda peşə təlimi bir rejimdə olan məhkumların digər rejimdəki məhkumlardan təcrid edilməsi gözlənilməklə təşkil olunur.


§69. İmtahanlara hazırlıqla əlaqədar məhkumların işdən azad edilməsi:

1. İmtahan dövründə Azərbaycan Respublikası Əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada şagirdlər işdən azad edilirlər. Həmin müddət ərzində onların əmək haqqı hesablanmır, yeməklə pulsuz təmin olunurlar.

2. İƏM-nin rəhbərliyi ümumtəhsil məktəblərinin və texniki peşə sisteminin işinə hərtərəfli kömək etməli və məhkumların təhsil prosesinə nəzarət etməlidirlər.
§70. İslah əmək müəssisələrində radio və televiziya verilişləri:

1. Müəssisələrdə yaşayış binaları, klublar, kitabxanalar, siyasi tərbiyə işi otaqları, ümumtəhsil məktəbləri, texniki-peşə məktəbləri, koloniyalardakı KTO-lar, xüsusi rejimli müəssisələrin kameraları, həbsxanada kameralar, müalicə otaqlarındakı palatalar radiolaşdırılır.

Ümumi, möhkəmləndirilmiş və ciddi rejimli İƏM-də, TƏM-də (həmçinin həbsxanalarda təsərrüfat xidməti işlərinə cəlb edilən məhkumlar üçün) televizor qoyula bilər. Televiziya verilişləri baxışının vaxtı günün daxili intizam qaydaları ilə müəyyən edilir. Baxılacaq verilişlərin hər həftə üçün proqramını islah işləri aparatı müəyyən edir.

2) Radio-televiziya qovşaqları İƏM-dən kənarda, yaxud məhkumların girə bilmədikləri binalarda yerləşdirilir.


§71. İslah Əmək müəssisələrində özfəaliyyət təşkilatları:

1. İslah Əmək müəssisələrində cəza çəkən məhkumlarda kollektivçilik vərdişlərini inkişaf etdirmək və onların faydalı təşəbbüskarlığını həvəsləndirmək, habelə məhkumların islah olunmasına və yenidən tərbiyələndirilməsinə kollektivin təsirindən istifadə etmək məqsədi ilə aşağıdakı özfəaliyyət təşkilatları yaradıla bilər:



  • müəssisə, dəstə şuraları və dəstə seksiyaları;

  • klub və kitabxana şuraları (asudə vaxtın təşkili seksiyası);

  • briqadirlər şurası;

  • sosial kömək seksiyası (məhkumlara ictimai yardım fondu).

Özfəaliyyət təşkilatları müəssisə rəisinin qərarı ilə təşkil olunur.

Yuxarıda göstərilənlərdən başqa, məhkumlar digər özfəaliyyət təşkilatları yarada bilərlər. Müəssisə rəisinin qərarı olmadan yaradılan özfəaliyyət təşkilatlarının fəaliyyəti qadağan olunur.

Müəssisə və dəstə şuraları səsvermə yolu ilə seçilir və tərkibi müvafiq olaraq müəssisə və dəstə rəisləri tərəfindən təsdiq olunur. Müəssisə və dəstə rəisi seçilmiş namizədlərin tərkibi ilə razı olmadıqları hallarda özfəaliyyət təşkilatlarının fəaliyyəti dayandırılır və ya təkrar səsvermə təyin edirlər. Həmçinin müəssisə rəisinin qərarı ilə hər bir özfəaliyyət təşkilatının fəaliyyəti dayandırıla bilər.

Özfəaliyyət təşkilatlarının iş qaydası ƏN MQİBİ-si tərəfindən müəyyən edilir.


§72. İslah Əmək müəssisələrində kitabxana işi:

1. Məhkumlara İƏM-nin kitabxanalarında olan ədəbiyyatdan, habelə qəzetlərdən istifadə etməyə icazə verilir. Kitabxanaların kitab fondu hər məhkumun azı beş kitabla təmin edilməsi nəzərdə tutularaq yaradılır. Həbsxanalarda, KTO-da, xüsusi rejimli müəssisələrin birnəfərlik kameralarında məhkumların kitabları ən azı on gündə bir dəfə dəyişdirilir. Müəyyən edilmiş norma və qaydalar üzrə kitabxanaların fondu təzələnir. Hər 50 nəfər məhkum bir Respublika qəzeti ilə təmin olunur. Həbsxanalara və koloniyalara hər qəzetdən bir dənə verilir. Əgər kamerada 20 nəfərdən artıq məhkum saxlanırsa ora əlavə qəzet verilməlidir.

2. Məhkumların Azərbaycan Respublikasında nəşr olunan dövri mətbuata fərdi abunə yazılışı könüllü qaydada keçirilir. Həmin iş İƏM-nin rəhbərliyi tərəfindən yerli rabitə orqanı, yaxud poçt vasitəsilə təşkil edilir. Hər məhkum öz yanında dərsliklərdən başqa ən çoxu on nüsxə kitab və yaxud jurnal saxlaya bilər. Qalan ədəbiyyatı məhkumlar istəsələr ambara, yaxud kitabxanaya təhvil verirlər.
§73. İslah əmək müəssisələrində bədii özfəaliyyət:


  1. İslah Əmək müəssisələrində bədii öz fəaliyyət çıxışları hamilik edənlərin və digər təşkilatların qüvvəsi ilə konsertlər təşkil edilə bilər.

  2. Koloniya məntəqələrindən başqa islah əmək müəssisələrində pullu çıxışların keçirilməsinə yol verilmir.


§74. İslah Əmək müəssisələrində kinofilmlərin nümayişi:

  1. İslah Əmək müəssisələrində islah işləri aparatının məsləhət gördüyü bədii filmlərin nümayişi təşkil edilir. Koloniya məntəqələrində kinofilmlər pullu nümayiş etdirilir.

  2. Bədii kinofilmlər ümumi, möhkəmləndirilmiş və ciddi rejimli müəssisələrdə, tərbiyə-əmək müəssisələrində habelə həbsxanada təsərrüfat xidməti işlərində saxlanılan şəxslər üçün həftədə bir dəfə, xüsusi rejimli islah əmək müəssisələrində saxlanılan şəxslər üçün ayda iki dəfədən çox olmayaraq nümayiş etdirilir.

  1. Say məhdudlaşdırmaları məhkumların yenidən tərbiyə olunması məqsədi ilə istifadə olunan qısa metrajlı tədris filmlərinə, sənədli və elmi kütləvi filmlərə aid edilmir.

  2. Bu paraqrafda müəyyən edilmiş normalara əlavə olaraq bayram günləri kino-filmlərin nümayiş etdirilməsinə icazə verilir.

  3. Cərimə və intizam təcridxanalarında, ümumi möhkəmləndirilmiş və ciddi rejimli islah əmək müəssisələrinin kamera tipli otağında, xüsusi rejimli islah əmək müəssisələrinin birnəfərlik kameralarında, karserlərində və həbsxanalarında ciddi rejimdə saxlanılan şəxslər üçün kino filmlər nümayiş etdirilmir.


§75. Stolüstü oyunlardan istifadə

İƏM-də məhkumların stolüstü oyunlardan (kartdan və lotodan başqa) istifadəsinə icazə verilir. Onlar həmçinin şəxsi şahmat, dama və dominolardan istifadə edə bilərlər. Stolüstü oyunlardan maddi maraq məqsədi ilə istifadəsi qadağandır.


XIV - FƏSİL. Həvəsləndirmə və tənbeh tədbirləri və onların tətbiq etmə qaydaları;
§76. həvəsləndirmə və tənbeh tədbirləri tətbiq edən vəzifələri şəxslər, onların səlahiyyət dairəsi:

  1. Azərbaycan Respublikası İslah Əmək qanunvericiliyində nəzərdə tutulan həvəsləndirmə və tənbeh tədbirlərinin məhkumlara tam həcmdə tətbiq etmək Ədliyyə Naziri, MQİBİ-nin rəisi, yuxarıda göstərilən vəzifəli şəxslərin müavinləri, habelə islah əmək müəssisələrinin rəisləri malikdirlər.

  2. Azərbaycan Respublikası İslah Əmək qanunvericiliyində, İƏM-ri rəislərinin müavinləri məhkumları kamera tipli otaqlara, birnəfərlik kameraya keçirməyə, habelə cərimə yaxud intizam təcridxanalarına və karserə salmaqdan başqa bütün qalan cəza növlərini tətbiq etmək hüququna malikdirlər. Dəstə rəisləri (baş tərbiyəçilər) məhkumlara şifahi təşəkkür elan etmək və özlərinin verdikləri tənbehi vaxtından əvvəl götürmək hüququna malikdirlər. Dəstə rəisləri (baş tərbiyəçilər) xəbərdarlıq, yaxud şifahi töhmət elan etmək, azadlıqdan məhrumetmə yerlərinin binalarını və ərazisini təmizləmək üçün, növbədənkənar növbətçi qoymaq, tərbiyə əmək müəssisələrində saxlanan məhkumları kinoya, konsertə getmək, idman oyunlarında iştirak etmək hüququndan bir dəfə məhrum etmək kimi tənbeh verə bilərlər.

Tərbiyə əmək müəssisələrində bölmə tərbiyəçiləri təşəkkür (şifahi) elan etmək və xəbərdarlıq, yaxud şifahi töhmət tənbehi verə bilər.

3. İslah Əmək müəssisələrinin digər vəzifəli şəxslərinə məhkumlara dair həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiq edilməsi hüququ verilmir.

4. Məhkumlara tənbehlərin tətbiq edilməsi zamanı Azərbaycan Respublikası İslah Əmək məcəlləsinin müvafiq maddələrinin tələblərini rəhbər tutmaq vacibdir.
§77. Həvəsləndirmə və tənbeh tədbirlərinin qeydiyyatı qaydası:


  1. Azərbaycan Respublikası İslah Əmək qanunvericiliyinin, müəyyən etdiyi qaydaya müvafiq olaraq həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiqi buna səlahiyyəti olan vəzifəli şəxslərin qərarı, yaxud əmri ilə tərtib edilir. Qərarlar, yaxud əmrdən çıxarışlar məhkumların şəxsi işlərinə əlavə edilir (Əlavə - 33, 34).

  2. Şifahi elan olunmuş həvəsləndirmə və tənbeh tədbirlərinin statistika hesabatında qeydiyyat aparılmır, lakin məhkumlara fərdi tərbiyə işi dəftərlərində qeyd edilir, onların intizamlıq və yenidən tərbiyə olunma dərəcəsi müəyyənləşdirilərkən nəzərə alınır.

  3. Dəstə rəisləri (baş tərbiyəçilər, tərbiyə işi üzrə baş təlimatçılar), fərdi həvəsləndirmə və tənbeh tədbirlərinin qeydiyyatını aparırlar. Dəstələr (bölmələr) üzrə və islah əmək müəssisələri üzrə həvəsləndirmə və tənbeh tədbirlərinin ümumi qeydiyyatı islah əmək müəssisələrinin rəislərinin İslah işləri və sosial məsələləri üzrə müavinləri tərəfindən aparılır və qeydiyyat kitabı MRNK-də saxlanılır.


§78. Bir İslah Əmək müəssisəsi hüdudunda məhkumların saxlanması şəraitinin dəyişdirilməsi qaydası:

Bir İslah Əmək müəssisəsi hüdudunda məhkumların saxlanması şəraiti Azərbaycan Respublikası İslah Əmək qanunvericiliyinin müəyyən etdiyi hallarda yaxşılaşdırıla bilər. İslah Əmək müəssisəsi rəisinin qərarına əsasən yaxşılaşdırılır və ərzaq məhsulları, ən zəruri predmetlər almaq üçün məhkumların xərclənməsinə icazə verilən pulun məbləğinin və görüşlərinin sayının islah-əmək qanunvericiliyinin müəyyən etdiyi maksimum həddədək artırılmasından ibarətdir (Əlavə - 35, 36).


§79. Məhkumların cəza, intizam təcridxanalarına həbsxana karserlərinə salınması qaydaları və saxlanılmaların şərait və xüsusiyyətləri:

1. Məhkumların cərimə və ya intizam təcridxanalarına, habelə karserə təcrid etmə cəzası tətbiq edilərkən onlardan pozuntu barədə izahatlar alındıqdan və fakt üzrə yoxlama keçirildikdən sonra müəssisə rəisinin qərarı əsasında həyata keçirilir (Əlavə - 37).

Məhkumlar cərimə və ya intizam təcridxanalarına, habelə karserdə səhhətləri ilə əlaqədar saxlanıla bilmələri barədə tibbi arayışın olduğu halda saxlanıla bilərlər. Cərimə və intizam təcridxanalarında və karserdə saxlanılan məhkumlar dəstədən çıxarılmırlar. Dəstə rəisləri onlarla intizam cəzası çəkdikləri müddətdə tərbiyəvi iş aparırlar.

2. Müəssisə rəisinin olmadığı müddətdə, xüsusi hallarda, digər tədbirlər intizam pozuntusunun qarşısını almaq mümkün olmadıqda, müəssisə rəisinin növbətçi köməkçisinin qərarı ilə, rəis gələnə kimi, 24 saatdan artıq olmamaqla məhkumlar cərimə, intizam təcridxanasına və ya karserə salına bilərlər (Əlavə - 38).

Belə təcridetmə tənbeh tədbiri sayılmır, lakin müəssisə rəisi tərəfindən məhkum intizam və ya cərimə yaxud karserə təcrid edilməsi tədbiri seçildiyi halda, məhkumun təcridedilmə yerində olduğu müddət ümumi cərimə, intizam təcridxanasında və ya karserdə saxlama müddətinə hesablanır.

3. Məhkumları cərimə və ya intizam təcridxanasına, həmçinin karserə salmaq barədə qərar, bu tənbehi seçən şəxs və yaxud onun tapşırığı ilə müəssisənin digər əməkdaşları tərəfindən elan olunur.

4. Cərimə və intizam təcridxanalarına, karserə salınmış məhkumlara əl-üz dəsmalı, sabun, diş pastası, diş tozu və diş fırçasından başqa, ərzaq və digər şeyləri özləri ilə götürmək qadağandır, tualet ləvazimatlarının saxlanması üçün kameralarda xüsusi rəflər düzəldilir.

İslah əmək müəssisələrinin müdriyyəti məhkumların cərimə, intizam və ya karserdə cəza çəkdikləri müddət ərzində onların şəxsi əşyalarının qorunmasını təmin edir.

Ərzaq məhsulları anbara təhvil verilir və cəza tənbehini çəkdikdən sonra məhkuma qaytarılır və yaxud məhkuma məxsus ərzaq məhsulları onun razılığı ilə başqasına verilə bilər.

Müdriyyət anbara təhvil verilmiş ərzaq məhsullarının saxlanması üçün tədbir görür, lakin təbii səbəblərdən asılı olaraq xarab olduqda akt tərtib olunur və məhkumun razılığı ilə məhv edilir.



  1. Məhkumların cərimə, intizam təcridxanasına və ya karserə qəbulu MRNK-nın rəhbərliyi altında nəzarətçilər tərəfindən həyata keçirilir və bu barədə jurnalda qeyd aparılır. Məhkumlar tam axtarışa cəlb edilirlər. İmkan daxilində onlar həmin yer üçün ayrılmış paltar geyinirlər. Həmin məhkumların çimməsi, baş və üz qırxdırmaları və sairə başqa məhkumlardan ayrıca keçirilir. Kameralar məhkumların özləri tərəfindən növbə ilə yığışdırılır.

  2. Cərimə, intizam təcridxanasında və yaxud karserdə saxlanılan məhkumlarla görüş, bağlama, sovqat və banderol, yeyinti məhsulları və ilkin tələbat malları əldə etmək, stolüstü oyunlardan, kitab, qəzet, jurnal və digər ədəbiyyatdan istifadə etmək, məktub göndərmək və siqaret çəkməyə icazə verilmir. Məhkumlara minimum əməkhaqqı hesablanmır, iş planının artıqlaması ilə və verilən tapşırıqları nümunəvi yerinə yetirən şəxslərə əlavə yemək və pul xərcləməyə icazə verilmir.

  3. Digər tənbeh tədbirləri nəticə vermədikdə, rejiminin tələblərini ciddi pozduqda məhkum ümumi, möhkəmləndirilmiş, ciddi rejimli islah əmək koloniyalarının kamera tipli otaqlarına, xüsusi rejimli koloniyalarda isə birnəfərlik kameraya keçirilə bilərlər.

Məhkuma qarşı axırıncı törətdiyi pozuntuya görə başqa cəza növü tətbiq edilmişsə sistem cəzalarına görə onun KTO və birnəfərlik kameraya keçirilməsi qadağandır.

Cərimə təcridxanasında saxlanan zaman ciddi rejim pozuntusuna yol verdiyinə görə, məhkum kamera tipli otağa keçirilərsə, KTO-da saxlama müddəti cərimə təcridxanasındakı cəza müddəti qurtaran gündən hesablanır.

8. Cərimə, intizam təcridxanalarında və yaxud karserdə rejim pozuntusuna yol verən məhkumlara, təkrar cərimə, intizam təcridxanasına və ya karserə salınmadan başqa, İslah Əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş digər bütün cəza növləri tətbiq edilə bilər.

9. Tibbi göstəricilərə görə və prokurorun tələbi olan hallar istisna edilməklə, məhkumların cərimə, intizam təcridxanalarından və ya karserdən azad edilməsinə yol verilmir. Koloniya-məntəqələrin cərimə təcridxanalarında saxlanılan məhkumların hesabından onlara təyin olunmuş norma üzrə verilən yeməyin pulu tutulur.

10. Məhkum cərimə, intizam təcridxanalarından və karserdən cəza müddəti başa çatdıqda azad edilir. Bu barədə jurnalda və qərarda qeydiyyat aparılır və həmin qərar məhkumun şəxsi işinə tikilir.

Məhkumun cərimə, intizam təcridxanasından azad edilməsi dəstə rəisinin (tərbiyəçinin) iştirakı ilə keçirilir.


§80 Məhkumların kamera tipli otaqlara və birnəfərlik kameralara keçirilməsi qaydaları, saxlanma şəraiti və xüsusiyyətləri:

1. Məhkum ümumi, möhkəm və ciddi rejimli islah əmək koloniyalarının kamera tipli otaqlarına və xüsusi rejimli koloniyaların birnəfərlik kameralarına, başqa tənbeh tədbirlərinin tətbiqi müsbət nəticə vermədikdə və rejimin tələblərinin qərəzli pozulmasına yol verildikdə keçirilirlər. Həmin məhkumlar dəstənin tərkibindən çıxarılmırlar. Dəstə rəisləri intizam cəzası çəkdikləri müddətdə onlarla tərbiyəvi iş aparırlar.

2. KTO-da və birnəfərlik kameralarda saxlanılan məhkumlar orada qoyulmuş qayda-qanunu pozmaq üstündə cərimə təcridxanasına keçirilərsə, saxlandıqları günlər KTO, birnəfərlik kameraya salındığı ümumi müddətdə əlavə olunur.

Məhkum cərimə təcridxanasında qayda-qanunu pozmaq üstündə, KTO-da keçirildikdə isə, KTO-da saxlama müddəti cərimə təcridxanasına salınmış müddət qurtardığı gündən hesablanır.

3. Məhkumlar ümumi, möhkəmləndirilmiş, ciddi rejimli koloniyaların KTO-na, xüsusi rejimli koloniyaların birnəfərlik kameralarına müəssisə rəisinin qərarı əsasında keçirilirlər. Qərar müəssisə rəisi və ya onu əvəz edən şəxs tərəfindən məhkuma elan olunur.

Xüsusi rejimli koloniyaların adi yaşayış binalarında saxlanılan və İslah Əmək məcəlləsinin 41-ci maddəsinin 4-cü hissəsində göstərilmiş məhkumlar həmin koloniyanın kamera tipli binalarına koloniya rəisinin əsaslandırılmış və müşahidə komissiyası ilə razılaşdırılmış qərarı ilə keçirilirlər. Bu cür şəxslər kamera tipli binalara qaytarıldıqları gündən azı bir il keçdikdən sonra adi yaşayış binalarına təkrar keçirilə bilərlər. (Əlavə - 39, 40)

4. Kamera tipli otaqlara, birnəfərlik kameralara salınan məhkumlar özü ilə əl-üz dəsmalı, sabun, diş pastası yaxud tozu, diş fırçası, tütün məmulatı və kibritdən başqa şəxsi şeylərini götürməyə icazə verilmir. KTO-da və birnəfərlik kamerada saxlanılan məhkumlara dərsliklər. diyircəkli avtomat qələm, dəftər, poçt markası, açıqca, zərf saxlamağa, kitabxanadan istifadə etməyə, qəzet, jurnal və kitab almağa icazə verilir.

Ümumtəhsil və texniki-peşə məktəblərində təhsil alan məhkumlar KTO-da birnəfərlik kamerada saxlandıqları dövrdə dərsə çıxarılmırlar, onlara müstəqil oxumağa və müəllimlərlə məsləhətləşməyə imkan yaradılır.

Ərzaq məhsulları anbara təhvil verilir və cəza tənbehi çəkdikdən sonra məhkuma qaytarılır.

İslah əmək müəssisəsinin müdriyyəti məhkumların intizam cəzasını çəkdikləri müddət ərzində onlara məxsus şəxsi əşyalarının qorunmasını təmin edir.

Müdriyyət anbarda saxlanılan ərzaq məhsullarının saxlanması üçün tədbir görür, lakin təbii səbəblərdən asılı olaraq xarab olduqda akt tərtib edir və məhkumun razılığı ilə məhv edilir.

5. KTO və birnəfərlik kameralarda saxlanılan və rejim qaydalarını pozan məhkumlara təkrarən KTO və birnəfərlik kameralara salınmaq kimi tənbehdən başqa bütün cəza növləri tətbiq oluna bilər. İşə çıxarılmayan yaxud bağlı otaqda işləyən məhkumlara hər gün, kənarda işləyən məhkumlara isə iş olmayan günlərdə 45 dəqiqə gəzinti verilir. Yataq ləvazimatı yataq vaxtı verilir, kameraları orada saxlanılan məhkumların özləri növbə ilə yığışdırırlar. Bu məhkumların tibbi baxışı və müalicəsi üçün yaradılmış xüsusi otaqda keçirilir. Baş və üz qırxdırmalar, çimmələri başqa məhkumlardan təcrid olunmuş şəraitdə aparılır.

6. Məhkumlara yemək kameralarda, iş vaxtı isə istehsalat obyektində verilir, onlara minimum əmək haqqı hesablanmır, iş planını artıqlaması ilə və verilən tapşırıqları nümunəvi yerinə yetirən şəxslərə əlavə yemək və pul xərcləməyə icazə verilmir.

KTO-da birnəfərlik kameralarda saxlanılan məhkumlar (yalandan özünə xəsarət yetirmək, xəstəliyə vurmaq hallarından başqa) xəstəliklə bağlı müalicə olunduqları müddət KTO, birnəfərlik kameraya saxlandıqları müddətinə hesablanır.

KTO-da və birnəfərlik kameralardan məhkumu vaxtından əvvəl buraxılmağına (tibb göstəriciləri istisna edilməklə) yol verilmir.

7. Məhkumun KTO və birnəfərlik kameralarda saxlanma müddəti başa çatdıqda, onun barəsində çıxarılmış qərarda və jurnalda bu haqda qeydlər aparılır, qərar məhkumun şəxsi işinə tikilir.



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin