Referat tələbə: Qəribov Rəvan Müəllim: Cəfərova Məhsəti Bakı-2022 Plan Giriş



Yüklə 39,54 Kb.
səhifə3/5
tarix08.10.2022
ölçüsü39,54 Kb.
#118163
növüReferat
1   2   3   4   5
Rəvan

2.Şəxsiyyətin tipləri
Müasir elmi ədəbiyyatda şəxsiyyətin sosial strukturu haqqında qızğın mübahisələr gedir. Bu stıuktur insanın davranışının başlıca istiqamətini müəyyən edən obyektiv və subyektiv amillərin, habelə onların tərkib ünsürlərinin məcmusu olub, təkcə şəxsiyyət problemini öyrənmək üçün yox, həm də ona təsir göstərmək baxımından əhəmiyyətlidir. Deməli, şəxsiyyətin sosial strukturu bunu aşkara çıxannalıdır ki, məlum cəmiyyətin xarakterik cəhətləri fərddə necə təkrar istehsal olunur. Fərdin sosial keyfiyyətləri onun obyektiv surətdə daxil olduğu birliyin təsiri altında onun fəaliyyəti prosesində təşəkkül tapıb inkişaf edir. Şəxsiyyətin sosial strukturunda aşağıdakı ünsürləri ayırd etmək olar:
a) fəaliyyətin müxtəlif növlərində sosial keyfiyyətlərinin həyata keçirilməsi üsulu;
b) şəxsiyyətin obyektiv tələbatı və mənafeləri;
c) cəmiyyətin mənəvi sərvətlərinə yiyələnmə dərəcəsi, yəni şəxsiyyətin mənəvi aləmi;
ç) şəxsiyyətin rəhbər tutduğu əxlaqi normalar və prinsiplər;
d) əqidə.
Hər bir şəxsiyyətdə bu struktur ürsürləri müşahidə etmək olar. İnkişaf prosesində şəxsiyyətin sosial strukturu daim dəyişilir, təkmilləşir. Şəxsiyyət sosial mühitlə qarşılıqlı təsir prosesində formalaşır. Qarşılıqlı təsir fəaliyyət sayəsində mümkün olur. Həmin fəallığın səbəblərini aşkara çıxarmaq şəxsiyyəti mühüm həyati münasibətlər cəhətdən xarakterizə etmək deməkdir. Şəxsiyyətin fəallığının mənbəyini onun tələbatı təşkil edir. Məhz tələbat insanı müəyyən tərzdə və müəyyən istiqamətdə iş görməyə təhrik edir. Tələbat şəxsiyyətin konkret varlıq şəraitində asılılığım ifadə edir. Tələbat şəxsiyyətin fəallığının mənbəyi kimi meydana çıxır. Şəxsiyyətin fəallığı isə tələbatlamı təmin olunması prosesində təzahür edir. Hər bir şəxsiyyət təkrarolunmaz xüsusiyyətlərə malikdir. Çünki o, tipik olanla fərdi olanın dialektik vəhdətidir. Lakin ayrı-ayrı adamların fəaliyyətində, davranışında uyğun cəhətlər də vardır. Ona görə də insanları uyğun, oxşar sosial əlamətlərinə görə qruplara ayırmaq olar ki, bu da adətən şəxsiyyətin sosial tipləri adlanır. Şəxsiyyətin sosial tipi insanın müxtəlif fəaliyyəti növlərini həyata keçirmək üsuludur. Aydın məsələdir ki, şoxsiyətin sosial tipi öz sinfinin, sosial qrupunun mənafeyi ilə obyektiv surətdə şərtlənmişdir. Lakin müəyyən istisnaların olması da mümkündür. Şəxsiyyətin sosial tipi çox maraqlı və mürəkkəb məsələdir. O, şəxsiyyətin həyat fəaliyyətinin, qarşılıqlı təsirdə olduğu mədəni-tarixi və sosial-iqisadi şəraitin məhsuludur. Şəxsiyyətin sosial tiplərinin müxtəlif variantları mövcuddur. Məsələn, M.Veber şəxsiyyətin sosial fəaliyyətini, K.Marks onun mənsub olduğu formasiyanı və sinfi əsas götürürdü.
Şəxsiyyətin sosial tipologiyası məsələsində müxtəlif mövqelərin hamısını nəzərdən keçinnok imkanı olmadığından onlardan yalnız bəziləri üzərində dayanmağı məqsədəuyğun hesab edirik. Şəxsiyyətin konkret elmi tipologiyası baxımından diqqəti cəlb edən psixoloji və sosial-psixoloji tipologiyasıdır. Alman mütəfəkkiri E.Şpranqer (1882-1936) şəxsiyyətin 6 tipini nəzərdən keçirir və onların hər birinə fəallığın müəyyən növünün uyğun gəldiyini qeyd edir: nəzəri tip (həqiqəti aşkara çıxarmağa meyllilik, rasionalizm və tənqidi yanaşma); iqtisadi tip ( iqtisadi tip (faydaya meyllilik və prgktiklik); estetik tip (ahəngdarlığa və dünyanın obrazlı qurulmasına meyllilik); sosial tip (insanlara sevgi, özünü fəda etməyə meyllilik); siyasi tip (hakimiyyətə və liderliyə meyllilik); dini tip (həyatın mənasını və dünya qurumunun vəhdətini axtarmaq, fövqəltəbiliyə inam ). K.Xofni (1885-1952) şəxsiyyətin 3 tipini ayırd edirdi:
1) güzəştə gedən (insanlara istiqamətlənmə);
2) təcrid edilmiş (insanlardan);
3) düşmən (insanlara qarşı).
K.Yunq (1875-1961) əsas psixoloji tipi (ekstravertlər və intravertlər) xarakterizə edir. Ekstravertlər başqalanna, intravertlər isə özünə, öz daxili aləminə istiqamətlənmişdir. E.Fromm (1900-1980) isə şəxsiyyətin tiplərini xarakterlər baxımından təhlil edir və xarakterlərin 5 tipini (reseptiv, istismarçı, yıgıcı, bazar, məhsuldar) göstərir.Psixoloji və sosial-psixoloji yanaşma, göründüyü kimi, daha çox psixoloji xüsusiyyətləri ön plana çəkir. Antropoloji tipologiyanın məhşur nümayəndələri sırasına R.Linton, A.Karmer və M.Mid aid edilə bilər. R.Linton (1893- 1953) bazis tipli və status tipli şəxsiyyət konsepsiyalarının müəllifidir. O, bazis tipli şəxsiyyət dedikdə fərdin mədəni mühitə inteqrasiyasının xüsusi tipini başa düşürdü; bu inteqrasiya məlum birlik üzvlərinin sosiallaşması təcrübəsi əsasında baş verir.
Şəxsiyyətin bazis strukturu məhz mədəniyyət vasitəsilə nəsildən nəslə ötürülür. Müəyyən statuslar üçün təsbit olunan standartlaşdırılmış rolların məcmusu isə status tipli şəxsiyyəti doğurur. Sonralar şəxsiyyətin bazis xarakteristikalarını empirik baxımdan əsaslandırmaq üçün «rnodal-şəxsiyyət» anlayışı elmi dövriyəyə daxil edildi. Bu anlayışın müəlliflərindən biri oları F.Boas (1858— 1942) belə hesab edir ki, modal şəxsiyyət məlum mədəniyyətdə çox tez-tez rast gəlinən şəxsiyyət tipidir. Sosioloji tipləşdirmə baxımından R.Mcrtonun mülahizələri xüsusilə maraqlıdır. Onun təklif etdiyi tipologiya şəxsiyyətin davranışını məqsəd və vasitələrə münasibətdən asılı olaraq nəzərdən keçirir. Onun fikrincə, bütün davranış növlərini 5 qrupda birləşdirmək olar :
1) konformist - cəmiyyətin loyal üzvüdür; o, cəmiyyətdə bəyənilmiş mədəni məqsədləri və təsisatlaşmış vasitələri qəbul edir;
2) novator - cəmiyyətin elə üzvüdür ki, o, öz məqsədlərinə qeyri-təsisatlaşmış vasitələrlə, o cümlədən qeyri-qanuni vasitələrlə çatır;
3) ritualist - vasitələri mütləqləşdirən və xatirinə fəaliyyətin həyata keçirildiyi məqsədlərə laqeydlik göstərən şəx sdir;
4) təcrid edilmiş tip həm mədəni məqsədlərdən, həm də təsisatlaşmış vasitələrdən yan keçir;
5) qiyamçı - cəmiyyətdə qəbul olunmuş məqsəd və vasitələrdən yan keçir, başqa dəyərləri və nonnalan onlara qarşı qoyur.
Tanınmış qərb sosioloqu R.Darendorf şəxsiyyəti mədəniyyətin inkişaf məhsulu kimi nəzərdən keçirir. O, 4 tipi ayırd edir :
1) zəhmətkeş insan (ictimai cəhətdən faydalı nemətlər yaradan şəxsiyyət, məsələn, kəndli, siyasətçi, hərbiçi və s.);
2) istehlak edən insan (kütləvi istehlakla formalaşan şəxsiyyət);
3) universal insan (müxtəlif fəaliyyət növləri ilə məşğul ola bilən şəxsiyyət);
4) totalitar insan (totalitar dövlətdən asılı olan şəxsiyyət).
Beləliklə, sosioloji yanaşma insanların rol davranışının ümumi xarakteristikalarını, onların oxşar vəziyyətlərdə fəaliyyətinin məqsəd və vasitələrinə münasibətini ifadə edir.



Yüklə 39,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin