AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
SABAH QRUPLARI
DİPLOM İŞİ
Mövzu: Azərbaycan Respublikasında aqrar sektora dövlətin maliyyə dəstəyinin reallaşdırılması mexanizmləri
Tələbə: Cəfərov Yusif
Elmi rəhbər: İsayev Söhrab
BAKI – 2019
MÜNDƏRİCAT
Giriş..........................................................................................................................3
I FƏSİL. AQRAR SEKTOR VƏ ONUN ÖLKƏNİN SOSİAL-İQTİSADİ İNKİŞAFINDA ROLU………..…………….....................................………..…..6
1.1. Aqrar sektorun iqtisadi fəaliyyət sahəsi kimi ümumi xarakteristikası və onun əhəmiyyəti……………………………….…...........................................................6
1.2. Dövlətin aqrar siyasəti və onun reallaşdırılması mexanizmləri……................12
1.3. Aqrar sektora dövlət dəstəyinin zəruriliyi və bu sahədə xarici təcrübələr.........23
II FƏSİL. AZƏRBAYCAN RESPUBLIKASINDA AQRAR SEKTORA DÖVLƏTIN MALIYYƏ DƏSTƏYİNIN MÜASİR VƏZİYYƏTİNİN TƏHLİLİ...............................................................................................................27
2.1. Respublikamızda aqrar sektora dövlətin maliyyə dəstəyinin reallaşdırılması mexanizmləri..........................................................................................................27
2.2. Azərbaycanda aqrar sahəsində həyata keçirilmiş dövlət tədbirləri və əldə ounmuş nəticələrin təhlili…………………...........................................................39
2.3. Aqrar sektorun inkişafının və maliyyə resurslarından səmərəli istifadənin təkmilləşdirilməsi istiqamətləri ………………….................................................51
Nəticə və təkliflər……………………………………...........................................59
İstifadə olunmuş ədəbiyyatlar …………………………………………................62
GİRİŞ
Mövzunun aktuallığı. Hal-hazırda Aqrar sektor Azərbaycan iqtisadiyyatında ÜDM-nin təxminən 5.6 məşğulluğun isə təxminən 45 faizini formalaşdırır. Əhalinin istehlak fondunun təxminən üçdə ikisi bu sahənin hesabına təmin olunur. Buna görə də istər inkişaf etmiş istərsə də inkişaf etməkdə olan ölkələrin iqtisadi təhlükəsizliyi məhz bu sahədən asılıdır. Maltus nəzəriyyəsinə görə dünya əhalisi həndəsi silsilə şəklində sürətlə artmaqdadır. Əhalinin bu cür sürətlə artdığı bir dövrdə hər bir dövlətin effektiv və dayanıqlı kənd təsərrüfatına ehtiyyacı vardır. Effektiv və dayanıqlı kənd təsərrüfatı yaratmaq üçün az resurslarla yüksək məhsul əldə etməyə nail olmaq lazımdır. Bu isə dövlətin aqrar siyasətindən asılıdır. Təbii şəraitin necə olmasından asılı olmayaraq dövlət kənd tsərrüfatına daim nəzər yetirməlidir. 11 iqlim tipinin doqquzu Azərbaycan Respublikasının ərazisində yerləşdiyindən təbii şərait kənd təsərrüfatının inkişafına imkan verir. Azərbaycan ən qədim əkinçilik mədəniyyətinə malik olmaqla pambıqçılığın, taxılçılıq, meyvəçiliyin, üzümçülüyün, və heyvandarlığın inkişaf etdirilməsində əsas mərkəzlərdən biri olmuşdur. Sovet dövründən indiyə qədər Azərbaycan iqtisadiyyatının kənd təsərrüfatı sahəsi innovativ texnalogiyaların tətbiq edilməsi ilə daim genişlənmiş və inkişaf etdirilmişdir. Bu sahənin inkişafında dövlətin də çox böyük rolu olmuşdur. Dövlət aqrar sahənin inkişaf strategiyasını müəyyən etmiş və onu uğurla həyata keçirmişdir. Ölkənin iqtisadi inkişaf strategiyasında aqrar sahə hər zaman vacib yer tutmuşdur. Təsadüfi deyil ki, bazar iqtisadiyyatına keçid dövründə ölkənin böhran halından çıxarılması üçün “Əsrin müqaviləsi” imzalandıqdan az sonra ölkədə aqrar sahənin inkişaf etdirilməsi üçün tədbirlər görülməyə başlanıldı. Bu illərdə aparıan sürətli aqrar islahatlar nəticəsində kənd təsərrüfatı sektorunda bazar münasibətləri təmin edilərək torpağın kəndlilərin şəxsi mülkiyyətinə çevrilməsi haqqında qərar qəbul edildi. Bundan sonra özəl aqrar sektorda bazar iqtisadiyyatına uyğun dövlət mexanizmlərinin yaradılmasına başlanıldı. Bu mexanizmlərin yaradılmasından sonra ölədə kənd təsərrüfatı dinamik inkişaf mərhələsinə keçdi. Azərbaycan Respublikasının azad bazar münasibətlərinə əsaslanan sistemə keçidi ümummilli lider Heydər Əliyevin zəngin idarəçilik təcrübəsinin sayəsində baş vermişdir çünki yeni müstəqillik əldə etmiş bir ölkənin bu sahədə təcrübəsi yox idi. Aqrar islahatların nəticəsində hazırki dövrlə 1996-cı illə müqayisədə kənd təsərrüfatı məhsullarında xeyli artım baş vermişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də öz atasının siyasətini düzgün şəkildə davam etdirdi. Onun prezidentliyi dövründə ölkədə aqrar sahədə uğurla reallaşdırılan kənd təsərrüfatı sahəsinin də inkişafında yeni mərhələ başladı. Belə ki, aqrar sahənin inkişafı ilə bağlı yeni mexanizm olan regionların sosial-iqtisadi inkişafı dövlət proqramı qəbul olunduqdan sonra kənd yerlərində aqrar sahədə istehsal olunan yerli məhsullarının emalı müəssisə və təşkilatların artırılması, sosial infrastrukturun inkişafı, "Aqrolizinq" ASC-nin yaradılması, su kanallarının və ümumi mellorasiya sistemlərinin bərpası və tamamiləyenidən qurulması istehsalçılarının gübrə, toxum, yanacağa olan tələbatının ödənilməsi üçün subsidiyaların verilməsi tədbirlərini qeyd etmək olar. Azərbaycan Prezidentinin 2016-cı il qərarına əsasən Azərbaycan iqtisadiyyatının təhlili əsasında yeni Strateji yol xəritəsinin hazırlanmasına qərar verildi. Bu strateji yol xəritəsində yeni inkişaf hədəflərinin həyata keçirilməsi məqsədilə kompleks islahatların yerinə yetirilməsini nəzərdə tutan bu yol xəritəsində aqrar sektorun gələcək inkişaf mərhələsi də geniş şəkildə göstərilmişdir. Tarixi əhəmiyyətli bir qərarla hazırlanmış bu strateji yol xəritəsində Azərbaycanda aqrar sahəsinin inkişafı ilə bağlı 3 mərhələli hədəf baxışı göstərilib ki, bu da aqrar sahədə orta və uzunmüddətli dövr üçün ardıcıl mərhələlərlə icra ediləcək. Müəyyən ediliş hədəflərə çatmaq üçün 1170 milyon manat investisiya tələb olunur.
Buna görə də bu sahənin tənzimlənməsi üçün dövlətin dəstək mexanizmləri vacib şərtlərdən biridir. Kənd təsərrüfatının dövlət tənzimlənməsi ilk növbədə əhalinin ərzağa olan tələbatının təmin edilməsindən ibarətdir. Bundan əlavə ölkədə kənd təsərrüfatı emal edən yeni zavodların formalaşmasını həyata keçirmək və bir çox bu kimi yerlərin bərpası dövlət qarşısında duran əsas vəzifələrdən biridir.
Tədqiqatın əsas predmeti ölkənin kənd təsərrüfatının indiki vəziyyəti, bu sahədə dövlət tənzimlənməsi mexanizmərinin hazırki vəziyyəti, aparılan islahatlar və onların təhlili və bu sahədə dövlət mexanimlərinin təkmilləşdirilməsi ilə bağlı proseslər təşkil edir. tədqiqatın obyekti Azərbaycanın kənd təsərrüfatı sektoru, bu sahənin müasir vəziyyəti və digər bu kimi məsələlərdən ibarətdir.
Tədqiqatın əsas məqsədi ölkədə aqrar sahədə həyata keçirilən dövlət mexanizmlərinin əsas xüsusiyyətləri, kənd təsərrüfatında həyata keçirilən islahatlar strategiyasının əsas hədəflərini tədqiq etmək və aqrar sahənin inkişafı üçün tədbiq olunan mexanimlərini və onların tətbiq olunması zamanı üzə çıxan aktual problemləri üzə çıxarmaq və bu problemlərin aradan qaldırılması üçün dövlət mexanizmlərinin təkmilləşdirilməsi istiqamətlərini müəyyən etməkdən ibarətdir.
Tədqiqatın informasiya bazası əsasən kənd təsərrüfatı ilə əlaqəli olan elmi ədəbiyyatlardan və digər elmi araşdırmalardan bununla bərabər, dövlət idarəetmə orqanlarının, əsasən də Kənd Təsərrüfatı Nazirliyinin aqrar sahədə olan vəziyyətin təhlilləri və Dövlət Statistika Komitəsinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin bu shədə olan sənədləri təşkil etmişdir.
Tədqiqat iki fəsildən ibarətdir. Birinci fəsildə aqrar sektorun ümumi mahiyyəti və iqtisadiyyatda rolu, bu sahədə dövlətin mexanizmləri və dünya təcrübəsi haqqında məlumat verilmişdir. İkinci fəsildə dövlətin arar sahədə maliyə mexanizmləri, bu sahədə son illərdə aparılan dövlət tədbirləri və kənd təsərrüfatı sahəsində dövlətin dəstək mexanizmlərinin təkmilləşdirilməsi haqqında məlumat verilmişdir.
Tədqiqatın sonunda bu tədqiqatdan cıxardığım nəticələr və etdiyim təkliflər və istifadə etdiyim ədəbiyyat siyahısı verilmişdir.
Dostları ilə paylaş: |