RTM-in vəzifələri.
Riyaziyyatın tədrisi metodikası-tədris fənni kimi riyaziyyat haqqında və müxtəlif yaş qruplarından olan şagirdlərə riyaziyyat təlimi prosesinin qanunauyğunluqları haqqında elmdir.
RTM-in vəzifələri. Riyaziyyatın öyrənilməsinin konkret məqsədlərini və orta məktəbdə tədris fənninin məzmununu müəyyən etmək; Qarşıya qoyulan məqsədlərin əldə edilməsinə istiqamətlənən və rasional təlim üsulları və təşkilat formaları işləyib hazırlamaq; Təlimin zəruri vasitələrini nəzərdən keçirmək və tədris praktikasında onların tətbiq edilməsinə aid tövsiyələr işləyib hazırlamaq.
Riyaziyyat tədrisi metodikasının qarşısında aşağıdakı vəzifələr durur:
1)Riyaziyyatın öyrənilməsinin konkret məqsədlərini və orta məktəbdə tədris fənninin məzmununu müəyyən etmək;
2)Qarşıya qoyulan məqsədlərin əldə edilməsinə istiqamətlənən və rasional təlim üsulları və təşkilat formaları işləyib hazırlamaq;
3)Təlimin zəruri vasitələrini nəzərdən keçirmək və tədris praktikasında onların tətbiq edilməsinə aid tövsiyələr işləyib hazırlamaq.
Ənənəvi olaraq hesab edilir ki, riyaziyyat təlimi metodikası; kimi öyrədirik? Nə üçün öyrədirik? Nəyi öyrədirik? Necə öyrədirik?-suallarına cavab verməlidir. Kimi öyrədirik-sualına cavabda uşaqlara riyaziyyatın elementlərinin, riyaziyyatın sistematik kursunun təliminə, riyaziyyat təhsilinin ixtisaslaşmasının həyata keçirilməsinə və s. Başlanılacaq yaşın bilinməsi nəzərdə tutulur (məktəb, obyekt). Nəyi öyrədirik-sualı riyaziyyat təliminin məzmununu (bilik, bacarıq, fəaliyyət üsulları) müəyyən etməyi tələb edir. Necə öyrətmək-sualının cavabı riyaziyyat təliminin metodları, vasitələri, formalarının aşkar edilməsini nəzərdə tutur. Nəhayət, nə üçün öyrədirik-sualı tədqiqatçıları riyaziyyat təliminin məqsədlərini aydınlaşdırmağa istiqamətləndirir. Söylənilənlər artıq təsdiq etməyə imkan verir ki, riyaziyyat təlimi metodikasının predmeti analoji vəsaitlərdə verilən şərhindən genişdir.Belə ki, A.A.Stolyarın “Pedaqogika matematiki” tədris vəsaitində qeyd edilir ki, riyaziyyat pedaqogikasının predmeti riyaziyyat təlimidir. Təlim dedikdə müəllif bir sıra köməkçi vasitələrdən (dərslik, əyani vəsait, təlimin texniki vasitələri) istifadə etməklə müəllim tərəfindən həyata keçirilən idarə olunan proses başa düşülür. Riyaziyyat təliminin əsasını empirik materialın riyazi təşkilindən, riyazi materialın məntiqi təşkilindən və riyazi nəzəriyyənin tətbiqindən ibarət olan riyazi fəaliyyət təlimi kimi şərh edilir.
Dostları ilə paylaş: |