Sual 109:
İnsan «tələskənlikdən» yaradılıb?
Cavab:
«Ənbiya» surəsinin 37-ci ayəsində buyurulur:
«
İnsan tələskənlikdən yaradılıb
». Bu ayənin «insan
tələskən yaradılıb» kimi tərcümə edilməsi doğru deyildir.
Ayə ərəbcə belə ifadə olunur: «xuliqəl-insanu min əcəlin».
Təfsirçilər uyğun ayənin heç də hamıya
şamil
olunmadığını bildirirlər. Ayədə ilahi yoldan azmış zalım və
ya cahil insanlar nəzərdə tutulur. Bu ayə bir növ təkiddir.
Yəni insan elə tələsir ki, sanki tələskənlikdən yaradılıb.
Ətrafınıza diqqətlə nəzər salın. Əksər adi insanlar
tələsir. İstər
xeyir iş olsun, istərsə də şər iş,
onlarda
hövsələsizlik müşahidə olunur. Hətta günaha batmış
insanlara «Allahın qəzəbinə gələrsən» deyəndə, «bəs bu
əzab nə üçün gecikir»-deyə soruşurlar. Onların cavabında
Allah-təala buyurur: «
Ayələrimi sizə göstərəcəyəm, Məni
tələsdirməyin
»
1
. Burada ayə əzab, bəla mənasında
işlənmişdir.
Tələskənlik insan talehi
üçün o qədər təhlükəlidir ki,
hətta onu əbədi axirət səadətindən məhrum edə bilər.
Tələsən insan daim zərərdədir. Sürücü ötmə əməliyyatında
tələsməklə həyatını əldən verir, əkinçi toxumu vaxtından
əvvəl səpməklə,
məhsuldan məhrum olur, insan özünə
həyat yoldaşı seçərkən tələsməklə, ailə həyatını zəhərə
döndərir, oruc tutan insan azanın vaxtını gözləməkdə
tələsməklə, gün uzunu çəkdiyi zəhməti bada verir. Ona
görə də, İslam dini öz ardıcıllarını səbrə dəvət edir.
Əksər
ayələrdə səbir və namaz kəlmələri qoşa işlənir.
Sual 110:
Bütü sındırmaq günahdırmı?
1
«Ənbiya» surəsi, ayə 37.
100
Cavab:
Beş ülul-əzm peyğəmbərdən biri olan İbrahimin
(ə) ilahi məqamı kimsədə şübhə doğurmur. Allah-təala
İbrahim haqqında buyurur: «
Dostları ilə paylaş: