Referat tələbə: Qəribov Rəvan Müəllim: Cəfərova Məhsəti Bakı-2022 Plan Giriş


Şəxsiyyətin sosiallaşması prosesində sosial nəzarət



Yüklə 39,54 Kb.
səhifə5/5
tarix08.10.2022
ölçüsü39,54 Kb.
#118163
növüReferat
1   2   3   4   5
Rəvan

4. Şəxsiyyətin sosiallaşması prosesində sosial nəzarət
Ayrı-ayrı fərdlərlə bütövlükdə cəmiyyət arasında sosial münasibətlər özbaşına tənzim olunmur. Bu işdə sosial nəzarət müstəsna rol oynayır. Sosial nəzarət dedikdə sosial sistemin onu təşkil edən element ərin qarşılıqlı təsirini normativ nizamlama vasitəsilə öz-özünə ənzim etməsi üsulu nəzərdə tutulur. O, çox mühim funksiya yerinə yetirir: cəmiyyətdə mövcud sosial münasibətlərin və sosial strukturların normal inkişafını təmin etməyə yönəlir. Ayrı-ayrı fərdlərlə bütövlükdə cəmiyyət, vətəndaşlarla dövlət arasında ki münasibətlər sözün əsl mənasında qarşılıqlı xarakter daşıyır, yəni nəinki təkcə sosial münasibətlər fərdi keyfiyyətlərə tə'sir edir, həm də sonuncular öz növbəsində ümumi ictimai sistemdə fəal rol oynayır. Ymumi sosial informasiya sosial idaroetmo mexanizmində fərdi şüur səviyyəsində konkretləşir, yeni xassələr əldə edir. Bunlar isə vaxtı çatmış təlabatı ifadə etdikdə sosial nəzarət sisteminə əhəmiyyətli təsir göstərib, onun xarakterində dəyişikliklər yaradır. Sosial nozaret sistemində fərdi hərəkətlərlə, yo'ni sosial institutların nəzarətedici fəaliyyəti vəhdətdə çıxış edir. O, fərdlərin sosial davranışını təkcə dövlət mövqeyindən deyil, həm do mənəvi münasibətdən tənzim edir. Qeyd etmək azımdır ki, sosial nəzarət baxımından ayrıca götürülmüş fərd ilə cəmiyyətin qarşılıqlı təsiri heç də həmişə rəvan və asan olmur. Bu prosesdə iştirak edən tərəflərin hər birinin spesifik mənafelərindən irəli gələn müəyyən ziddiyyətlər də özünü göstərə bilir. Yuxanda deyildiyi, kimi sosial nəzarət sistemində fərdi və sosial davranış əsas yer tutur. Lakin burada sosial xarakterli bir sıra əlavə ünsürlər iştirak edir ki, onların həmin prosesə ciddi təsiri nəzərə alınmalıdır.
Subyektin öz-özünü qiymətləndirməsini və subyekt tərəfindən konkret sosial şəraitin qiymətləndirilməsini buna misal göstərmək olar. Qeyd olunan hər iki ünsür həm fərdi səviyyədə, həm də qrup səviyyəsində olan davranış aktlannın məzmun və istiqamətinə mühüm təsir göstərir. Əlbəttə, onlan birmənalı qiymətləndirmək doğru olmazdı. Bütövlükdə sosial nəzarət sisteminin tərkibində aşağıdakı ünsürləri ayırmaq olar: fərdin sosial mühitlə adaptasiya xarakterli fəal qarşılıqlı təsirində ifadə olunan hərəkət aktlan; sosial qiymətləndirmə şkalasının nəticəsi kimi çıxış edən fərdi aktlann müəyyən kateqoriyalara bölünməsi; içtimai həyatın özünüdərketmə şüurunun vəziyyəti; fərdin sosial hərəkətə qarşı verdiyi reaksiya; fərdin öz mənlik şüuru səviyyəsinə uyğun olaraq öz hərəkətlərini təsnif etməsi və s. Sosial nəzarət sisteminin fəaliyyətinin ilkin mərhələsini fərdi hərəkət aktlanm qiymətləndirməyin sosial şərtlənmiş prosesi təşkil edir. Məhz bu mərhələdə fərdi hərəkə lər sosial aləmə daxil olur, sosial mahiyyət kəsb edir. Bu mərhələdə həm də fərdi akta cəmiyyət tərəfindən müəyyən reaksiya edilir. Həmin reaksiyanın xarakteri fərdi aktlann sonrakı gedişinə mühüm təsir göstərir (həmin akt ya təkrar olunur, ya dəyişdirilir, ya da dayandmlır). Fərdi hərəkətlərin sosial cəhətdən qiymətləndirilməsi bu və ya digər sosial birlik fomasının malik olduğu normalara, sərvətlərə və ideallara uyğun baş verir. Burada öz məzmununa görə konkret akt ya kəskin surətdə pislənə, ya neytral qiymət ala bilər, ya da maksimum müsbət şəkildə qiymətləndirilə bilər. Sosial qiymətlər şkalası hüquqi (məcburi normaları) və əxlaq, peşə etikası normalanm da ifadə edə bilər. Bu və ya digər fərdin konkret hərəkətinin qiymətləndirilməsi meyarlan həm ümumdövlət səviyyəsində (qanun şəklində), həm də sosial birlik (qrup) səviyyəsində işlənib hazırlanır.
Fərdi aktın sosial baxımdan təsnif olunması prosesi iki məqam a səciyyələnir: a) bu akt mövcud sosial hərəkətlərin müəyyən kateqo riyasına aid edildikdən sonra onun spesifikliyi, unikal xarakteri aradan qalxır, b) fərdi aktın sosial nəzarət baxımından əhəmiyyət kəsb edən bu və ya digər keyfiyyəti ümumiləşmiş məna kəsb edir və ondan gələcəkdə belə aktların təsnif olunmasında bir meyar kimi istifadə oluna bilir. Fərdi aktın kateqoriyalara ayrılması sosial nəzarətin, sosial qarşılıqlı təsiri sahmanlamağın mühüm mərhələsi olmaqla ictimai şüur hadisələri ilə (xüsusilə də ictimai baxımdan özünü qiymətləndirmə və sosial şəraitin qiymətləndirilməsi ilə) sıx baqlıdır. Onların vəziyyəti sosial tamın fərdi akta verdiyi reaksiyanı bir çox cəhətdən müəyyən edir. Sosial qrupun özünü dərketmə səviyyəsi, yəni cəmiyyətdə öz yeri və rolunu, məqsədlərini nə dərəcədə düzgün başa düşməsi onun fəaliyyət göstərdiyi sosial şəraiti qavramaqda çox mühümdür. Sosial nəzarətin mctodlan müxtəlifdir, burada təkçə neqativ sanksiyalar hökm sürmür. Əksinə, apanlmış sosioloji eksperimentlər sübut edir ki, neqativ sanksiyaların tətbiqi arzuolunmaz sosial davaranışın yalnız müvəqqəti qarşısını alır, bir müddət keçdikdən sonra, yəni neqativ sanksiyanın vaxtı bitdikdən sonra onun yenidən canlanması meyli baş verir. Həm də qeyd olunmalıdır ki, sosial nəzarətdə həmin metodlardan daha çox istifadə edilməsi humanizm baxımından özünü doğrultmur. Buna görə də sosial nəzarətdə inandırma metodlar (qarşılıqlı təsirin sosial baxımdan bəyənilməsi, mənəvi-əxlaqi tənbehetmə) getdikcə daha mühüm rol oynayır. Sosial nəzarətdən danışarkən belə bir cəhət də qeyd olunmalıdır: ləkcə cəmiyyətin (dövlət hüquq) fərdi qiymətləndirilməsi ilə iş bitmir, fərd də öz növbəsində həm cəmiyyəti, həm do öz-özünü səciyyələndirir və qiymətləndirir. Deməli, şəxsiyyətin malik olduğu mənlik şüurunun səviyyəsi sosial nəzarətin təsirində özünəməxsus yer tutur. Mənlik şüurunun formalaşmasının mühüm bir mənbəyini fərdin, hərəkətləri haqqında onu əhatə edən şəxslərin təsəvvürləri təşkil edir.
Ətrafdakılar tərəfindən onun hərəkətlərinə verilən reaksiya, ona verilən qiymət həmin adamın necə olduğu barədə təsəvvür yaradır. Ümumiyyətlə, bu və ya digər cəmiyyətdə sosial nəza rətin həyata keçirilməsində yuxarıda göstərilənlərlə yanaşı ideoloji fəaliyyət, tərbiyə, ictimai rəy, təbliğat və təşviqat da mühüm yer tutur. Ətraf aləm obyektlərinin insan və cəmiyyət üçün müsbət və ya mənfi əhəmiyyətini aşkara çıxaran səciyyəvi sosial təyinat sərvətlərdir. Zahirən sərvətlər həmin predmetin və ya hadisənin xassələri kimi çıxış edir, lakin sərvətlər həmin predmetə və ya hadisəyə, ona görə məxsusdur ki, həmin obyekt insanın ictimai varlıqı sahəsinə cəlb edilmiş və müəyyən sosial münasibətlərin daşıyıcısına çevrilmişdir. Subyektə (insana) münasibətdə sərvətlər onun mənafelərinin obyekti kimi çıxış edir, onun şüuru üçün isə predmet və baxımdan sosial gündəlik istiqamətlər, rolunu, əhatə olunduğu predmet və hadisələrə müxtəlif praktik münasibətlərinin qeyd edilməsi rolunu yerinə yetirir. Məsələn, stəkan su, şirə və s. içmək üçün əşya olduğundan, özünün bu faydalı xassəsini istehlak dəyəıri kimi, maddi nemət kimi aşkara çıxarır. Əməyin məhsulu və əmtəə mübadiləsi olaraq stəkan iqtisadi sərvətlər kimi, dəyər kimi çıxış edir.

Nəticə
Tarixən konkret fəaliyyət növləri və ictimai münasibətlər prosesində formalaşan sosial keyfiyyətlər aspektində götürülmüş insan fərdi şəxsiyyətdir. Şəxsiyyətin təbii əsasını bioloji xüsusiyyətlər təşkil etsə də, onun inkişafinın müoyyənedici amilləri (mahiyyət əsası) təbii keyfiyyətləri (məsələn, ali sinir fəaliyyətinin bu və ya digər tipi) deyil, sosial keyfiyyətləridir - baxışlar, qabiliyyətlər, tələbatlar, mənafelər və s.dir. Şəxsiyyət insanın şüur və fəaliyyətinin fərdi xüsusiyyətlərində ifadə olunmuş intellektual, sosial-mədəni və əxlaqiiradi keyfiyyətlərinin dinamik, nisbi sabit, bütöv sistemidir. Şəx siyyət ümuminin, xüsusinin və ayncanm dialentik vəhdətidir. Konkret tarixi vəziyyətlərdə şəxsiyyət müəyyən sosial sistemdən irəli gələn tam kimi, bütövlük kimi çıxış edir.


Şəxsiyyətin sosial keyfiyyətləri hərəkətlərində, davranışında və başqa adamlara münasibətlərin təzahür edir. Bu təzahürlərə görə müəyyən mənada insanın daxili aləmi, mə'nəvi və əxlaqi keyfiyyətləri (istər müsbət və istərsə mənfi) haqqında fikir yürütmək olar. Şəxsiyyətin subyektiv aləmi rəngarəng xarici təsirlərin mexaniki nəticəsi deyil, şəxsiyyətin özünün daxili işinin nəticəsidir, elə bir işin ki, onun gedişində xarici olan şəxsiyyətin subyektiv aləmi içərisindən keçərək yenidən işlənilir, və praktik fəaliyyətdə tətbiq olunur. Təlim-tərbiyə nəticəsində əldə edilmiş və fərd tərəfindən müstəqil qazanılmış sosial keyfiyyəliərin bu yolla təşəkkül tapmış sistemi şəxsiyyətin ətraf aləmə qarşılıqlı təsirini əks etdirən subyektiv formada təzahür edir (ideyalar, dəyərlər, mənafelər və i.a.). İctimai münasibətlərin xarakterindən, bilik və iradə qüvvəsinin səviyyəsindən asılı olaraq fərd özünün inkişaf amillərinə çox və ya az dərəcədə təsir göstərmək imkanı əldə edir. Şəxsiyyətin inkişaf dərəcəsi birbaşa daxil olduğu real münasibətlərin zənginliyindən asılıdır. Onun inkişafındakı keyfiyyət dəyişiklikləri ictimai münasibətlərdəki tipindəki dəyişikliklərlə sıx bağlıdır. Bunların hərtərəfli araşdırılması şəxsiyyətin inkişafı üçün yeni imkanlar açır, mövcud üsulları, vasitələri təkmilləşdirməyə kömək edir.

İstifadə edilən ədəbiyyat siyahısı



  1. Vahidov F. Q. . Ağayev T. B. Sosiologiya. Ali məktəblər üçün dərs vəsaiti. Bakı: «Təknur» nəşriyyatı, 2008, 334 s.

  2. Гяриб Мяммядов. Азярбайжанда еко-етик проблемляр: елми, щцгуги, мяняви аспектляр. Бакы., 2005. с. 117.

  3. Gorelov, A. A. Sosiologiya: dərslik / A. A. Qorelov. - M .: Eksmo,

  4. 2006 .-- 496 s.

  5. Gorelov, A. A. Suallarda və cavablarda sosiologiya : dərslik A. Qorelov. - M .: Eksmo, 2005 .-- 320 s.

Yüklə 39,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin