Murdar ərzaq məhsullarının haram edilməsinin səbəbləri haqqında ətraflı söhbət açacağıq (qan, leş və s.). Digər qadağalar haqqında elm adamlarının söyləmlərinə nəzər salaq:
Quran bir tərəfdən insanı ziyanlı və iyrənc ərzaq məhsullarını yeməkdən çəkindirir, digər tərəfdən isə pak və faydalı qidalarla qidalanmağı tövsiyə edir. İslam insanın psixi dincliyini, ictimai saflığını da unutmur və “halal” prinsipinin önə çəkir. Çünki insan öz alın təri ilə, halal zəhməti ilə qidalanarkən xüsusi zövq alır və böyük xoşbəxtlik hissi keçirir1. YEKUN
Burada bir neçə məqama diqqət yetirmək zəruridir:
1. Quranın təmiz və halal qida məhsulları haqqındakı tövsiyələri insanın cisim və ruhunda gigiyenik iz buraxmışdır. Bu, Quranın bəşəriyyətə ən böyük xidmətidir.
2. Təmiz və pak qida məhsullarına meyl insanın təbiətindən qaynaqlandığı üçün İslamın bu növ hökmləri “bələdçilik” xarakteri daşıyır. Belə olan halda bunu elmi möcüzə hesab etmək olmaz. Əlbəttə, qida məhsullarının halal olması ilə bağlı bəzi məsələlər var ki, ilahi bələdçilik olmadan insan ağılı onları mənimsəyə bilməz.
3. Qida məhsullarının “təmiz” və ya “halal” olması ilə bağlı söylənilənlər məlum hökmlərin səbəblərinin yalnız kiçik bir hissəsini aydınlaşdırır. Çox güman ki, bu göstərişlərin arxasında digər səbəblər də dayanır.