İRTİCANIN ŞİDDƏTLƏNMƏSİ
49-cu hicri ilində İmam Həsən (əleyhis-salam) şəhid oldu. Camaat bu hadisədən çox mütəəssir oldu. Onun şəhadəti camaat üçün o qədər kədərli idi ki, dövrün adlı-sanlı adamları deyirdilər: İmam həsən (əleyhis-salam)-ın şəhadətindən sonra camaat xar və zəlil oldular. Həqiqətdə də bu cür idi. Çünki, bu zaman Müaviyə hər yeri ələ keçirmək üçün şəraiti çox münasib gördü. Daha onun təcavüzləri və zülmlərinin qarşısını almaq üçün bir kəs yox idi. O, Əbu Süfyan sülaləsinin səltənətinin qızıl dövrünə çatmışdı: hər bir hərəkatın qarşışsını alır, onunla müxalifət edən hər kəsi məhv və həlak edirdi. Camaatı həyəcanlandırmaq və Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam)-a qarşı pis, nalayiq sözlər danışmaq üçün hər vasitə və şəxsdən istifadə edirdi. Elə qorxulu bir mühit yaratmışdı ki, heç kəs qorxusundan cürət edib Əli adını dilinə gətirə bilmirdi.
Bu dövrdə Müaviyənin öz imperiyasında casusları vasitəsi ilə yaratdığı təzyiq o qədər kəskinləşmişdi ki, heç kəsə, azacıq da olsun, qiyam etməyə imkan vermirdi.
O bu dövrdə Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam)-ın heç hansı vəchlə təslim olmağa hazır olmayan ardıcllarını ən kiçik bəhanələrlə aradan götürürdü.
İmam Baqir (əleyhis-salam) Əhli-beyt və şiələrə qarşı törədilən müsibətləri xatırlayaraq buyururdu: İmam Həsən (əleyhis-salam)-ın şəhadətindən sonra şiələrin başına gələn acınacaqlı hadisələr, onların didərgin salınması olduqca qəmli, qüssəlidir. Çünki, Müaviyənin zülmü həddini aşmışdı. Şiələr hər şəhərdə qətlə yetirilirdilər. Bizimlə sadəcə dostluq zindana düşməyə, malın qarət və evlərin viran olmasına səbəb olurdu.53
Amma özlərini Müaviyəyə satanlar əmin-amanlıqda idilər. Məsələn, Hətat ibni Yəzid Əhnəf və Cariyə ibni Qüdamə Müaviyənin yanına gəldilər. O Əhnəfə yüz min dinar54, Hətata yetmiş min dinar bağışladı. Hətat gileylənməyə başladı. Müaviyə dedi: Bu, mənə satdıqları dinlərinin qiymətidir! Həttat dedi: Mənim də dinimi al!55
Bəli, dinlərini satmaqla amanda qalmaq istəyən bu cür insanlar məxsus imkanlardan istifadə edirdilər. Lakin dinlərini dünyaya dəyişməyə, Müaviyənin qarşısında təslim olmağa razı olmayan pak və şərafətli insanlar nəinki hökumətin məxsuus bəhrələrindən, hətta sadə yaşayışdan belə məhrum olurdular. Onların yeri ya zindan, ya da sürgün idi. Əgər Əhli-beytə daha çox vəfadar olsaydılar, şəhid olunurdular. Bu məsələnin daha da aydın olması üçün Hücr ibni Ədinin həyatını nümumə kimi qeyd edirik.
SƏKKİZİNCİ HİSSƏ
HÜCR İBNİ ƏDİ ETİRAZ EDİR
Müğeyrə Kufənin valisi idi. O, hər dəfə minbərə çıxanda xütbənin sonunda Əmirəl-möminin Əli (əleyhis-salam)-a qarşı nalayiq sözlər danışır, ədəbsizlik edirdi. Hər gün də Hücr ibni Ədi və onun dostlarının ciddi müqaviməti ilə qarşılaşırdı. Elə bir gün olmurdu ki, Hücr ibni Ədi Müğeyrənin bu nalayiq hərəkətindən sonra ona etiraz edərək onu bu işdən əl çəkməyə vadar etməsin.
Bir gün Müğeyrə xütbə oxuyub qurtardıqdan sonra Hücr ayağa qalxıb məsciddəkilərə dedi: Ey iman gətirənlər, haqq-ədaləti bərqərar edənlərdən, Allah üçün şəhadət verənlərdən olun, hətta öz əleyhinizə tamam olsa da!56 Mən şəhadət verirəm ki, sizin arxasınca nalayiq sözlər danışdığınız şəxs insanların ən yaxşısıdır. Onun fəzilət və ləyaqəti sizin sözlərinizlə aradan gedə bilməz. Siz bu əməlinizlə yalnız özünüzü rüsvay edirsiniz. Sizin təriflədiyiniz şəxslərdə xeyirdən azacıq belə əsər-əlamət yoxdur. Siz elə bir şəxsiyyətin əleyhinə danışırsınız ki, kiçik-böyük hamı onun fəzilət, şərafət və əzəmətini etiraf edir. Hamı bilir ki, o, İslam övladı və Peyğəmbrin səmimi dostudur. Siz puç hökumətinizin sütunlarını günahsız insanların qanı bahasına möhkəmlətmək istəyirsiniz. Sizin camaat üçün xeyirxah kimi qələmə verdiyiniz şəxslərin İslama heç bir xeyri yoxdur.
Başqa gün Müğeyrə məsciddə Həzrətə nalayiq sözlər deyəndə Hücr ayağa qalxıb mərdliklə öz etirazını bildirərək dedi: Ey Müğeyrə! Pərhizkarların rəhbərinə iftira yağdırmaq və səni bu məqama çatdıran keçmişi qara ləkəli, bədəməl insanları tərifləməkdənsə, yaxşı olar ki, camaatın maaşını verəsiniz, xalqı pis günə qoyan yoxsulluq və nadanlıqdan nicat verib, israfkarlığa sərf etdiyiniz haqlarını özlərinə çatdırasınız.
Daha sonra onu daşlamağa başladı. O da minbərdən enməyə məcbur oldu. Cammat Hücrün sözlərini təsdiq və tərəfini saxlamaq üçün ayağa qalxdı. Müğeyrənin ətrafında olan muzdurlar Hücrə qarşı etdiyi mülayim rəftardan heyrədə dalmışdılar. Ondan onu nə üçün öz başına qoyursan deyə soruşduqda, cavab verdi: Bu xoş rəftar ilə Hücrü tələyə salmışam. Çünki o öz yolunu bu minvalla davam etdirəcəkdir. Məndən sonra bir hakim gələcəkdir ki, Hücr onu da mənim kimi səbirli təsəvvür edəcəkdir. Amma həmin hakim onu tutdurub qətlə yetirəcək. Mən ömrümün son anlarında bu şəhərin adlı-sanlı şəxsiyyətlərinə, ağsaqqallarına əzab-əziyyət verib bu cinayətimlə Müaviyənin işini dünyada möhkəmləndirmək, özümü isə axirət əzabına düçar etmək istəmirəm.
ZİYAD KUFƏNİN VALİSİ OLUR
Müğeyrət ibni Şöbə əllinci hicri ilində öldü. Müaviyə Ziyad ibni Əbihi Bəsrə və Fars məntəqəsinin hökmdarlığından əlavə, Kufəyə də hakim seçdi. O, bu vasitə ilə Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam)-ın dostlarının baş qərargahı sayılan Kufəyə qaniçən, satqın və fəsad törədən bir rəzil şəxsi hakim etdi.
Ziyad əvvəllər Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam)-ın şiələri ilə dostluq edirdi. Sonralar isə onlara qarşı ən qatı düşmənlərdən biri oldu. Bu cani hakimiyyəti ələ keçirdikdən sonra şiələrin qiyamını boğmaq üçün sərt polis reqimi tətbiq etdi.
Bu qaniçən, kinli şəxs Kufəyə çatdıqdan sonra özünün tarixdə məşhur olan söhbətinə başladı. Söhbətdən əvvəl Allaha həmd-səna, Peyğəmbərə salavat göndərmədi. Bu iş onun ən böyük ədəbsizliyi və hörmətsizliyi idi. Elə həyəcəan yaratdı ki, hamı öz işini bildi. Müxaliflərin mallarını qarət və müsadirə etməklə təhdid etdi, heç kəsə danışmaq icazəsi vermədi. Ona qarşı müqavimət göstərənlərə ölüm cəzası təyin etdi. Kobud və təhqiramiz sözlər danışaraq hər bir hərəkəti boğub məhv edəcəyini elan etdi.57
Ziyad əvvəllər Əmirəl-möminin Əli (əleyhis-salam)-ın tərəfində Fars məntəqəsinin valisi idi. Bu məntəqənin idarə olunmasında xeyli müvəffəqiyyətlər qazanmışdı. Belə ki, Müaviyə onun qüdrətindən, nüfuzundan və idarəçiliyindən təəccüb edirdi. O, həm bacarıqlı, həm də hiyləgər və şeytansifət bir adam idi. Məhz buna görə də uzun müddət Müaviyənin qulluğunda idi. Bu müddətdə Müaviyə üç məntəqənin: Fars, Bəsrə və Kufənin hökmdarlığını ona həvalə etmişdi. Qeyd olunmalıdır ki, o zaman tənha Fars məntəqəsi çox geniş ərazi olmaqla Əhvaz və Farsdan Hindistan sərhədlərinə qədər; Kufə məntəqəsi Xorasanın yaxınlığına qədər bütöv İran ərazilərini əhatə edirdi. Bəsrə məntəqəsi də öz növbəsində çox böyük əraziləri əhatə edirdi. O zamanlar (Müaviyənin dövründə) Bəsrə və Kufənin idarə olunması çox da asan deyildi. Ondan qabaq qısa müddət ərzində bir neçə hökmdarı dəyişmişdilər. Çünki onların bu məntəqələri idarə etməyə ləyaqətləri yox idi. O zamanlar bu iki məntəqədə bir qurup camaat Müaviyənin əleyhinə qiyam etmişdilər. Ziyad ora varid olduqdan sonra qiyamların hamısını yatırdıb qiyamçıların hamısını tutdu və əl-qolu bağlı halda Müaviyənin yanına göndərdi. O, bu məntəqələrdən o vaxta kimi misli görünməyən miqdarda vergi toplayıb Müaviyəyə verdi. Onun atası məlum olmadığından, Ziyad ibni Əbih (atasının oğlu) adlandırırdılar. Bəzən onu anasının, bəzən də atalarından birinin adı ilə çağırırdılar. Çünki onun anası zinakar (fahişə) bir qadın idi.58 İlk dəfə Ayişə onu Ziyad ibni Əbih adlandırmışdır. Bu qədər qüdrət və təriflərlə yanaşı, atası məlum olmadığı üçün qəlbində kinəsi var idi. Müaviyəyə yaxınlaşana qədər bu minvalla davam etmişdir. Hər yerdə bir zinazadə, haramzadə tapılsaydı, onu Əbu Süfyana aid edirdilər. Bu da onun böyük iftixarlarından idi. Özü də bunu istəyirdi. Əmr ibni Asın barəsində də belə iddiada olmuş, onu öz oğlu hesab etmişdir. Bu səbəbdən Ziyadı öz adamları hesab edərək deyirdilər ki, Əbu Süfyan da Süməyyə (Ziyadın anası) ilə qeyri-qanuni cinsi əlaqədə olmuşdur. Müaviyə Ziyadın Əbu Süfyanın övladı olduğunu sübut etmək üçün şahid gətirdi və bunu İslam ölkələrinin hər yerində elan etdi.
Adlı-sanlı şəxslərdən biri olan Yunis Səqəfi Müaviyəyə dedi: Sən bu işə şahid gətirməklə Ziyadın sənin qardaşın olduğunu deyil, atanın zinakar olduğunu sübut etdin. Müaviyə də onu hədələdi ki, bir də səsini çıxartmasın. Bundan sonra Ziyad özünü Əbu Süfyanın oğlu hesab edirdi.
İbni Əbil Hədid yazır: Müaviyə İraqın hökumətini Ziyada verdi. Əvvəllər Ziyad şiə olduğundan, şiələrin hamısını tanıyırdı. Buna görə hər yerdə bir şiə gizlənsəydi, tapıb öldürür, yaxud da işgəncə verdikdən sonra sürgün edir, bəzilərini də diri-diri yerə basdırır, bəzilərini də dar ağacından asırdı.59
Həmçinin qeyd olunur ki, Ziyad Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam)-ın vəfalı dostlarından biri olan Rəşid Hicrini, şiə olduğuna görə dilini kəsib dar ağacından asdı.
Əvvəllər Ziyad Hücr ibni Ədi ilə dost idi və onun parlaq keçmişindən xəbərdar idi. Buna görə də bir nəfər göndərib onu çağırtdırdı və dedi:–Ey Hücr, sən mənim Əli ilə dostluq və yaxşı münasibətimi görmüşdünmü?
Hücr:–Bəli!
Ziyad:–İndi bu dostluq kinəyə və düşmənçiliyə çevrilmişdir! Sən mənim Müaviyəyə qarşı nə qədər kinli və düşmən olduğumu bilirdinmi?
Hücr:–Bəli!
Ziyad:–Bu kinə və düşmənçilik dostluğa çevrilmişdir! İndi gərək Əlinin yaxşılığına və Müaviyənin pisliyinə danışmayasan. Ey Hücr, ehtiyatlı ol ki, öz əlinlə öz qəbrini qazmayasan! Mən bu gün səninlə dostam, istəyirəm bu dostluğumuz davam etsin. Sən hər gün yanıma gəl, hər işin olsa mənə deməlisən ki, mən dərhal o işi görüm.
Bunların hamısı, Ziyadın nəzərdə tutduğu işlər idi və onları yerinə yetirmək üçün mümkün olan hər vasitədən istifadə edir, hər növ cinayətə əl atırdı.
Dostları ilə paylaş: |