Quranin elmi ecazkarliği mәһәmmәd Әli Rzayi İsfaһani



Yüklə 1,23 Mb.
səhifə53/166
tarix10.01.2022
ölçüsü1,23 Mb.
#106192
1   ...   49   50   51   52   53   54   55   56   ...   166
c) Yerin təkində ərimiş maddələrin mövcudluğu5.

Digər bir ərəb yazarı isə “کفات” [kifat] sözünün leksik mənasını qeyd edərək yazır:

“Bu dəqiq ifadə Yerin orbit boyunca hərəkətinin surətini və eyni zamanda sakinlərini üzərində saxlaya bilməsini göstərir”1.

Bəzi müasir yazıçılara görə bu ayə Yerin surətli hərəkəti və cazibə qüvvəsi haqqındadır2.

Ayətullah Misbah Yəzdi məlum ayənin Yerin hərəkəti haqqında olduğunu rədd edərək yazır:

“Ərəb dilində “کفات” [kifat] əşyanın toplandığı, cəmləşdiyi yerə deyilir. Onun ilkin mənasında almaq, əlavə etmək anlayışları yatır. “کفات” [kifat] sözünün digər mənası da var. Ərəb dilində deyilir:



کفت الطائرای اسرع فی الطیران (Quş sürətlə uçdu). Bəziləri bu mənaya nəzərən ayənin Yerin orbit üzrə hərəkəti ilə bağlı olduğu fikrini irəli sürmüşlər. Fikrimizcə bu zəif ehtimaldır. Çünki “کفات” [kifat] sözü məsdərdir. Belə olduqda ayə “Yer sürətlidir” deyil, “Yer sürətdir” kimi başa düşülür. Ayəni o şəkildə tərcümə etmək üçün “کفات” [kifat] sözü cümlədə sifət mənasını ifadə etməlidir. Bu isə ayənin zahiri mənasına ziddir”3.

Əllamə Təbatəbai də ayəni izah edərkən toplamaq mənasını qəbul edir4.


YEKUN

1. “کفات” [kifat] sözünün leksik mənasına nəzərən ayənin Yerin ellipktik orbit boyunca hərəkətinə aid olduğunu söyləmək olar. Ayətullah Misbah Yəzdinin qrammatik iradları isə tutarlı deyil. Çünki “کفات” [kifat] sözü məsdər olsa belə (məna etibarilə) indiki zaman feli sifəti kimi işlənə bilər. Bəzi təfsirçilər də bu qənaətdədirlər1. Bu elmi məsələ ayənin yer aldığı mətnə uyğundur. Çünki biri-digərini təsdiq edən ayələr Allahın nemətlərini sayır. Əlbəttə, bəzi təfsirçilərin də qeyd etdiyi kimi məqsəd insanları Qiyamət günü toplamaq2 və ya cazibə qüvvəsi haqqında da ola bilər.

Bütün bu ehtimalların hamsını toplamaq da mümkündür. Çünki “کفات” [kifat] sözü bir neçə mənanı özündə cəmləmişdir. Lakin hər halda “کفات” [kifat] sözü Yerin öz oxu ətrafında fırlanmasına işarə ola bilməz. Çünki “کفات” [kifat] sözünün mənasında nəyinsə öz ətrafına dolanması anlayışı yoxdur. Yer qabığında dəyişiklik və ya Yerin təkində ərimiş maddələrin mövcudluğu mənalarını isə ensiklopedik soraq və izahlı lüğət kitablarında tapa bilmədik.
5. هُوَ الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ ذَلُولًا فَامْشُوا فِي مَنَاكِبِهَا

Yeri (Yer kürəsini) sizə ram edən Odur. Onun qoynunda gəzin”3.


“Təfsiri-nümunənin müəllifi yazır:

ذلول” [zəlul] anlayışı (ram olmuş) Yer haqqında ən əhatəli ifadələrdəndir. Çünki Yer müxtəlif şəkildə sürətli hərəkətlərinə baxmayaraq sükunətdə olan bir cisim kimi nəzərə çarpır. “مناکب” [mənakib] sözü “منکب” [mənkib] sözünün cəm halı olub çiyin mənasını ifadə edir. Sanki insan Yerin çiyni üzərində dayanmış, Yer isə müvazinətini qoruya bilmişdir”1

Ayətullah Misbah Yəzdi məlum ayə haqqında yazır:

“Son ayədə daha çox diqqəti çəkən məqam budur ki, Yer insanın ayaqları altında tam ram edilmiş miniyi xatırladır. Buradan belə nəticə almaq olar ki, Yer orbit üzrə hərəkət edir. Çünki “ذلول” [zəlul] sözü iti gedən dəvə mənasını ifadə edir”2.

Seyid Şəhristani yazır:

“Ərəb dilində adi danışıqda “ذلول” [zəlul] sözü iti gedən, ram edilmiş dəvəyə deyilir. Əgər ayə xaricində bir maneə olmazsa, onu Yerin hərəkətinə aid edə bilərik3”.

Bir çox müasir yazarlar da (Gudərz Nəcəfi4,

Məhəmməd Əli Sadat5, Əllamə Təbatəbai6) məlum ayəni Yerin orbit üzrə hərəkəti ilə əlaqələndirmişlər.


YEKUN

Fikrimizcə ayənin Yerin orbit boyu hərəkətinə aid olmasında bir problem yoxdur. Bu ehtimal ayənin hədəfi və ilkin zahiri mənası ilə də müvafiqdir.


6. ثُمَّ اسْتَوَى إِلَى السَّمَاءِ وَهِيَ دُخَانٌ فَقَالَ لَهَا وَلِلْأَرْضِ اِئْتِيَا طَوْعًا أَوْ كَرْهًا قَالَتَا أَتَيْنَا طَائِعِينَ

Sonra Allah tüstü (düman) halında olan göyə üz tutdu. Ona (göyə) və Yerə belə buyurdu: "İstər-istəməz vücuda gəlin!" Onlar da: "İstəyərək (Allahın əmrinə itaət edərək) vücuda gəldik!" - deyə cavab verdilər”1.

Seyid Şəhristani yuxarıdakı ayə haqqında yazır:

“Bu ayə də Yerin hərəkəti başa düşülən ayələrdəndir. “اتیان” [ityan] sözü adi danışıqda hiss olunan yerdəyişməni (gəlmək) ifadə edir. Keçmiş alimlər Yerin hərəkət etmədiyini düşündüklərindən ayəni qeyri-həqiqi mənalara yozmuşlar. Biz Yerin hərəkət etdiyini qəbul etdiyimizdən digər yozumlara ehtiyacımız yoxdur”2.

Müasir yazıçılardan biri məlum ayəni izah edərkən yazır:

“Sözügedən ayə yaradılışın başlanğıcı və göy cisimlərinin, xüsusilə Yerin hərəkətinə işarə vurur”3.

“Təfsiri-nümunə”nin müəllifi məlum ayə haqqında yazır:

“Bu ayədə məqsəd Tanrının həqiqətən (göy və ya Yerlə) danışması deyil. Burada məqsəd Allahın (yaradılışla bağlı) iradəsidir”4.

Əllamə Təbatəbai də “ائتیا [i`tiya] və اتینا [ətəyna]” sözlərinin Allahın yaradılışla bağlı iradəsini adi danışıq şəklində insanlara çatdırması kimi izah edir5.
YEKUN

Mərhum Şəhristaninin izahı ayənin ilkin zahiri mənası ilə daha uyğundur. Ayənin Yerin hərəkətinə bir işarə olması üçün heç bir maneə görmürük.


7. وَالْجِبَالَ أَوْتَادًا

Məgər Biz dağları da dirək etmədikmi?!”1



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin