Qum, seyyid məHƏMMƏDHƏSƏn musəVİ kaşANİ


İMAM HÜSEYN (ƏLEYHİS-SALAM) İLƏ HÜRR ARASINDAKI SÖHBƏT



Yüklə 2,38 Mb.
səhifə34/47
tarix21.10.2017
ölçüsü2,38 Mb.
#8814
1   ...   30   31   32   33   34   35   36   37   ...   47

İMAM HÜSEYN (ƏLEYHİS-SALAM) İLƏ HÜRR ARASINDAKI SÖHBƏT

Bu sözdən sonra İmam (əleyhis-salam) əmr etdi ki, hərəkət etsinlər. Səhabələr dərhal dəvələri yüklədilər, arvad-uşaqları dəvələrə mindirib Hicaza tərəf hərəkət etmək üçün hazır oldular. Lakin Hürrün ordusu yolu kəsdi, karvanın geri qayıtmasına icazə vermədi.

İmam (əleyhis-salam) dedi:–Ey Hürr! Anan matəmində otursun, bizdən nə istəyirsən?

Hürr dedi:-Sizdən qeyrisi mənim anamın adını çəksəydi, cavabını elə olduğu kimi qaytarardım. Amma Sizin ananız barədə ehtiramdan başqa bir söz söyləyə bilmərəm.

Bu sözdən sonra aralarındakı söhypbət davam etdi. İmam (əleyhis-salam) soruşdu:-Məqsədin nədir?

Dedi:–Səni Əli Übeydullahın yanına aparmaq istəyirəm. İmam (əleyhis-salam) buyurdu:–Mən dediklərinə əməl etməyəcəyəm.

Hürr dedi:–Allaha and olsun, mən də sizdən əl çəkməyəcəyəm.

Bu söhbət üç dəfə təkrar oldu, nəhayət Hürr dedi:–Mənə sizinlə vuruşmaq əmr olunmamışdır. İşim yalnız budur ki, Kufəyə çatana kimi sizdən ayrılmayam. İndi ki, Kufəyə getməkdən imtina edirsiniz, təklif edirəm elə yollarla hərəkət edin ki, nə Kufəyə gedib çıxsın, nə də sizi Mədinəyə aparsın. Mən də əmirə bir məktub yazım və ondan göstəriş alım. İnşallah Allah elə bir şərait yaratsın ki, sizinlə vuruşmayım. İndi isə siz sol tərəfə dönüb Qadisiyyə–Əzib səmtində hərəkət edin.

İmam Hüseyn (əleyhis-salam) bu təklifi qəbul etdi, Hürr də o Həzrətin qoşunu ilə birlikdə hərəkət etməyə başladı.

İMAM HÜSEYN (ƏLEYHİS-SALAM)-ıN HÜRRƏ BUYURDUĞU SÖZLƏR

Yolda İmam Hüseyn (əleyhis-salam) Hürrə buyurdu:

Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur ki, hər kəs Allahın haramlarını halal edən, ilahi əhd-peymanı pozan, Peyğəmbərin sünnəti ilə müxalifət edən, əməlinin əsası günah, düşmənçilik olan zülmkar bir hakimi görüb əməldə, yaxud sözdə onunla müxalifətə qalxmazsa, Allah onu həmin zülmkarın aparıldığı yerə aparar. Bu camaat Rəhman Allaha itaət etməkdən boyun qaçırır, şeytana itaət edir, aşkar şəkildə fəsad törədirlər. İlahi qanunları, hüdudları kənara qoymuş, beytül-malı qarət etmişlər; Allahın haram buyurduğunu halal, halal buyurduğunu isə haram etmişlər. Bəli, mən İslam ümmətinə rəhbərlik etmək üçün daha layiqəm. Sizin tərəfinizdən çoxlu nümayəndə və məktublar gəlmişdir ki, onların hamısı yekdilliklə mənimlə birgə olmağa vəd vermişlər. İndi əgər siz əhdinizə vəfa etsəniz, bəhrənizi aparacaqsınız.

Mən Əlinin oğlu, Peyğəmbərin nəvəsi Hüseynəm. Özüm sizlərlə, övladlarım, əhli-əyalım isə sizin ailələrinizlə bir yerdə olacaqlar. Davranışım da hamı üçün nümunə və ülgüdür.

Əgər öz əhdinizi pozsanız, mənə kömək etməkdən boyun qaçırsanız, öz canıma and içirəm ki, heç də qəribə iş görmüş olmazsınız; çünki atam, qardaşım və əmioğlum Müslüm ibni Əqilə qarşı da rəftarınız elə bu cür olmuşdur. Aldanan şəxs odur ki, sizə ürək bağlayaraq məftun olmuşdur. Nəticədə isə istədiyiniz nəticəyə çatmamış öz nəsiblərinizi puç etmisiniz. Bəli, hər kəs əhdini sındırsa, özünə cəfa etmişdir. Allah heç vaxt bizi sizə möhtac etməz. Vəssalam.

Kufə ordusunun sərkərdəsi Hürr ibni Yəzid Riyahi İmam Hüseynə (əleyhis-salam) kobud surətdə belə dedi:–Ey Hüseyn ibni Əli, səni Allaha and verirəm ki, özünə rəhm edəsən. Bir daha xatırladıram ki, əgər döyüşə başlasan, özün həlak olacaqsan.

İmam (əleyhis-salam) ona buyurdu:–Məni ölümlə hədələyirsən? Yəni həddini bu qədər aşmısan ki, məni qətlə yetirəsən? Mənim sənə verəcəyim cavab elə həmin cavabdır ki, Rəsulullahın dostlarından biri öz əmioğlusuna demişdi. O, Peyğəmbərə kömək etmək istəyirdi, əmioğlusu isə onu öldürməklə hədələyirdi. O, işi belə gördükdə aşağıdakı şeri oxudu: Tezliklə gedəcəyəm və ölümü ağuşa almaqdan heç bir qorxum yoxdur.

Çünki, əgər mərd adam haqqı axtarmağa və İslam yolunda cihad etməyə məşğul olsa, heç vaxt öldürülməkdən qorxmaz. Mən öz canımı fəda edirəm, onun qalmasını da istəmirəm. Çox keçməz ki döyüş meydanında öz ordumla birlikdə döyüşə girişəcəyəm. Əgər sağ qalsam, peşiman olmaram, yox əgər öldürülsəm, ürəyimdə heç bir həsrətim qalmaz, halbuki sən həmişə xarlıq hiss edirsən, Allah yolunda fədakarlıq etmədiyinə görə peşmansan.

İmam Hüseyn (əleyhis-salam)-ın qəti mövqe seçdiyini görən Hürr daha heç nə deməyib Həzrətdən bir az aralı, karvanın yanınca yoluna davam etdi.

İMAM HÜSEYN (ƏLEYHİS-SALAM)-IN GÖRDÜYÜ YUXU

Karvan bu minvalla irəliləyərək Bəni Müqatil qəsrinə gəlib çatdı. Orada düşərgə saldılar. Gecə yarısı İmam (əleyhis-salam) cavanlara buyurdu ki, tez su götürsünlər, sonra elə gecə ikən oranı tərk etdilər.

Əqəbət ibni Səman deyir İmam (əleyhis-salam) Bəni Müqatil qəsrində sübh çağı bizə əmr etdi ki, su götürək. Daha sonra yolumuza davam etdik. Çox getməmişdik ki, Həzrət elə at üstündə azacıq yuxuya daldı. Yuxudan ayılandan sonra

≈ÊÒ«†‰‰ÒÁ†ËÓ†≈ÊÒ«†≈‰ÓÍÚÁ†—«ÃŸÔËÊÓ†ËÓ†«‰ÚÕÓœԆ‰‰ÒÁ†—Ó»Ò†«‰ÚŸ«‰ÓÂÍÊÓ

dedi və bunu üç dəfə təkrar etdi.

Oğlu Əli Əkbər özünü ona çatdırıb dedi:–Sənə qurban olum, bu ayəni oxuyub Allaha şükr etməyinin səbəbi nə idi?

İmam Hüseyn (əleyhis-salam) buyurdu:–Qısa müddətli yuxuya daldım. Yuxuda bir atlını gördüm. O, mənim yolumu kəsib dedi: Bunlar gedir və öz arxalarınca ölümü də aparırlar Başa düşdüm ki, sağ qalmaq üçün daha heç bir ümid yoxdur.

Əli Əkbər dedi:–Ata, məgər biz haqq deyilikmi?

İmam (əleyhis-salam) buyurdu:–Bəli, and olsun Allaha, bəndələrin ona tərəf qayıtdığı Allaha!

Əli Əkbər dedi:–Bir halda ki, haqq bizimlədir, ölümdən qorxumuz yoxdur.

Həzrət buyurdu:–Allah-taala bir atanın öz oğluna verdiyi ən yaxşı mükafatı sənə versin.111

Karvan hərəkət edərək Neynəva çölünə çatdı.



ÜBEYDULLAHIN QASİDİ HÜRRÜN YANINDA

Bu zaman Kufə tərəfdən kamanını çiyninə atmış qaçaraq gələn bir atlı göründü. O, Malik ibni Nəsr Kindi idi. Hər iki qoşun bu süvarini gözlədilər. O yaxınlaşdıqda Hürrə və tərəfdarlarına salam verdi, amma İmam (əleyhis-salam)-a isə salam vermədi. Dərhal bir məktub çıxarıb Hürrə verdi. Bu məktub Übeydullah tərəfindən yazılmışdı. Hürr məktubu açıb oxudu:

Hüseynin işini müşkülə sal. Mənim məktubum sənə çatan kimi, onu susuz bir səhrada saxla. Mən göndərdiyim qasidə tapşırmışam ki, səndən ayrılmayıb gördüyün işlər barədə mənə xəbər versin.

Hürr İmam (əleyhis-salam)-ın yanına gedib dedi:–Gərək elə burada atlardan düşəsiniz, daha getməyə icazə vermirəm.

İmam (əleyhis-salam) buyurdu:–Məgər sən bizə demədinmi ki, dolayısı yolla gedin?

Hürr dedi:–Bəli, dedim. Amma Übeydullahdan məktub almışam. Mənə sənin işini çətinləşdirməyi əmr etmişdir. Bu işə nəzarət üçün bir nəfəri də (qasid) təyin etmişdir. Qasid mənim gördüyüm işləri İbni Ziyada xəbər verəcəkdir.

İmam (əleyhis-salam) buyurdu:–İcazə ver, bu yaxın kəndlərin birində enək. Amma Hürr bildirdi ki, mən əmirin fərmanından çıxa bilmərəm. Çünki, o mənim üstümdə nəzarətçi qoymuşdur.


Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin