Qum, seyyid məHƏMMƏDHƏSƏn musəVİ kaşANİ


KUFƏDƏ ÜBEYDULLAHIN NİTQİ



Yüklə 2,38 Mb.
səhifə26/47
tarix21.10.2017
ölçüsü2,38 Mb.
#8814
1   ...   22   23   24   25   26   27   28   29   ...   47

KUFƏDƏ ÜBEYDULLAHIN NİTQİ

Sübh çağı camaat Übeydullahın yanına gəldilər və Übeydullah da onlara xitabən dedi:–Möminlərin əmiri Yezid məni sizin şəhərin sərhədlərinizi qorumaq, beytül-malı yığmaq üçün rəhbər təyin etmişdir. O mənə əmr etmişdir ki, məzlumlarla xoş rəftar edəm, yoxsullara bəxşişlər verəm. Onun əmrlərinə itaət edənlərə yaxşılıq edəm, sözümdən çıxanlara cəza verəm. Sizin hər biriniz gərək öz barənizdə yaxşı düşünüb, fitnə-fəsaddan uzaq olasınız76. Haşimi tayfasından olan o kişiyə mənim sifarişimi çatdırın, onu mənim qəzəbimə düçar olacağı ilə qorxudun77.

O, bu qeyzli xitabəni oxuyaraq, şəhərin agah şəxslərini hədələdi və onlardan Müslümün yoldaşlarının adlarını deməyi tələb etdi. Bu işə hazır olmayanları, yaxud Müslümün tərəfdarlarına öz evində sığınacaq verənləri qanlarına qəltan edəcəyini, evlərinin qarşısında dar ağacından asılacaqlarını, qohum-əqrəbalarının da ümumi hüquqlardan məhrum ediləcəklərini,78 və yaxud da Zarə məntəqəsinə79 sürgün olunacaqlarını bildirdi.

Kufə camaatı heç vaxt yüksək insani hədəflər, əsasında hərəkət etməmişdilər. Arvadsifətli kişilər kimi hər gün özlərinə bir yol seçirdilər. Bir gün tamah onları müəyyən mərama doğru çəkir, başqa bir gün şəhvətpərəstlik tamamilə başqa bir istiqamətə təhrik edərdi. Azacıq bəxşişdən vəcdə gəlir, cüzi miqdarda mal-dövlət aldıqdan sonra öz qəzəblərini udurdular. Bu murdar xasiyyət onları həm dünyadan, həm də dindən məhrum etmişdi!



KUFƏLİLƏRİN HƏMİŞƏKİ ADƏTLƏRİ

Bunlar kufəlilərin elə əvvəldən adət etdikləri ruhi xəstəliklər idi. Xüsusilə Həzrət Əmirəl-möminin, İmam Həsən və İmam Hüseyn (əleyhimüs-salam)-ın dövrlərinə, həmçinin Kərbəla qiyamından sonra baş verən hadisələrə nəzər salsaq, görərik ki, kufəlilər öz işlərini elə bu qayda ilə davam etdirmişlər. Təvvabin hadisəsi (qanlı Kərbəla faciəsindən sonra tövbə edənlərin hərəkatı), Muxtarın qiyamı, Ələvilərin hökuməti, xüsusilə də Zeydin qiyamı və s. kimi hadisələr göstərir ki, Kufə əhalisi həmişə öz rəhbərlərini qiyama, inqilaba vadar etmiş, iş çətinliyə düşəndə isə tənh qoyaraq aradan çıxmışdılar.

Tarixdə kufəlilərin bir işi başlayıb axıra qədər öz əqidələrində sabit qalması hələ də görünməmişdir.

Qəribədir, bəziləri Kufə əhalisini Əli (əleyhis-salam)-ın şiələri hesab edirlər! Əgər doğrudan da belədirsə, bəs onda Ələvilərin kökünü kəsmək istəyən, Əli (əleyhis-salam)-ın nəslindən olan hər bir mömin şəxsi qanına qəltan etmək istəyən kimlərdir?! Məgər Kərbəla müsibətində Ömər Sədin otuz min nəfərdən çox olan qoşununu kufəlilər təşkil etməmişdilərmi? Onlar Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in nəvəsinə məktub yazaraq, öz şəhərlərinə dəvət etdilər, amma Həzrət onların yanına gəldikdən sonra, bağladıqları əhd-peymanı pozdular və Mərcanə oğlunun (İbni Ziyadın) bayrağı altında öz əməl dəftərlərini əbədilik ləkələdilər.

Übeydullah Kufəyə gələndə nə dost-tanışı var idi, nə də köməkçisi. O, şəhərə daxil olarkən elə yalqız idi ki, hətta camaatın etirazlarından amanda qalmaq üçün üzünü örtmüş və elə geyinmişdi ki, baxanlar onu Hüseyn ibni Əliyə (əleyhis-salam)-a oxşadıb öldürməsinlər. Buna görə də bu çağırılmamış qonağı görənlər onun Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in nəvəsi olduğunu güman edir və salam verirdi. İbni Ziyad qəsrə daxil olarkən yalnız bir-iki nəfər ona qoşuldular. Bu bir-iki nəfərə hücum edib öldürmək kufəlilər üçün çox asan bir iş idi. Çünki qəsrin içindəkilərin hamısı köməkdən məhrum idilər. Halbuki Həzrət Müslümə beyət edənlərin sayı 25 min nəfərə çatırdı.

Əhd-peymanlarına sadiq olmayan bu xalqı bağışlamaq olarmı? Onlar hansı dəlilə görə beyətlərindən əl çəkib, atası məlum olmayan bir haramzadənin mənasız hədə-qorxusundan təşvişə düşdülər? Bəlkə onlar belə fikirləşirdilər ki, böyük bir qoşun Şamdan İraqa tərəf hərəkətdədir? Məgər onlar bilmirdilər ki, Əməvilərin başı Müaviyənin ölümünə qarışmış, hələ onun canişini səltənət taxtında möhkəm əyləşməmiş, Şam hələ də iztirab və təşviş içərisindədir?

Bundan əlavə, əgər ordu İraqa gəlib çatsaydı belə, əvvəla, bu xalqın onlarla vuruşmağa kifayət qədər qüvvələri var idi, ikincisi artıq İmam Hüseyn (əleyhis-salam)-ın rəhbərliyini qəbul edərək Müslümə beyət etmişdilər. Tutaq ki, kufəlilərin əməvi cəlladlarının qarşısında dayanmağa o qədər də qüdrətləri yox idi, buna görə də ruhi iztirab içərisində idilər və imamlarının köməyinə gələ bilməmişdilər. Amma, yəni onlar o qədər də gücsüz idilər ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) övladını öldürməkdən belə imtina da edə bilmədilər!?

Məgər onlar Siffeyn müharibəsindən sonra Müaviyənin səltənətini məhv etmək üçün qüvvə toplamaq istəyən Əmirəl-mömininə xəyanət edənlər, ətrafından dağılışanlar deyildilərmi? O Həzrəti elə namərdcəsinə tərk etdilər ki, Həzrət öz atəşin xütbələrindən birində bu barədə belə buyururdu:

Təəccüb! Allaha and olsun, insanın ürəyi dayanır, qəm-qüssəsi həddən artır. Müaviyə və onun köməkçiləri batil məqsədlər yolunda bu qədər sıx birləşmişlər, siz (namərdlər) isə haqq və düzgün məqsədlər yolunda parçalanmısınız?! Kaş ki,sizi görməyəydim və tanımayaydım. Allaha and olsun ki, sizinlə tanışlığımın peşmançılıq və qəm-qüssədən başqa bir səmərəsi olmadı. Allah sizi öldürsün, ürəyimi parçalamış, sinəmi qəzəblə doldurmusunuz. Çəkdiyim hər nəfəs mənə hüzn və qəm-qüssə gətirir. Mənə qarşı etinasızlıq etdiniz, əmrimdən çıxmaqla fikirlərimi alt-üst etdiniz80.

Bəli, əgər murdar əməvi hökuməti kufəlilərin köməyinə arxalanmasaydı, heç vaxt Peyğəmbərin məsum övladları ilə müharibə etmək fikrinə düşməzdi.

Elə bu alçaqlar (kufəlilər) özləri Əhli-beyt ilə müharibə etmək üçün əl-ələ verərək, onların üstünə kinli düşmənlər kimi hücum etdilər.

HƏZRƏT MÜSLÜM HANİNİN EVİNDƏ

Həzrət Müslüm Kufədə müxtəlif hadisələrlə rastlaşırdı. İbni Ziyadın ora gəlməsini və etdiyi işləri (camaat qarşısında danışmağı, onları hədələməyini və camaatın da təşvişə düşərək öz vəhdətlərini əldən vermələrini) ona xəbər verirdilər.

Həzrət Müslüm nigaran qaldığından Muxtarın evindən çıxıb şəhərdə böyük şəxsiyyət kimi tanınan Haninin evinə getdi. O bilirdi ki, Hani ictimai nüfuz və qüdrət baxımından Muxtardan daha üstündür, həmçinin o, Əhli-beytin vilayətinə etiqadı olan iradəli bir şəxsdir.

Hani Müslümün onun evinə gəlməsindən çox xoşhal oldu.

Böyük şəxsiyyət sahibi Hani ibni Ürvə Murad qəbiləsindən olması ilə yanaşı, Kufənin tanınmış ağsaqqallarından və Quran qarilərindən sayılırdı. Şəhər camaatı onun ehtiramını saxlayır, ailəsinə hörmət edirdilər. Murad qəbiləsinin başçılığı onun öhdəsində idi. 4 min nəfər süvari və 8 min piyada qoşun isə həmişə onun əmrinə hazır idi. Əgər onun Kində qəbiləsindən olan həmpeymanlarını da əlavə etsək, otuz min nəfərdən çox cəngavər olardı81.

Hani Həzrət Əli (əleyhis-salam)-ın elm və ədəb xəzinəsindən çoxlu bəhrələr82 götürmüşdü. Hər üç döyüşdə (Cəməl, Siffeyn, Nəhrəvan) igidliklə iştirak etmiş və mərd-mərdanə döyüşmüşdü83. Bu mərd insan İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-in zəmanəsində də var idi. Şəhid olanda yaşı doxsanı ötmüşdü84. Onun məqamı barədə təkcə bunu qeyd etmək kifayətdir ki, Həzrət Seyyidüş-şühəda (əleyhis-salam) Sələbiyyədə onun şəhadət xəbərini eşitdikdə, onun üçün Allahdan rəhmət diləmişdi (Müslüm ibni Əqil və Hani ibni Ürvənin şəhid olmağı və öldürüldükdən sonra şəhərin küçə-bazarında yerlə sürülmələri xəbərini eşidib buyurdu:



Allah Öz rəhmətini bu iki şəhidə şamil etsin! Bu sözü bir neçə dəfə təkrar etdi85.

Müslüm Haninin evinə daxil olan vaxt Şərik ibni Əvər də arxasınca ora gəldi və elə orada da xəstəlik yatağına düşdü.86

İbni Ziyad Şərikə xəbər göndərərək onunla görüşmək istədiyini bildirdi. Şərik fürsəti qənimət sayıb İbni Ziyadı öldürmək üçün Müslümü həvəsləndirərək dedi:–Sənin, eləcə də bütün şiələrin arzusu bu murdar və zalım adamı məhv etməkdir. Yaxşı olar ki, pərdə arxasında gizlənəsən, İbni Ziyad mənim yanıma gəlib oturduqdan sonra, həmlə edib onu öldürəsən. Bil ki, mən böyük məmnuniyyətlə Kufənin işini sənə tapşıracağam87.

Onlar elə bu söhbətdə idilər ki, Übeydullahın gəldiyini xəbər verdilər. Müslüm gizləndi, Übeydullah Şərikin yanına gəlib oturdu. Bir neçə an keçdi, amma Həzrət Müslümdən bir xəbər çıxmadı. Onun bu hərəkətindən heyrətə gələn Şərik, xatırlatmaq üçün əmmaməsini başından götürüb yerə, sonra yenidən yerdən götürüb başına qoydu. Bu işi bir neçə dəfə təkrar edib, nəhayət uca səslə bu şeri dedi:–Bir qurtum sərin su tapılar ki, susuz olanda içəm? Elə bir su ki, bütün ümidlər ona dikilmişdir; əldən çıxması, tələf olması gözlənilir. Əgər aqibətinin pis olmasından qorxursansa, bil ki, gələcəkdə də onun əzab-əziyyətlərindən amanda qalmayacaqsan.88

O, ardıcıl olaraq bu şeri deyir və Müslümün gizləndiyi yerə baxırdı. Elə ki, bu işin faydasız olduğunu gördü, uca səslə dedi:–Ona su verin, hətta mənim ölümümlə tamamlansa belə.

Bu vaxt Übeydullah üzünü Haniyə tutub dedi:–Əmioğlun xəstəliyin şiddətindən sayaqlayır.

Hani onun sözünü təsdiq edib dedi:–Şərik yorğan-döşəyə düşən vaxtdan bəri mənasız sözlər danışır, elə sözlər deyir ki, heç özü də mənasını bilmir.

Bir qədər keçdikdən sonra İbni Ziyad durub getdi. Həzrət Müslüm gizləndiyi yerdən çıxdıqda Şərik ondan İbni Ziyadı öldürməməsinin səbəbini soruşdu. Müslüm dedi: -Mən iki dəlilə görə bu işi görmək fikrindən daşındım. Birincisi, Əmirəl-möminindən (əleyhis-salam) eşitdiyim rəvayət idi. Həzrət buyurmuşdu:



İman (kimisə) gözlənilmədən qətlə yetirməyin qarşısını alır. Belə isə, mömin olan şəxs heç bir kəsi qəfildən öldürməz.89

İkincisi budur ki, İbni Ziyad bura gəlməzdən əvvəl Haninin arvadı məni and verdi ki, bu işi onun evində törətməyim. O, mənim qarşımda ağlayıb xahiş etdi ki, İbni Ziyadı öldürməyim. Hani narahat olub dedi:–Vay olsun ona, bu xahişlə həm məni ölüm ayağına vermiş, həm də özünü təhlükəyə salmışdır. O qaçıb qurtarmaq istədiyinin tələsinə düçar olub.Bu görüşdən üç gün sonra Şərik vəfat etdi. İbni Ziyad ona meyit namazı qılıb Səviyyə adlı bir yerdə dəfn etdi90. Həzrət Müslüm bu işi ilə özündən sonrakı nəsillərə yüksək məqsəd və məramlara çatmaq yolunda dinin müqəddəs qanunlarının tapdalanmamasını öyrətdi. Anlatdı ki, nicat tapmağın, Allahın razılığını əldə etməyin yeganə yolu ilahi əmrlərə müti olmaqdadır. Şərafətli insanlar heç vaxt məqsəd vasitəni doğruldur kimi aldadıcı şüarı qəbul etmir.





Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin