R. R. Denktaşa bağışlayıram


ArZularımıZı gerçəkləşdİrməyə



Yüklə 6,07 Mb.
səhifə30/92
tarix01.01.2022
ölçüsü6,07 Mb.
#104369
1   ...   26   27   28   29   30   31   32   33   ...   92
ArZularımıZı gerçəkləşdİrməyə

İmkan olmadı

Bakıya döndükdən sonra AXC sədrinə geniş bir məruzə hazırladıq və ictimai fikri formalaşdırmaq üçün qəzet və dər­gilərdən, radio və televiziyadan istifadə etməyə çalışdıq. Kıbrıs­dan bəhs edən siyasi məzmunlu məqalələrlə yanaşı, “Prezident istirahət saatlarında” (“İncəsənət” qəzeti, 25 noyabr 1992-ci il, səh. 3) adlı məqalə də çap etdirdim. Məqsədim totalitar rejimdə yaşamış insanlarımıza siyasi xadimin, dövlət adamının da şəxsi həyatının varlığını, istirahət saatlarında ürəyincə olan bir işi gördüyünü çatdırmaq idi. Rauf Denktaşın çəkdiyi fotolar onu rəsmi şəxsdən çox şair, sənətçi xarakterli bir insana oxşadır. 1993-cü il martın 21-23-də Antalyada keçirilən I Türk Devlet ve Toplulukları Dostluk, Kardeşlik ve İşbirliyi qurultayında bunun bir daha şahidi oldum. Qurultaya R.Denktaş da qatılmışdı. Rəsmi toplantıdan sonra geniş bir salonda kokteyl təşkil edilmişdi. Hamı gəzə-gəzə söhbət edir, yeyir-içirdi. Gözləri mənə sataşanda işarə ilə yanına çağırdı. Çox səmimiyyətlə görüşdü. Yanımdakı balacaboy qıza işarə ilə: “Qızınızdır?” - deyə xəbər aldı. Mən də: “Qaqauz qızı Tudora Arnautdur, Bakıda təhsilalır. Bu gün mənim qızımdı, beş-on ildən sonra Türk xalqının şair qızı olacaq” - dedim. Zarafatıma ürəkdən güldü. Arif Rəhimoğlunu xəbər aldı. Onun da salonda olduğunu söylədikdə “Bəs ötən üç gündə niyə görüşməmişik?” - dedi. Sonra da Tudora Arnautu Qaqauzların bugünkü durumu ilə bağlı sorğuya çəkdi.



Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin