ELMİN QALDIRILMASI, CAHİLLİK VƏ FİTNƏ-FƏSADIN ÇIXMASI
Ənəs b. Məlik - radıyallahu anhu –rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətə yaxın elm qaldırılacaq (cahillik yayılacaqdır)»68. Şakik deyir ki, mən İbn Məsud və Əbu Musa - radıyallahu anhum – ilə birlikdə idim. Onlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – in belə buyurduğunu rəvayət etdilər: “Qiyamətdən öncə elə bir günlər gələcək ki, elm qaldırılacaq, cahillik isə artacaqdır”69. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Zaman qısalır, elm qaldırılır, fitnələr ortaya çıxır, simiclik artır və ölüm çoxalır”70. İbn Batta – rahmətullahi aleyhi - deyir ki: “Biz bu hədisdə söylənilən Qiyamətin əlamətlərindən elmin azaldığını, simicliyin artdığını, cahilliyin çoxaldığını, fitnələrin ortaya çıxdığını və ölümün çoxaldığını günümüzdə açıq-aydın görürük”71. İbn Həcər – rahmətullahi aleyhi - deyir ki: “Bu kimi şeylər gələcəkdə daha da artacaqdır. Elmin qaldırılmasıyla birlikdə cahilliyin yayılması buna işarədir. O, anda alimlərin olması bu hadisələrin baş verməsinin qarşısını ala bilməyəcəkdir. Çünki o, vaxt cahillər alimləri başa düşməzlər”72. Abdullah b. Amr b. əl-As - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Həqiqətən də Allah elmi insanlardan almaz. Lakin elmli insanların ruhlarını almaqla elmi onlardan qaldırar. Beləki heç bir alim qalmadıqda insanlar özləri üçün cahilləri başçılar təyin edərlər. Onlar da sual verildikdə elmsiz olaraq fətva verərlər. Bununla həm özləri zəlalətə düşər, həm də başqalarını zəlalətə salarlar”73. Burada olan elmdən qəsd Quran və Sünnədi. O, da Peyğəmbərlərin miras olaraq buraxdıqları elmdir. Çünki alimlər Peyğəmbərlərin varisləridir. Onların yox olmasıyla elm də yox olar, sünnətlər unudular, bidətlər çoxalar və cahillik artar. Bu ümmətin alimləri səhabələr, tabiinlər və onlara tabe olanlardır. Ən xeyirli əsr onların zamanı idi. İmaran b. Hüseyn - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ümmətimin ən xeyirliləri mənim zamanımdakılardır. Sonra onların ardıyca gələnlərdir». Səhabə deyir ki, bilmirəm iki, yoxsa üç nəsil zikr etdi…»74. Elm azalmağa davam etdikcə cahillikdə çoxalır. Huzeyfə b. Yəmən - radıyallahu anhu – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü İslam paltarın naxışları silinib yox olduğu kimi silinib yox olacaqdır. Belə ki, (yer üzündə) nə orucun, nə namazın, nə həccin, nə də sədəqənin nə olduğu bilinməyəcəklər. Allah bir gecədə Quranı qaldıracaq və yer üzündə ondan bir ayə belə qalmayacaqdır. O, zaman insanlardan yaşlılar və böyüklər qalacaqlar və deyəcəklər: «Biz babalarımızın bu kəlməni: «Lə İləhə İlləllah» - söylədiklərini eşitdik. Buna görə də biz də onu söyləyirik». «Bu sözlər onları Cəhənnəmdən qurtaracaq» və üç dəfə təkrar etdi»75. Ənəs b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yer üzündə Allah, Allah kəlməsi itməyənədək Qiyamət qopmaz»76. İbn Kəsir – rahmətullahi aleyhi - deyir ki: “Bu hədisin iki mənası vardır: 1. Kimsə pislikdən çəkindirməz, pisliyi edən bir kmsəni gördüyü zaman ona mane olmaz. Buna görə də: Allah, Allah! Deyilməz. 2. Allah bilinməz, yer üzündə adı belə çəkilməz. Bu da insanlığın yox olduğu, inkar, üsyan, fitnə, fəsadın çox olduğu zamanda olur”77. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yer üzündə Lə İləhə İlləllah deyildiyi müddətdə Qiyamət qopmayacaqdır»78. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah, Allah deyən bir adamın üzərinə Qiyamət qopmayacaqdır»79. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Zaman içində bir gün olsun belə Lə İləhə İlləllah deyən kimsə şübhəsiz ki, Cəhənnəmdən çıxacaqdır»80. İbn Məsud - radıyallahu anhu – deyir ki: “Quran aranızdan qaldırılaraq bir gecədə yox olur və insanların qəlblərindən gedər. Ondan heç bir əsər-əlamət qalmaz”81.