204. Aşağıdakılardan hansı inflyasiyaya qarşı mübarizədə iqtisadiyyatın struktur dəyişikliklərinə daxil deyildir?
A) istehsal xərclərinin artım sürətinin azaldılması;
B) iqtisadiyyatın elm tutumlu və yüksək texnoloji istehsalın təşkilinə kömək etməli olan sa hələrinin inkişafının dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi;
C) sərt və ardıcıl antiinflyasiya siyasətinin aparılması;
D) dövlətin iştirakı ilə iri birliklərin təşkili daxil olmaqla, üfqi və şaquli inteqrasiyanın inkişafı üçün lazımi şəraitin yaradılması;
E) “b” və “d” düzdür.
205. Aşağıdakılardan hansı hazırda nəqliyyat xidmətləri növlərinin tənzimlənən tariflərinə aiddir?
A) bütün sadalananlar düzdür;.
B) dəmir yolu nəqliyyatında yüklərin daşınması, yükləmə-boşaltma işləri;
C) dəmir yolu nəqliyyatında sərnişinlərin və onların yükünün (baqajının) və poçtun daşınması;
D) limanlarda yükləmə-boşaltma işləri, liman rüsumları, xarici gəmilərin daxili su yollarından keçmə rüsumları;
E) hava gəmilərinə marşurutlarda və təyyarə meydanı ərazisində aeronaviqasiya xidməti göstərilməsi
206. Aşağıdakılardan hansı yüklərin daşınması üzrə maya dəyərindəki fərqləri müəyyən edən əsas aid deyildir?
A) nəqliyyatın hərəkət sürəti;
B) yükün xüsusiyyəti, onun istehsalı və istehlakı şərtləri;
C) yerləşdirilməyə hazırlıq dərəcəsi;
D) yükün həcmi və miqdarı;
E) daşınma məsafəsi.
207. Aşağıdakılardan hansı dəmir yolu nəqliyyatında istifadə olunan tarif növlərinə aid deyildir?
A) standart tariflər;
B) ümumi tariflər;
C) yerli tariflər;
D) xüsusi tariflər
E) “b” və “c” düzdür.
208. Aşağıdakılardan hansı dəmir yolu yük tariflərinin asılı olduğu amillərə aid deyildir?
A) qatardakı vaqonların sayı;
B) yükün növü;
C) vaqonun yük tutumu və yükgötürməsindən istifadə dərəcəsi;
D) göndərişin növü;
E) daşıma sürəti.
209. Aşağıdakılardan hansı göndəriş növündən asılı olaraq dəmir yolu nəqliyyatı tariflərinə aid deyildir?
A) qatarlara tariflər;
B) konteynerlərə tariflər;
C) vaqonlara tariflər;
D) kiçik göndərişlərə tariflər;
E) aztonnajlı göndərişlərə tariflər.
210. Aşağıdakılardan hansı yüklərin göndərilməsi növləri üzrə dəmir yolu tariflərinə aid deyildir?
A) qatara görə;
B) vaqona görə;
C) konteyner üzrə;
D) aztutumluğuna görə;
E) xırda göndərmə tarifləri.
211. Aşağıdakılardan hansı dəmir yolu tariflərinin dövlət tənzimlənməsini əhatə etmir?
A) tariflərin ləğv olunması;
B) tarif sistemləri və tarif dərəcələrinin formalaşması metodlarının müəyyən edilməsi;
C) tariflərin indeksləşdirilməsi ölçüsünün əsaslandırılması;
D) tariflərin səviyyəsinin müəyyən olunması;
E) tariflərin düzgün tətbiqinə nəzarət edilməsi.
212. Aşağıdakı amillərdən hansı nəzərə alınmaqla dəmir yolu işləri və xidmətləri tariflərinin tənzimlənməsi həyata kecirilir?
A) bütün sadalananlar düzdür;
B) iş və xidmətlərin səmərəliliyinin yüksəldilməsinin, əmək tutumu və fond tutumunun aşağı salınmasının mövcud imkanları;
C) tənzimlənən subyektlərdə əmək haqqının, iş və xidmətlərin həcminin dəyişilməsi;
D) iş və xidmətlərin maya dəyərini formalaşdıran yanacaq-enerji resursları, texnika və materialların qiymətlərinin dəyişilməsi;
E) sosial dairənin saxlanması xərclərinin əsaslandırılması.
213. Aşağıdakı amillərdən hansı dəmir yolu işləri və xidmətləri tariflərinin tənzimlənməsi həyata kecirilərkən nəzərə alınmır?
A) fiziki və hüquqi şəxslərin yardımları;
B) işlərin və məsrəflərin həcmində mövsümi dəyişikliklər;
C) tələbin stimulları və məhdudiyyətləri;
D) kommersiya maliyyələşdirməsinin borc və digər mənbələrindən istifadə;
E) büdcə yardımları.
214. Aşağidakılardan hansı dəmir yolu yük daşımaları tariflərinin dövlət tənzimlənməsi məqsədlərinə daxil deyildir?
A) dəmir yolu nəqliyyatının digər nəqliyyat növlərindən üstün inkişafının təmin olunması;
B) dəmir yolu nəqliyyatında təbii inhisarçı subyeklər və onların xidmətindən istifadə
edənlərin mənafelərinin tarazlığına nail olunması;
C) dəmir yolu nəqliyyatı xidmətlərindən istifadə edənlərin iqtisadi maraqlarinin qorunması
D) nəqliyyat xidmətləri bazarında rəqabət mühitinin inkişafı;
E) dəmir yolu nəqliyyatı idarələrinin dayanıqlı və iqtisadi cəhətdən səmərəli fəaliyyət göstərmələrinin təmin edilməsi.
215. Aşağıdakılardan hansı dəmir yolu yük daşımaları tariflərinin dövlət tənzimlənməsinin əsaslan)dığı prinsiplər aid deyildir?
A) dəmir yolu idarələrinin mənfəətinin maksimallaşdırılması;
B) ölkənin bütün ərazisində iqtisadi cəhətdən əsaslandırılmış məsrəflərin ödənilməsi və mənfəət əldə olunmasını təmin edən tariflərin vahid strukturu və tərtibi sisteminin tətbiqi;
C) istismar xərclərinin müvafiq üsullar əsasında daşınma növləri üzrə bölüşdürülməsi;
D) dəmir yolu nəqliyyatından, o cümlədən onun infrastrukurunun xidmətlərindən istifadədə ayrı-seçkiliyə yol verilməməsinin təmin olunması;
E) yük göndərənlərin (yük alanlarin) hamısı üçün dəmır yolu yük daşımalarına tarif qoyul-
masının vahid qaydasının müəyyən edilməsi.
216. Aşağıdakılardan hansı dəmir yolu tariflərinin dəyişilməsi barədə qərarın qiyməti əmələ gətirən amillərin monitorinqi əsasıda qəbul edilməsinə aid deyildir?
A) dəmir yolu idarəsi rəhbərliyinin istəkləri;
B) yük daşımalarının həcmi və onların xüsusiyyətləri;
C) dəmir yolu nəqliyyatı idarəsinin xərcləri, o cümlədən əmək haqqının verilməsi, xammal və materialların dəyərinin ödənilnəsi, qaimə xərcləri;
D) əmtəə bazarları və nəqliyyat xidmətləri bazarının konyukturaları;
E) dövlət köməyinin, vergilərin və digər ödənişlərin həcmi.
217. Aşağıdakılardan hansı dəmir yolunun tənzimlənən tariflərinə yenidən baxılmasına dair qərarın qəbulu üçün təqdim olunan materiallara aiddir?
A) bütün sadalananlar düzdür;
B) tariflərin nəzərdə tutulan miqdarının səviyyəsinin hesablanması;
C) dəmir yolu idarəsinin ümumi mühasibat balansları;
D) xərc elementləri üzrə məsrəflərin dəyişilməsi;
E) mənfəətin proqnozlaşdırılmış miqdarının əsaslandırılması.
218. Aşağıdakılardan hansı avtomobil nəqliyyatı müəssisələrində maya dəyərinin kalkulyasiyasına daxil edilmir?
A) əlavə dəyər vergisi;
B) əmək haqqı;
C) yanacaq və yağlama materialları;
D) texniki xidmət;
E) amortizasiya.
219. Aşağıdakılardan hansı avtomobil nəqliyyatı müəssisələrində maya dəyərinin kalkulyasiyasına daxil edilmir?
A) ) mənfəət vergisi;
B) şinlərin işlənib aşınması və bərpası;
C) istismar və əsaslı təmir;
D) ümumtəsərrüfat xərcləri;
E ezamiyyə xərcləri.
220. Aşağıdakı amillərdən hansı yük daşımaları tariflərini müəyyən edərkən nəzərə alınmır?
A) nəqliyyat müəssisəsi əmək məhsuldarlığını yüksəltməlidir;
B) istehsal xərclərinin aşağı salınması üçün nəqliyyat təşkilatının maddi marağı və maddi məsuliyyəti artırılmalıdır.
C) nəqliyyat tarifləri ilə maddi istehsal sahələrinin topdansatış qiymətləri arasında optimal nisbət uyğunluğu olmalıdır;
D) nəqliyyat təşkilatı tariflər üzrə əldə etdiyi gəlirləri ilə öz xərclərini tam ödəməli və zəruri mənfəəti təmin etməlidir;
E) nəqliyyat tarifləri yük daşınmasına ictimai-zəruri məsrəfləri əks etdirməlidir;
221. Aşağıdakılardan hansı avtomobil nəqliyyatının yük tariflərinə aid deyildir?
A) mövsümi tariflər;
B) işəmuzd tariflər;
C) vaxtamuzd tariflər;
D) yüklərin şəhərlərarası daşınması tariflərı;
E) beynəlxalq yollarda yüklərin daşınması tarifləri.
222. Aşağıdakılardan hansı avtomobil nəqliyyatinda rüsum alınan əlavə əməliyyatlara aid deyildir?
A) avtomobilin təmiri;
B) yükləmə-boşaltma işləri;
C) anbar xidməti;
D) yüklərin göndərilməsi;
E) “c” və “d” düzdür.
223. Aşağıdakılardan hansı su nəqliyyatında təbii inhisarçılıq subyeklərinin xidmətlərinin tariflərinə (qiymətlərinə) yenidən baxılması şərtlərinə aid deyildir?
A) su nəqliyyatı idarəsi rəhbərliyinin istəkləri;
B) nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəlməsi;
C) nəqliyyat xidmətləri göstərilməsi məsrəfləri tariflərinin kompensasiya ilə təmin olunmasının zəruriliyi;
D) əsas istehsal fondlarının təkrar istehsalı üçün lazımi investisiyalara tələbat;
E) yük və sərnişin daşımalarının həcminin dəyişilməsi.
224. Aşağıdakılardan hansı su nəqliyyatında təbii inhisarçılıq subyekti xidmət tariflərinin dəyişilməsi barədə təkliflə müraciət etdikdə təqdim olunmur?
A) kollektivin əmək haqqının artırılması barədə müraciəti;
B) tariflərin dəyişilməsi üçün əsas;
C) fəailyyətin tənzimlənəcək növlərinin yeni tariflərinin (qiymətlərinin) layihəsi;
D) əvvəlki ilin və cari ilin son hesabat dövrünün mühasibat və statistik hesabatları;
E) əvvəlki ildə və cari ilin son hesabat dövründə yük dövriyyəsinin strukturu.
225. Aşağıdakılardan hansı yüksək rahatlı su basımlı gəmilərdə sərnişin kayutalarının qruplaşdırıldığı amillərə aid deyildir?
A) kayutanın hündürlüyü;
B) göyərtədən uzaqlıq dərəcəsi;
C) kayutun əhali sıxlığı və sahəsi;
D) çarpayıların mərtəbəliliyi;
E) bu və ya digər məişət rahatlığının mövcudluğu.
Əhaliyə göstərilən məişət və kommunal xidmətlərinin qiymətlərinin əmələ gəlməsi
226. Aşağıdakılardan hansı kommunal xidmətləri sisteminə daxil deyildir?
A) dəmir yolunda yüklərin daşınması;
B) mənzil təsərrüfatının saxlanması;
C) su kəməri və çirkab sularının axıdılması;
D) enerji, istilik və qaz təchizatı;
E) ərazinin təmizlənməsi və qaydaya salınması.
227. Aşağıdakılardan hansı mənzil-kommunal təsərrüfatında kalkulyasiya obyekti deyildir?
A) 1 ton yükün daşınması;
B) 1m2 yararlı və ya yaşayış sahəsi ;
C) 1 m3 içməli su;
D) 1 m3 çirkab suları ;
E) “b” və “c” düzdür.
228. Aşağıdakılardan hansı mənzil fonduna aid evlərdə yaşayan və vətəndaşların (xüsusi mülkiyyət sahiblərindən başqA) ödənişlərinin strukturuna aid deyildir?
A) yeni yaşayış evlərinin tikilməsi;
B) mənzil fondunun saxlanılması və cari təmiri;
C) mənzil fondunun əsaslı təmiri;
D) mənzili kirayə götürmə (mənzili kirayə edənlər üçün);
E) “c” və “d” düzdür.
229. Aşağıdakılardan hansı mənzil fonduna aid evlərdə yaşayan vətəndaşların ödədikləri kommunal xidmətlərinə daxil deyildir?
A) vətəndaşların sifarişli taksi xidmətlərindən istifadəsi;
B) su təminatı;
C) elektrik və qaz təchizatı;
D) məişət tullantılarının daşınması;
E) lift təsərrüfatının xidməti.
230. Aşağıdakılardan hansı rabitə xidmətləri tariflərinin dövlət tənzimlənməsi məqsədlərinə aiddir?
A) bütün sadalananlar düzdür;
B) istehlakçıların iqtisadi mənafelərinin rabitə xidmətləri tariflərinin əsaslandırılmamış artımından qorunması;
C) rabitə sahəsində təbii inhisarçılıq subyektləri və onların xidmətlərindən istifadə edənlərin maraqlarının tarazlaşdırılmasına nail olunması;
D) rabitə xidmətləri bazarında rəqabət mühitinin inkişafı;
E) rabitə xidmətlərinin maya dəyərinin aşağı salınması, rabitə operatorlarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi.
231. Aşağıdakılardan hansı rabitə xidmətləri tariflərinin dövlət tənzimlənməsinin həyata keçirilməsi prinsiplərinə aid deyildir?
A) rabitə operatorlarının maraqlarının onların xidmətlərindən istifadə edənlərin mənafelərindən üstün tutulması;
B) rabitə operatorlarına rabitə vasitələri və şəbəkələrinin inkişaf etdirmələri və yeniləşdirilmsi üçün şəraitin yaradılması;
C) rabitə xidmətləri göstərərkən istifadə etdikləri kapitala görə rabitə operatorları üçün əsaslandırılmış mənfəət normasının müəyyən edilməsi;
D) rabitə xidməti istifadəçilərinin maraqlarının tariflərin əsaslandırılmamış yüksəldilməsindən qorunması;
E) tənzimlənən rabitə xidmətləri tariflərinin strukturunda qanunvericilikdə nəzərdə tutulan vergilərin və digər məcburi ödənişlərin hesaba alınması.
232. Aşağıdakılardan hansı rabitə xidməti tariflərinin diferensiallaşdırılması şərtlərinə aid deyildir?
A) rabitə xidməti istifadəçisinin maliyyə imkanları;
B) məktub, banderol və bağlamaların çəkisi;
C) bağlamaların çatdırılması məsafəsi;
D) banderol və bağlamaların çatdırılması sürəti;
E) göndərişin növləri (adi, sifarişli, qiymətli).
233. Məsrəflərin və normativ mənfəətin iqtisadi cəhətdən əsaslandırılması barədə qərar qəbul edərkən tənzimləyici orqan aşağıdakılardan hansını nəzərə almır?
A) rabitə xidmətlərindən istifadə edənlərin gəlirləri;
B) rabitə operatorlarının istifadə etdiyi məhsulun (xidmətin) qiymətləri (tarifləri), dövlət tərəfindən tənzimlənən xidmətlərin tarifləri;
C) rabitə operatorlarının xidmətin inkişafı vasitələri ilə təmin olunması, dividendlərin və digər əsaslandırılmış xərclərin ödənilməsi üçün zəruri mənfəətin miqdarı;
D) rabitə operatorlarının kapital qoyuluşları planı və rabitə xidmətləri tariflərinin strukturunda vəsaitlərin cəlb olunması məsrəflərinin hesaba alınması məqsədilə onların maliyyələşdirilməsi mənbələri;
E) məsrəflərin və mənfəətin dinamikası, həmçinin keçən dövrün inflyasiya göstəriciləri və qarşıdakı dövr üçün inflyasiya proqnozları.
234. Aşağıdakılardan hansı rabitə operatorları tərəfindən tariflərə yenidən baxılması barədə tənzimləyici orqana müraciət etməsi üçün mövcudluğunun tələb olunduğu şərtlərə aid deyildir?
A) rabitə operatorları əməkdaşlarının əmək haqqının artırılması;
B) rabitə xidmətinin maya dəyərinə daxil olan məsrəflərin, müvafiq büdcələrə məcburi ayırmalar və ödənişlərin miqdarının dəyişilməsinə səbəb olan normativ hüquqi aktların icrasına başlanılması;
C) Mərkəzi bankın yenidən maliyyələşdirmə dərəcəsinin dəyəşilməsi;
D) rabitə xidmətlərinin inkişafı və onların keyfiyyətinin yüksəlməsi;
E) rabitə operatorlarından asılı olmayan, xidmətlərin maya dəyərinin 5%-dən çox artımını törədən amillərin meydana gəlməsi.
235. Ölkənin daxili bazarında aşağıdakı hansı rabitə xidməti tarifinin dövlət tənzimlənməsi həyata keçirilir?
A) bütün sadalananlar düzdür;
B) daxili yazılı məktublaşma (poçt kartoçkaları, məktublar, banderollar);
C) daxili teleqram;
D) abunəçilərə beynəlxalq telefon danışığı xidmətinin göstərilməsi;
E) abunəçilər tərəfindən yerli telefon danışığının həyata keçirilməsi.
236. Aşağıdakılardan hansı tariflərin kompensasiya etməli olduğu xərclərə aid deyildir?
A) gömrük rüsumları;
B) istismar xərcləri;
C) istifadə olunan kapitala görə faizlər;
D) fiskal vergilər;
E) avadanlıqların amortizasiyası.
237. Aşağıdakılardan hansı əhaliyə göstərilən məişət xidmətlərinə daxil deyildir?
A) dəmir yolunda sərnişinlərin daşınması;
B) ayaqqabı təmiri və tikilməsi;
C) trikotaj məmulatlarının təmiri və toxunması;
D) məişət texnikası və metal məmulatların təmiri;
E) bərbərxana işləri.
238. Aşağıdakılardan hansı əhaliyə göstərilən məişət xidmətlərinə aid deyildir?
A) mənzil fondunun əsaslı təmiri;
B) tikiş məmulatlarının təmiri və tikilməsi;
C) mebel təmiri və hazırlanması;
D) kimyəvi təmizləmə və boyama;
E) fotoatelye xidmətləri.
239. Aşağıdakılardan hansı məişət xidmətləri qiymətlərinin diferensiallaşdırılması amili deyildir?
A) qiymətlərin dövlət tənzimlənməsi;
B) sifarişlərin yerinə yetirilməsinin təcililik dərəcəsi;
C) ilin fəsillərindən asılı olaraq əhalinin məişət xidmətinə tələbatının mövsümi dəyişməsi;
D) xidmətin sifarişçiyə yaxınlaşma dərəcəsi;
E) xidmətin sosial əhəmiyyətliliyi.
240. Aşağıdakılardan hansı dünya bazarında xarici ticarət fəaliyyətini həyata keçirərkən müəyyən olunan əsas qiymət növlərinə aid deyildir?
A) pərakəndə satış qimətləri;
B) dövlətlərarası ticarət müqavilələri əsasında müəyyən edilən kontrakt qiymətləri;
C) birjada təyin edilən qiymətlər;
D) iri firmaların təklif qiymətləri və faktiki sövdələşmə qiymətləri;
E) beynəlxalq sövdələşmələrdə iştirak edən ölkələrin daxili topdansatış qiymətləri.
241. Aşağıdakılardan hansı beynəlxalq ticarətdə dünya qiymətlərini xarakterizə edən əsas əlamətlərə aiddir?
A) bütün sadalananlar düzdür;
B) o, beynəlxalq ticarətdə iri daimi sazişlərin qiymətləri olmalıdır;
C) bağlanan sazişlər kommersiya xarakteri daşımalıdır;
D) sazişlər sərbəst dönərli valyuta ilə həyata keçirilməlidir;
E) sazişlər ya idxal yönümlü, yaxud da ixrac yönümlü olmalıdır.
242. Aşağıdakılardan hansı dünya qiymətləri üçün vacib olan informasiya mənbələrinə aid deyildir?
A) adi kommersiya sazişləri barəsində müxtəlif yollarla məlumatların alınması;.
B) qısamüddətli və mösümi dəyişmələr.
C) dövrü mətbuatda nəşr olunan sorğu qiymətləri haqqında məlumatlar;
D) keçmiş sazişlərin müqavilə qiymətləri;
E) müəssisələrin kataloqları, preyskurantları, prospektlər
243. Aşağıdakılardan hansı dünya qiymətləri üçün vacib olan informasiya mənbələrinə aid deyildir?
A) xarici ticarət dövriyyəsinin həcmi;
B) rəqabətli materialların kəskin qıtlığı şəraitində qəzetlərdə dərc olunan qiymətə dair məlumatlar;
C) ölkə idxalçılarının xarici təchizatçılarla idxal sazişləri;
D) digər xarici ticarət təşkilatlarının xarici firmalardan kommersiya sazişləri əsasında əmtəə aldıqları vaxt istifadə olunan qiymət informasiyası;
E) statistik məlumatların bazasında sazişin dəyərinin idxalın faktiki həcminə bölməklə alınan hesablaşma qiymətləri.
244. Aşağıdakılardan hansı xarici ticarətdə qiymətə daha çox təsir göstərən qiyməti əmələ gətirən amillərə aid deyildir?
A) patent xidməti
B) təkrar istehsalın dövr fazası;
C) bazarın inhisarlaşması;
D) infilyasiya
E) patent xidməti;
245. Aşağıdakılardan hansı xarici ticarətdə qiymətə daha çox təsir göstərən qiyməti əmələ gətirən amillərə aid deyildir?
A) məşğulluq;
B) inflyasiya;
C) ixracçı ölkələrin iqtisadi inkişaf səviyyəsi;
D) valyuta məzənnəsi;
E) “c” və “d” düzdür.
246. Aşağıdakılardan hansına xarici ticarət qiymətlərinin müəyyən edilməsinə böyük çətinliklə nail olunmur?
A) taxılın;
B) maşın və avadanlıqların;
C) ehtiyat hissələrinin;
D) yardımçı materialların;
E) “b” və “d” düzdür.
247. Çayın dünya qiymətləri müəyyən olunarkən aşağıdakı hansı şəhərdə keçirilən hərraC)arın informasiyaları nəzərə alınmır?
A) Tokio;
B) Kəlküttə;
C) Kolumba;
D) London;
E) “c” və “d” düzdür.
248. Aşağıdakı hansı əmtəə qrupları üzrə ixrac qiymətləri indeksləri BMT-nin bülletenində dərc olunur?
A) bütün sadalananlar düzdür;
B) sənaye məmulatları;
C) xammal əmtəələri;
D) ərzaq malları;
E) kənd təsərrüfatı (qeyri-ərzaq) əmtəələri.
249. Xarici ticarətdə tədarükçünün CFR (dəyər və yükün yol xərcləri) şərtlərində satıcının yerinə yetirməyə borclu olmadığı şərt hansıdır?
A) əmtəənin təyin olunmuş yerə çatdırılması xərclərinin alıcı tərəfindən yerinə yetirilməsi;
B) daşınma müqaviləsi bağlamağa və çatdırılması razılaşdırılmış limana qədər yükün yol xərcini ödəməyə;
C) əmtəəni gəminin yanına gətirməyə;
D) ixrac üçün lazım olan gömrük rəsmiyyətlərini yerinə yetirməyə;
E) alıcıya ticarət haqq-hesab siyahısını (invoys) və xalis nəqliyyat sənədlərini verməyə.
250. Aşağıdakılardan hansı xarici ticarət və daxili topdan satış qiymətlərini müəyyən etmək üçün məsrəflərin kalkulyasiya olunması arasındakı fərqi təşkil edən əlavə satış xərclərinə aid deyildir?
A) əmtəələrin yüklənib-boşaldılması;
B) nəqliyyat xərcləri;
C) ixrac qablaşdırılması xərcləri;
D) alıcının ölkəsində idxal gömrük qaydalarının ödənilməsi;
E) ixrac risklərini ödəmək üçün ehtiyatların yaradılması məsrəfləri.
251. Aşağıdakılardan hansı ixracçının təklifin qiymətini müəyyənləşdirdiyi metodlara aid deyildir?
A) əmək məhsuldarlığının səviyyəsi əsasında;
B) istehsal məsrəfləri bazasında;
C)tələbin səviyyəsini nəzərə almaqla;
D) rəqiblərin qiymət səviyyəsinə istiqamətlənməklə;
E) “b” və “c” düzdür.
252. Aşağıdakılardan hansı ixrac qiymətini yaradan elementlərə daxil deyildir?
A) səhm sahiblərinin əldə etdikləri dividendlər;
B) daxili istehsal və satış məsrəfləri;
C) xarici ticarət məsrəfləri;
D) müəyyən mənfəət payı;
E) “b” və “c” düzdür.
253. Aşağıdakılardan hansı ixrac məhsullarının satışı ilə bağlı əlavə xərclərə aid deyildir?
A) ixracı həyata keçirənlərin əmək haqqı;
B) nümayəndəliklərin və satıcıların mükafatlandırılması üçün komissiyon yığımlar;
C) alıcının ölkəsində idxal gömrük xərcləri;
D) nəqliyyat məsrəfləri;
E) maliyyələşməyə xərclər.
254. Aşağıdakılardan hansı ixrac məhsullarının satışı ilə bağlı əlavə xərclərə aiddir?
A) bütün sadalananlar düzdür;
B) əmtəənin sığortalanması xərcləri;
C) qablaşdırma xərcləri;
D) gözlənilməyən risklərin örtülməsi üçün ehtiyatlar;
E) kontraktın tərtibatı, sertifikatların rəsmiləşdirilməsi və s. sənədlərin hazırlanmasına çəkilən xərclər.
255. Aşağıdakılardan hansı xarici ticarət kontraktlarının əsas bölmələrinə aid deyildir?
A) bazarın inhisarlaşması;
B) tərəflərin müəyyən olunması;
C) müqavilənin predmeti;
D) qiymət və kontraktın ümumi məbləğı;
E) əmtəənin tədarük müddəti.
256. Aşağıdakılardan hansı xarici ticarət kontraktlarının əsas bölmələrinə aid deyildir?
A) valyuta məzənnəsi;
B) ödəniş şərti;
C) əmtəənin qablaşdırılması və markalanması;
D) satıcıların zəmanəti;
E) arbitraj.
257. Aşağıdakılardan hansı xarici ticarət kontraktlarının əsas bölmələrinə aid deyildir?
A) inflyasiya;
B) cərimə sanksiyaları və zərərlərin ödənilməsi;
C) sığortalanma;
D) dəfolunmaz maneə qüvvələrinin vəziyyəti;
E) “b” və “c” düzdür.
258. Aşağıdakılardan hansı xarici ticarət praktikasında daha çox tətbiq edilən müqavilə qiyməti güzəştlərinə aid deyildir?
A) məcburi güzəştlər;
B) bonus güzəştləri;
C) məhsulun həcmindən asılı olan güzəştlər;
D) mövsümi güzəştlər;
E) diler güzəştləri.
259. Aşağıdakılardan hansı idxalçı tərəfindən qiymətlərin əsaslandırılmasını yoxlamaq üçün gördüyü hazırlıq işlərinə aid deyildir?
A) ixracçının istehsal imkanlarının müəyyən edilməsi;
B) mövcud əmtəə bazarındakı konyunkturanın öyrənilməsi;
C) bazarda işləmə metod və formalarının seçilməsi;
D) xarici ticarət əməliyyatlarının planlaşdırılması;
E) “c” və “d” düzdür.
260. Aşağıdakılardan hansı idxal məhsullarının kommersiya şərtlərinə düzəlişlər əmsalı hesablanılarkən nəzərə alınmır?
A) investisiya qoyuluşlarına edilən düzəlişlər;
B) miqdar düzəlişi;
C) ödəniş şərtlərinə düzəlişlər;
D) tədarükün bazis şərtlərinə düzəlişlər;
E) inflyasiya düzəlişi.
261. Aşağıdakılardan hansı idxal məhsullarının kommersiya şərtlərinə düzəlişlər əmsalı hesablanarkən nəzərə alınmır?
A) gömrük rüsumları düzəlişləri;
B) vasitəçinin komisyon mükafatlandırılması düzəlişləri;
C) sürüşmə düzəlişləri;
D) sövdələşmə düzəlişləri;
E) məmulatların texniki-iqtisadi parametrlərinə düzəlişlər.
262. Aşağıdakılardan hansı təchizatın bazis şərtlərinin müəyyən etdiyi hallara aid deyildir?
A) ixracçı firmanın mənfəət vergisini ödəməsi;
B) satıcının yükü müəyyən olunmuş coğrafi nöqtəyə çatdırılması üzrə vəzifələri, əmtəənin nəqliyyat vasitəsinə yüklənməsi;
Dostları ilə paylaş: |