Sahibkarlıq fəalliyyəti mühiti və sahibkarlıq fəaliyyətinin subyektləri
Sahibkarlıq mühitinin mahiyyəti. Daxili və xarici sahibkarlıq mühiti. Sahibkarlığın mövcudluğun bazar mühiti. Fiziki və hüquqi şəxslər sahibkarlıq subyektləri kimi. Sahibkarların hüquqları və vəzifələri. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun mahiyyəti və əhəmiyyəti. Sahibkarların öhdəliklərinin icrasının təmin edilməsi vasitələri.
Sahibkarlıq mühiti- firmanın normal fəaliyyət göstərməsi, onun inkişaf etdirilməsi və fəaliyyət istiqaməətlərinə düzəlişverici hərəkətlərin həyata keçirilməsi üçün qərarlar qəbul edilməsinə təsir edən şərait və amillərin məcmusudur.
Sahibkarlıq mühitində fəaliyyət göstərən amillər daxili və xarici amillərə bölünürlər. Daxili amillər firma daxilində fəaliyyət göstərən , idarəetmə də daxil olmaqla onun təsərrüfat mexanizmini təşkil edən və firmanın istehsal satış fəaliyyətinin optimal təşkilinə xidmət edən faktorlardır. Daxili amillərə harda yerləşməsindən asılı olmayaraq firmanın bütün istehsal bölmələri , törəmə müəssisələri , filialları ,nümayəndəlikləri, maliyyə, sığorta , nəqliyyat və digər bölmələri daxildir.
Sahibkarlığın xarici mühiti deyəndə, firmadan kənarda fəaliyyət göstərən ,lakin bu və ya digər dərəcəd firmanın fəaliyyətinə təsir edən vəya təsir edə biləcək şərait və amillər nəzərdə tutulur. Xarici şərait və amillərinfirmanın fəaliyyətinə göstərə biləcəyi təsir xarakterindən asılı olaraq xeyirli və ya zərərli ola bilərlər və ona görə də firma onların təsirinə qarşı müvafiq idarəetmə qərarı qəbul etməlidir.
Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən hər bir firma daimi olaraq sahibkarlıq mühitinin xarici amillərinin təsirinə məruz qaldığından və bu təsir daxili amillərin xarakterinə təsir etdiyindən o , bu amillərin dəyişməsini həmişə nəzarət altında saxlamalıdır. Hər bir firma özünün normal fəaliyyətini təmin etmək üçün qarşısına qoyduğu məqsədə nail olamaq və vəzifələrini yerinə yetrimə küçün daxili sahibkarlıq mühitində olan amilləri daimi olaraq təhlil etməli və onu nəticəsindən asılı olaraq idarəetmə qərarları qəbul etməlidir.
Xarici mühit amilləri firmanın fəaliyyətinə birbaşa və dolayı yolla təsir edən amillərə bölünür.
Firmanın fəaliyyətinə birbaşa təsir edən sahibkarlıq mühitinin xarici amilləri aşağıdakılardır:
Bazar münasibətlərinin xarakteri və vəziyyəti amilləri
Firmanın təsərrüfat əlaqələri amilləri
Demoqrafik amillər.
Firmanın təsərrüfat fəaliyyətinin nəticəsinə dolayı yolla təsir edən xarici amillər
Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi amilləri
Ümumi iqtisadi amillər
Ümumi siyasi amillər
Mədəni əhatə amilləri
Sahibkarlıq subyekti sahibkarlıq bacarığı, sahibkar aktivliyi enerjisi ilə məhdudlaşmır və mütləq təhsillə, təcrübə ilə , biliklə, yeniliklərlə və sahibkar bacarığı ilə təkmilləşdirilir. Belə ki, sahibkarılıq subyektinin funksiyası birbaşa özünü təşkiletmə ilə bağlıdır.
Sahibkarlıqla bağlı münasibətlər mülkiyyət formasından,fəaliyyət növündən və sahəsindən asılı olmayaraq Azərbaycan Respublikasının Konstitusiyası,Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı, Azərbaycan Respublikasının iqtisadi müstəqilliyi haqqında Konstitusiya Qanunu ,Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Mülkiyyət haqqında”Azərbaycan Respublikasının Qanunu,bu Qanun və bunların əsasında qəbul edilmiş digər qanunvericilik aktları ilə tənzimləyir.
2.Müəssisə yaratmaqla həyata keçirilən sahibkarlıq fəaliyyəti,həmçinin Azərbaycan Respublikasının müəssisələr haqqında qanunvericiliyi ilə də tənzimlənir.
3.Xarici hüquqi və fiziki şəxslərin Azərbaycan Respublikası ərazisində sahibkarlıq fəaliyyətinin xüsusiyyətləri bu maddənin 1-ci və 2-ci bəndlərində göstərilən qanunvericilik aktları ilə yanaşı “Xarici investisiyaların qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının beynəlxalq hüquqi öhdəlikləri ilə də tənzim edilir.
Azərbaycan Respublikasında sahibkarlığın qanun çərçivəsində həyata keçirilən bütün formalarına icazə verilir.Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq sahibkarlığın bütün formaları bərabər hüquqludur.
Sahibkar öz fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməklə aşağıdakı hüquqlara malikdir:
-istənilən müəssisələr yaratmaq,onların idarəetmə orqanlarında vəzifə tutmaq və bu orqanların işində iştirak etmək;
-başqa müəssisələrin fəaliyyətində öz sərəncamında olan əmlakla iştirak etmək;
-işçiləri işə qəbul etmək və azad etmək;
-işçilərin əməyinin ödənilməsinin forma və sistemini,onların əmlakının məbləğini gəlirinin digər növlərini müəyyənləşdirmək;
-təsərrüfat-maliyyə fəaliyyətini müstəqil həyata keçirmək;
-öz məhsulları üçün qiymətlər müəyyənləşdirmək;
-pul vəsaitinin saxlanılması,hesablaşma,kredit və kassa əməliyyatlarının bütün növlərinin həyata keçirilməsi üçün banklarda hesablar açmaq;
-məbləğinə məhdudiyyət qoyulmayan şəxsi gəlir əldə etmək;
-xarici iqtisadi münasibətlərdə iştirak etmək;
-valyuta əmliyyatları aparmaq;
-həmkarlar ittifaqında və digər birliklərdə iştirak etmək.
Dövlət sahibkarlığa kömək məqsədilə informasiya məsləhət elm və tədris mərkəzləri,maliyyə fondları yaradır,vergi ödənişlərinin,Azərbaycan Respublikası Milli bankı ssudalarnın faizlərin,amortizasıya ayırmalarının güzəştli dərəcələrini və vergi tutulmayan digər ayırmaları müəyyənləşdirir.
Sahibkarlığa kömək tədbirlərini maliyyələşdirmək məqsədilə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi yanında Sahibkarlığa Kömək Milli Fondu fəaliyyət göstərir.
Dostları ilə paylaş: |