Qum, seyyid məHƏMMƏDHƏSƏn musəVİ kaşANİ


ÖMƏR SƏDİN KƏRBƏLAYA GƏLİŞİ



Yüklə 2,38 Mb.
səhifə36/47
tarix21.10.2017
ölçüsü2,38 Mb.
#8814
1   ...   32   33   34   35   36   37   38   39   ...   47

ÖMƏR SƏDİN KƏRBƏLAYA GƏLİŞİ

Ömər Səd məhərrəmin 3-cü günü Neynəva çölünə gəlib çatdıqdan sonra düşmən ordusunun sayı 5000 nəfəri ötüb keçirdi. Hürr də o zamandan onun tabeçiliyinə keçdi. Bir müddətdən sonra Şimr (Şümür) daha 4-min nəfər əsgərlə birlikdə oraya gəldi. İbni Ziyadın əmri ilə Yezid ibni Rikab Kəlbinin sərkərdəliyi ilə, 2 min nəfərlik bir qoşun, 4 min nəfərlik bir qoşun Hüseyn ibni Nümeyrin sərkərdəliyi ilə, 2 min nəfər əsgər isə Nəsrin sərkərdəliyi ilə Kərbəlaya gəlmişdilər.

Übeydullah ardıcıl olaraq Kərbəlaya qoşun bölmələrini göndərməkdə davam edirdi: 3 min nəfəri Kəb ibni Təlhənin, min nəfəri Şibs ibni Rəbii Riyahinin, min nəfəri də Hüccar ibni Əbhərin sərkərdəliyi ilə Kərbəlaya göndərdi. Nəhayət əməvi ordusunun sayı 30 min nəfərə (atlı-piyada) yetişdi.

Übeydullah ibni Sədə xəbər göndərdi ki, mən əsgər, təchizat cəhətindən sənin üçün bəhanə yeri qoymamışam. Hər an sənin xəbərini gözləyirəm. Mərd ol, yubanma!



ÖMƏR SƏDİN NÜMAYƏNDƏSİ İMAM HÜSEYN (ƏLEYHİS-SALAM)-IN YANINDA


İbni Səd əvvəlcə qərara aldı ki, bir nəfəri İmam (əleyhis-salam)-ın yanına göndərib o Həzrətin Kufəyə tərəf hərəkət etməsinin səbəbini xəbər alsın. Bu fikri ordu başçıları ilə müzakirə etdikdə onların heç biri İmam (əleyhis-salam)-ın yanına getmək istəmədiyini bildirdi. Onlar İmam Hüseyndən (əleyhis-salam) xəcalət çəkirdilər, çünki özləri məktub yazıb onu Kufəyə dəvət etmiş, hal-hazırda isə onunla döyüşə gəlmişdilər. Axırda Ömər Səd Qürrət ibni Eys Hənzəlini İmam (əleyhis-salam)-ın yanına göndərdi. İmam (əleyhis-salam) onun gəlməsini uzaqdan gördükdə ətrafındakılardan Bu kişini tanıyırsınızmı? deyə soruşdu.

Həbib ibni Məzahir dedi:–Bəli. O, Hənzələ qəbiləsindəndir, özü də mənim bacım oğludur. Mən onu ağıllı bir adam hesab edirdim, güman edə bilməzdim ki, o da bu qoşunla birlikdə gəlsin.

Qürrət ibni Qeys irəli gəldi, salam verib Ömər Sədin istəyini Həzrətə çatdırdı.

İmam Hüseyn (əleyhis-salam) buyurdu:–Sizin şəhər əhalisi çoxlu məktub yazıb məni bura dəvət etdilər. Əgər mənim gəlməyimdən narazısınızsa, qayıdım.

Həbib ibni Məzahir Qürrətə dedi:–Vay olsun sənə! Necə oldu ki, zülmkarların içinə düşdün? Bu kişinin köməyinə gəl. Bu elə bir adamdır ki, biz onun atalarının hesabına hidayət yolunu tapmışıq.

Qürrət ibni Qeys dedi:–Qoy əvvəlcə Ömər Sədin yanına gedib İmamın cavabını ona deyim, sonra öz barəmdə fikirləşib, bir qərara gələrəm.

İbni Səd İmam Hüseyn (əleyhis-salam)-ın fikrindən agah olduqdan sonra dedi:–Ümidvaram ki, Allah mənə onunla döyüşməkdən nicat verəcək.

Sonra bu hadisəni İbni Ziyada xəbər verdi, amma İbni Ziyad onun məktubunu oxuyandan sonra öz-özünə dedi: (?) Caynaqlarımızın İmam Hüseynin üstündə bənd olmasına baxmayaraq, onu boşlamağa yer var, amma artıq gecdir. Bunu deyib dərhal Ömər Sədə yazdı: Hüseyni və onun dostlarını Yezidə beyət etməyə dəvət et, əgər beyət etsələr mənə xəbər ver ki, bu barədə öz fikrimi deyim

O, bundan sonra ikinci bir məktub yazıb əmr etdi ki, İmam Hüseyn (əleyhis-salam)-ın qoşunu ilə suyun arasında fasilə salsınlar, bu karvanın su götürməsinə (hətta bir damla olsa belə ) icazə verməsinlər.

FƏRATIN MÜHASİRƏ EDİLMƏSİ

Ömər Səd dərhal Əmr ibni Həccacı beş yüz nəfər süvari ilə birlikdə bu işə başçı təyin etdi. Onlar çayın yanına gəlib oranı nəzarət altına aldılar ki, İmam Hüseyn (əleyhis-salam)-ın adamlarından birinin belə əli suya çatmasın. Bu cərəyan məhərrəmin yeddisində baş vermişdi.

Haqq rəhbərlər, ilahi şəriət sahibləri suyu hətta öz düşməninə belə əsirgəməmişlər.

Siffeyn müharibəsində Müaviyə su yolunu ələ keçirdikdən sonra Əmirəl-möminin (əleyhis-salam)-ın qoşununa su vermədi. Lakin Həzrət su yolunu onlardan azad etdikdə dost-düşmənin üzünə açıq qoydu.

İmam Hüseyn (əleyhis-salam) da Kərbəlada Hürr və onun min nəfər atlısı ilə birlikdə qarşılaşdıqda özünün su tuluqlarını içmək üçün onlara verir. Təkcə onlara yox, üstəlik atlarına da su verir. Həm də bu hadisə İmam (əleyhis-salam)-ın su cəhətindən çox təhlükəli bir vəziyyətə düşdüyü, suyun onlar üçün hər şeydən qiymətli olduğu bir vaxtda baş vermişdi.

Lakin İmam Hüseyn (əleyhis-salam)-ın pak nəfəsi, onun vücudunu başdan-ayağa əhatə edən nübuvvət kərəmi, saf təbiəti icazə vermirdi ki, özünün ən nəfis ehtiyatını-suyu onlara verməkdən boyun qaçırsın. Amma nə fayda! İmam (əleyhis-salam)-ın bu cür ehsan və bəxşişindən bəhrələnən, bir damla su belə tapılmayan yanar bir səhrada İmam (əleyhis-salam)-ın lütfündən sirab olan bu qövm, hətta bütün heyvanların istifadə etdiyi suyu Ali-Mühəmmədin şərəf və ehsan ocağına çox gördülər.

İmam Sadiqdən (əleyhis-salam) rəvayət olunan bir hədisdə deyilir: Seyyidüşşühəda (əleyhis-salam) məhərrəmin səkkizinci günü Əli-Əkbəri otuz nəfər atlı ilə birlikdə su gətirmək üçün düşmən tərəfə göndərdi. Onlar özlərini düşmən ordusuna vurdular. Suya çatıb tuluqları dolduraraq xeymələrə qayıtdılar.

HƏZRƏT ABBASA AMANNAMƏ GƏTİRİLİR

Məhərrəmin 9-da axşamüstü Şimr İmam Hüseyn (əleyhis-salam)-ın xeymələrinə tərəf gəlib belə səslədi:–Mənim bacım oğlanları–Abbas, Cəfər, Əbdullah və Osman hardadırlar?119

İmam Hüseyn (əleyhis-salam) öz qardaşlarına buyurdu:–Ona cavab verin, baxmayaraq ki, fasiq bir adamdır, amma sizinlə qohumluq əlaqəsi var.

Qardaşlar Şimrə dedilər:–Nə istəyirsən?

Şimr dedi:–Ey mənim bacım oğlanları, sizin üçün amannamə gətirmişəm. Canınızı təhlükəyə salıb qardaşınız Hüseynə görə özünüzü ölüm ayağına verməyin. Yezidə tabe olun.

Onlar bir ağızdan dedilər:–Allah sənə və sənin gətirdiyin amannaməyə lənət etsin. Rəsulullahın oğlunun amanda olmadığı halda bizə aman verirsən?

Həzrət Abbas buyurdu:–Əllərin qırılsın, gətirdiyin amannaməyə lənət olsun, ey Allah düşməni! Sən bizə aman verirsənmi ki, qardaşımız, sərvərimiz və Fatimən (əleyha salam)-ın oğlu Hüseyni tək qoyaq, məlunların və onların övladlarının əmrinə tabe olaq?

Şimr qəzəblənərək öz qoşununa sarı qayıtdı.



ƏLİ ƏKBƏR ÜÇÜN AMANNAMƏ

Əli Əkbər üçün də amannamə gətirdilər. Çünki onun anası Leyla Əbi Mərrət ibni Ürvət ibni Məsud Səqəfinin qızı idi. Leylanın da anası Məymunə Əbu Süfyan Səxr ibni Hərb ibni Üməyyənin qızı idi. Məymunə Əbu Süfyanın qızı Leylanın nənəsi (ata tərəfdən) idi, Ürvə onunla evlənmiş, Əbu Mərrət dünyaya gəlmişdi. İmam Hüseyn (əleyhissalam)-ın həyat yoldaşı Leyla da Əbu Mərrənin qızı sayılırdı.

Leylanın Məymunə ilə olan qohumluğuna görə düşmən Kərbəlada Əli Əkbərə hörmət əlaməti olaraq belə dedi: Sən Əmirəl-möminin Yezidlə qohumusan.

Bu sözlərlə onu küfr ordusuna tərəf çəkmək istəyirdilər. Lakin o Həzrət bu təklifləri rədd edərək dedi:–Ciyər yeyən Hindin oğlu ilə qohumluqdansa, Allahın Rəsulu ilə qohumluq əlaqəsinin qorunub saxlanılması daha gözəl və müqayisə olunası deyildir!120




Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin