3. Şəxsiyyətin sosiallaşması Cəmiyyətlə şəxsiyyət arasında ki münasibətlərdə sosial birlik formaları əlaqələndirici vasitə kimi çıxış edirlər. Məhz onların təkibinə daxil olmaq vasitəsilə bu və ya digər insan sosial həyata, ümumilikdə sosial münasibətlər sisteminə qovuşıılur. Hər bir fərd müəyyən sosial birlik formasına daxil olarkən onun ümumi mədəniyyətini, sosial normalarını və sərvətlərini qəbul edir. Bütövlükdə ayrıca bir fərdin sosial birliyə və onun vasitəsilə cəmiyyətə qovuşması prosesi şəxsiyyətin sosiallaşması adlanır. Bu proses çox mürəkkəb olub, müxtəlif mərhələlərdən keçir. Fərdin sosiallaşması ilə əlaqədar olaraq iki mərhələnisosial adaptasiya (uyğunlaşma deməkdir) və sosial ıntcriorizasiya, (cəmiyyətin \ə ya müəyyən sosial birliyin norma və sərvətlərinin insanın daxili aləminə keçməsi nəzərdə tutulur) ayırd edilir. Fərdin sosiallaşması adlanan prosesin birinci mərhələsi -sosial adaptasiya onun cəmiyyətdə müxtəlif həyat fəaliyyəti səviyyələrində qərarlaşmış olan sosial-iqtisadi və mənəvi şəraitə, sosial normalar sisteminə, sosial qruplara, təşkilatlara və institutlara uyğunlaşmasını ifadə edir. İkinci mərhələdə normaların və sərvətlərin fərdin «daxili Məninə» keç məsi, bir növ hopması prosesi baş verir. Əlbəttə, bu, avtomatik surətdə baş vermir, hər bir konkret şəxsin malik olduğu təcrübədən asılı olaraq həyata keçirilir. Qeyd etmək lazımdır ki, şəxsiyyətin sosiallaşması onun şəxsi keyfiyyətlərinin sosial mühitdə əriyib itməsi, nisbi müstəqilliyinin aradan qaldırılması demək deyildir, əksinə şəxsiyyət sosail sistemə nə qədər dərindən və hərtərəfli qovuşarsa, o, özünəməxsus keyfiyyətlərini inkişaf və təzahür etdirmək üçün daha çox imkanlar əldə edir. Sosiologiya bunu əsas götütür ki, insan fəal ictimai qüvvədir, o həm ayrılıqda öz həyatının, həm bütövlükdə sosial həyatın yaradıcısıdır.
Sonunçu səpki sosiallaşmış şəxsiyyətdə, o, müxtəlif sosial sistemlərə, birliklərə daxil olduqda, başqaları ilə qarşılıqlı təsir prosesi intensivləşdikdə daha parlaq şəkildə üzə çıxır. Şəxsiyyətin sosiallaşması gedişini araşdırarkən bu prosesdə işarələr sisteminin mühüm rolunu qeyd etmək lazımdır. Məsələ bundadır ki, sosiallaşma gedişində başqa şəxslərlə sıx qarşılıqlı təsirdə və təmasda olan bu və ya digər fərd sanki güzgüyə baxmış kimi öz hərəkətlərinə və davranışına müəyyən düzəlişlər edir. İşarələr sistemi (nitq, hərəkət nümunələri və s.) hər bir sosial birlik formasının, ona daxil olan insanların fəaliyyətinin təşkilində, mühüm vasitə rolunu oynayır. Belə ki, fərd müəyyən sosial birliyə daxil olduqda burada qəbul edilmiş olan işarələr sistemini mənimsəyir və öz fəaliyyətində onlardan istifadə edir. Sosiologiyada şəxsiyyətin sosial fəaliyyəti və davranışı mexanizmlərinin aşkar edilməsi mərkəzi yerlərdən birini tutur. Obyektiv qanunauyğunluqların tələblərinin adekvat surətdə əks olunması insanın sosial fəaliyyətinin, sosial davranışının məzmununu şərtləndirir. Bununla yanaşı insan fəaliyyəti və davranışında həmin qanunauyğunluqların konkret şəraitdə təzahürü xüsusiyyətləri, ona təsir edən hadisələr çoxluğu, onların qarşılıqlı əlaqələri də nəzərə alınmalıdır. Şəxsiyyətin fəaliyyətinin əsasında duran təlabatlar insan həmin tələbatlan ödəmək üçün şərait və vasitələr axtarmağa sövq edir. Tələbatlar təbii və sosial olmaqla iki qrupa bölünür. Birincilər insanın gündəlik qidaya, paltara, mənzilə və s. olan ehtiyaclarım ifadə edir. İkincilərə isə sırf sosial həyatın məhsulu olan ehtiyaclar (əmək fəaliyyəti, sosial fəallıq, məişəti yaxşılaşdırmaq, mə'nəvi mədəniyyəti inkişaf etdirmək və s.) daxildir. Bunlarla yanaşı fərdlərin sosial birlik formalanna qovuşmasına, sosail norma və sərvətlərə yiyələnməsinə olan təlabatlan da mütləq nəzərə alınmalıdır.