Qoşa qanad



Yüklə 1,48 Mb.
səhifə9/49
tarix05.01.2022
ölçüsü1,48 Mb.
#111585
1   ...   5   6   7   8   9   10   11   12   ...   49
Elmin məhdudluğu

Yuxarıdakı ifadələrdə Papa kilsənin elmlərə qarşı da­ha yetişkin mövqeyə gəldiyini qeyd etmişdir. Eyni za­man­da medalyonun o biri tərəfini də söyləyə bilərdi: Qaliley­dən bu yana bütün elm adamlarının işlədikləri sahələrin məhdud olduğunu dərk etmələri; mövcud, hətta gələcək elm­lərin belə müəyyən problemlərinin ola biləcəyi; elm ən böyük nailiyyətini, özünə müəyyən fərziyyələrlə sərhədlər çəkərək əldə etdiyini və s. Və bu məhdud sahədə belə, bugünkü elm adamları harada və nə vaxt spekulyasiya ilə məş­ğul olduqlarını bilirlər: yeni doğan düşüncələrin axı­rın­cı olduğunu heç də iddia etmirlər. Fizikada bu, yaşa­dığımız əsrin əvvəllərində iki dəfə – birincisi, zamanın və məkanın nisbiliyinin kəşfi ilə, ikincisi, kvant nəzəriyyəsi ilə – baş verdi.

Eynşteynin zamanın nisbiliyi haqqında kəşfini ələ alaq. Bir insanın yaşadığı zamanın uzunluğunun – yəni ya­şı­nın – onun sürətindən asılı olduğu, yəni nə qədər sürətlə hə­rəkət ediriksə, bizə nəzərən hərəkətsiz olan biriylə mü­qa­yisədə daha uzun yaşayırıq kimi görünməyimiz inanıl­maz bir şey olaraq qarşımıza çıxır. Və bu, heç kimin tə­səv­vürünün əsəri deyildir. Cenevrədə mounlar kimi qısa ömr­lü hissəciklər istehsal edən CERN zərrəciklər fizikası la­bo­ratoriyalarına gəlin: müxtəlif sürətlərdə hərəkət edən mu­onların elektron və neytrona parçalanmadan əvvəl ke­çirdiyi zaman intervallarını ölçün. Sürətli hərəkət edən muonlar daha uzun müddət parçalanmadan qaldığı halda, ya­vaşların daha tez parçalandığını görəcəksiniz.

Eynşteynin zaman və məkan haqqındakı fikirləri fi­zik­lərin düşüncələrində yeni bir dövr açdı. Fizikada daha əv­vəlki düşüncə formalarını tərk etməyə məcbur olduq. Bu mənada, məkan və zamanı xüsusi mühafizə altına alan XIX əsrə və daha öncələrə aid fəlsəfi düşüncələrin Eyn­şteynin fikirlərinə əsaslanan fəlsəfi düşüncələr qarşısında necə olub ki, bu vaxta qədər müqavimət göstərə bilmədiyi məni hər zaman təəccübləndirmişdir.

Fizika təfəkküründə ikinci və daha əsaslı dəyişiklik 1926-cı ildə Hey­zenberqin biliyimizin çox məhdud oldu­ğu­nu kəşf etməsiylə baş verdi. Heyzenberqin «qeyri-müəy­yənlik prinsipi» heç bir fiziki ölçmənin «bu stol üs­tündə bir elektron var və eyni zamanda elektron yerində durur» şəklində bir hökm verə bilməyəcəyini irəli sürür. Elektronun harada olduğunu tapmaq üçün təcrübələr apar­maq olar, ancaq bu təcrübələr eyni anda elektronun hərə­kətdə olub-olmadığını və hansı sürətlə hərəkət etdiyini tap­­ma ehtimalını da, fürsətini də ortadan qaldırır. Digər tə­rəfdən, biliklərimizdə bir də daxili məhdudiyyət vardır ki, bu da «əşyanın təbiətindən» irəli gəlir. Əgər Heyzenberq orta əsrlərdə doğulsaydı, başına nə gələcəyini fikirləşəndə tüklərim ürpənir.

Hər zaman olduğu kimi, mübahisələr davam etdi; an­­caq XX əsrin fizika komitələri arasında Heyzenberqin bi­linən bütün təcrübələrlə təsdiq edilmiş bu inqilabçı dü­şün­cəsi bütün fiziklər tərəfindən qəbul edilmədi. Dövrü­nün qabaqcıl fiziki Eynşteyn həyatının son illərini sadəcə Heyzenberqin düşüncəsində səhvlər tapmağa çalışmaqla keçirdi. Düzü, axtardığı təcrübi sübutu tapa bilmədi, ancaq belə bir təcrübənin fərqli bir nəzəri sistem içində ortaya çı­xa biləcəyi ümidi doğdu. Belə bir sistem də hələ tapılmadı, amma heç kim – ən azı heç bir fizik - hekayənin axırı ol­duğunu söyləyə bilməz.




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin