Referat tələbə: Qəribov Rəvan Müəllim: Cəfərova Məhsəti Bakı-2022 Plan Giriş



Yüklə 39,54 Kb.
səhifə2/5
tarix08.10.2022
ölçüsü39,54 Kb.
#118163
növüReferat
1   2   3   4   5
Rəvan

1.Şəxsiyyətin mahiyyəti
Şəxsiyyət müxtəlif bilik sahələri tərəfindən öyrənilir. Sosioloji təhlil şəxsiyyətə sosail sistem kimi yanaşır, onun sosiallaşması prosesinin yollan və mərhələlərini araşdırır, sosial fəaliyyət və davranış mexanizmlərini təhlil edir, bu proseslərdə sosial amillərin rolunu aşkara çıxarır. Şəxsiyyətin sosioloji təhlilinin çıxış nöqtəsi hər bir insanda bioloji və sosial tərəflərin aynlmaz vəhdətdə götürülməsidir. Şəxsiyyətin sosiologiyasının əsas məsələlərini təhlil etməzdən əvvəl qısa şəkildə «fərd» və «şəxsiyyət» anlayışlarını izah etmək məqsədəuyğundur. «Fərd» dedikdə bu və ya digər sosial birlik formasının aynca bir nümayəndəsi nəzərdə tutulur. Bu anlayış insanın real həyatının və fəaliyytinin xüsusiyyətlərini ifadə etmir. Şəxsiyyət anlayışı isə bundan fərqli olaraq insanın konkret mahiyyətini göstərir, onda yaşadığı cəmiyyətin sosial əhəmiyyət kəsb edən cəhətləri və sosial münasibətləri təmərkəzləşmiş şəkildə təcəssüm olunur.
Şəxsiyyətin başlıca cəhəti insanın fiziki təbiəti deyil, onun sosial fəaliyyətində təzahür edən sosial keyfiyyətləridir. Bu keyfiyyətlər onun mənlik şüuruna, sərvətlər oriyetasiyasına malik olması, cəmiyyətə münasibətdə nisbi müstəqil mövqe tutması və öz hərəkətlərinə görə məsuliyyət daşımasıdır. Onlar öz-özünə yaranmır, mövcud ccmiyyətin sosial münasibətləri sisteminin məhsulu kimi çıxış edir. Lakin şəxsiyyət sosial mühitin passiv nəticəsi deyildir, o özünün praktiki fəaliyyətində həmin mühitə fəal dəyişdirici ləsir göstərir. Sosiologiya bu və ya digər konkret tarixi şəraitdə fəaliyyət göstərən şəxsiyyətləri daha dərindən öyrənmək üçün onları daxil olduğu sosial birliklərin tərkibində nəzərdən keçirir. Bununla əlaqədar olaraq sosioloji fikirdə şəxsiyyətin müəyyən sosial tiplərə aurılması mühüm yer tutur. Belə aurılmanın əsasında müxtəlif şəxsiyyətlərdə onların sosial birliklər üzrə fəaliyyətində rast gəlinən ümumi xarakterli və təkrar olu nan sosial əlamətlər durur. Bunlar aşağıdakılardır: fəaliyyətin sosial məqsədi; şəxs.yyətin sosial həyatda statusu və oynadığı rol; öz fəaliyyətindc rəhbər tutduğu normalar və sərvətlər; yerinə yetirdiyi işlər sistemi; malik olduğu biliklərin səviyyəsi; sosial-psixoloji xüsusiyyətlər və fəallıq dərəcəsi.
Bununla yanaşı şəxsiyyət sosiologiyasında şəxsiyyətin tarixi tipləri, müxtəlif dövrlərdə insanla cəmiyytin qarşılıqlı münasibətlərinin öyrənilməsi də mühüm yer tutur. Bu məsələlərin izahında o belə mövqedən çıxış edir ki, hər bir konrket dövrdə insanla cəmiyyət arasındakı qarşılıqlı münasibətlərin xarakteri maddi, sosial və mənəvi şətrlərin birgə təsiri altında formalaşır. Tarixi tərəqqi gedişində cəmiyyət ilə şəxsiyyətin qarşılıqlı münasibətləri daha rəngarəng və çoxtərəfli olur, təkmilləşir. Burada osas istiqamət bir tərəfdən, onlar arasında vəhdətin və qarşılıqlı asılılığın güclənməsi, digər tərəfdən isə şəxsiyyətin azadlığının hüdudlarının genişlənməsidir. «Şəxsiyyət» anlayışı biososial varlıq olan insanın ancaq sosial tərəfini ifadə edir. Şəxsiyyət yüksək zəkalılığı, öz hərəkət və davranışı üçün məsuliyyət hissini, şəxsi ləyaqəti və başqa yüksək mənəvi keyfiyyətləri özündə təcəssüm etdirən insandır. Şəxsiyyət müstəqil, sosial cəhətdən fəal olan adamdır.
Şəxsiyyətin başlıca cəhəti onun sosial fəaliyyətidir. insan anadan fərd kimi doğulur, tədricən şəxsiyyət kimi formalaşır. Əgər foıd anlayışı insanın ictimai münasibətlərinin məhsulu olduğunu göstərirsə, şəxsiyyət anlayışı onu daha çox bu münasibətlərin sabyckti kimi səciyyələndirir. Əgər şəxsiyyət öz mahiyyətinə görə sosialdırsa, mövcudluq üsuluna görə fərdidir. Fərd şəxsiyyətə çevrildikdə həm də fərdiyyət xüsusiyyətini kəsb edir. Fərdiyyət hər bir fərdi başqalarından fərqləndirən spesfık, özünəməxsus konkret bioloji və sosial cəhətlərin məcmusudur. Flər bir adamın fərdiliyi bir tərəfdən bioloji amillərlə, digər tərəfdən isə sosial mühitlə, ictimai münasibətlər sistemi ilə şərtlənir. Beləliklə, «fərdiyyət» və «şəxsiyyət» anlayışları məzmunca qismən yaxındır. Bu yaxınlıq onda təzahür edir ki, bir tərəfdən bütün şəxsiyyətlər özünəməxsus keyfiyyətlərə malikdir, fərdidir, təkrarolunmazdır, digər tərəfdən məhz fərdilik şəxsiyyətin spesifikliyini ifadə edir. Lakin həmin anlayışları tam eyniləşdirmək olmaz.
Belə ki, əgər fərdiyyət anlayışı insanın təkrarolunmaz xüsusiyyətlərini, orijinallığını ifadə edirsə, şəxsiyyət anlayışı daha çox insan müstəqilliyini, əqidə möhkəmliyini, şəxsi simasını, prinsipiallığını, çətin vəziyyətlərdə sərbəst qərar qəbul etmək qabiliyyətini göstərir. Şəxsiyyətin sosial təcrübəni mənimsəməsi prosesi onun daxili aləmi vasitəsilə həyata keçirilir. Insamn özünün nə etdiyinə və onunula nə edildiyinə münasibəti də bunda ifadə olunur. Şəxsiyyət fərdin sosial keyfiyyətlərinin məcmu ifadəsidir, onun obyektiv və subyektiv xarakteristikalarının vəhdətidir. Lakin bu heç də bioloji və psixoloji amillərə laqeyidlik göstərmək üçün əsas vermir.

Yüklə 39,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin