2.3 Aqrar sektorun inkişafının və maliyyə resurslarından səmərəli istifadənin təkmilləşdirilməsi istiqamətləri
Son illərdə aqrar sektorun inkişafı üçün doqquz strateji hədəfdən ibarət olan Strateji yol xəritəsi hazırlanmışdır. Prezidentin 2016-cı il 26 mart tarixli sərəncamına əasən hazırlanmağa başlamışdır. Üç dövrdən ibarət olan bu strateji yol xəritəsində 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün olan hədəf strategiyaları göstərilib.
2016-2020-ci illərdə Strateji Yol xəritəsinin həyata keçirilməsinə əsaslanaraq, ölkənin davamlı inkişafına əsaslanan rəqabətqabiliyyətli kənd təsərrüfatı istehsalının və emal sektorunun formalaşmasını təmin etmək üçün yaradılmışdır. Bu strateji məqsədlər ərzaq təhlükəsizliyinin gücləndirilməsi, dəyər zəncirləri vasitəsilə kənd təsərrüfatı məhsullarının məhsuldar potensialının artırılması, kənd təsərrüfatı məhsullarının bazarını yaxşılaşdırmaq, maliyyə imkanlarından istifadə imkanlarını asanlaşdırmaq, elmi dəstək və kənd təsərrüfatında təlimlər və məsləhət kimi müvafiq resurslardan istifadə etmək, bazar xidmətlərinin inkişafı, bazar infrastrukturunun inkişafı və bazarın istifadəsinin asanlaşdırılması, təbii ehtiyatların davamlı istifadəsi mexanizmlərinin yaradılması, kənd təsərrüfatı sektorunda biznes mühitinin yaxşılaşdırılması və kənd yerlərinin rifahının yaxşılaşdırılmasından ibarətdir.
2020-ci ilə qədər kənd təsərrüfatının istehsal və emal sahələrində həyata keçiriləcək prioritetlərin 535 milyon manata çatacağı gözlənilir və bu vəsait növbəti dövrlərdə 1235 milyon manat artacağı və 20 min yeni iş yeri yaradılması proqnozlaşdırılır. Kənd təsərrüfatı istehsal və emal sektorunun əsas təşəbbüsləri Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aparılacaqdır.
Bundan əlavə Strateji yol xəritəsinin ilk mərhələsində Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə strateji baxımdan davamlı kənd təsərrüfatı məhsulları istehsalının və emal sektorunun ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və kənd yerlərində sosial rifahın artırılması üçün müsbət bir mühit yaradılacağı nəzərdə tutulur.
Strateji Yol xəritəsi həyata keçirilməsi haqqında Əsasnaməyə görə sistemin təkmilləşdirilməsi, dövlət yardımının səmərəliliyinin artırılması və bazarda rəqabətin artırılması daxil olmaqla müsbət biznes mühiti inkişaf etdiriləcəkdir. Müvafiq tənzimləyici qurumların imkanlarını artırmaq, dövlət yardımlarının inkişaf məqsədlərinə uyğunlaşdırılması, ərzaq təhlükəsizliyi sisteminin inkişafı, məhsulların inkişafı, istehsal vasitələrinin bazarında rəqabət mühitinin inkişafı, maliyyə resurslarından istifadə imkanlarının genişləndirilməsi, bazar infrastrukturunun təkmilləşdirilməsi, bazarda mövcudluğun artırılması, informasiya və məsləhət xidmətlərinin inkişafı və digər aspektlər əsas priorited məsələlərdir.
Maliyə resursları kənd təsərrüfatı məhsullarının resurs bazasının əsas sistem elementidir. Bu adətən iqtisadi resurslarından asılıdır. Torpaq, maddi, əmək və maliyyə ehtiyatları arasında müəyyən bir tarazlıq olmalıdır. Praktikada, istehsal amillərinin müxtəlif birləşmələrində həmişə ümumi inkişafa mane olan kifayət qədər resurs mövcuddur. Azərbaycan Respublikasının kənd təsərrüfatı müəssisələrinin resurs bazasının mövcud vəziyyəti belədir ki, hər bir element ayrılıqda zəifdir.
İnsan kapitalının formalaşdırılmasını əsas məqsəd kimi irəli çəkən, dövlətin müasir innovasiya inkişafında yeni biliklərin, nanotexnologiyaların əhəmiyyətinə mühüm yer ayıran effektiv strategiyanın elmi cəhətdən araşdırılması, təhlili və əsaslandırılması hazırki uğurların davamlılığının təmin edilməsi baxımından son dərəcə vacibdir. Məsələni aktuallaşdıran səbəblərdən biri də budur ki, Azərbaycan iqtisadi sahədə son dərəcə çətin və üzücü keçid dövrü kimi xarakterizə edilən prosesi keçərək modernləşmənin keyfiyyətcə muasir və yeni mərhələsinə qədəm qoymuşdur. İndiki dövrdə Azərbaycanın milli tərəqqi modelinin elmi prinsiplərlə tədqiqi zərurət halı almışdır və respublikanın iqtisadçı alimlərinin qarşısında çox ciddi vəzifələr qoyur.
İqtisadi sahədə respublikamızda keçid dövrünün sona çatması iqtisadiyyatla elmin qarşılıqlı təsir mexanizmləri ilə qırılmaz birliyin təmin edilməsini, yeni biliklərə əsaslanan iqtisadiyyatın qurulmasını, müxtəlif elm sahələrinin muasir dövrün tələblərinə uyğun yenilənməsini, həmçinin siyasi idarəetmə elmi proqnozlardan lazımi istifadəni obyektiv zərurətə çevirir. Elmin yeni biliklərə zamanla ayaqlaşmasını ilk olaraq respublikanın dövlətçilik maraqları tələb edir.
Respublikada bazar sisteminə transformasiya prosesi məhz aqrar sahədən başlamışdır. Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə gəlişindən sonra bir çox sahələr kimi kənd təsərrüfatında da 1991-1993-cü illərdə özünü kəskin şəkildə göstərən tənəzzül meyilləri aradan qaldırılmış və səmərəli islahatların əsası qoyulmuşdur. Hər bir vətəndaşın mənafeyi və istəyi nəzərə alınmaqla gerçəkləşdirilən aqrar islahatlar Azərbaycan iqtisadiyyatında bazar münasibətlərinin yaradılmasına, torpaq və əmlakın səmərəli şəkildə istifadə edilməsinə, sahibkarlığın formalaşması və inkişafı ümumilikdə bazar mexanizminin qanunauyğunluqlarına tabe etdirilmiş, bu sahədə bir çox normativ-hüquqi aktlar qəbul edilmiş, məhsulun satışı, gəlirlərin bölüşdürülməsi və digər texnoloji proseslərdə, kənd təsərrüfatı əmtəə istehsalçılarının təsərrüfat-iqtisadi müstəqilliyi təmin edilmişdir.
Bu siyasəti yeni mərhələdə uğurla davam etdirən Azərbaycan Respublikasının indiki Prezidenti cənab İlham Əliyevin cəld və işlək mexanizmlərin köməyilə gerçəkləşdirdiyi islahatlar nəticəsində respublikada aqrar-sənaye kompleksini inkişaf etdirmək və ərzaq tələbatını yaxşılaşdırmaq üçün ilk öncə qanunvericilik bazası daha da təkmilləşdirilmiş, kənd təsərrüfatında çalışan əhaliyə yanacağın, motor yağının, gübrənin alınmasına, taxıl əkinlərinə görə dövlət büdcəsindən subsidiyaların verilməsi təmin edilmiş, texniki təminatın yaxşılaşdırılması üçün sahibkarlara və istehsalçılara lizinq yolu və güzəştli şərtlər əsasında gübrələrin və texnikanın verilməsinə başlanılmışdır. Bütün bu sadaladığım islahatların nəticəsi kimi, hazırda kənd təsərrüfatı məhsulları istehsalında özəl bölmənin xüsusi daha da artmışdır.
Aqrar sektor SSRİ dövründə olduğu kimi, indiki dövrdə də Azərbaycan iqtisadiyyatının prioritet inkişafının təməlində duran istiqamətlərindən biridir. Əhalinin təxminən yarısının ümumi gəlirləri məhz elə aqrar sahədə formalaşdığından, bu sahə qeyri-neft sektorunda xüsusi yer tutur. Azərbaycanın münbit torpaq və zəngin iqlim şəraiti və digər ölkələrə nisbətən ucuz əmək ehtiyyatları dünya bazarında üstün rəqabət qabiliyyətinə məxsus olan yüksək keyfiyyətli ərzaq məhsulları istehsalı və emalı üçün əlverişli şərait yaradır. Kənd təsərrüfatının davamlı inkişaf etdirilməsi yolu ilə əhalinin keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının həyata keşirilməsi həm iqtisadi, həm də milli təhlükəsizliklə bağlı olan strateji məsələdir. Bütün bunlar isə Azərbaycan Respublikasında aqrar elm sahəsinin müasir dövrün tələblərinə münasib olaraq yeniləndirilməsini, aqrar sahədə elmi-tədqiqat işlərinin keyfiyyətinin artırılmasını, elmi yeniliklərin istehsalata tətbiqini və bir sözlə, innovasiya yönümlü inkişafın təmin edilməsi vacibliyini ön plana çıxarır.
Məlumat üçün bildirim ki, ABŞ-da təkcə elmi-tədqiqat işlərinin keyfiyyətli aparılması üçün 50-si özəl fəaliyyət göstərən ali məktəb olmaqla, 100 universitetin 1 il ərzində maliyyələşdirilməsinə yönəldilən vəsaitlər bir çox ölkələrin ümumi ölkə təhsilinə ayırdıqları xərclərdən çoxdur Con Hopkins Universitetinə il ərzində orta hesabla 569 milyon, , Stənford Universitetinə 266 milyon, Vaşinqton Universitetinə 299 milyon dollar maliyə vəsaiti ayrılır. Bütün bu xərclənən vəsaitlər ölkədə kənd təsərrüfatı sahəsində elmi-tədqiqatın kifayət qədər keyfiyyətli olmasına gətirib çıxarır.
Aqrar sahənin özünəməxsusluğu onunla şərtlənir ki, bu sahədə bəzi hallarda səmərəsi özünü uzun illər sonra göstərən tədqiqatları da maliyyələşdirmək lazım gəlir. Yəni elmi tədqiqatlara ayrılan maliyə vəsaitləri bəzən uzun müddət sonra baş verəcək iqtisadi inkişaf üçün zəruri olan xüsusi elmi-innovativ yenilikləri stimullaşdırır. Azərbaycanda isə, aqrar sahədə elmi-tədqiqat işlərinin lazımi qaydada maliyyələşdirilməsi mexanizmlərinin muasir dövrün tələblərinə cavab verməməsi hökumət səviyyəsində də qəbul olunur.
Təcrübə göstərir ki, muasir tələblərə cavab verən ixtisaslı kadr potensialının olması əhalinin ərzaq məhsulları ilə yüksək səviyyədə təminatında həlledici əhəmiyyətə malikdir. Ali və orta ixtisaslı aqrar sahədə çalışan mütəxəssislərinin hazırlıq səviyyəsi isə hələ ki istənilən səviyyədə deyil. Bu baxımdan Azərbaycan Dövlət Aqrar universiteti fərqlənir. İxtisasların kənd yerlərində cəzbedici olması üçün xüsusi tədbirlərin həyata keçirilməsinə və mütəxəssislərin bir çox problemlərinin həllinə ehtiyac duyulur.
Ölkədə kənd təsərrüfatı üzrə əsas ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) kənd təsərrüfatı ilə bağlı bir çox ixtisaslar üzrə kadr hazırlığı aparılır. Lakin bunu da qeyd etməliyik ki, kənd təsərrüfatı sahələrində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün maddi-texniki baza tam olaraq lazımi tələblərə cavab verməsə də hazırda tələbələrin oxuması üçün hər bir şərait qurulmaqdadır. Kənd təsərrüfatı sahəsində müasir laboratoriyaların və avadanlıqların olmaması effektli təcrübi tədqiqatlar aparmaq üçün müəyyən problemlər yaradır. İxtisaslı pedaqoji kadrların çatışmaması da əsas problemlərdəndir.
Ümumiyyətlə, hazırda aqrar sahənin üzləşdiyi əsas problemləri aşağıdakı kimi qruplaşdırmaq olar:
-Maddi təminatın yaxşı səviyyədə olmaması nəticəsində bir çox elmi-tədqiqat işlərinin mövzuları azalmış, elmi-texniki araşdırmaların keyfiyyəti aşağı düşmüşdür. Elmi təşkilatların bir çoxunda müasir səviyyədə eksperimentlərin həyata keçirilməsi praktik olaraq mümkün deyil;
- aqrar sahə üzrə elmi işçilərin hazırda “qocalması ” müşahidə olunmaqdadır, gənc nəslin bu sahədə elmi-tədqiqatlara marağı qənayətbəxş səviyyədə deyildir;
-aqrar elmin istehsalata tətbiq olunan mexanizmləri muasir dövrün tələblərinə istənilən səviyyədə cavab vermir. Elmi-tədqiqat təşkilatları öz tədqiqat planlarını müəyyən edərkən ictimai əhəmiyyətli prioritetləri, dövlətin imkanlarını yox, “öz imkanlarını” əsas götürürlər.
-aqrar elmin müasir inkişaf siyasətinin öyrənilməsi və tətbiqində lənglik özünü göstərir;
-ərzaq təhlükəsizliyi probleminə aid olan normal elmi-tədqiqat işlərinə rast gəlinmir. Aqrar sahənin inkişaf perspektivləri ilə bağlı olan proqnozların siyasi idarəetmə üçün effektliliyi lazımi səviyyədə deyildir;
Yuxarıda göstərilənlərdən bu nəticəyə gəlmək olar ki em və təhsilə maliyə yatırımları edilməzsə ümumi kənd təsərrüfatının inkişafı da çox qabağa gedə bilməz. Hər zaman maliyə yardımları edilərkən sahibkarlara və kənd təsərrüfatı ilə məşğul olan əhaliyə subsidiyalar və bəzi yardımlarla bərabər elm və təhsilin inkişafına da nəzər salınmalı və bunun üçün maliyə vəsaitləri ayrılmalıdır. Sadalanan problemlər həll etmək üçün pul vəsaitləri vacib amildir.k
Dostları ilə paylaş: |