Qeydə alınıb



Yüklə 0,86 Mb.
səhifə1/8
tarix17.06.2018
ölçüsü0,86 Mb.
#54018
  1   2   3   4   5   6   7   8

Qeydə alınıb:

Azərbaycan Respublikası

Ədliyyə Nazirliyində

Qeyd № 115

“07” iyul 1998-ci il

Nazir S.C. Həsənova

TƏSDİQ EDİRƏM” “RAZILAŞDIRILMIŞ”

Azərbaycan Respublikası Azərbaycan Respublikası

Ədliyyə Naziri Baş Prokuroru II dərəcə

III dərəcə dövlət ədliyyə müşaviri dövlət ədliyyə müşaviri

S.C. Həsənova E.H. Həsənov

30.06. 1998-ci il.

Əmr 105 t/h. “11” 05 1998-ci il




İSLAH ƏMƏK MÜƏSSİSƏLƏRİNDƏ DAXİLİ İNTİZAM
QAYDALARI


1-ci fəsil: Ümumi müddəalar
§1. İslah əmək müəssisələrində daxili intizam qaydaları anlayışı.

İslah əmək müəssisələrində daxili intizam - məhkumlarda insana, cəmiyyətə, əməyə, birgə yaşayış ənənələrinə hörmət münasibəti formalaşdıran, qanunlara riayət etmə davranışını stimullaşdıran və qanunla müəyyən edilmiş qaydalara deyilir.

Daxili nizam qaydaları Azərbaycan Respublikası İslah əmək məcəlləsində nəzərdə tutulmuş bütün İslah Əmək və Müalicə müəssisələri üçün rəhbər sənəddir.
§2. Daxili intizam qaydalarının vəzifəsi.

Daxili intizam qaydaları Azərbaycan Respublikası İslah Əmək qanunvericiliyinin tələblərinə uyğun azadlıqdan məhrumetmə cəzasının çəkilməsinin və icrasının ayrı-ayrı normalarını konkretləşdirmək, habelə qanununun tələblərinə uyğun şərait yaratmaq məqsədi güdür.


§3. Daxili intizam qaydalarının təsir həddi:

Daxili intizam qaydalarının tələblərini yerinə yetirmək məhkumlara, müdiriyyətin nümayəndələrinə, işçi heyətinə, habelə işləri İslah əmək müəssisələrinin fəaliyyəti ilə bağlı olan idarələrin nümayəndələrinə və digər şəxslərə məcburidir.

Azadlıqdan məhrumetmə cəzasını icra edən müəssisələrə ehtiyatsızlıq üzündən cinayət etmiş şəxslər üçün koloniya-məntəqələr, qəsdən cinayət etmiş şəxslər üçün koloniya-məntəqələr, islah yoluna möhkəm qədəm qoymuş şəxslər üçün koloniya-məntəqələr, ümumi rejimli, möhkəm rejimli, ciddi rejimli, xüsusi rejimli İslah Əmək müəssisələri, Tərbiyə əmək müəssisələri, İslah müalicə müəssisələri, Həbsxana, habelə təsərrüfat xidmətinə cəlb edilmiş məhkumlara aid hissəsində İslah Əmək müəssisələrinin funksiyasını yerinə yetirən İstintaq təcridxanaları aiddir.
§4. Daxili intizam qaydalarını pozmağa görə məsuliyyət:

Daxili intizam qaydalarının tətbiqi MQİBİ-nin bütün İslah Əmək və Müalicə müəssisələri üçün məcburidir.

İntizam qaydalarını pozmuş günahkar şəxslər - o cümlədən;


  • məhkumlar islah əmək məcəlləsinə,

  • cəzanın icrası ilə məşğul olan müdiriyyət nümayəndələri və işçi heyəti xidməti keçmə intizamnaməsinə, əmək və inzibati qanunvericiliyinə,

  • digər təşkilatın nümayəndələri və şəxslər qüvvədə olan qanunvericiliklə məsuliyyətə cəlb olunurlar.


§5. İslah Əmək müəssisələrinin yaradılması və ləğvi;

1. Azərbaycan Respublikasında İslah Əmək müəssisələri Ədliyyə Nazirinin əmri ilə yaradılır və ləğv edilir.

2. Yeni yaradılmış İslah Əmək müəssisələrinə məhkumların göndərilməsi, həmin müəssisələrdə kommunal-məişət obyektləri tikildikdən və bir qayda olaraq Ədliyyə Nazirinin əmrinə əsasən yaradılmış xüsusi komissiyalar tərəfindən həmin obyektlər qəbul edildikdən sonra həyata keçirilir.
§6. İslah - Əmək müəssisələrində məhkumların yerləşdirmə həddi;

1. İslah əmək müəssisələrində məhkumların yerləşdirmə həddi MQİBİ-nin təqdimatı ilə Ədliyyə Naziri tərəfdən müəyyən edilir və dəyişdirilir.

2. Məhkumların faktiki sayı limit həddindən və yerindən çox ola bilməz;

a) ümumi rejimli İslah-Əmək müəssisələrində - 1500 nəfər,

b) möhkəm rejimli İslah-Əmək müəssisələrində - 1100 nəfər,

v) ciddi rejimli İslah-Əmək müəssisələrində - 1100 nəfər,

q) xüsusi rejimli İslah-Əmək müəssisələrində - 500 nəfər,

d) islah-əmək koloniya məntəqələrində - 300 nəfər,

e) ehtiyatsızlıq üzündən cinayət törətmiş şəxslər üçün koloniya məntəqələrində - 200 nəfər,

j) qəsdən ağır cinayət törətmiş şəxslər üçün koloniya məntəqələrində - 200 nəfər,

z) Tərbiyə-Əmək müəssisələrində - 500 nəfər,

i) Həbsxanada - 1000 nəfər.


§7. İslah-Əmək müəssisələrinin təftişi;

  1. İslah-Əmək müəssisələrini təftiş etmək hüququ Ədliyyə Nazirinə, ƏN MQİBİ-ni rəisinə və onların müavinlərinə verilir.

  2. Ədliyyə Nazirliyinin və MQİBİ-nin digər əməkdaşları islah-əmək müəssisələrinin fəaliyyətini 1-ci bənddə göstərilən vəzifəli şəxslərin təsdiq etdikləri ezamiyyə tapşırıqları və göstərişləri əsasında yoxlayırlar.

  3. İslah-əmək müəssisələrinin kompleks təftişi iki ildə bir dəfədən az olmayaraq aparılır və bu işə ƏN-nin, MQİBİ-nin məsul işçiləri rəhbərlik edir.

  4. İslah-əmək müəssisələrində təklif və iradlar kitabı (Əlavə - 1) aparılır. Həmin kitaba təftiş edən şəxslər irad və təkliflərini qeyd edirlər.


§8. İslah-əmək müəssisələrinin hüquqi statusu;

İslah-əmək müəssisələri üzərində, adı və Azərbaycan Respublikasının gerbi olan, möhürə və hüquqi şəxs statusuna malikdirlər.


II fəsil. İslah-əmək müəssisələrinin quruluşu:
§9. İslah - əmək müəssisələrinin quruluşu:

  1. İslah-əmək və Tərbiyə-əmək müəssisələri xüsusi tipli layihə əsasında tikilir.

  2. İslah-əmək müəssisələrinin və möhkəm rejimli tərbiyə-əmək müəssisələrinin ərazisi bir-birindən təcrid olunmuş 250-300 nəfər məhkumun yerləşdirilməsi nəzərdə tutulmuş yaşayış və istehsalat sahələrinə bölünür.

  3. Yaşayış sahəsində yataqxanalar, mətbəx, dükan, məktəb, texniki peşə məktəbi və peşə hazırlığı üçün təlim kabinetləri, klub, kitabxana, tibb - təcridxanası olan tibb məntəqəsi, camaşırxana, dezinfeksiya kamerası ilə birlikdə hamam, bərbərxana, yatacaq ləvazimatları, xüsusi geyim paltarları və gündəlik istifadə olunan şəxsi əmlakın saxlanması üçün anbar, ayaqqabı və paltarların təmiri üçün otaq, dəstə rəislərinin, əməliyyat-rejim xidməti işçilərinin, siyasi-tərbiyə, istehsalat və əməliyyat-rejim işləri üzrə rəis müavinlərinin iş otaqları, məhkumların paltarlarını qurutmaq üçün otaq, həmçinin yeni gəlmiş məhkumların yerləşdirilməsindən ötrü karantin üçün ayrılmış xüsusi sahə yerləşir.

İslah-əmək müəssisələrinin ərazisində təcrid olunmuş şəkildə gəzinti üçün həyəti olan kamera tipli otaqlar və cərimə təcridxanası, Tərbiyə-əmək müəssisəsində isə intizam təcridxanası və işçi kamerası olan karantin otaqları tikilir.

4. İslah-əmək müəssisələrinin yaşayış sahəsi istehsalatdan, həmçinin kamera tipli otaqlar və cərimə (intizam) təcridxanası digər tikililərdən görülən dəhlizlərlə ayrılır.

5. Nəzarət buraxılış məntəqəsinin (NBM) binasına qısa və uzun müddətli görüş otaqları, sovqat və bağlamaların qəbulu və verilməsi, müəssisəyə daxil olan şəxslərin və onların gətirdikləri sovqatın yoxlanması üçün otaqlar yaradılır. Məhkumları yoxlamaq üçün otaqlar nəzarət meydançasının yanında və istehsalatla yaşayış zonaları arasında tikilir.


  1. İnzibati bina müəssisədən xaricdə, yaxud NBM ilə bir yerdə tikilir. Növbə üzrə rəis köməkçisinin, nəzarətçilər xidməti üzrə rəis köməkçisi və nəzarətçilərin növbəsinin otaqları bir qayda olaraq istehsalat və yaşayış sahələrinin arasında yerləşir. Həmin yerdə məhkumların bir sahədən digərinə buraxmaq üçün buraxılış məntəqəsi yaradılır.

  2. İstehsalat sahəsinin ərazisi təcrid olunmuş sahələrə bölünür. Əgər istehsalatın texnologiyasına görə bunu etmək mümkün deyilsə, buraxılış rejimi tətbiq olunur.

  3. Ərzaq, əmlak, sürtkü - yanacaq materialları, lak-rəng maddələri məhkumların uzun müddət saxlamalı olan şəxsi əmlakları, tərəvəz yerləşən anbarlar və sairə, müəssisədən xaricdə tikilir.


§10. Xüsusi rejimli islah-əmək müəssisələrinin quruluşunun xüsusiyyətləri:

Xüsusi rejimli islah-əmək müəssisələri aşağıdakı xüsusiyyətlər nəzərə alınmaqla təşkil edilir:

a) yaşayış sahəsi kamera tipli otaqlardan və adi yaşayış yataqxanalarından görülən dəhlizlə iki yerə bölünür.

b) adi yaşayış yataqxanaları yerləşən sahədə başqa rejimli islah-əmək müəssisələrində olduğu kimi məişət kommunal obyektləri yerləşir, yataqxanalar inzibati və məişət-təsərrüfat binalarından təcrid olunur. Tibb məntəqəsi bütöv hasarla əhatə olunur.

v) kamera tipli otaqlar yerləşən sahədə iş kameraları olan birnəfərlik kameralar və cərimə təcridxanası yerləşir, onların yanında gəzinti meydançası yaradılır.
§11. İslah-əmək Koloniya - Məntəqələrinin quruluşunun xüsusiyyətləri:

1) Koloniya-məntəqələrində yataqxana, rəisin növbətçi köməkçilərinin və nəzarətçilər növbəsinin otaqları, dükan, tibb məntəqəsi, texniki kabinetlər, kitabxana, siyasi-tərbiyə və mədəni tədbirlərin keçirilməsi üçün otaq, hamam və camaşırxana, məhkumların şəxsi əşyalarının saxlanma kameraları, cərimə təcridxanası və qonaq otağı yaradılır. Koloniya məntəqələrdə kamera tipli otaqlar təşkil olunmur.



  1. Koloniya - məntəqələrdə 4-6 nəfərlik, 1-3 nəfərlik ümumi kamera, 1-3 iki nəfərlik kamera və cərimə təcridxanasının növbətçi nəzarətçisi üçün otaq təşkil olunur. Cərimə təcridxanası digər tikililərdən bütöv hasarla ayrılır.

  2. Əhali yaşayan ərazidə yerləşən koloniya-məntəqələrin ərazisi hasarla əhatə olunur, nəzarət-buraxılış məntəqəsi yaradılır.

  3. Yerləşdiyi yer, məhkumların gördüyü işin xarakteri nəzərə alınmaqla koloniya-məntəqələrin sərhədi Respublika Ədliyyə Nazirinin əmri ilə müəyyən edilir. Bütün hallarda bu sərhəd mərkəzdən başlayaraq radius boyunca 5, müstəsna hallarda 10 km-dən artıq olmamalıdır.

Məhkumların işlə təmin edilməsi ilə əlaqədar və onların işdən sonra koloniya məntəqəsinə qayıtması şərti ilə MQİBİ-nin rəhbərliyinin razılığı ilə həmin məsafə artırıla bilər. Həmin sərhəd məhkumlara qol çəkilməklə elan edilir və onların şəxsi işinə tikilir.
§12. Tərbiyə-əmək koloniyalarının quruluşunun xüsusiyyətləri:

1) Ümumi rejimli Tərbiyə-əmək koloniyalarının ərazisi bir-birindən təcrid olunmuş sahələrə bölünmür. Kamera tipli otaqlar orada təşkil olunmur. Sinif otaqları və peşə hazırlığı kabinetləri bir qayda olaraq istehsalat sahəsində yerləşir. Əgər onlar yaşayış sahəsində yerləşirsə başqa tikililərdən təcrid edilməlidirlər.

Koloniyaya yeni gəlmiş məhkumların yerləşdirilməsi üçün yaşayış sahəsində yataq, yemək, siyasi-mədəni tədbirlər, soyunub-geyinmə otaqları, ayaqyolu olan karantin otaqları yaradılır.

2) TƏK-də lazımi idman ləvazimatı ilə təmin edilmiş idman meydançası təşkil edilir. Bundan başqa yaşayış sahəsində bütün məhkumların düzlənməsi üçün meydan yaradılır. Müəssisənin ərazisi 3,5 m-dən az olmayan hündürlükdə hasara alınır.


§13. həbsxanaların quruluşu:

1) Həbsxanalar eyni növlü qərara uyğun təşkil edilir. Həbsxananın ərazisi rejim və təsərrüfat sahələrinə bölünür.

2) Rejim sahəsində məhbusların yerləşdiyi korpuslar, mətbəx, stasionarla tibb məntəqəsi, sanitar-buraxılış məntəqəsi, məktəb və klub yerləşir.

Gəzinti meydançaları bir qayda olaraq korpusları yuxarı mərtəbələrində, ayrı-ayrı hallarda isə həyətdə təşkil olunur, lakin bu halda həmin meydançaların kameralardan görülməsinin qarşısı alınmalıdır. Meydançaların (həyətlərin) tavanı 12x20 sm gözlüklü barmaqlıqlarla örtülüb, üzərinə tor çəkilir.

3) İstehsalat korpusları digər tikililərdən təcrid olunmuş şəkildə yerləşdirilir. Yaşayış korpusları bir qayda olaraq istehsalat, kommunal məişət və digər obyektlərlə yeraltı və yaxud örtüklü yerüstü keçidlərlə birləşdirilir.

4) Təsərrüfat həyətində anbarlar, qaraj, tərəvəz saxlamaq üçün yer, məişət emalatxanaları və digər yardımçı otaqlar yerləşdirilir.



  1. Rejim sahəsi və təsərrüfat həyəti hündürlüyü 4,5 m-dən az mühafizə qurğuları ilə təchiz olunur. Bu cür hasarla da rejim sahəsi təsərrüfat həyətindən ayrılır.

  2. Xidməti iş otaqları, nəzarət-buraxılış məntəqəsi, həbsxana rəisinin növbə üzrə köməkçisinin otağı, məhkumların qohumları və digər şəxslərlə görüş inzibati binada yerləşdirilir.


14. İslah-əmək müəssisələrində yataqxanaların təşkili:

1) Ümumi, möhkəmləndirilmiş və ciddi rejimli islah-əmək müəssisələrində, xüsusi rejimli koloniyaların adi yaşayış yerlərində, Koloniya-məntəqələrində, həmçinin tərbiyə-əmək koloniyalarında cəza çəkən məhkumlar Respublikanın İslah-Əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş norma üzrə yataqxanalara yerləşdirilir. Hər məhkuma üzərində soyadı adı, atasının adının baş hərfləri yazılmış lövhəcik bərkidilmiş fərdi yataq yeri verilir.

2) Ümumi, möhkəmləndirilmiş və ciddi rejimli islah-əmək müəssisələrində, xüsusi rejimli koloniyaların adi yaşayış yerlərində, koloniya məntəqələrində, həmçinin tərbiyə-əmək koloniyalarında yataqxanalar lazımi ləvazimatla təchiz olunur. (Əlavə - 2).

Həbsxanalarda təsərrüfat xidmətini yerinə yetirmək üçün saxlanılmış məhkumlar da yataqxanada, mənzil sahəsi həmin normaya uyğun təmin edilir.

3) Yataqxana binasında yataq otaqlarından əlavə dəstə rəisləri (tərbiyəçilər) üçün xidməti iş otaqları, siyasi-tərbiyə işləri üçün otaqlar, ayaqyolu, ayaqqabı və paltar qurutmaq üçün otaq yaradılır.

Qadınlar üçün islah-əmək müəssisələrində şəxsi gigiyena otaqları təşkil olunur.


§15. Kamera tipli otaqların, cərimə, intizam təcridxanalarının, həbsxanalarda kameraların və karserlərin quruluşu:


  1. Həbsxanalarda cəza çəkən məhkumlar kameralarda yerləşdirilir və Respublikanın islah-əmək qanunvericiliyində nəzərdə tutulmuş norma üzrə yaşayış sahəsi ilə təmin olunurlar.

  2. Ümumi, möhkəmləndirilmiş. ciddi və xüsusi rejimli islah əmək müəssisələrinin kamera tipli otaqlarında, həmçinin cərimə təcridxanalarında saxlanılan məhkumlar 2 kv. m-dən az olmayaraq intizam təcridxanalarında isə İslah-Əmək qanunvericiliyində nəzərdə tutulan normaya uyğun mənzil sahəsi ilə təmin olunurlar.

3) Xüsusi rejimli islah-əmək müəssisələrində birnəfərlik kameraların və həbsxanalarda karserlərin sahəsi 3 kv. m-dən az olmamalıdır.

4) Həbsxanalarda kameraların pəncərəsi 1,3 - 1,4 enində və 1,15 - 1,2 m. hündürlüyündə, islah-əmək müəssisəsindəki kamera tipli otaqların, cərimə və intizam təcridxanalarının pəncərələri isə 0,5 x 0,9 m. ölçüdə, həbsxanalarda karserin pəncərələrinin ölçüsü 0,5 x 0,5 m. olur.

Pəncərələrdə qaynaqlanmış metal barmaqlıqlar, zəruri hallarda isə digər tərəfi görünməyən jalüzlərlə təmin olunur. İçəri tərəfdən pəncərə şüşəsinə toxunmağın qarşısını alan barmaqlıqlar düzəldilir, İƏM-nin, KTO-da, cərimə və intizam təcridxanalarında döşəmələr betonlanıb taxta ilə örtülür. Cərimə və intizam təcridxanalarının, həmçinin karserlərin divarları sementlə malalanır.


  1. Kameraların qapıları 6 sm. qalınlığında olur, içəri tərəfdən onlara polad təbəqə (vərəq) çəkilir. Qapının ortasında 1,4 - 1,5 metr hündürlüyündə baxmaq üçün gözlük açılır. Orta hissədə isə 95 sm hündürlükdə 18 x 22 sm ölçüdə məhkumlara yemək, kitab və s. vermək üçün nəfəslik düzəldilir. Həmin nəfəsliyin qapısı dəhlizə açılır və qıfılla təchiz olunur.

  2. Əlavə olaraq kamera qapılarından içəridə dəmir millərdən və horizontal qabırğalardan düzəldilmiş daxili qapılar qoyulur.

  1. Kameraların bütün qapı və pəncərələri mühafizə edici səs siqnalları ilə təchiz olunur. Kameraların qapıları mexaniki yaxud xüsusi tipli elektrik qıfılları ilə bağlanılır.

  2. Kameralarda elektrik təchizatı elə təşkil olunur ki, elektrik naqilləri məhkumlar üçün əlçatmaz olsun. Elektrik lampaları xüsusi yuvacıqlarda yerləşir və üstü barmaqlıqla bağlanır. Kameralarda və həbsxanaların məhkumlar saxlanılan digər otaqlarında elektrik naqilləri görünməz (suvağın altında) olur. Hər kamera üçün dəhlizdə işıq açarları qoyulur.

Kameralarda radiolar xüsusi taxçalarda qoyulur. Hər kamerada nəzarətçini çağırmaq üçün düymə və sanitariya qovşağı təşkil olunur.

  1. Həbsxana kameraları və İƏM-nin KTO norma üzrə lazımi ləvazimat və əşyalarla təchiz olunur (Əlavə - 3).

  2. Cərimə, intizam təcridxanaları, karserlər və xüsusi rejimli koloniyaların birnəfərlik kameraları gündüzlər qıfılla bağlanılan çarpayılarla, döşəməyə pərçim edilmiş mizlə və oturacaqlarla təmin olunur.

11) KTO-da və cərimə təcridxanalarda olan məhkumların əməklə məşğul olmaqları üçün orada iş kameraları yaradılır.
III FƏSİL: İslah-əmək müəssisələrində məhkumların göndərilməsi və qəbulu qaydaları
§16. Azadlıqdan məhrum olunmuşların cəzanı çəkmək üçün göndərilməsi və qəbulu qaydaları:

  1. Azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər hökm qanuni qüvvəyə mindiyi gündən və ya icraya yönəldildiyi gündən ən çoxu on gün keçənədək cəzanı çəkmək üçün İƏM-nə göndərilirlər.

  2. Məhkumların islah-əmək müəssisələrinə göndərilməsi qaydaları islah-əmək məcəlləsinə və Ədliyyə Nazirinin müvafiq əmrinə əsasən komissiya tərəfindən həyata keçirilir.

  3. İstintaq təcridxanaları müdiriyyətinin bu istiqamətdəki fəaliyyəti komissiya ilə qarşılıqlı əlaqədə qurulur və məhkumlar komissiya tərəfindən müəyyən edilmiş islah-əmək müəssisələrinə göndərilir.


§17. Məhkumların islah-əmək müəssisələrinə qəbulu:

1) İslah-əmək müəssisələrinə məhkumların qəbulu, müəssisə rəisinin rəhbərlik etdiyi komissiya tərəfindən həyata keçirilir. Komissiyanın tərkibinə rəisin müavinləri, ƏRŞ-nin, xüsusi şöbənin, tibbi, təsərrüfat, texniki-peşə təhsili xidmətinin işçiləri daxildir.

Komissiyanın işində yerli icra orqanlarının nümayəndələri də iştirak edə bilərlər.

Fərdi qaydada gəlmiş məhkumları müəssisə rəisi, MRNK və xüsusi şöbənin əməkdaşları ilə birlikdə qəbul edir. İş vaxtından sonra gəlmiş məhkumları MRNK-si qəbul edir.

2) Qəbul vaxtı əməkdaşlar məhkumların şəxsi işləri ilə tanış olur və məhkumlara məxsus olmasını müəyyənləşdirir, şəxsi işlərdə müvafiq sənədlərin olmasını yoxlayır.

Məhkumların şəxsi xüsusiyyətləri nəzərə alınmaqla, kameraya, dəstəyə bölünməsi, əməyə cəlb edilməsi, ümumi təhsil və peşə-texniki məktəblərində oxuması həmin komissiyanın qərarı ilə keçirilir.

Məhkumlar karantində saxlanılan zamanı Azərbaycan Respublikası qanunçuluğu və mövcud intizam qaydaları ilə müəyyən edilmiş hüquq və vəzifələri ilə tanış olur, müəssisədə davranış qaydalarını pozduqda məsuliyyət daşımaları haqda xəbərdar edilirlər. Karantində olan zaman məhkumlar adi şəraitdə saxlanılırlar.

Məhkumların islah-əmək müəssisələrinə qəbulu zamanı üstlərində tam axtarış aparılır, onlara məxsus əşyalara isə baxış keçirilir.

Məhkumların özlərində saxlanılması qadağan olunmuş əşyalar, məmulatlar və maddələr onlardan götürülür.

Həbsxanaya ciddi rejimdə cəza çəkmək üçün daxil, olmuş və həbsxananın ümumi rejimindən ciddi rejiminə keçirilmiş şəxslərdən göstərilənlərdən başqa bütün ərzaq məhsulları götürülür. Götürülmüş ərzaq məhsulları anbara təhvil verilir və həbsxananın ciddi rejimində cəzasını çəkib qurtardıqdan sonra ona qaytarılır. Bu zaman ərzaq məhsullarının uzun müddət saxlanması ilə əlaqədar təbii xarab olmasına həbsxana müdiriyyəti məsuliyyət daşımır. Bu barədə komissiya tərəfindən akt tərtib olunur, məhkumun razılığı və iştirakı ilə məhv edilir. Qeyd olunan komissiya məhkumların yaxşılaşdırma şəraitinə keçirilməsi, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi və cəzanın daha yüngül cəza ilə əvəz olunması, əfv etmə və amnistiya ya tətbiq etmə məsələləri ilə məşğul olur.

Komissiyanın tərkibi müəssisə rəisinin əmri ilə elan olunur.

3) Yeni məhkum olunmuş məhkumlar daxili intizam qaydalarının 81-ci paraqrafında göstərilən qaydada tibbi müayinədən və zəruri sanitar təmizləmədən keçirilirlər.


§18. Məhkumun islah-əmək müəssisəsinə gəlməsi barədə xəbər vermə:

İƏM-nin rəhbərliyi Azərbaycan Respublikası Cinayət prosessual qanunvericiliyinə əsasən hökmün yerinə yetirilməsi və məhkumun cəza çəkmə yeri barədə məhkəməyə xəbər verir.

Bundan başqa beş gün müddətində İƏM-nin müdiriyyəti məhkumun ailəsinə, müəssisənin ünvanı, məhkumun məktublaşma, sovqat, banderol, bağlama alma, görüşdən istifadə etmə qaydaları barədə məlumat verir. (Əlavə - 4)
§19. Məhkumların həbsxanada yerləşdirmə xüsusiyyətləri:

Məhkumlar həbsxanada kameralar üzrə yerləşdirmə planına, məhkəmə qərarının əsasında gəldikləri İƏM-nin və cəzanı çəkdikdən sonra göndəriləcəyi İƏM növündən asılı olaraq rejiminə uyğun kameralarda yerləşdirilir. (Əlavə - 5)


IV fəsil: Azadlıqdan məhrumetmə cəzasının icra edilməsinin əsas şərtləri:
§20. Məhkumlarla əməkdaşların qarşılıqlı münasibətləri.

  1. İslah-Əmək müəssisəsinin əməkdaşları ilə məhkumların qarşılıqlı münasibətləri islah və yenidən tərbiyə olunma məqsədləri ilə müəyyən olunur və qanunçuluğun ciddi gözlənilməsinə əsaslanır. *

  2. İƏM-nin əməkdaşları cəzaçəkmə yerlərində qayda-qanunu möhkəmlətməyə, məhkumlar arasında məqsədyönlü tərbiyə işi aparmağa, hər məhkuma qarşı yüksək tələbkar, münasibətdə isə diqqətli olmağa borcludurlar. Əməkdaşlara məhkumlarla və onların xidmətlərindən istifadə etmək qəti qadağan olunur.




  1. Məhkumlar İƏM-nin əməkdaşları ilə münasibətdə nəzakətli olmağa, onların qanuni göstərişlərini sözsüz yerinə yetirməyə borcludurlar.

  2. Məhkumlar əməkdaşlara “Siz”, “Cənab” sözləri və rütbəsi və yaxud tutduğu vəzifəsinin adı ilə müraciət edirlər.

İƏM-nin əməkdaşları məhkumlara “Siz”, “Məhkum” deyə müraciət edərək soyadları ilə çağırır, TƏM-də əməkdaşlar məhkumlarla “Sən”-lə danışıb adı ilə çağıra bilər.
§21. Məhkumların davranış qaydaları:

İslah-əmək müəssisələrində cəza çəkən məhkumların əsas hüquqları İslah-əmək məcəlləsi ilə tənzimlənir.

1) Azadlıqdan məhrum edilmiş məhkumların aşağıdakı hüquqları vardır:


  • daxili qayda qanunu pozmamaq və davranış qaydalarına əməl etmək şərti ilə onlar üçün ayrılmış şəxsi vaxtdan istədikləri kimi istifadə edə bilərlər.

  • stolüstü oyunlardan, kitabxanadan istifadə etmək, mədəni və idman tədbirlərində iştirak etmək, kino və televiziya verilişlərinə baxmaq;

  • qoyulmuş qayda üzrə özfəaliyyət dərnəyində iştirak etmək;

  • vəkillərlə, notariusla, əcnəbi və vətəndaşlığı olmayan məhkumların isə səfirlik və konsulluqların nümayəndələri ilə görüşmək;

  • dini mərasimdə iştirak etmək;

  • İƏM-nin tibb hissəsində müalicə-profilaktik kömək almaq;

  • məhkumun şəxsi və ya qohumlarının vəsaiti hesabına tibbi məsləhət almaq üçün pullu səhiyyə xidməti sisteminə müraciət etmək, müəssisənin tibbi heyətinin nəzarəti altında müalicə olunmaq və əldə edilmiş dərmanları tibb hissəsində saxlamaq;

  • şəxsi məsələlərlə müdiriyyətə müraciət etmək;

  • həyatı və sağlamlığı təhlükə altına alan hallar, habelə başqa məhkumlar tərəfindən şəxsiyyətə qarşı cinayət etmə təhlükəsi yarandıqda şəxsi təhlükəsizliyini təmin etmək və təhlükəsiz yerə keçirilmək üçün ərizə ilə müraciət etmək;

  • Azərbaycan Respublikasının qanunları və İƏM-nin daxili intizam qaydaları ilə tanış olmaq;

  • qısa saç, saqqal, bığ saxlamaq;

  • şəxsi hesabında olan vəsait hesabına kitab ticarət şəbəkəsi vasitəsi ilə sayına məhdudiyyət qoyulmadan ədəbiyyat və yazı ləvazimatları almaq, müdiriyyət vasitəsi ilə qəzet və jurnallara abunə yazılmaq, on ədəddən çox olmamaq şərti ilə özündə kitab (jurnal) saxlamaq;

  • Respublikada dövriyyədə olan sertifikat, istiqraz vərəqələri və bu tipli digər kağızlar almaq;

  • pul baratları almaq və göndərmək;

  • 7, 8-ci əlavələrdə göstərilmiş ərzaq məhsullarını və əşyaları saxlamaq, 6-cı əlavədə göstərilmiş ərzaq və zəruri əşyaları almaq.

  • sığorta agentlikləri ilə sığorta müqavilələri bağlamaq;

  • sığorta müqavilələrini və qiymətli kağızlarını müəssisənin xüsusi hissəsində saxlamaq və azadlıqdan məhrumetmə yerlərindən buraxılarkən almaq;

  • şəxsi hesabında olan vəsaiti əmanət banklarının yerli şöbələrində saxlamaq;

  • ümumi orta, texniki peşə təhsili və istehsalatda peşə təlimi almaq;

  • qanunvericilikdə nəzərdə tutulmuş qaydada imtahan və ona hazırlıq dövründə işdən azad olmaq;

  • ailə-hüquqi münasibətlərdə və mülki hüquqi sövdələşmələrdə iştirak etmək;

  • əlavə pullu xidmətlərdən istifadə etmək.

Məhkumlar hüquqlarını, müəyyən edilmiş vəzifələri və məhdudiyyətləri nəzərə almaqla müəssisədə günün qaydalarını, digər şəxslərin və məhkumların hüquq və qanuni maraqlarının pozulmaması şərti ilə həyata keçirir.

2. Azadlıqdan məhrum edilmiş məhkumlar borcludurlar:



  • davranış qaydalarına və günün vaxt bölgüsünə ciddi əməl etməyə;

  • eyni formalı paltar geyməyə;

  • iş və yaşayış yerlərini təmiz saxlamağa, yataq yerlərini səliqəli yığışdırmağa, şəxsi gigiyena qaydalarına riayət etməyə, ərzaq və zəruri əşyaları xüsusi ayrılmış yerlərdə saxlamağa;

  • həvalə edilmiş işi lazımi səviyyədə yerinə yetirməyə;

  • əməyə və təhsilə vicdanla yanaşmağa;

  • məhkumların məişət şəraitini yaxşılaşdırmağa, müəssisənin səliqəyə salınmasına, yeməkxanada yeməyin hazırlanmasına kömək üçün yönəldilmiş işləri yerinə yetirməyə;

  • müəssisə ərazisində yalnız cərgə ilə hərəkət etməyə;

  • həbsxanalarda, kamera tipli otaqlarda cərimə və intizam təcridxanalarında gəzintiyə çıxmağa və davranış qaydalarına əməl etməyə, kamerada növbətçi durmağa;

  • İƏM-də işləyən və müəssisəyə gəlmiş vəzifəli şəxsləri görəndə ayağa qalxıb salam verməyə;

  • bir-biri ilə nəzakətli olmağa;

3. Azadlıqdan məhrum edilmiş məhkumlara qadağan olunur:

  • müvafiq icazə olmadan yaşamadığı yataqxanalarda, işləmədiyi sex və obyektlərdə olmaq;

  • 13-cü əlavədə göstərilmiş çeşiddə əşyaları, məmulatları və maddələri almaq, saxlamaq, istehsal etmək, onlardan istifadə etmək;

- müəyyən olunmuş çeşiddən, miqdardan və növdən əlavə əşyalar, şeylər saxlamaq (Əlavə - 7);

  • icazə verilməyən yerlərdə siqaret çəkmək;

  • məhkuma məxsus hər hansı əşyanı, məmulatı və s. başqa məhkuma satmaq, yaxud başqa bir yolla əlindən almaq;

  • maddi, yaxud başqa qazanc məqsədi ilə stolüstü və digər oyunlar oynamaq;

  • gizli yolla yazışmalar aparmaq;

  • özünün və ya başqalarının bədəninə döymə şəkil və ya yazılar həkk etmək;

  • jarqon sözlərdən istifadə etmək, özünə və ya başqalarına ləqəb vermək;




  • quş və heyvan saxlamaq, bostançılıqla məşğul olmaq (TƏM-dən başqa);

  • çarpayı, divar və dolabçalara qəzet və jurnallardan kəsilmiş şəkillər, açıqcalar yapışdırmaq, asmaq;

  • məişət və digər otaqlardan yataq yeri kimi istifadə etmək, icazəsiz yataq yerini dəyişmək, çarpayının ətrafını mələfə və sair ilə örtüb qapalı yataq yeri düzəltmək;

  • istehsalat obyektlərində istirahət, qızınmaq və sairə üçün özbaşına otaqlar tikmək;

  • yanan, işləyən və s. dəzgah və alətlərdən, mexanizm və elektrik enerjisindən istehsalatdan kənar məqsədlərlə istifadə etmək;

  • İslah-əmək müəssisəsi müdiriyyətinin icazəsi olmadan mitinqlər, nümayişlər, və digər kütləvi tədbirlər keçirmək;

  • icazə verilməyən yerlərdə çay, yemək hazırlamaq və qəbul etmək;

  • bina, sex və digər tikililərin damına çıxmaq, qadağan olmuş sahəyə yaxınlaşmaq;

  • spirtli içkiləri, narkotik və digər məstedici maddələri hazırlamaq, əldə etmək, qəbul etmək və saxlamaq;

Kütləvi informasiya vasitələrinə müsahibə verilməsi və foto-video çəkilişləri yalnız məhkumların razılığı ilə həyata keçirilir.

Həbsxana rejimində cəza çəkən məhkumlara da bu hissədə göstərilən məhdudiyyətlər aid edilir.

Həbsxanada ümumi rejimdə cəza çəkən məhkumların saxlama şəraiti həbs edilmiş şəxslərə də şamil olunur.

Məhkumlar yalnız saxlandıqları kamerada dini etiqadları yerinə yetirmək hüququna malikdirlər. Həmin şəxslər qeyd olunan qaydada stolüstü oyunlardan və kitabxanadan istifadə edirlər. Həbsxanada saxlanılan şəxslərlə idman tədbirləri keçirilmir, onlar kameralarda və ya gəzinti vaxtı müstəqil olaraq idman hərəkətləri edə bilər.

Həbsxanalarda ümumi rejimdə saxlanılan məhkumlara texniki imkan olduqda televiziya verilişlərinin və filmlərinin nümayişi kameralarda təşkil olunur (ayda 1 - 2 film)

Həbsxananın yaşayış və iş kameralarında radioqəbuledicilər quraşdırılır. Həbsxanada özfəaliyyət təşkilatları yaradılmır.

Həbsxanada cəza çəkən məhkumlar gündəlik gəzintiyə çıxmağa və davranış qaydalarına əməl etməyə borcludurlar.

Məhkumlar növbə ilə kameraları və həbsxananın digər otaqlarını yığışdırmalıdırlar. Birnəfərlik kamerada saxlanılan məhkumlar gündəlik saxlandıqları kameraları yığışdırmalıdırlar.



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin