Qeydə alınıb


§22. Köçürmə məntəqələrindəki məhkumların və koloniyadan kənarda yaşayan qadın məhkumların davranış qaydalarının xüsusiyyətləri



Yüklə 0,86 Mb.
səhifə2/8
tarix17.06.2018
ölçüsü0,86 Mb.
#54018
1   2   3   4   5   6   7   8
§22. Köçürmə məntəqələrindəki məhkumların və koloniyadan kənarda yaşayan qadın məhkumların davranış qaydalarının xüsusiyyətləri.

1) Koloniya məntəqələrində məhkumlara və hamiləliklə əlaqədar işdən azad olunan, yaxud 3 yaşınadək uşaqları olan qadın məhkumlara icazə verilir:

a) kollektiv və fərdi surətdə bostançılıqla, quş və mal-qara saxlamaqla məşğul olmağa,

b) sıraya düzlənmədən hərəkət etməyə, şəxsi paltar geyməyə,

v) ailəsi olanlara rəhbərliyin icazəsi ilə mülki evlərdə, yaxud şəxsi mənzillərdə yaşamağa.
İcazə verilmir:

q) köçürmə məntəqəsinin ərazisinin özbaşına tərk etməyə, qadınlara isə koloniya rəisinin təyin etdiyi ərazini özbaşına tərk etməyə, kənara çıxmağa,

d) hər bir növ odlu və soyuq silah saxlamağa, həmçinin nəqliyyat vasitəsi alıb istifadə etməyə.
BORCLUDURLAR:

e) Hər gün ailəsi ilə yaşayanlar 10 gündə bir dəfədən az olmayaraq təyin olunmuş vaxtda MRNK-nin, yaxud dəstə rəisinin yanına gəlib qeydiyyatdan keçməyə,

j) ailəsi yoxdursa koloniyanın yataqxanasında yaşamağa.

Müəyyən olunmuş hallardan başqa yatmaq vaxtından başlayaraq səhərə kimi koloniya ərazisində məhkumların gəzmələrinə yol verilmir.


V. FƏSİL. İslah-əmək müəssisələrində günün qaydaları.
§23. Günün qaydaları anlayışı:

  1. Məhkumların tərkibi, işin xüsusiyyətləri, əməliyyat vəziyyəti, ilin vaxtı, yerli şərait və s. nəzərə alınmaqla hər İƏM-də ciddi bölünmüş günün qaydaları təşkil olunur.

  2. Günün qaydaları yataqdan qalxmaq, idman etmək, yemək qəbul etmək, işə çıxmaq, istehsalatda çalışmaq, məktəbdə oxumaq, tərbiyə və idman tədbirlərində iştirak etmək və s. vaxtlarını özündə birləşdirir, bu zaman məhkumların 8 saatlıq fasiləsiz yuxu vaxtı, islah-əmək qanunvericiliyində nəzərdə tutulan qədər şəxsi vaxt verilməsi nəzərə alınır. Ayda bir dəfədən az olmayaraq məhkumların xarici görünüşünə baxış keçirilir. Həmin baxışı müəssisə rəisi, dəstə rəisi, ƏRŞ-nin əməkdaşları keçirirlər.

  3. Günün qaydaları (təxminən 9-cu əlavədəki kimi) İƏM-si rəisinin əmri ilə təsdiq olunub məhkumların və əməkdaşların nəzərinə çatdırılır.


§24. Günün qaydalarının təşkili:

1) İƏM-nin rəhbərliyin tabeçiliyində olan xidmət sahələrinin işinin “sürüşkən” cədvəllə elə qururlar ki, MRNK-dən başqa bütün gün ərzində müəssisədə müdriyyətin nümayəndəsi olsun.

İstirahət və bazar günləri vəziyyətdən asılı olaraq bütün gün ərzində rəhbər işçilərdən növbətçilik təşkil olunur. Məhkumların davranışına nəzarətə bütün əməkdaşlar cəlb olunur.

2. Məhkumların gün qaydalarında göstərilən vaxta əməl etməyə çağırmaq üçün səs siqnalları, yaxud komandalar verilir.


§25. Məhkumların sayının yoxlanması:

1. İƏM-də və TƏM-də məhkumlar hər gün soyadı ilə səhər və axşam yoxlanılır. Yoxlamanın vaxtı günün qaydaları ilə müəyyən olur, əgər zərurət olarsa yoxlama günün istənilən vaxtında keçirilə bilər.

2. Soyadların oxunması üçün məhkumlar dəstələr üzrə xüsusi ayrılmış yerdə düzlənirlər. Bundan yalnız xəstəliyə görə yataq rejimi verilmiş, işdən sonra istirahət edən, saxlanması mümkün olmayan işdə çalışan və s. məhkumlar azad olunur. Həmin məhkumların siyahısı müəssisə rəisi tərəfindən təsdiq olunur və onların yoxlanışı olduqları yerdə keçirilir.


  1. Açıq havada işləməyə icazə verilməyən temperaturda soyuq hava olduqda məhkumların yoxlanışı otaqda keçirilir.

  2. Səhər və axşam yoxlamaları 30 dəqiqədən artıq çəkməməlidir, yoxlamalarda növbə ilə müəssisə rəisi, onun müavinləri, hərbi hissənin zabitləri iştirak edirlər.

  3. Yoxlamaların təşkil edilib keçirilməsinə məsuldurlar:

a) MRNK-si, dəstə rəisləri (tərbiyəçilər) və nəzarətçilər.

b) istehsalat obyektlərində - İƏM-ini müdiriyyətinin nümayəndələri, nəzarətçilər. Az sayda məhkum işləyən və nəzarətçilər olmayan qısa müddətli istehsalat sahələrində gözətçilərin rəisi.

6. Müəssisələrin kameralarında və həbsxanalarda məhkumların sayı kameralar üzrə yoxlanılır.
§26. Məhkumların işə çıxarılması:


  1. Gün qaydalarında nəzərdə tutulmuş vaxtda məhkumlar dəstələr üzrə xüsusi ayrılmış yerdə işə çıxmaq üçün düzlənirlər. Bu vaxt onların xarici görünüşünə baxış keçirilib paltarlarındakı çatışmamazlıqlar aradan qaldırılır.

  2. Yerli şərait nəzərə alınmaqla İƏM-nin rəisləri məhkumların istehsalatda davranış qaydalarını tərtib edirlər. Burada işə yalnız sıra ilə gəlmələri, usta və sex rəisi tərəfindən onlara lazımi təlimatların verilməsi, işin yekunlaşdırılması, iş yerinin təhvil verilməsi və s. bu kimi məsələlər öz əksini tapır.


§27. Məhkumların qidalanması qaydaları:

1. Məhkumların qidalanması günün qaydalarında nəzərdə tutulmuş vaxtda dəstələr briqadalar üzrə yeməkxanada, yaxud istehsalat obyektlərindəki yemək üçün nəzərdə tutulan otaqda təşkil olunur.

Birinci halda yaşayış sahəsində məhkumlarla istehsalatda çalışan məhkumların bir-birindən təcrid olunması təmin edilməlidir. TƏM-də səhər, nahar və şam yeməyi yeməkxanalarda təşkil olunur.


  1. Məişət-kommunal obyektlərin fasiləsiz işini təmin etmək üçün müəssisə rəisi həmin obyektlərdə çalışan məhkumlara öz dəstə və briqadalarından ayrı olaraq yemək yeməyə icazə verə bilərlər.

  2. Kamerada olan məhkumlar kameralar üzrə, yaxud istehsalatda yemək qəbul edirlər.

  3. Yemək vaxtı yeməkxanada müdriyyətin nümayəndələri və nəzarətçilər iştirak edirlər.


§28. Məhkumların fərdi qəbulu.

1. Məhkumların fərdi qəbulu cədvəl əsasında İƏM-nin rəisi, həmçinin xidmət sahələrinin rəisləri tərəfindən keçirilir. Qəbul edilənlərin qeydiyyatı xüsusi kitablarda (Əlavə - 10) aparılır.

Ədliyyə Nazirliyinin, MQİBİ-nin əməkdaşları İƏM-nə gəldikdə öz səlahiyyətlərinə aid olan məsələlərlə əlaqədar məhkumların fərdi qəbulunu keçirirlər. Bu qəbulların qeydiyyatı xüsusi kitablarda aparılır. Həmin kitablar İƏM-nin dəftərxanasında saxlanılır.

2. İƏM-nin rəisi, yaxud onun bu işi etdiyi başqa əməkdaş ayda bir dəfədən az olmayaraq qəbul vaxtı verilmiş qərarın yerinə yetirilməsini yoxlayır.


VI. fəsil. Məhkumların ərzaq məhsulları, zəruri əşyalar, bağlama, sovqat və banderol almaları.
§29. Məhkumların ərzaq məhsulları və zəruri əşyaları dükandan almaq qaydaları.

  1. Məhkumlara şəxsi hesabdakı, İƏM-də qazandığı, yaxud qohumları tərəfindən baratla göndərilmiş pulla dükandan nağdsız hesabla zəruri əşyalar və ərzaq məhsulları almağa icazə verilir. Bu məqsədlə İƏM-də istirahət günündən başqa hər gün işləyən dükan təşkil olunur. Rəhbərlik hər məhkumun ayda 4-5 dəfədən az olmayaraq dükana gedə bilməsini təmin edir. Dükana getmə vaxtı günün qaydaları ilə təyin olunur.

  2. Həbsxana və kamera tipli otaqların kameralarında saxlanılan məhkumlara dükana getmək qadağandır. Həmin məhkumlar ayda 2 dəfədən artıq olmayaraq ərzaq və zəruri əşyalar almaq üçün ərizə yazır (Əlavə - 11) və burada nə almaq istədiklərini yazaraq göstərirlər. Həmin ərizəni qəbul etmiş əməkdaş (adətən dəstə rəisi) məhkumun şəxsi hesabında nə qədər pul olduğunu yoxladıqdan sonra ərizədə göstərilənləri alıb məhkuma verir və məhkuma şeylərin alınması barədə qol çəkdirir. Məhkumlara satmağa icazə verilən şeylərin siyahısı 6-cı əlavədə göstərilmişdir.


§30. Məhkumların sovqat və bağlama almaq qaydaları:

  1. İslah-Əmək müəssisələrində cəza çəkən, həmçinin həbsxanaların təsərrüfat işini yerinə yetirmək üçün saxlanılan məhkumlara İslah-Əmək qanunvericiliyində nəzərdə tutulan tezliklə, sayda və çəkidə sovqat və bağlama almağa icazə verilir.

  2. Vətəndaşlardan sovqatı qəbul etmək üçün onların azad girişi olan xüsusi otaqlar yaradılır. Bu otaqlarda stol və stullar, şikayət və təkliflər üçün qutu qoyulur. Görünən yerdən məhkumlara görüş, sovqat və banderol verilməsi qaydaları, onların tezlikləri, miqdarı, qəbul edilmə vaxtı, hansı şeylərin məhkumlara verilməsini qadağan olunduğu və bu şeylərin məhkumlara verməyə cəhd edənlərin məsuliyyət daşımaları barədə yazılmış lövhə asılır. Sovqat qəbul edən növbətçi ağ xalat geyir.

  3. Sovqat, bağlama gətirmiş şəxs iki nüsxədən ibarət ərizə yazaraq orada kimə və nə gətirdiyini yazır (Əlavə - 12) və ərizənin hər iki nüsxəsini nəzarətçiyə verir. Nəzarətçi məhkumun sovqat almağa hüququ olduğunu yoxladıqdan və rəhbərliyin icazəsi alındıqdan sonra sovqat və bağlamanı qəbul etməsi barədə ərizəyə qol çəkib, bir nüsxəsini həmin şəxsə qaytarır. Ərizənin ikinci nüsxəsini isə sovqat və bağlamanı alması barədə məhkuma qol çəkdirdikdən sonra xüsusi qovluğa tikir.

Gün ərzində hansı məhkumların sovqat, bağlama almaları barədə nəzarətçi MRNK-nə yazılı məruzə edir.

4) Məhkuma verilməsi qadağan olunmuş məhsullar (narkotik maddələrdən başqa) onu gətirənə qaytarılır. Məhkuma cinayət məqsədləri üçün istifadə edə biləcəyi bir şey verməyə cəhd olunarsa bu faktla əlaqədar yoxlama aparılır;

5) Poçtla göndərilmiş sovqatlar bu hüquqdan məhrum edilməmiş məhkumların adına qəbul edilir. Başqa islah-əmək müəssisəsinə keçirilmiş məhkumların adına daxil olmuş sovqat müəssisənin hesabına onun dalınca göndərilir, rəhmətə getmiş və ya azad olunmuş məhkumların adına göndərilmiş sovqatlar üzərində “Geriyə qayıtmalıdır” nişanı ilə ona göndərənə qaytarılır.

6) Həbsxanada, karserdə, cərimə və intizam təcridxanalarında olan məhkumlara bağlama qəbul edilmir. Sovqat isə qəbul edilib azad olunduqdan sonra verilir.

7) Sovqatın açılması və yoxlanması onların çatacaqları məhkumların iştirakı ilə nəzarətçi tərəfindən aparılır, sovqat və bağlamanın vətəndaşlardan qəbulu qaydaları gözlənilir.

