Qoşa qanad


İslam dünyasında elmlərin geriləməsi



Yüklə 1,48 Mb.
səhifə8/49
tarix05.01.2022
ölçüsü1,48 Mb.
#111585
1   ...   4   5   6   7   8   9   10   11   ...   49
İslam dünyasında elmlərin geriləməsi

İslam mədəniyyətində elmlər niyə ölmüşdü? 1100-cü illərdə başlayan bu geriləmə başladıqdan haradasa 250 il sonra başa çatmışdır.

Heç kim dəqiq olaraq bilmir. Əslində, monqol isti­la­sı­nın səbəb olduğu dağıntılar kimi xarici faktorlar var. An­caq məncə, İslam mədəniyyətində elmin canlılığını itir­mə­si çox daha əvvəl başlamışdı. Və bu, daha çox daxili sə­bəb­lərin ucbatından olmuşdur. Birincisi, elm təşəb­büslə­ri­nin öz daxilinə qapanması və təcrid olunması, ikincisi və ən əsası isə yeniliklərə qarşı cəsarətin qırılması (təqlid) idi. Geriləmənin başladığı XI əsrin axırı və XII əsrin əvvəlləri, siyasi mənşəli şiddətli məzhəb qarşıdurmalarının yaşan­dı­ğı bir vaxta təsadüf edir. Hər nə qədər İmam-i Qəzali 1100-cü illərdə «əslində İslama qarşı ən ciddi zərər elm­lərdə dinin həqiqətlərinə zidd olan heç bir şeyin olma­dı­ğı­nı gördüyü halda, ancaq dəqiq elmlərə qarşı çıxmaqla İs­la­mın müdafiə ediləcəyinə inananlardan gəlir» deyə yazsa da, o dövrün anlayışı müsbət elmlərə arxasını çevirib, tə­səv­vüfə üz tutdu.

Bu mövqe (münasibət) hələ də davam edirmi? Biz bu gün elmi araşdırmaları təşviq edə bilirikmi?

Yer kürəsindəki mədəniyyətlər arasında elmin ən zəif olduğu yer İslam millətləri topluluğudur. Təəssüf ki, içimizdən bəzi müsəlmanlar texnologiyanı neytral, bitərəf qəbul edib, ifrat davranışlarını İslamın mənəvi dəyərlərinə bağlılıqla izah edilə biləcəyini düşünərkən, tam əksinə, tə­biət elmlərinə gəldikdə isə həddindən artıq həssaslıq nü­mayiş etdirirlər. Müasir elmin «rasionalizmi» gətirəcəyi və içimizdən elmi tərbiyəyə əsasən yetişənlərin «mədə­niy­yə­timizin metafizik hökmlərini inkar edəcəkləri» zənn edilir. Üstün texnologiyanın müsbət elmlər olmadan əldə edil­mə­diyi həqiqətini və «mədəniyyətimizin hökmlərinə» qarşı çıxmanın bir çatışmazlığı gös­tərdiyini bir tərəfə qoya­raq, mən inanıram ki, belə bir mövqe dünənki müba­hisə­lərin (münaqişələrin) – yəni, özlərini «rasional filosoflar» adlandıran şəxslərin Aristoteldən qalma kosmoloji doktri­na­lara olan doqmatik bağlılıqlarını dini inanclarıyla uzlaş­dırmaqda çətinlik çəkdikləri vaxtların - mirasıdır.

Bu kimi mübahisələrin (münaqişələrin) orta əsrlərin xristian sxolastik filosofları arasında daha şiddətli yaşan­dı­ğını yada salaq. Bu fəlsəfəçiləri ən çox məşğul edən məsə­lələr, kosmologiya və metafizika məsələləriydi: «Dünya hə­rəkətsiz bir mühitdəmi yerləşdirilib? Allah hər şeyi aktiv bir səbəbləmi, yoxsa ümumi bir mühərrikləmi hə­rə­kət etdirir? Bütün göylər sadəcə birmi, yoxsa bir neçə mü­hər­rikləmi hərəkət etdirilir? Allaha vasitəçilik edən hərə­kət­etdiricilər yorulub, taqətdən düşürlərmi?». Qaliley əv-vəl­cə bu məsə­lələrdən fizikanın əhatə dairəsinə girənləri qruplaşdırmağa, sonra da bunları fiziki təcrübələrlə həll etməyə çalışanda aforoz edildi. Bu aforoz, ən azı XVIII əsrə qədər İtaliyada elmin inkişafına böyük zərbə vurdu. Bununla yanaşı, bu səhvin ideoloji bərpası, ancaq indi, 350 il sonra mümkün olmuşdur.

9 may 1983-cü ildə Vatikanda keçirilən bir məra­sim­də Papa II Con Paul çıxış edərək belə demişdir: «Qaliley ha­disəsi zamanı və sonra, kilsə əldə etdiyi təcrübəylə, daha doğru mövqeyə qovuşdu. Kilsə də bilavasitə təcrübə və dü­şüncəylə öyrənir və indi araşdırmaya azadlıq verilməsi ehtiyacını daha yaxşı başa düşür… İnsanlar həqiqətləri an­caq araşdırmalar yolu ilə tapa bilərlər … Buna görə də, kilsə elm və din arasında heç bir ziddiyyətin olmadığı qə­naətinə gəlmişdir. (Bununla yanaşı) kilsə mütəvazi və əzm­li işlərlə inancın özəyini müəyyən bir dövrün elmi sis­temlərindən ayırd etməyi də öyrənmişdir».


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin