Qloballaşma nədir?


Qloballaşmanın dövlət idarəçiliyinə təsiri



Yüklə 38,24 Kb.
səhifə5/7
tarix27.11.2022
ölçüsü38,24 Kb.
#120017
1   2   3   4   5   6   7
Qloballaşma FF-4

Qloballaşmanın dövlət idarəçiliyinə təsiri
Qloballaşma prosesinin əsas hədəfi milli dövlət olduğundan ona təsirsiz ötüşməmişdir. Bir tərəfdən dövlətin müstəqilliyi çərçivələnərkən digər tərəfdən isə onun funksiyaları, fəaliyyəti və vəzifələri yenidən müəyyənləşmişdir. Özəlləşdirmə və tənzimləmə siyasətlərinin tətbiqindən sonra dövlətin istehsal, toplanma və onun paylanılması üzərində təsiri zəifləmiş daha çox tənzimləyici rolu önə çıxmışdır. Bu proses nəticəsində dövlətin təkcə tənzimləyici funksiyaları yox, eyni zamanda onun təşkilati strukturu və funksiyaları da dəyişilmişdir. Dövlətin kadr siyasəti və ictimai xidmətlərində hərtərəfli çevrilmə prosesinə daxil olmuşdur. Bu çevrilmə çox vaxt NPM - New Public Management adlandırılır. Bu idarəetmə sisteminə görə dövlət özəl sektor kimi idarə edilə bilər və özəl sektorda istifadə edilən texniki əməliyyatlar dövlət sektoruna uyğunlaşdırıla bilər. Bu zaman vətəndaşlarla müştərilər kimi davranılmalı, dövlət idarəçiləri siyasi proseslərdən ayrılmalı və hökümət dövlət sektorundakı bir biznes kimi nəzərdə tutulmalıdır.
Әvvəl də qeyd etdiyimiz kimi, qloballaşma prosesi dövlətin müstəqilliyini müəyyən mənada məhdudlaşdırır. O həm də dövlətin mövcud səlahiyyətlərini istifadə etməsi yollarını da dəyişdirir. Belə ki, ölkənin 2 ölçülü səlahiyyətləri olur: dövlət daxilində və beynəlxalq arenada. Burada dövlətin siyasi, iqtisadi və məhkəmə səlahiyyətləri digər aktorlarla paylaşılır və transmilli xarakter alır. Bu dəyişilmə NPM konsepsiyasında öz yerini almışdır və qeyd edilir ki, bu modifikasiya dövlət idarəçiliyində qeyri-dövlət təşkilatların rolunu artırır.

Qloballaşma və iqtisadiyyat
Qloballaşma prosesinin əsas forması olan iqtisadi qloballaşmanın özəyini ölkələrin qarşılıqlı iqtisadi inteqrasiyası təşkil edir. İqtisadi inteqrasiya dövlətlərin təsərrüfat və siyasi cəhətdən elə birləşməsidir ki, bu birləşmədə milli təsərrüfatlar arasındakı əmək bölgüsü müxtəlif səviyyələrdə həyata keçirilir. Belə iqtisadi əməkdaşlıq müxtəlif ölkələr arasında müstəqillik, bərabərlik prinsipi ilə bir-birinin daxili işlərinə qarışmadan bu ölkələrin qarşılıqlı səmərə prinsipi əsasında iqtisadi və elmi-texniki əlaqələrinin birlikdə razılaşdırılaraq həyata keçirilməsindən ibarətdir ki, bunun da özəyində beynəlxalq əmək bölgüsünün dərinləşməsi durur.
Beynəlxalq iqtisadi inteqrasiya əmtəə və xidmətlərin sərbəst hərəkəti, kapital və işçi qüvvəsinin beynəlxalq hərəkəti, birgə iqtisadi, valyuta-maliyyə, elmi-texniki, sosial, xarici və hərbi siyasətin razılıq ilə həyata keçirilməsinə əsaslanır. Dünya dövlətləri bu yolla öz istehsal güclərinin, istehsalın səmərəliliyinin artırılmasına nail olur və bunların məntiqi göstəricisi kimi əhalinin rifah səviyyəsinin yüksəlməsinə cəhd edilirlər. 27 Qloballaşmanı iqtisadi rakursdan seyr etdikdə, siyasətdən fərqli olaraq sadə insanlar üçün daha açıq görünən halları sadalamaq olar. Sadə insanlar üçün qloballaşma — "Coca-Cola", "Adidas", "Nokia", "Panasonic", "Mersedes" və sair bu kimi ticarət nişanlarıdır.
Doğrudan da, informasiya-kommunikasiya texnologiyalarının son onilliklər ərzində sürətli sıçrayışı qlobal ticarət nişanlarına malik olan transmilli korporasiyaların (TMK) fəaliyyətini xeyli aktivləşdirib. Artıq okeanın o tayında oturub Avropa, Asiya, Afrika, Avstraliyadakı bazarlara asanlıqla daxil olub öz məhsulunu satmaq imkanı yaranıb. Lokal bazar və müştəri uğrunda əsrlərlə gedən mübarizə artıq beynəlxalq səviyyədə aparılır. Bütün bunlar iqtisadi qloballaşmanın ən başlıca təzahürləridir. Qloballaşmış iqtisadiyyatın mahiyyətcə fərqi ondadır ki, ən müasir texnologiyaya yol demokratikləşib, asanlaşıb.
İqtisadi qloballaşmanın 2 əsas komponenti var: 1) qlobal bazarın yaranması və 2) istehsalın qloballaşması. Qlobal bazar tarixən bir-birindən ayrı olan milli bazarların bir yerə cəmləşdiyi nəhəng çətirdir. Yuxarıda sadalanan ticarət nişanlarının bütün dünyada istehlak məhsulu kimi qəbul olunması qlobal bazarın ən bariz nümunəsidir. Müxtəlif milli zövq və seçimlər qloballaşmaya ən böyük maneə kimi görünsə də, artıq qloballaşma dünyada xüsusi vahid zövq, dəb və seçim meydana gətirmişdir. Qlobal bazarın ən əsas və diqqəti cəlb edən xüsusiyyətlərindən biri budur ki, daxili bazarda bir-birinə rəqib olan TMK-lar artıq vahid dünya bazarı uğrunda rəqabət aparırlar, həmçinin əksinə yerli bazara daxil olan xarici rəqiblərə qarşı mübarizə aparırlar.

Yüklə 38,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin