Rbaycanda Sosial İqtisadi İnkişaf Proqramı (seda) Vətəndaş İştirakı Qrantları üzrə Təklifüçün Müraciət



Yüklə 145,88 Kb.
tarix27.05.2018
ölçüsü145,88 Kb.
#51876

horizontal eng





Azərbaycanda Sosial İqtisadi İnkişaf Proqramı (SEDA)

Vətəndaş İştirakı Qrantları üzrə

Təklifüçün Müraciət

Elan 30 mart 2012-ci ildə verilmişdir

Şərq-Qərb İdarəetmə İnstitutu (ŞQİİ), ÜMİD Sosial İnkişafa Dəstək İctimai Birliyi və Qeyri-kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz (İCNL) ilə strateji tərəfdaşlıq şəraitində, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycan Hökuməti tərəfindən birgə maliyyələşdirilən beş illik Azərbaycanda Sosial İqtisadi İnkişaf Proqramını (SEDA) həyata keçirir.

SEDA Vətəndaş İştirakı Qrantları (VİQ) Proqramını elan etməkdən məmnundur vəAzərbaycanın Vətəndaş Cəmiyyəti təşkilatlarını (VCT), fermer və sahibkarlar assosiasiyaları daxil olmaqla,xüsusən, Quba-Xaçmaz və Aranregionlarında yerləşən QHT-ləri sosial-iqtisadi proqramlar və təkmilləşdirilmiş ictimai xidmət təchizatında islahatlar üçün vətəndaşların vəkilliyə cəlb olunması (advokasi) üçün iştirak əsaslı və yaradıcı üsulları dəstəkləyən; yerli rəsmilərə vətəndaş iştirakı üçün mexanizmlər qəbul etməkdə kömək edən; kənd yerləri və kənd təsərrüfatının inkişafı, ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirməklə, regional səviyyədə sosial-iqtisadi inkişafla əlaqədar büdcə və hökumət proqramlarının icrasına nəzarət etməyə imkan verən layihə təkliflərini təqdim etməyə dəvət edir.

SEDA PROQRAM TƏSVİRİ

SEDA icma əsaslı infrastruktur layihələrinə dəstək vermək və SEDA-nın hədəf rayonlarında və onlardan kənarda sosial-iqtisadi strategiyalar və proqramlar üçün prioritetlərin irəli sürülməsində maraqlı tərəflərin iştirakını gücləndirmək yolu ilə Azərbaycanda regional səviyyədə sosial-iqtisadi inkişafa təkan verilməsinə yardım edəcək.SEDA-nin fəaliyyəti Aran və Quba-Xaçmaz regionlarında, proqram icrasının ikinci ilindən başlayaraq, seçiləcək üçüncü regionda da həyata keçiriləcək. SEDA Azərbaycan Hökumətinin mərkəzi və yerli qurumları, o cümlədən SEDA-nin əsas hökumət tərəfdaşı olan İqtisadi İnkişaf Nazirliyi, habelə Prezident Administrasiyası, Nazirlər Kabineti, QHT-lərə Dəstək üzrə Dövlət Şurası, eləcə də SEDA-nın fəaliyyət göstərəcəyi regionların İcra Hakimiyyəti Orqanları və bələdiyyələri ilə sıx əməkdaşlıq etməklə həyata keçiriləcək. SEDA öz məqsədılərinə bir-birini tamamlayan üç komponentin həyata keçirilməsi ilə nail olmağa çalışacaqdır.



Komponent bir çərçivəsində, SEDA Aran və Quba-Xaçmaz regionlarında və proqram icrasının ikinci ilindən başlayaraq, seçiləcək üçüncü regionda105 icmada İcma İnkişaf Şuralarını (İİŞ) yenidən formalaşdırmaq və yaratmaq, təlim, şəbəkələşmə, informasiya və təcrübə mübadiləsi vasitəsilə İİŞ-lərin bacarıqlarını artırmaq və bu icmalarda 150 icma əsaslı infrastruktur layihəsini və 12 icma əsaslı qrup/klaster layihəsini dəstəkləmək üçün fəaliyyət göstərəcək.

Komponent iki QHT-lərə, o cümlədən fermer və peşə assosiasiyalarına hökumət rəsmiləri ilə daha effektiv şəkildə əməkdaşlıq etmək və vətəndaşlar tərəfindən irəli sürülən inkişaf məsələlərini sosial-iqtisadi inkişaf gündəliyinə daxil etməklə bağlı vəkillik etməkdə kömək edəcək.

SEDA hədəf rayonlarda QHT-ləri təlim, mentorluq və qrantlarla təmin edəcək və regional səviyyədə sosial-iqtisadi inkişafı sürətləndirmək istiqamətində ümumi strategiyaları və planları müzakirə etmək və hazırlamaq üçün İcra Hakimiyyəti Orqanları, bələdiyyələr və biznes sektorunun iştirakı ilə İqtisadi İnkişaf üzrə Regional Dialoq Platforması yaratmaqda onlara kömək edəcək. SEDA, xüsusilə, fermerlərin peşə bacarıqlarını artıran, aqrobiznesləri dəstəkləyən və icma səviyyəsində kommunal yaşayış evlərinin idarə edilməsi üzrə yeni təcrübələr tətbiq edən təşəbbüsləri dəstəkləməyə çalışacaq.



Komponent üç hədəf rayonlarda vətəndaşları regional sosial-iqtisadi inkişafla əlaqədar planlaşdırma və qərarların qəbuluna cəlb etmək üçün bələdiyyələrin və seçilmiş mərkəzi hökumət orqanlarının bacarıqlarını gücləndirəcək. SEDA hədəf regionlarda bələdiyyələrə təlim verəcək və elektron hökumət (e-hökumət) təşəbbüslərini dəstəkləyəcək; regional sosial-iqtisadi inkişaf yönümlü planlaşdırma və büdcə tərtibatına yerli, maraqlı tərəfləri cəlb etməkdə mərkəzi hökumət orqanlarına kömək etmək məqsədi ilə təcrübəli beynəlxalq təlimçilər cəlb edəcək; hökumət rəsmilərı, QHT-lər və özəl sektor arasında əlaqələri gücləndirmək məqsədi ilə dövlətlə özəl sektor arasında infrastrukturla bağlı kiçik həcmli əməkdaşlıq layihələrinə (DÖSƏ) və Gender Büdcə Proqramına pilot fəaliyyət şəklində start verəcək. SEDA yerli və mərkəzi səviyyədə vətəndaş iştirakı mexanizmləri üçün zəruri normativ-hüquqi baza işləyib hazırlamaq və onları pilot fəaliyyət kimi həyata keçirmək istiqamətində Azərbaycan Hökumətinə yardım edəcək.

SEDA öz fəaliyyətlərinə 1 oktyabr 2011-ci ildə başlamışdır.



İLKİN MƏLUMAT

SEDA-nın birinci il ərzində İkinci Komponent çərçivəsində hədəf regionları Aran və Quba-Xaçmaz olacaq. SEDA diqqətini sosial-iqtisadi inkişafa yönəldən, o cümlədən kənd yerləri və kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi üzrə fəaliyyət göstərən, peşə təlimi verən, heyvandarlıq və baytarlıq xidməti sahələrində, habelə müasir məhsul istehsalı layihələrini dəstəkləyən QHT-ləri gücləndirmək üçün fəaliyyət göstərəcək. SEDA tələbə əsasən təlim, mentorluq və qrantlar vasitəsilə QHT-lərin təşkilati və vəkillik bacarıqlarını gücləndirəcək. Buraya Vətəndaş İştirakı Qrant proqramı daxildir.



Qrant Proqramının Təsviri

Vətəndaş İştirakı Qrantları (VİQ) SEDA-nin hədəf regionlarında əsasən yerli, bələdiyyə və ya rayon, lazım gəldikdə, mərkəzi hökumət səviyyəsində bir ilə qədər davam edən layihələrdə QHT-lərin vəkillik təşəbbüslərində onlara dəstək verəcək. Bu qrantlarda əsas diqqət, icmaları sosial-iqtisadi inkişafla bağlı məsələlərdə yerli qərar qəbul edənlərlə birgə fəaliyyətə cəlb etmək üçün daha yaxşı səfərbər etməkdə yerli QHT-lərə kömək etməyə yönəldiləcək.



Qrant alanlar vətəndaşları aşağıdakı fəaliyyətlərə cəlb etmək üçün yenilikçi təşəbbüslər təklif etməyə həvəsləndiriləcəklər:

  • kənd təsərrüfatı, heyvandarlıq, dayanıqlı meşəçilik idarəetməsi və sair sektorların inkişafına maneə törədən problemləri həll etmək üçün yerli və milli vəkillik təşəbbüslərinin işlənib hazırlanması;

  • peşə təlimi, kənd təsərrüfatı, heyvandarlıq, baytarlıq xidmətləri, taxıl və digər məhsulların istehsalı, üzüm istehsalı və şərabçılıq, dayanıqlı meşəçilik idarəetməsi, xüsusi regional brendlərin müəyyənləşdirilməsi, təşviqi və inkişafı və ya qeyri-neft sektorunda iqtisadi diversifikasiyaya (şaxələndirməyə) daha geniş hökumət və donor dəstəyinin verilməsi üçün işlərin aparılması;

  • dövlət və kommunal evlərin və yerlərin idarə olunması;

  • ətarf mühit idarəetməsi və maarfiləndirməsinin təkmilləşdirilməsi;

  • yerli səviyyədə idarəçilikdə faydalı və effektiv şəkildə iştirak üçün imkanlar və müxanizmlər üzrə vətəndaşları savadlandırmaq;

  • yerli və mərkəzi hökumət səviyyəsində büdcə tərtibatında vətəndaşların iştirakı üçün müxanizmlərin qəbulu işində yerli rəsmilərə köməklik göstərilməsi;

  • aztəminatlı qruplar, məs. yoxsullar, yaşlılar, tək analar, əlillər, məcburi köçkünlərə hədəflənən, dövlət tərəfindən maliyyələşdirilən proqramların icrasının monitorinqi;

  • kommunal xidmətlərin (su, elektrik enerjisi, isitmə, səhiyyə və s.) təchizatını təmin etmək üçün hökumət rəsmiləri və xidmət şirkətlərinin cəlb olunması;

  • bələdiyyə səviyyəsində gender nəzərə alınmaqla büdcənin hazırlanması proqramlarının icrası;

  • müvafiq Azərbaycan Hökuməti nazirliklərinə hədəflənən gender nəzərə alınmaqla büdcə hazırlanması üzrə vəkillik fəaliyyəti;

  • QHT, yerli və mərkəzi hökumət nümayəndələrininideyalar və informasiya mübadiləsi aparması üçün dəyirmi masalar və ictimai dinləmələr üçün yerlərin təşkili;

SEDA aşağıdakı fəaliyyətlərin təklif olunduğu müraciətləri nəzərdən keçirməyəcək:

  • siyasi partiyanı dəstəkləmək və siyasi partiyanın adından lobbiçilik edilməsi;

  • dini fəaliyyətlər;

  • humanitar fəaliyyətlər;

  • nəzəri tədqiqat;

  • fərdi və ya səyahət qrantları;

  • ticari məqsədlər üçün kapital inşaat

SEDA vəkillik kampaniyası ərzində qrant alanlara mentor (konsultant) köməyindən faydalanmaq imkanı təklif edəcək. Bu mentorlar təcrübəli təhlilçi, professor, habelə QHT lideri və menecerləri olacaqlar. Mentor iş yerində/yerlərdə təlim, habelə qrant alanların ehtiyaclarına əsasən müxtəlif məsələlər üzrə uzaq məsafədən məsləhət və məlumatlar verəcək. Bura təsirin artırılması üzrə vəkillik texnologiyaları, seçicilərin dəstəyinin və töhfəsinin artırılması, vəkillik mesajının təkmilləşdirilməsi, vəkillik fəaliyyətlərində informasiya texnologiyaları (İT) alətlərindən istifadə, kütləvi informasiya vasitələrində təqdimat bacarıqlarının öyrənilməsi, mətbuat üçün açıqlamaların (pres-relizlərin) hazırlanması və qərar qəbul edənlərlə görüşlərə hazırlıq kimi məsələlər və sairə daxil ola bilər. Vəkillik cəhdləri kontekstində layihənin idarə edilməsi, insan resurslarının idarə olunması və kompleksgender yanaşması üzrə mentorluq da təklif olunacaq.

Qrantların verilməsi


SEDA 1-ci ildə təqdimatların keyfiyyətindən asılı olaraq, Aran və Quba-Xaçmaz regionunda QHT-lərə 10-a qədər Vətəndaş İştirakı Qrantları verəcəkdir. Hər bir təklif üçün maksimum qrant məbləği 15 000 ABŞ dollarıdır. Qrant vəsaiti yalnız qrant layihəsinin icrası ilə birbaşa əlaqədar fəaliyyətlər üçün istifadə oluna bilər. SEDA təqdim olunmuş müraciətlərin bəzilərini maliyyələşdirmək və ya heç birini maliyyələşdirməmək hüququnu özündə saxlayır.

Layihə müddəti 12 aydan artıq olmamalıdır.


münasiblik


Quba-Xaçmaz və Aran regionlarında yerləşən, hüquqi qeydiyyatdan keçmiş Azərbaycan QHT-ləri, habelə fermerlər və peşə assosiasiyaları SEDA proqramına təkliflərini təqdim edə bilərlər. Fəaliyyətlərini qadınlar, azlıqlar və aztəminatlı qruplar, o cümlədən məcburi köçkünlərə yönəldən QHT-lər müraciət etməyə həvəsləndirilirlər. Bakıda yerləşən təşkilatların təkliflərinə müstəsna hallarda: (i) həmin təşkilatların Quba-Xaçmaz və Aranda fəaliyyətdə olan yerli şöbəsi olarsa, və yaxud (ii) həmin təşkilatların bu iki hədəf regionda uğurlu fəaliyyət təcrübəsi varsa, baxıla bilər. SEDA QHT-ləri, xüsusən, kiçik QHT-ləri birgə güclü təkliflər verə biləcək koalisiya (birlik) və şəbəkələr yaratmağa həvəsləndirir.

Müraciət edən təşkilatlar aşağıdakı meyarlara cavab verməlidirlər:



  • Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində lazımi qaydada hüquqi qeydiyyatdan keçmək. Ən azı üç il əməliyyat təcrübəsinə malik olmaq (Ədliyyə Nazirliyində hüquqi qeydiyyat vaxtına baxmayaraq). SEDA, bir qayda olaraq, təşkilatın fəaliyyət təcrübəsində ilk maliyyələşməsini təchiz etməyəcək, lakin, təşkilatın direktorlarının müvafiq keçmiş təcrübələrə malik olmaları və QHT-nin bu vaxta kimi yetərincə xidmət göstərilməmiş bir sahədəki boşluğu doldurmasına dair kifayət qədər sübut təqdim olunarsa, SEDA istisnaya yol verə bilər.

  • Liderliyin rotasiya qaydasında dəyişməsini və səlahiyyətin ötürülməsini təmin edən idarəetmə quruluşuna, o cümlədən ən azı İdarə Heyəti, Sədr və İcraçı Direktora malik olmaq. Təşkilatın ölçüsünün maneə olması istisna olmaqla, eyni bir şəxsin həm İdarə Heyətinin Sədri, həm də İcraçi Direktor vəzifələrini tutmamalıdır. Yuxarıdakı meyar təmin olunmazsa, müraciət edən bu standartlara cavab vermək istiqamətində iş görəcəyini əks etdirən islahat prosesi təklifi təqdim etməlidir.

  • Beynəlxalq Mühasibat Standartlarına (İAS) əsaslanan Azərbaycan qanunvericiliyinə uyğun şəffaf mühasibat sisteminə malik olmaq. Bu cür sistem mövcud deyilsə, qrant alan dəqiq xərc hesabatlarının hazırlanması və şəffaf mühasibat sisteminin olmasını təmin etmək üçün SEDA ofisi ilə sıx əməkdaşlıq etməlidir.

  • Borclu olmamalı, dövlətə olan bütün borclarını aradan qaldırmalı və ya SEDA qrant vəsaitinin ilk ödənişini almazdan əvvəl borcun ödənilməsini təmin etməlidir.

  • Müstəqil, siyasi partiya üzvü olmayan təşkilat kimi fəaliyyət göstərməlidir.

Mülki qulluqçular, siyasi namizədlər, hazırkı parlamentin üzvləri, ictimai yayım şirkətlərinin işçi heyət üzvləri və ya siyasi partiyaların liderləri qrant layihəsində direktor və yaxud qrantla mükafatlandırılan iştirakçı kimi iştirak edə bilməzlər.

Müraciətlərin Təqdim Olunmasi Prosedurları


SEDA təklifləri ingilis dilində qəbul edəcəkdir. Müraicətlər ya poçtla, ya da SEDA-nin Bakı ofisinə birbaşa təqdim oluna bilər. Elektron poçt və faks ilə göndərilən müraciətlər qəbul edilməyəcək.

Müraicət edənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:



  1. Təkliflərinin beş nüsxəsini, təklifin titul səhifəsini və əlavə olunmuş SEDA Müraciət Formasına əsasən büdcə;

  2. Layihə çərçivəsində işləyəcək əsas personalın tərcümeyi-halları;

  3. Ədliyyə Nazirliyi tərəfindən verilmiş hüquqi qeydiyyat sənədlərinin surətləri;

  4. Təşkilatın İllik Hesabatının surəti (varsa);

  5. Təklif olunan layihə üzrə iki tövsiyə məktubu.

SEDA-nin bu qrant seçim prosesinə təqdim olunan təkliflər orijinal olmalı və müraciət edən təşkilatın özü tərəfindən tərtib olunmalıdır. Plagiat qrant seçim prosesindən diskvalifikasiya (kənarlaşdırılma) ilə nəticələnəcək. Müraciət edən təşkilat və ya digər donorlar tərəfindən birgə maliyyələşmə həvəsləndirilir.

SEDA müraciət edənlər tərəfindən təqdim olunan bütün material və sənədləri saxlayacaq. SEDA müraciət edənlər tərəfindən təqdim olunan məlumatları nəzərdən keçirilmədən savayı heç bir digər məqsədlər üçün istifadə etməyəcək və Azərbaycan qanunlarının tələb etdiyi və ya USAID tərəfindən istənildiyi hallar istisna olmaqla, bu məlumatları digər şəxs və qurumlara təqdim etməyəcəkdir.

Müraciət edənlər SEDA proqramına izahat üçün xahiş göndərə bilərlər. SEDA elektron poçt ilə bütün müraciət edənlərə izahat verəcəkdir.

Qiymətləndirmə Prosesi və Meyarlar

Seçim prosesi SEDA tərəfindən VİQ qrant proqramı üçün yaradılmış Qrantlara Baxış Komitəsi (QBK) tərəfindən həyata keçiriləcək. QBK SEDA və onu tərəfdaş qurumlarının nümayəndələrindən ibarət olacaq. Müraciət potensial malyyələşmə üçün seçilərsə, müvafiq müraciət edəndən əlavə məlumat təqdim etməsi istənilə bilər.

SEDA təklifləri aşağdakı əsas meyarlara əsasən qiymətləndirəcəkdir:


  • Texniki yanaşma, o cümlədən:

    • VİQ məqsəd və meyarlarına uyğunluq;

    • Təklifin əks etdirdiyi ictimai maraq probleminin münasibliyi;

    • Təklif olunan strategiya və fəaliyyətlərin problemin həllində səmərəliliyi;

    • Təklif olunan yanaşmada yenilikçilik;

    • Gender, məcburi köçkünlər, gənclər və aztəminatlı qrupların cəlb və əhatə olunma səviyyəsi;

    • Layihə təsirini ölçmək və qiymətləndirmək üçün etibarlı kəmiyyət və keyfiyyət göstəriciləri.

  • Təşkilati bacarıq və idarəetmə, o cümlədən:

  • Xərc təklifi, o cümlədən:

    • Təklif olunan büdcənin xərc-səmərəliliyi;

    • Təklif olunan birgə maliyyələşmə.

Vaxt qrafiki


Təklif üçün Müraciət formalarının elan tarixi: 30 mart 2012-ci il

İzahat almaq üçün müraciətin təqdim olunması üçün son tarix: 13aprel 2012-ci il, 16:30

İzahatın verilməsi günü: 20aprel 2012-ci il

Müraciətlərin təqdim olunması üçün son tarix: 16:30, bazar ertəsi, 30 aprel 2012-ci il

Qrant qaliblərinin adının elan olunmasının nəzərdə tutulan tarixi: 30 may 2012-ci il



Əlaqə məlumatı

Ərizə Formaları üçün Müraciət.Ərizə formalarını SEDA-nin grants@ewmi-seda.org elektron poçt ünvanına elektron müraciət məktubu göndərməklə və ya Bakı şəhəri, 28 may küçəsi 4, mənzil 2 ünvanında yerləşən SEDA ofisindən iş saatları ərzində əldə etmək olar.

İzahat üçün Müraciət. İzahatları grants@ewmi-seda.org elektron poçt ünvanına elektron müraciət məktubu ilə göndərmək lazımdır.

Təkliflərin təqdim edilməsi. Müraciət edənlər öz təkliflərinni beş nüsxəsini və tələb olunan sənədləri ağzı bağlı zərfdə aşağıdakı ünvanlardan birinə təqdim etməlidirlər:

Sosial İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) ofisi

Bakı şəhəri, 28 may küçəsi 4, mənzil 2

və ya


Sosial İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) ofisi

Quba, Məhəllə 32/33, (telefon (+02333) 5-59-58).

və ya


Sosial İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) ofisi

Imişli, Heydər Əliyev prospekti, ev 88 (telefon (+02124) 6-15-40).

Zərflərin üzərində: Vətəndaş İştirakı Qrantlarısözü qeyd olunmalıdır.




Yüklə 145,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin