Azərbaycan dilçiliyi kafedrasının müdiri QISA BİOQRAFİK MƏLUMAT
1951-ci il mayın 20-də Şamaxı şəhərində anadan olub.
1957-1968-ci illərdə Bakıdakı 7 saylı orta məktəbdə oxuyub və həmin məktəbi gümüş medalla bitirib.
1968-1973-cü illərdə S.M.Kirov alına Azərbaycan Dövlət Universitetində şərqşünaslıq fakültəsinin fars filologiyası şöbəsində təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib.
1973-1977-ci illərdə EA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin aspirantı olub.
1978-2007-ci illərdə Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsində işləyib.
1978-1985-ci illərdə Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsində kiçik elmi işçi olmuşdur.
1985-2003-cü illərdə Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsində böyük elmi işçi olmuşdur
2003-cü ildən bu günə kimi Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsində aparıcı elmi işçisidir.
1990-1993-cü illərdə Dilçilik İnstitutunun doktorantı olub.
1996-2003-cü illərdə Bakı Asiya Universitetində dosent vəzifəsində işləyib.
2003-2007-ci illərdə Bakı Slavyan Universitetində dosent vəzifəsində işləyib.
1973, S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini filoloq-tərcüməçi, fars və Azərbaycan dili müəllimi ixtisası ilə fərqlənmə diplomu ilə bitirib.
1979, filol.elm.nam. «Müasir Azərbaycan dilində adverbiallaşma»
2007, filol.elm.dokt. «Azərbaycan nağıl və dastanlarının dili».
1985, böyük elmi işçi adını alıb.
ƏMƏK FƏALİYYƏTİ
1978-1985, EA Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsində kiçik elmi işçi.
1985-2003, Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsində böyük elmi işçi.
2003-dən bu günə kimi Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsində aparıcı elmi işçi.
2003-2007, BSU-nun dosenti.
2007-2009-cu illərdə BSU-da kafedra müdiri vəzifəsində işləyib
2009-bu günə kimi BDU-da Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində işləyir
80-dən artıq elmi məqalələrin, 1 dərslik,1 dərs vəsaiti, 1 monoqrafiyanın müəllifidir.
TƏDQİQAT SAHƏSİ
Müasir Azərbaycan dili, leksika, monoqrafiya.
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI.
1986, Bakı. Azərbaycan onomastikası problemlərinə həsr olunmuş konfrans.
1988, Bakı. Azərbaycan onomastikası problemlərinə həsr olunmuş II elmi-nəzəri konfrans.
1993, Bakı. Azərbaycan onomastikasının problemlərinə həsr olunmuş IV konfrans.
1995, Bakı. Filologiya məsələlərinə həsr olunmuş elmi-praktik konfrans.
1995, Azərbaycan onomastikası problemlərinə həsr olunmuş V elmi-praktik konfrans.
2003, Bakı. V.İ.Aslanovun 75 illik yubileyinə həsr olunmuş elmi konfrans.
2005, Bakı. Ortaq türk keçmişindən ortaq türk gələcəyinə, III uluslararası folklor konfransı.
2006, Bakı. Bakı Slavyan Universitetinin əməkdaşlarının illik elmi işlərinin yekununa həsr olunmuş konfrans.
2007, Bakı. «Ortaq türk keçmişindən ortaq türk gələcəyinə». V uluslararası folklor konfransı.
2007, Bakı. Müasir dilçiliyin problemlərinə həsr olunmuş II Beynəlxalq konfrans.
2008, Москва. Формирование гуманитарного пространства в странах СНГ: вызовы, задачи, инструменты.
2008, Москва. Параметры типового проекта двуязычного учебника по языкам и культуре государств – участников СНГ. Beynəlxalq elmi-praktik seminar.
2008, Москва. Итоги создания серии учебников и хрестоматий для МИЯ СНГ. Beynəlxalq dəyirmi masa.
2009, Bakı. Mədəniyyətlərarası dialoq: «Kitabi-Dədə Qorqud» və «Nibelunqlar nəğməsi». Beynəlxalq simpozium.
2009, Москва. Формирование инновационного гуманитарного пространства СНГ в условиях многоязычия и поликультурности. Gənclər üçün elmi konfrans.
SEÇİLMİŞ ƏSƏRLƏRİ
1996, Azərbaycan nağıl və dastanlarında ənənəvi formulalar. «Türkologiya», №1-6.
2002, Azərbaycan nağıl və dastanların dili haqqında Türkologiya, №1-2.
2003, Azərbaycan nağıl və dastanlarının dilində onomastik vahidlər. Terminologiya məsələləri.
2003, Azərbaycan nağıl və dastanlarının dilində leksik-semantik söz qrupları. AMEA-nın «Xəbərləri», № 1-4.
2004, Folklor dili və dialektfövqülük. AMEA-nın «Xəbərləri», № 1.
2004, Ədəbi dil, dialekt, dialektfövqülük. Tağıyev oxuları, BSU.
2004, Folklor dili milli dil sisteminin tərkib hissəsi kimi. AMEA-nın «Xəbərləri», №3-4.
2005, Folklor dilinin milli dil sistemində yeri. Türkologiya, №1-2.
2005, Nağıl və dastan dilində köməkçi nitq hissələri. AMEA-nın «Xəbərləri», №3.
2005, Dastan dilində arxaik sözlər. ADU-nun «Elmi xəbərləri», №4.
2005, Nağıl və dastan dilində əvəzliklərin üslubi mövqeyi. ADU-nun «Elmi xəbərləri.», №5.