Qoşa qanad


I f ə s i l Quran və elm



Yüklə 1,48 Mb.
səhifə6/49
tarix05.01.2022
ölçüsü1,48 Mb.
#111585
1   2   3   4   5   6   7   8   9   ...   49
I f ə s i l

Quran və elm

Hər şeydən əvvəl etiraf edim ki, mən islam dininə həm inanan, həm də onu tətbiq edən bir insanam. Mən bir müsəl­manam, çünki Quranın ruhi-dəvətinə inanıram. Elm adamı kimi, Quran mənimlə kainatdan, fizikadan, biolo­gi­yadan və təbiətdən çəkilən misallarla, təbiət qanunları üzə­rində ilahi möcüzələrin bütün insanlara xitab edən dəlillər olduğunu göstərərək danışır. Belə ki,


«Baxmazlarmı dəvələrə, necə yaradılmış; göy­lərə, necə yüksəldilmiş; dağlara, necə ucaldılmış; əra­zilərə, necə yayılmış?» (88:17-20)
və yenə,

«Əlbəttə, göylərin və yerin yaradılışında, ge­cə­nin və gündüzün bir-birini əvəz etməsində ağıl sa­hibləri üçün ibrətlər vardır.» (3:190)

Quranın yeddi yüz əlli ayəsi – təxminən səkkizdə bi­ri – inananları təbiəti araşdırmağa, həqiqət axtarışında ağıl­larını ən yaxşı şəkildə istifadə etməyə, bilik əldə et­mə­ni və elmi düşüncəni ictimai həyatın bir parçası halına gə­tir­məyə sövq edir. İslam Peyğəmbəri bilik və elm axta­rı­şının, qadın-kişi hər müsəlmanın vəzifəsi olduğunu xüsu­silə qeyd edir.

Bu, İslamda elmi biliyi ön plana çıxardan əsas prin­sip­dir. Buna, Maurice Bucaille tərəfindən «Kitab-i müqəd­dəs», «Quran və elm» adlı əsərlərində açıq şəkildə gös­tə­ri­lən ikinci prinsipi də əlavə etmək olar. Quranda təbiət ha­di­sələrinin nəql edildiyi və elmi kəşflərlə əldə etdiyimiz bi­liklərə zidd olan heç bir ayə yoxdur.

Buna üçüncü prinsipi əlavə edin: İslam tarixində Qaliley hadisəsinin oxşarına rast gəlmək mümkün deyil. İşgəncə, təkfir kimi davranışlar doktrinalar arasındakı fərq­lər üzərində bu gün də davam edir. Məncə, elmi dü­şüncələr üzərində birbaşa belə davranışlar yoxdur. Çox ma­raqlıdır ki, İslamda ilk «inkvizisiya» ilahiyyatçılar tə­rə­findən deyil, ağlı ön planda tutan ilahiyyatçılar (mö­təzililər) tərəfindən tətbiq edilmişdir. Məşhur Vəli Əhməd İbn Hanbel də bunların mühakiməsiz qərarlarına və aman­sız qəddarlığına düçar olanlardan biridir.



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin