Qum, seyyid məHƏMMƏDHƏSƏn musəVİ kaşANİ



Yüklə 2,38 Mb.
səhifə28/47
tarix21.10.2017
ölçüsü2,38 Mb.
#8814
1   ...   24   25   26   27   28   29   30   31   ...   47

HƏZRƏT MÜSLÜMÜN QİYAMI

Həzrət Müslümün qiyamı əvvəlcədən nəzərdə tutulmuş plan əsasında hazırlanmışdı. Hamı özünü o vaxtın gəlib çatmasını, hərbi qüvvələrin səfərbər edilməsi, döyüş sursatı və taktikası lazımınca hazırlanırdı. Bbu vaxtlar idi ki, Hani gözlənilmədən cəlladlar tərəfindən ələ keçirildi. Bu gözlənilməz iş Həzrət Müslümün planlarını bir-birinə vurdu. Hani Həzrət Müslümün qərargah rəisi və müşaviri idi. Onun evi hökumət müxaliflərinin mərkəzi qərargahı sayılırdı. Buna görə də Həzrət Müslümün işi ağırlaşdı, çünki hər an ələ keçmək ehtimalı artırdı.

Artıq Həzrət Müslüm özünə vacib bilirdi ki, adamlarının xəyanəti nəticəsində ələ keçən Murad qəbiləsinin igid və müdrik pəhləvanını zülmün caynağından xilas etsin. Həzrət Müslüm Əbdüllah ibni Cazimi Hanidən bir xəbər gətirmək üçün Übeydullahın qəsrinə göndərdi. O, Haninin yaralanıb həbs edilməsindən xəbardar olan kimi Əbdullah ibni Cazimə əmr etdi ki ya Mənsurə ümməti96 şüarını versin. Çox keçmədi ki, camaat Haninin evinin yanında Müslümün dövrəsinə toplaşıb bu şüarı təkrar etməyə başladı. Bir rəvayətə görə 4 min nəfər, Məsudinin (Mücucüz-zəhəb kitabında) yazdığına görə isə 18 min nəfər Həzrət Müslümün ətrafına yığışdı. Müslüm ilk növbədə onları nizamlı ordu şəklinə salaraq, bayrağı Übeydullah ibni Əmrə verib Kində və Rəbiə qəbilələrinə, eləcə də süvari qoşuna başçılıq etməyi tapşırdı. Müslüm ibni Osəcə Əsədiyə başqa bir bayraq verib Müzhəc və Əsəd qəbilələrinin, habelə piyada dəstələrinin sərkərdəliyini ona tapşırdı. Əbu Səmamə Əsədini Təmim və Həmdan qəbiləsinin başçısı seçib şəhər qoşun bölmələrinin sərkərdəliyini isə Abbas ibni Cədənin ixtiyarında qoydu.

Beləliklə, qiyam başlandı, Həzrət Müslüm bir böyük qoşunla qəsrə sarı hərəkət etdi.

İbni Ziyad came məscidində çıxış edən zaman keşikçilər təşviş içində yanına gəlib camaatın qiyam xəbərini ona çatdırdılar.

Übeydullahın vəziyyəti ağırlaşdı, cəld qəsrə girib bütün qapıları bağlamağı əmr etdi. Həzrət Müslümün çağırışı ilə camaat qəsrin ətrafını tutdu. Getdikcə onların sayı artır, məscid və bazar adamla dolur, İbni Ziyadın işi daha da ağırlaşırdı. Bu zaman onun köməkçilərinin sayı 50 nəfərdən çox deyildi. Otuz nəfər qəsrin keşikçiləri, iyirmi nəfər isə Übeydullahın dost-tanışı və Kufənin tanınmış adamları idi.

Qoşunun elə ilk anlarda Kufədə Əməvi hökumətinin bünövrəsini darmadağın etməməsinin səbəbi elə indinin özündə də məlum deyildir. Amma üzüqara kufəlilər üçün heç də qəribə bir iş deyildi ki, Həzrət Müslümə kömək etməkdən əl çəkib, şeytanın qoşununa üz gətirsinlər.

ÜBEYDULLAHIN FƏALİYYƏTİ

İbni Ziyadın göstərişi ilə Məhəmməd ibni Əşəs, Hüccar ibni Əbcər, Şimr ibni Zilcövşən özlərini camaatın içinə salıb onları hökumətin bol bəxşiş və hədiyyələri ilə ümidvar edib dedilər ki, Şam ordusu artıq yola düşübdür.

Kəsir ibni Şəhab gün batana yaxın camaatın yanına gəlib dedi: Ey camaat, öz qohumlarınıza qoşulun, özünüzü fitnə-fəsada, əzab-əziyyətə salıb ölüm ayağına verməyin. Bilin ki, möminlərin əmiri Yezidin ordusu Şamdan Kufəyə doğru hərəkətdədir. Əli and içibdir ki, əgər mübarizədən əl çəkib evlərinizə qayıtmasanız, övladlarınızı ümumi hüquqlardan məhrum edəcək, müharibədəki üsyançıları Şam sərhədlərinə göndərəcək və....

Beləliklə də camaatın arasına qorxu, ikitirəlilik düşməyə başladı. Qardaş-qardaşı tapıb, onu müharibədən saxlayır, qadınlar öz ərlərini çağırıb qaytarır, atalar övladlarının cihaddan əl çəkib sülhə üz gətirmələrini istəyirdilər. Bu şəxslər alçaq və rəzil insanlar olub həqiqətləri başa düşməyə ləyaqətləri yox idi.



HƏZRƏT MÜSLÜM TƏKLƏNİR


Gecə qaranlığı hələ tam çökməmişdi ki, Həzrət Müslümün ətrafında üç yüz nəfərdən çox adam yox idi. İşa namazını məsciddə qılan zaman otuz nəfər ona iqtida etdi. Namazdan sanra Kindəyə doğru yollandı. Bir qədər yol getdikdən sonra artıq onun arxasında heç kəs qalmamışdı.

Həzrət Müslüm tənha idi, yolu tanımırdı, hətta ona bələdçilik etmək üçün bir nəfər olsun belə yox idi. O, yalqız halda atdan yerə endi və dostsuz, köməksiz Kufənin küçələrində sərgərdan halda yola düşdü. Yolun haraya aparıb çıxaracağı məlum deyildi, sığınacaq üçün bir yer tapa bilmirdi.97. Bəli, camaat Həzrət Müslümü tək-tənha və yalqız halda tərk edib getdilər. Kufəlilər Həzrət Müslümü tək qoyub əhdlərini sındırmaqla namərdlik uçurumuna əbədi olaraq yuvarlanıb xəyanət və alçaqlıq simvoluna çevrildilər.

İbni Ziyad sarayın ətrafındakı həyəcan və hay-küyün kəsildiyini görüb başa düşdü ki, camaat artıq aldanaraq evlərinə getmişlər. O, dərhal öz əlaltılarına məscidin ətrafında axtarış aparmağı əmr etdi. Bununla heç kəsin orada gizlənmədiyinə əmin olmaq istəyirdi. Məmurlar çıraq yandırıb hər yeri nəzərdən keçirdilər, məlum oldu ki, məscidin özündə və ətrafında Müslümün dostlarından bir kəs qalmamışdır.

ÜBEYDULLAHIN ÇIXIŞI

Kufənin qaniçən hakimi camaatın dağılışmasına tam əmin olduqdan sonra namaz qılmaq bəhanəsilə hamını məscidə dəvət etdi. Çox keçmədi, məscid adamla doldu. İbni Ziyad öz mühafizlərinin ciddi nəzarəti altında minbərə çıxıb dedi:–Müslüm ibni Əqil sizin aranıza ixtilaf salmışdır. Müslüm hər kəsin evində tapılsa, o adamın canı və malı təhlükə altına düşəcək. Hər kəs onun gizləndiyi yeri bizə xəbər versə, yaxud onu bizim yanımıza gətirsə Müslümün qan pulunu (diyəsini) ona verəcəyik. Ey Allah bəndələri! Allahın əzabından qorxun, başınızı bəlaya salmayın.



KUFƏDƏ HƏRBİ HÖKUMƏT

Çıxışdan sonra Übeydullah, şəhər polisinin rəisi Hüseyn ibni Nümeyri çağırıb, bütün evləri və küçələri nəzarət altına almağı əmr etdi. Hər bir vasitə ilə Müslümün şəhərdən çıxmasının qarşısını almağı ciddi şəkildə tapşırıq verib dedi ki, Müslüm qaçarsa, onu ağır cəzalandıracaqdır.

Hüseyn ibni Nümeyr dərhal əməliyyata başladı. Keşikçilərə küçələrin nəzarət altına alınmasını əmr edərək Həzrət Müslümə kömək edən tanınmış şəxsiyyətləri axtarıb tapmalarını tapşırdı. Gecənin ilk saatlarında Əbdül-Əla ibni Yəzid Kəlbi və Əmarət ibni Səlhəb Əzüdini ələ keçirib zindana salaraq qətlə yetirdi.

Bundan sonra İbni Ziyad Kufənin görkəmli şəxsiyyətlərini həbs etməyə başladı. Tutulanlar arasında Muxtar Səqəfi və Əbdullah ibni Nofəl də var idi. Bu iki nəfər Həzrət Müslümün köməkçilərindən sayılırdı. Həzrət Müslümün gözlənilməz qiyamı başlananda Muxtar öz doğma kəndi Ləqfada idi.




Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin