Nişanlı qız (sevincək). Sağ ol. Atam bilir, mən səni necə çox sevirəm. Ona görə də, bizim münasibətlərimizə görə çox narahatdır.
O. Mən hökmən onunla danışaram.
Nişanlı qız(üzü işıqlanır). Sən nə vaxt rəsmi evlənmək təklifi elədinsə, mən o dəqiqə bunu qəbul eləyəcəyəm, ondan sonra biz evlənib buradan çox-çox uzaqlara çıxıb gedərik! Elə bir yerə ki, ətrafda bir nəfər də tanıdığımız adam olmasın. Ancaq səninlə mən! Mənimlə sən! İlahi, doğrudanmı o gün tezliklə gələcək?! Mən elə xoşbəxtəm, elə xoşbəxtəm ki! Oy, mən gərək tez gedəm. Onlar məni burada görsələr böyük biabırçılıq ola bilər. Mən qaçdım. Sağ ol. Bağışla məni. (Tələsik gəldiyi kimi, tələsik də çıxıb gedir.)