Əgər sovqatdan pul tapılarsa həmin məbləğ məhkumun şəxsi hesabına köçürülür. Sovqatda hiylə ilə gizlədilmiş pul isə müəssisə rəisinin əsaslandırılmış və prokuror tərəfindən sanksiyalaşdırılmış qərarı üzrə bir qayda olaraq dövlətin nəfinə keçirilir. Göstərilən qaydada sovqatın içərisindəkilər xüsusi qeydə alınır və onların məhkuma verilməsi barədə ona imza etdirilir. (Əlavə - 16)

8) Məhkumun azad olmasına bir ay qalmış qohumları ona mülki paltar göndərə və ya gətirə bilər. Bu növbəti sovqat hesab olunmur və rəhbərlik həmin paltarı buraxılış günü məhkuma vermək üçün alıb saxlaya bilər.

9) Məhkumun yanına gəlmiş qohumları ona vermək üçün koloniyanın dükanında ərzaq və digər zəruri şeylər ala bilərlər. Bunun üçün iki nüsxə ərizə yazıb almaq istədikləri əşyaları göstərir və qiymətini ödəyirlər. Həmin şeylər rəhbərliyin icazəsi ilə alınıb məhkuma verildikdən sonra ərizənin bir nüsxəsinə qol çəkib qohumlarına qaytarılır. İkinci nüsxəsi isə məhkumun şəxsi işinə tikilir.


§31. Məhkumların özlərində saxlanmasına icazə verilən əşya, məmulat və digər şeylərin miqdarı və adları:

  1. Məhkumlara 8-ci əlavədə göstərilən adda və miqdarda əşya, məmulat saxlamağa icazə verilir;

  2. Saxlamağa icazə verilən, lakin miqdarı artıq olan şeylər məhkumdan götürüb anbara saxlamağa verilir və bu barədə akt tərtib olunur.

  3. Anbara təhvil verilmiş şeylər məhkuma lazım olarsa icazə verilən miqdarda həmin şeylər ona verilir.


§32. Qiymətli kağızların uçotu və saxlanması:

1. Sığorta müqavilələri, əmanət kitabçaları və digər qiymətli kağızlar (istiqraz vərəqələri, lotereya biletləri, sertifikatlar, özəlləşdirmə payları) İƏM-nin, İstintaq Təcridxanalarının və Həbsxananın kassalarında saxlanılır.

Eyni qaydada İƏM, İT, Həbsxanada saxlanılan məhkumlara məxsus şəxsi şeylər və qiymətli əşyaların növləri üzrə uçotu kənar hesablamalar ilə aparılır.

2. Daxil olmuş və götürülmüş qiymətli kağızlara akt tərtib olunur. Həmin aktda istiqraz, lotoreya, sertifikat və digər qiymətli kağızların adı, qiyməti, nömrəsi və seriyası, dövriyyə müddəti göstərilir. Akt üç nüsxədən ibarət tərtib olunur. Aktın birinci nüsxəsi məhkuma, ikinci nüsxəsi mühasibatlığa, üçüncü nüsxəsi isə məhkumun şəxsi işində saxlanılır. (Əlavə - 3)

3. Azadlığa buraxılan zaman qiymətli kağızların sahibinə qaytarılması təqdim edilmiş akta əsasən və ya akt itmişsə qiymətli kağızların təhvil vermə vaxtı, yeri və onların təsviri göstərilmiş yazılı ərizə əsasında müəssisə rəisinin icazəsi ilə həyata keçirilir.

4. Başqa müəssisəyə göndərilmiş məhkumlara məxsus qiymətli kağızlar müəyyən edilmiş qaydada onların dalınca göndərilir.

Göndərilən qiymətli kağızlara iki nüsxədən ibarət müşahidə cədvəli tərtib edilir, bir nüsxəsi bağlama ilə bir yerdə göndərilir (Əlavə - 14).

İƏM-də qiymətli kağızlarla daxil olmuş bağlamanın qəbulu zamanı, məsul şəxs, onların içindəkilərin müşayiət cədvəlinə uyğunluğunu yoxlamalıdır.

Qiymətli kağızları qəbul etdikdən sonra mühasibatlıq müşayiət cədvəlinin talonunu müvafiq qaydada doldurur və onların mədaxil edilməsini təsdiq edərək göndərilən ünvana qaytarır. Qəbul edilmiş qiymətli kağızlar kassanın kitabında qeydiyyata götürülür.

Məhkumun şəxsi ərizəsinə əsasən, onun şəxsi hesabında olan, qiymətli kağızlar poçt vasitəsi ilə vətəndaşlara, qohumlarına, investisiya fondlarının nümayəndələrinə və digər təşkilatlara göndərilə bilər.

5. Göndərilmiş qiymətli kağızlara kassanın məxaric orderi yazılır. Rabitə bölməsinin qəbzinə əsasən kassa kitabında qeydiyyat apardıqdan sonra müşayiət cədvəlinin ikinci nüsxəsini balans hesabından silmək üçün mühasibatlığa təhvil verilir.

6. Qiymətli kağızlar kassir tərəfindən kitabda uçota götürülür (Əlavə - 15). Kitab nömrələnməli, müəssisə rəisinin və baş mühasibin imzaları ilə təsdiq edilməli və möhürlənməlidir.

7. Qiymətli kağızların alınması, sığorta müqavilələrinin bağlanması, pul baratlarının göndərilməsi ilə əlaqədar şəxsi hesabdan pul silinməsi müəssisə rəisi tərəfindən imzalanmış məhkumun şəxsi ərizəsinə əsasən həyata keçirilir. (Əlavə - 16)

Sığortaya görə aylıq köçürmənin miqdarı, sığorta barədə müqavilədə göstərilir.

8. Kassanın inventarizasiyası balans hesabının maddələrinin inventarizasiyası üçün müəyyən edilmiş qaydada aparılır.*
§33. Saxlanması qadağan olunmuş şeylərin, əşyaların, məmulatların habelə qeyri-qanuni yolla əldə edilmiş ərzaq məhsullarının məhkumlardan götürülmə qaydaları.


  1. İslah-Əmək Qanunvericiliyinin tələblərinə əsasən məhkumlardan tapılmış pul və qiymətli şeylər onlardan götürülür və bir qayda olaraq İƏM-nin rəisinin çıxardığı və prokuror tərəfindən təsdiq olunmuş qərarla dövlət nəfinə keçirilir.

  2. Götürülmüş pul və qiymətli şeylər onu götürmüş şəxsin raportu, yaxud aktı ilə bir gündən gec olmayaraq MRNK tərəfindən müəssisənin mühasibatlığına təhvil verilir. Götürülmüş şeylər xüsusi kitabda qeydə alınır.

  3. Əgər əsaslı səbəblərdən asılı olaraq götürülmüş qiymətli şeyləri və pulu dövlət nəfinə keçirmək məqsədə uyğun deyilsə onda pul məhkumun şəxsi hesabına keçirilir, qiymətli şeylər isə saxlanmaq üçün mühasibatlığa, yaxud anbara təhvil verilir.

  4. Məhkumlara saxlanması qadağan olunmuş, lakin qiymətli şeylərə aid olmayan əşya, məmulat, ləvazimat (spirtli içkilər və s.) aşkar edilərsə, götürülüb məhkumun yanında məhv edilir, yaxud saxlamaq üçün anbara verilir və bu barədə akt tərtib edilir. Məhkumlardan tapılıb götürülmüş şeylərdən cinayət məqsədi üçün istifadə olunması ehtimal olunarsa belə hallarda yoxlama aparılır.



VII FƏSİL. Məhkumların yazışma, pul göndərmə və alma, qohumları və başqa şəxslərlə, vəkillə görüşmə qaydaları
§34. Məhkumların məktub göndərmə qaydaları:

1) Məhkumların məktub, teleqram göndərməsinə və almasına məhdudiyyət qoyulmur.

2) Məhkumlar məktubu yalnız müdiriyyət vasitəsilə göndərirlər. Bu məqsədlə yalnız koloniya ərazisində səlahiyyətli əməkdaşın hər gün açdığı poçt qutuları asılır. Həbsxana və KTO-da saxlanılan məhkumlar müdriyyətin nümayəndəsinin vasitəsilə məktub göndərirlər.

3) Məktublar yalnız ağzı açıq şəkildə poçta salınır, yaxud müdriyyətin nümayəndəsinə verilir.

4) Əgər məhkum başqa müəssisəyə göndərilmişsə, onun adına gəlmiş məktub üç gün müddətində həmin ünvana göndərilir. Qiymətli məktubların göndəriş haqqı məhkumun hesabına ödənilir.

5) Gizli və şərti işarələrdən istifadə etməklə yazılmış tərbiyəsiz məzmunlu məktublar, açıqlanmasına icazə verilməyən məlumatlar olan məktublar göndərilmir, bu barədə məhkuma elan olunur və məktub məhv edilir.


§35. Pul göndərmə, məhkumların baratla pul alması:

Baratla gəlmiş pul məhkumun şəxsi hesabına keçirilir. Yaxın qohumlarına (valideynlərinə, həyat yoldaşına, uşaqlarına, qardaşlarına, bacılarına, babasına, nənəsinə, nəvələrinə) baratla şəxsi hesabında olan puldan göndərmək üçün məhkum miqdarı dəqiq göstərilməklə ərizə ilə müraciət edərək müəyyən edilmiş formalı blankı doldurur və dəstə rəisinə verir.

Başqa şəxslərə və təşkilatlara pul göndərilməsinin səbəblərini məhkum ərizədə mütləq qeyd etməlidir. Belə ərizələrə İƏM-nin müdiriyyəti 5 gün müddətinə baxmalı və qəbul edilmiş qərar barədə məhkuma məlumat verməlidir.
§36. Məhkumların ərizə, şikayət və təklifləri.


  1. Məhkumlar ərizə, şikayət və təkliflərini yazılı, yaxud şifahi şəkildə ifadə edirlər. Yazılı ərizə, şikayət və təkliflər müdiriyyət vasitəsi ilə göndərilir və onları yazmaq üçün məhkuma onun xahişi ilə kağız və qələm verilir.

  2. Rəhbərliyin həll edə biləcəyi məsələlərlə bağlı olan ərizə, şikayət və təkliflər, onların ünvanlandığı vəzifəli şəxslərin və təşkilatların araşdırmalarının nəticəsi gözlənilmədən yerində həll olunur.

Görüş verilməsi, sovqat və bağlama ilə əlaqədar olan şikayət ərizə və təkliflər ayrıca qovluqda tikilir və bir il saxlanılır.

3) Dövlət orqanlarına və ictimai təşkilatlara, vəzifəli şəxslərə göndərilən məktublara rəhbərliyin müşayiət məktubu qoşulur. Həmin məktubda müraciət olunan məsələ barədə rəhbərliyin nöqteyi-nəzəri göstərilir. Başqa İƏM-nə keçirilməklə, cəzanın yüngülləşdirilməsi ilə əlaqədar ilk dəfə göndərilən ərizə, şikayət və təkliflərə, onu yazan məhkum haqqında arayış-xasiyyətnamə əlavə olunur.

4) Prokurora yazılan ərizə, şikayət və təkliflər nəzərdən keçirilə bilməz və bir gündən gec olmayaraq göndərilməlidir.


  1. Ərizə, şikayət və təkliflərdə bəhs olunan məsələ onların ünvanlandığı dövlət orqanlarının, ictimai təşkilatların və vəzifəli şəxslərin səlahiyyətlərinə aid deyilsə ərizə, şikayət və təklifi aidiyyatı üzrə ünvanlanmaq məhkuma təklif olunur. Əgər məhkum israr edərsə onda həmin ərizə, şikayət və təkliflər məhkumun istədiyi ünvana göndərilir və əgər bu barədə ikinci müraciət olunarsa, birinci dəfə hara olunduğu və hansı nəticə əldə edildiyi barədə müşayiət məktubu yazılır.

  2. Nəzakətsiz və biədəb ifadələrlə yazılmış ərizə şikayət və təkliflər göndərilmir, onu yazan məhkum tənbeh edilir, cəzalandırılır.

7) Şifahi şəkildə verilmiş ərizə, şikayət və təkliflər məhkumların şəxsi qəbulu kitabında qeyd olunur, yazılı şəkildə verildikdə isə müəssisə dəftərxanasında qeydiyyatdan keçir və üç gündən gec olmayaraq göndərilir.

  1. Ərizə, şikayət və təklifə alınmış cavab üç gündən gec olmayaraq məhkuma qol çəkdirilməklə elan olunur və onun şəxsi işinə tikilir.

  2. Ərizə, şikayət və təkliflər məhkumun şəxsi hesabındakı vəsait hesabına göndərilir. Əgər şəxsi hesabda pul yoxdursa bu müəssisənin hesabına edilir.


§37. Məhkumların qohumları ilə və digər şəxslərlə görüşü və telefon danışıqları:

1) Məhkumlara islah-əmək qanunvericiliyində nəzərdə tutulmuş sayda qısa və uzun müddətli görüş verilir. Başqa-başqa İƏM-də cəza çəkən məhkumlara bir-biri ilə görüşməyə yol verilmir.

2) Qohumları ilə qısa müddətli görüş məhkumlara müdriyyətin nümayəndəsinin iştirakı ilə verilir. Digər şəxslərə görüş müdriyyətin nümayəndəsinin iştirakı ilə verilir. Digər şəxslərə görüş müdriyyətin fikrincə yalnız məhkuma mənfi təsir etməyəcəyi təqdirdə verilir. Görüşə etiraz olunarsa, bunun səbəbləri barədə görüş üçün yazılmış ərizənin üzərində qeyd olunur.

3) Uzun müddətli görüş məhkumlara yalnız İslah-Əmək qanunvericiliyində nəzərdə tutulmuş yaxın qohumları ilə verilir.

4) Uzun müddətli görüş ərzində məhkum işləyib əvəzini ödəmək şərti ilə və ya məzuniyyəti hesabına işdən azad olunur.


  1. Təbii fəlakət və digər fövqəladə vəziyyətlərdə görüş verilməsi müvəqqəti dayandırıla bilər.

  2. Bir görüşün hissə-hissə verilməsinə icazə verilmir. Məhkumun xahişi ilə uzun müddətli görüşləri qısa müddətli görüşlərlə əvəz etməyə icazə verilir.

Telefon danışıqları texniki imkan olduqda məhkumun yazılı ərizəsi əsasında və müdriyyətin nəzarəti altında qanunla müəyyən olunmuş miqdarda və vaxt ərzində həyata keçirilir. Şəxsi hesabında pulu olmayan məhkumlara şəhərlər arası telefon danışıqlarından istifadə etməyə icazə verilmir.
§38. Telefon danışıqlarına görə hesablaşma və təqdimetmə qaydaları:

İƏM-də və İT-da (təsərrüfat xidmətinə cəlb edilmiş) cəza çəkən məhkumlara müəssisə rəisinin icazəsi ilə, məsul şəxs tərəfindən rabitə qovşağından alınmış və əvvəlcədən ödənilmiş qəbzlə şəhərlər arası və dövlətlər arası telefon danışıqları təqdim olunur.

Qəbzlər ciddi hesabat blankı kimi qeydə alınır və telefon danışıqları qüvvədə olan tariflər üzrə məhkumun şəxsi hesabından ödənilir.

Düzgün və vaxtında telefon danışıqlarına görə hesablaşmalar aparmaq üçün məhkum tərəfindən bütün şərtlər göstərilmiş (telefon nömrəsi, şəhər, danışığın müddəti) barədə ərizə yazır, yerli rabitə qovşağından təqdim edilmiş cədvəl və ya sifariş qəbzləri ilə bərabər, eyni zamanda ərizə şəxsi hesabdan pul silinməsinə əsas verən sənəd sayılır.

Ərizə danışıq otağına məsul şəxsdə olan kitabda qeydiyyata alınır (Əlavə - 18). Mühasibatlıqda hər abonementə telefon danışıqlarına görə şəxsi hesabdan pul silinməsi üçün tərtib olunmuş cədvəl aparılır, köçürülmüş xərclər, digər “debitorlar” hesabında qeydə alınır.

Məhkumlara texniki imkan daxilində şəxsi vəsaiti hesabına, hərəsi 15 dəqiqə olmaqla, il ərzində 6 dəfədən çox olmamaq şərti ilə telefon danışıqlarından istifadə etməyə şərait yaradılır, müstəsna hallarda (yaxın qohumunun ölümü və ya həyatını təhlükə altına alan ağır xəstəliyi, məhkumlara və ya onların ailəsinə xeyli maddi zərər vurmuş təbii fəlakət və s. digər faciə və xəbərlər barədə məlumat daxil olduqda) İslah Əmək müəssisəsinin rəisi əlavə telefon danışıqlarına icazə verə bilər.

Telefon danışıqlarının qısa və ya uzun müddətli görüşlərlə əvəz olunması qadağandır.

Telefon danışıqları üçün təqdim edilmiş ərizələrin qeydiyyat kitabı tikilib nömrələnməli, müəssisə rəisinin imzası ilə təsdiq edilib möhürlənməlidir. (Əlavə - 19)


§39. Görüşlərin verilməsi və keçirilməsi qaydaları.

1) Görüşə icazə müəssisə rəisi və ya onu əvəz edən şəxs tərəfindən məhkumun, yaxud görüşə gəlmiş şəxsin yazdığı ərizə əsasında verilir. Görüşə gəlmiş şəxsin məhkumla qohumluq əlaqəsini təsdiq edən sənədlər - pasport, şəxsi vəsiqə, doğum və evlənmə haqqında şəhadətnamə - ola bilər.

2) Görüşə gəlmiş şəxslər müəssisə rəisi, onun müavini, dəstə rəisi yaxud MRNK tərəfindən qəbul olunurlar. Onlara məhkumun özünü necə aparması barədə məlumat verilir, görüş zamanı özünü aparmaq qaydaları izah olunur, məhkuma gizlincə bağlama verilməsinin qadağan olunduğu və görüş zamanı qayda-qanunun pozulduğu halda görüşün dərhal dayandırılacağı barədə xəbərdarlıq edilir.

Pul, qiymətli əşyalar və məhkumların istifadə etməsi qadağan olunmuş əşyalar xüsusi kitaba (Əlavə - 20) qeyd olunub qol çəkdirilməklə saxlanmaq üçün nəzarətçiyə təhvil verilir.

Məhkumla görüş yalnız onların yanına görüşə gəlmiş şəxslərin əşyalarına görüşdən əvvəl baxış keçirildikdən sonra təqdim edilir və bu barədə həmin şəxslərə elan olunur. Bu cür baxışlar günün qaydalarında nəzərdə tutulmuş formada keçirilir. Əgər bu zaman baxışdan gizlədilmiş qadağan olunmuş şeylər tapılarsa həmin şəxs bərədə inzibati qaydada ölçü götürülür. Əgər görüşə gəlmiş şəxs şeylərə baxış keçirilməsi ilə razılaşmazsa uzun müddətli görüş verilmir qısa müddətli görüş isə (məhkumun buna hüququ varsa) verilə bilər.


  1. Məhkuma iki nəfərdən artıq olmayaraq yetkin yaşlı şəxslərlə görüş verilir. Həmin şəxslərlə birlikdə məhkumun yetkinlik yaşına çatmamış uşaqları da görüşdə iştirak edə bilər.

  2. Görüşün müddəti İƏM-nin rəhbərliyi tərəfindən təyin olunur. Əgər məhkumun özü istəməzsə, bütün hallarda qısa müddətli görüş 2 saatdan, uzunmüddətli görüş isə bir gündən az olmamaq şərti ilə təqdim olunur.

  3. Məhkumlar görüşə səliqəli və təmiz görkəmdə gəlməlidirlər, uzun müddətli görüş müddətinə geyinmək üçün məhkuma görüş üzrə nəzarətçidə saxlanılan dəyişiklik fondunda saxlanılan alt və üst paltarları, ayaqqabı verilir. Bu müddətdə məhkuma görüşə gəlmiş şəxslərin gətirdikləri mülki paltarı da geyməsinə də icazə verilir. Məhkumun üst-başı görüşdən əvvəl və sonra axtarılır. Onlara özləri ilə uzunmüddətli görüş otağına yalnız gigiyena və siqaret çəkməyə mənsub olan əşyalar götürməyə icazə verilir.

  4. Qısa müddətli görüşə gəlmiş şəxslərin özləri görüş otağına ərzaq və digər əşyaları aparmasına icazə verilmir.

Uzun müddətli görüş otağına görüşdə olduğu müddətdə məhkumların geyinməsi üçün mülki paltar, saxlanması və istifadəsi məhkumlara qadağan olunmamış şeylər və ərzaq (pivə və spirtli içkilərdən başqa) məhsulları keçirilə bilər.

7) Görüş vaxtı məhkumların (yaxud məhkumlara) hər hansı sənədlərin sxemlərin və s. verilməsi qadağandır. Əgər qısa müddətli səfərə gəlmiş şəxslərə məhkumun danışdığı dili İslah Əmək müəssisəsində bilən yoxdursa tərcüməçi dəvət oluna bilər. Tərcüməçi məhkumların sırasından ola bilməz.



  1. Görüşdə davranış qaydaları pozulduğu halda nəzarətçi dərhal görüşü dayandırır və bu barədə görüşə icazə vermiş şəxsə, əgər o yoxdursa MRNK-nə məruzə edir və onların qəbul etdiyi son qərarları yerinə yetirir.

  2. Görüşə gəlmiş şəxslərin yerləşdirilməsi üçün mehmanxanası olmayan yaşayış məntəqələrində yerləşən müəssisələrin nəzdində qonaq otaqlarından istifadə haqqı məhkumlardan tutulur, yaxud görüşə gəlmiş şəxslər tərəfindən nəqd pulla ödənilir. Bu haqq mehmanxanalar üçün nəzərdə tutulmuş miqdarda olur.




  1. Görüş otaqlarının lazımi avadanlıq və ləvazimatla təminat qaydası 18-ci əlavədəki kimidir.

  2. Cəza çəkən əcnəbilərin şəxsi məsələlər üzrə öz dövlətlərinin diplomatik nümayəndəlikləri və konsulluq ilə və ya onların müdafiəsini öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlarla rüb ərzində bir, dəfə qısa müddətə əlaqəyə girmələrinə Baş İdarənin razılığı ilə İƏM-i müdiriyyəti tərəfindən imkan yaradılır.



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin