Quranin elmi ecazkarliği mәһәmmәd Әli Rzayi İsfaһani



Yüklə 1,23 Mb.
səhifə156/166
tarix10.01.2022
ölçüsü1,23 Mb.
#106192
1   ...   152   153   154   155   156   157   158   159   ...   166
4. Bal və göz xəstəlikləri. Hələ qədim dövrlərdən göz xəstəliklərinin müalicəsində baldan istifadə edilərək müsbət nəticələr əldə olunmuşdur.

5. Balın qadın və doğuş xəstəliklərinin müalicəsindəki misilsiz rolu.

6. Balın qulaq, boğaz və burun xəstəliklərinin müalicəsindəki bənzərsiz rolu.

7. Balın ürək xəstəliklərinin müalicəsindəki rolu.

8. Bal və böyrək xəstəlikləri.

9. Bal və sinir sistemi.

10. Bal və qan çatışmazlığı. Bal eritrositləri (qırmızı qan kürəciyi) artırır və orqanizmdə K vitamini çatışmazlığını aradan qaldırır.

Sonda qeyd etmək lazımdır ki, bu möcüzəli nemətdən müalicəvi istifadə həkim nəzarəti ilə aparılmalıdır. Əks təqdirdə gözlənilən nəticə əldə olunmaya bilər.



YEKUN

1. Balın müalicəvi əhəmiyyəti şübhəsizdir. Bu Quranda da öz əksini tapmışdır فيه شفاء للناس (Onda insanlar üçün şəfa var).

2. Hələ erkən təbabətdə balın müalicəvi əhəmiyyətinin dərk olunmasını, hətta Tövratda da yad edilməsini nəzərə alsaq, bunun Quranın elmi möcüzəsi olmadığı anlaşılar. Quranda verilən bu ibarə (Onda insanlar üçün şəfa var) sadəcə bal haqqında mövcud olan fikirlərin təsdiqidir.

3. Balın kimyəvi tərkibi bitkinin növündən və hava şəraitindən asılıdır. Elə buna görə də qeyd olunan xüsusiyyətlər (balın mədə-bağırsaq, qaraciyər, öd yolu, böyrək, ürək-damar, sinir və s. xəstəliklərin müalicəsindəki rolu) hər balda olmaya bilər.


ORUC


Oruc, obaşdandan ilk axşam saatlarınadək qidalanmadan çəkinməyə deyilir. Bu əməl insan orqanizminə, eləcə də onun psixoloji durumuna olduqca müsbət təsirlər göstərir. Quranda bu əməl haqqında bir neçə mərhələdə söhbət açılmışdır.

İlk mərhələdə oruc tutanlara böyük mükafat vəd edilir.

Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mö’min kişilər və qadınlar, (Allaha) müt’i kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar (yalnız Allah qarşısında kiçilən) kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb (övrət) yerlərini (zinadan) qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır!”1

Növbəti mərhələdə oruc müsəlmanlara vacib edilmişdir.

Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir! İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Qur’an) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona ("Allahu əkbər" deməklə) tə’zim və şükür edəsiniz”1.


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin