İllik planlaşdırmada tədris vahidinin nə zaman və hansı ardıcıllıqla tədris ediləcəyi göstərilir. Eyni zamanda hər tədris vahidinə ayrılacaq vaxt qeyd edilir.
Fənnin planlaşdırılması aşağıdakı ardıcıllıqla aparılır:
İllik planlaşdırılmada:
1. Sinif üzrə standartlar nəzərdən keçirilir.
2. Tədris vahidləri müəyyən edilir.
3. Tədris vahidlərinin ardıcıllığı müəyyənləşdirilir.
4. Tədris vahidləri üzrə vaxt bölgüsü aparılır.
5. Təlim strategiyaları müəyyən edilir.
6. Resurslar seçilir.
Cari planlaşdırmada:
1. İllik planlaşdırmadan istifadə edərək məzmun müəyyənləşdirilir.
2. Standartlar əsasında məqsədlər müəyyən olunur.
3. Strategiya hazırlanılır.
4. Resuslar seçilir.
5. Qiymətləndirmənin üsulları və meyarları müəyyənləşdirilir.
6. Dərs planı hazırlanır.
Məzmunun müəyyənləşdirilməsi zamanı:
-illik planlaşdırma nəzərdən keçirilir
-həftəlik tədris vahidi nəzərdən keçirilir
-tematik plana əsasən dərsin mövzusu seçilir.
Məqsədlərin müəyyən olunması zamanı:
-müəllim tədris vahidi üçün planlaşdırılmış məzmun standartlarını və onun alt standartlarını nəzərdən keçirir Strategiyanın hazırlanması zamanı:
-məqsədlərin reallaşmasına yararlı təlim forması və üsulları seçilir.
-strategiyaların həyata keçirilməsi üçün uyğun didaktik materiallar müəyyənləşdirilir.
Resursların seçilməsi zamanı illik planlaşdırmada nəzərdə tutulmuş resurslar: -dərslik, digər ədəbiyyat, -laboratoriya avadanlıqları, -didaktik materiallar və s. əldə edilir.
Qiymətləndirmənin meyarları və üsullarının müəyyənləşdirilməsi zamanı : testlər, suallar və tapşırıqlar tərtib olunur, məzmuna uyğun meyarlar seçilir.
Qiymətləndirmə prosesində:
-testlər vasitəsilə şagirdlərin idrak bacarıqları,
-müsahibə və müşahidə yolu ilə şagirdin maraq və meylləri,
-müşahidə üsulu ilə mənəvi dəyərləri yoxlanılır.
Dərsin planı aşağıdakı ardıcıllıqla tərtib olunur:
-Standarlar
-Dərsin mövzusu
-Dərsin məqsədləri
-Təlim üsulları
-Sinifdə iş formaları
-İstifadə ediləcək resurslar
-Dərsin mərhələlərlə gedişinin təsviri
Dostları ilə paylaş: |