2. Törədilən cinayətlərdə həddən artıq oxşarlıqlar var.
3. Kıbrıs Türkiyənin ərazisi olub, B.Britaniya onu icarəyə götürdükdən sonra geri qaytarmayıb. Oranı tərk etmək zorunda qalanda isə irqçi yunanların güclü dövlət qurmasına şərait yaradıb. Dağlıq Qarabağ isə Azərbaycanın ərazisidir. Bura heç vaxt heç kimə icarəyə verilməyib. Azərbaycan böyük humanizm və demokratiya nömayiş etdirərək 1923-cü ildə azlıqda qalan ermənilərə Dağlıq Qarabağda Muxtar Vilayət yaradıb.
4. Kıbrısda yunanlar yerli sakinlərdir. Dağlıq Qarabağa isə ermənilərin əksəriyyətini Rusiya Qafqazı işğal edəndən (XİX yüzil) sonra İrandan və Türkiyədən gətirib.
5. Kıbrısla Yunanıstan arasındakı məsafə Ağ dənizin sularıdır. Dağlıq Qarabağla Ermənistan arasında isə Azərbaycanın Kəlbəcər, Laçın, Qubadlı rayonları yerləşir.
6. BMT Baş Katibliyinin bir çox qərarlarında olduğu kimi, 1974-cü il1 noyabr qərarının 3 və 4-cü maddəsində də adada iki xalqın varlığı və bərabərliyinin qəbuledilməsi, “Kıbrıs üçün ən ideal çözüm” federativ dövlətin olması göstərildiyi halda, Dağlıq Qarabağ haqda Beynəlxalq Təşkilatların belə bir qərarı yoxdur.
Bütün bunlar nəzərə alınaraq yeni yaranmış Azərbaycan Respublikası 1974-cü ildən mövcud olan Quzey Kıbrıs Türk Cümhuriyyətini tanıya bilər.