Sabah qruplari


II FƏSİL. AZƏRBAYCAN RESPUBLIKASINDA AQRAR SEKTORA DÖVLƏTIN MALIYYƏ DƏSTƏYİNIN MÜASİR VƏZİYYƏTİNİN TƏHLİLİ



Yüklə 238,1 Kb.
səhifə5/9
tarix01.01.2022
ölçüsü238,1 Kb.
#102961
1   2   3   4   5   6   7   8   9
II FƏSİL. AZƏRBAYCAN RESPUBLIKASINDA AQRAR SEKTORA DÖVLƏTIN MALIYYƏ DƏSTƏYİNIN MÜASİR VƏZİYYƏTİNİN TƏHLİLİ
2.1. Respublikamızda aqrar sektora maliyyə dəstəyinin reallaşdırılması mexanizmləri

Aqrar sektor, digər sahələrə nisbətən gəliri daha aşağı riski isə yüksəkdir lakin buna baxmayaraq bu sektor insanlara həmişə lazım olub və olacaq. Kənd təsərrüfatı hər ölkənin imtina edilməz sektorlarından biridir. Bütün ölkələr əkinçilik məhsullarında özünü təmin edən bir iqtisadiyyat olmağı hədəfləyirlər. Bu vəziyyəti qurmaq üçün istehsalçıları risk səviyyələrini azaltmaq və gəlir səviyyələrini artırmaq üçün dövlət tərəfindən təşviq edilməlidir. Kənd təsərrüfatı təşviq etmək üçün bir sıra vasitələrdən istifadə edərək dövlət sektoru və bir sıra məqsədlər həyata keçirir. Bu məqsədlərin əsasları kənd təsərrüfatı sektorunda sabitliyi təmin etməklə gəlir səviyyəsinin yaxşılaşdırılmasıdır.

Azərbaycanın neft sərvətlərindən qazandığı gəlirlər, qeyri-neft sektorunda iqtisadi artımın təkmilləşdirilməsi və yeni iş yerlərinin yaradılması üçün mühüm imkanlar təmin edir. Hazırda ölkəmizdə bu imkanlardan effektli istifadəni təmin etmək məqsədilə Azərbaycan Prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə “Azərbaycan 2020: gələcəyə baxış” adlı İnkişaf Konsepsiyası təsdiq edilmişdir.

Konsepsiyada qeyri-neft sektorunun ÜDM-də ümumi payının artım inkişafında əsas istiqamətlərdən biri kimi Azərbaycan Respublikasında aqrar sahənin inkişafı nəzərdə tutulur. Aqrar sahə iqtisadiyyatın əsas sahələrindən biri kimi, cəmiyyətin həyatında vacib rol oynayır. İqtisadiyyatın bir sıra sahələrinin inkişafı kənd təsərrüfatının inkişaf səviyyəsindən asılıdır.

Muasir iqtisadi şəraitdə isə aqrar sahədə, bütövlükdə kənd təsərrüfatı regionlarında iqtisadi inkişaf sürəti maliyyə təminatından asılı vəziyyətdədir. Ona görə ki, başqa sahələrdə olduğu kimi, kənd təsərrüfatısektorunda da mövcud imkanların həyata keçirilməsi və qarşıya qoyulmuş məqsədlərə çatmaq kənd təsərrüfatı müəssisələrin maliyyələşdirilməsi və stimullaşdırılması ilə öz həllini tapır. Bu baxımdan da, aqrarsektorda maliyyələşdirmə və stimullaşdırmanın lazımlı metodlarının tətbiq edilməsi və bununla bərabər davamlı olaraq təkmilləşdirilməsi vacib məsələlərdəndir. Araşdırmalar göstərir ki, kənd təsərrüfatı sektorunun maliyyələşdirilməsində lazımlı metodların seçilməsi və tətbiq edilməsi hər bir ölkənin və ya regionunözünəxas xüsusiyyətlərini nəzərə almağın vacib olduğunu göstərir.

Strateji yol xəritəsində müəyyənləşdirilmiş strateji hədəflərə çatmaq üçün 1170 milyon manat investisiya tələb olunur. Bunun üçün əsas maliyə mənbələri kimi aşağıdakıları göstərmək olar:

* dövlət büdcəsi;

* büdcədənkənar fondlar;

* Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitləri;

* Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti;

* Azərbaycan İnvestisiya Şirkətinin vəsaiti;

* Yerli büdcələr;

* Mülkiyyət formasından asılı olmayaraq yerli idarə, müəssisə və təşkilatların vəsaitləri;

* Birbaşa xarici investisiyalar;

* Qiymətli kağızlar, o cümlədən səhm və istiqrazlar, törəmə maliyyə alətləri;

* Yerli kreditlər və qrantlar;

* Beynəlxalq təşkilatların və xarici dövlətlərin kreditləri, texniki və maliyyə yardımı;

* Qanunvericiliklə qadağan olunmayan digər mənbələr.

Bununla belə, digər iqtisadi sahələrdə çalışan təsərrüfat subyektlərinin çox hissəsi aqrar sahə ilə əlaqədarolduğuna görə bu sahənin inkişafının maliyyə alətinin xüsusiyyətlərini nəzərə almaq və yaxud ona adekvatmünasibət vermək məcburiyyətindədir. Beləliklə, kənd təsərrüfatında çalışan təsərrüfat subyektlərinin maliyyələşdirilməsinin yaxşılaşdırılması, bu sahədə lazımlı metodların tətbiq edilməsi üçün əlverişli mühitinyaradılmasını nəinki sahə çərçivəsində, həmçinin ümumilikdə kifayət qədər vacib məsələlərdəndir.

Başqa bir tərəfdən son illərdə aqrar sektorda əldə olunan bir çox naliyyətlərlə yanaşı, bir məsələni də xüsusi olaraq demək lazımdır ki, qloballaşan şəraitdə aqrar sektorun inkişafı istiqamətində mövcud olan maliyyə resurslarından səmərəli şəkildə istifadənin təmin edilməsi və bununla bərabər yeni maliyyələşmə mənbələrinin yaradılması ən əsas problem kimi göstərilir. Bu baxımdan problemin həlli üçün “aqrar sektorun maliyyə təminatının yüksəldilməsində vergi güzəştlərinin rolu” mövzusu olduqca vacib əhəmiyyət daşıyır. Tətbiq edilən vergi güzəştlərinin aqrar sahə kimi mühüm sektorun inkişaf etməsinə təsiri və kənd yerlərində yaşayanəhalinin işgüzarlıq fəaliyyətinin çoxaldılmasına gətirib çıxara bilən maliyyə maliyə yardımının edilməsi istiqamətində dövlətin rolu elmi-tədqiqat araşdırmalarını tələb edir.


İstər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə aqrar sahə iqtisadiyyatın daha çox dövlət tənzimlənməsinə məruz qalan sahələrindəndir. Son illərdə respublikamızda baş verən hadisələrlə bağlı olaraq dövlət, kənd təsərrüfatına xüsusi maliyə yardımları edərək, bu sahənin inkişafına öz yardımını göstərir. Bu yardımlara subsidiyaların verilməsi, vergi və gömrük güzəştlərini, xüsusi təşviq proqramlarını, sığorta və s.-i göstərmək olar.

Araşdırmalar göstərir ki, kənd təsərrüfatının inkişafında və maliyyə problemlərinin həllində vergi güzəştləri mühüm əhəmiyyətə malikdir. Dövlət aqrar sahədə vergi tənzimlənməsini yaxşılaşdırmaqla həm insanların iş vəziyyəti yaxşılaşır, həm bu sahədə işləyənlərin fəaliyyəti hesabına kənd təsərrüfatı məhsullarının istehsalı artır, həm sahibkarlıq inkişaf etdirilir həm də vergi ödəyənlərin sərəncamında qalan vəsaitin məbləği artır. Buna görə də, dövlət aqrar sahədə vergi güzəştlərinin səmərəliliyini artırmaqla bu məsələlərin həllinə az da  olsa kömək etmiş olur. Belə ki, aqrar sahə məhsulları istehsalı ilə məşğul olanların torpaq vergisindən başqa digər vergiləri ödəməkdən azad olunması bu sahədə işləyən hüquqi şəxslərin mənfəət vergisinə və fərdi sahibkarların gəlir vergisinə də aid edilir. Bununla da gəlir və mənfəətdən ödənilməyən vergilər fərdi sahibkarların və kənd təsərrüfatı müəssisələrinin sərəncamında qalan vəsaitin məbləğinin artıq olması ilə nəticələnir. Beləliklə də həm kənd təsərrüfatı sahəsi üzrə əsas kapitala yönəldilmiş investisiyaların həcmini artırır həm də buna müvafiq olaraq müəssisələrin müasir səviyyəli, intensiv texnologiyaya əsaslanan əsas fondlarla silahlanması işini sürətləndirir. Vergi güzəştlərinin tətniq edilməsindən sonra bu sahədə olan son illərin statistikası bu sahədə inkişafı açıq-aşkar göstərir.

Kənd təssərrüfatı məhsulları istehsalçılarına vergi güzəştlərinin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə baş vermiş dəyişiklik aqrar sektorda səmərəliliyin yüksəldilməsinə yaxşı təsir göstərmişdir. Aqrar sektorun inkişafında vergi siyasəti əsas rol oynadığından inkişaf proqramlarının hazırlanması ilə bərabər reallaşdırılması, bilavasitə fiskal rejimlərin müşayiəti ilə tənzimlənir. Son illər ərzində tətbiq olunan səmərəli vergi siyasəti aqrar sahənin inkişafında stimullaşdırıcı rol oynayır. Kənd təsərrüfatında tətbiq edilən güzəştlər sahibkarların xərc problemlərinin kifayət qədər azalmasında mümüh rol oynayıb. Sahibkarlar üçün vergi güzəştləri kənd təsərrüfatında xərclərin 10%-dək azalmasına gətirib çıxarmışdır.

Bütün bunlarla bərabər, kənd yerlərində yaşayan və çalışan əhalinin həyat səviyyəsinin artırılması baxımından zəruri olan ən vacib vəzifələrdən biri də kənd əhalisinin maddi durumunun artırılmasıdır. Bunun üçün də kənd yerlərində kiçik və orta kənd təsərrüfatı emalı müəssisələrinin qurulması istiqamətində əsaslı tədbirlər görülməli və həmçinin bu sahədə səmərəlilk əldə etmək üçün həmin müəssisələrə vergi güzəştləri tətbiq edilməlidir.

Respublikamızda aprılan muasir kənd təsərrüfatı siyasətinə uyğun olaraq bu sahədə vergi güzəştlərinin olması zəruriyyəti yaranmışdır. Buna görə də 2013-cü ildə Vergi məcəlləsində buna uyğun dəyişiklik olmuşdur. Bu dəyişikiliklərə görə, 2014-cü il yanvarın 1-dən 5 il müddətinə torpaq vergisi istisna olamaqla, digər vergiləri ödəməkdən azaddırlar. Bu vergilərə aşağıdakılar aiddir:

-gəlir vergisi;

- əlavə dəyər vergisi;

- əmlak vergisi.

-kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş mədaxilin həcmi 2014-cü il yanvarın 1-dən 5 il müddətinə sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilmir.

Kənd təsərrüfatının təşviq edilməsinin başqa bir üsulu olaraq vergi güzəştləri ilə yanaşı gömrükdə olan güzəştləri də göstərə bilərik.Respublikamızın Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 və 12 nömrəli qərarlarına uyğun olaraq kənd təsərrüfatı mallarının istehsalı və emalı sahəsində istifadə edilən və bununla bərabər lizinq müqaviləsinin obyekti olan maşınların əksəriyyətinin idxalı zamanı idxal rüsumundan və əlavə dəyər vergizindən azaddırlar. Bu maşın və avadanlıqlara texniki vasitələr, o cümlədən traktorlar, suvarma qurğuları, torpağın əkin üçün hazir hala gətirən və onun işlənməsi üçün traktorlar, kənd təsərrüfatı bitkilərinin döyülməsi və yığılması üçün mexanizm və maşınlar, otbiçənlər, yumurta, meyvə və ya digər kənd təsərrüfatı məhsullarının təmizlənməsi, sortlaşdırılması və ya çıxdaş edilməsi üçün maşınlar, sağıcı qurğu və aparatları, südün emalı və təkrar emalı üçün avadanlıqlar, toxumların yetişdirilməsi üçün avadanlıqlar, quşçuluq üçün inkubatorlar və bruderlər, toxum, taxıl və paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrovka edilməsi üçün maşınlar, unüyütmə sənayesi üçün avadanlıqlar və ya taxıl və quru paxlalıların emalı üçün avadanlıqlar və s. idxal edilərkən idxal rüsumundan və əlavə dəyər vergisindən azaddırlar.

 Nazirlər Kabinetinin (2011-ci il 25 yanvar tarixl 17 nömrəli) qərarına əsasən ölkəyə gətirilən cins qoyunlar və keçilər safqanlı iribuynuzlu heyvanlar, günəbaxan, əkin üçün soya paxlalılar, şəkər çuğunduru və yonca toxumları, bəzi aqrokimiyəvi maddələr, gübrələr, bir sıra kənd təsərrüfatı istehsalı və emalı texnikası, o cümlədən süd separatorları, quruducular, qida sənayesində istifadə olunan suyun təmizlənməsi üçün mexaniki qurğular və avadanlıqlar, butulkaların və başqa qabların yuyulması və qurudulması üçün istifadə olunan texniki avadanlıqlar, ərzaq məhsullarının istehsal olunmasında istifadə edilən avadanlıqların hissələri, traktorlara qoşulmaq və ya traktorlara yedəklənmək üçün nəzərdə tutulmuş qurğular, suvarma qurğuları, konveyerlər və pnevmatik qaldırıcılar, torpağın hazırlanması və işlənməsi üçün maşınlar, yumurta, otbiçənlər, meyvə və ya digər aqrar sahə məhsullarının təmizlənməsi, kalibrlənməsi və ya sortlaşdırılması üçün avadanlıqlar, sağıcı qurğu və aparatları həmçinin südün təkrar emalı və emalı üçün avadanlıqlar quşçuluq üçün inkubatorlar və s. Bu kimi məhsullar ölkəyə idxal olunarkən əlavə dəyər vergisinə və idxal rusmuna cəlb edilmirlər.

Qeyd edilənlərdən başqa, Azərbaycan Respublikasının Dövlət Taxıl Fonduna tədarük edilməsi məqsədi ilə idxal olunan taxıl və taxıl emalı məhsullarına da idxal rusumu və əlavə dəyər vergisi tətbiq edilmir.

Kənd yerlərində yaşayan əhalinin öz şəxsi pay torpağında əkin əkməsini təşviq etmək üçün dövlət, bir çox təşviq edici işlər görür. İstehsalçılara GMO( geni dəyişdirilmiş məhsullar) olmayan məhsulların əkilməsində hər hektar üçün istifadə olunmuş yanacaq və motor yağlarına görə Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli qərarına görə dövlət büdcəsinin vəsaitindən 40 manat məbləğində yardım edilir.

Azərbaycan Respublikasının iqlimi buğda, çəltik və digər bu kimi məhsuların istehsalına şərait yaratsa da hər il bu məhsulların çatışmazlığından Qazağıstan və digər taxıl ixrac edən ölkələrdən öz tələbatını ödəmək üçün taxıl və bu kimi kənd təsərrüfatı məhsulları idxal edir. Bunu nəzərə alan dövlət, bu sahəyə olan marağın artırılması məqsədi ilə ölkədə buğda və çəltik əkini ilə məşğul olan əhaliyə Nazirlər kabinetinin qərarına əsasən 2008-ci ildən etibarən hər hektar üçün 40 manat yardım edilməsi nəzərdə tutulmuşdur.

Aran bölgəsi və digər ətraf regionlarda torpağın məhsuldarlığının az olması səbəbilə bitginin əkilməsi, inkişaf edib böyüməsi və məhsul verməsi üçün gübrələmə vacib rol oynayır. Gübrələmə sahədən-sahəyə fərqlənir. Torpaqda humus qatının çox olduğu yerlərdə Buna görə də dövlət istehsalçıların gübrə tələbatının tam ödənilməsi üçün 2007-ci ildən etibarən mineral gübrələr, kənd təsərrüfatı ilə məşğul olan fiziki və hüquqi şəxslərə 70 faiz güzəştli qiymətlərlə satılır. Bunun nəticəsində yarımsəhra və quruçöl iqliminə və hər hansısa gübrə çatışmazlığı olan ərazilərdə torpağın məhsuldarlığı artır və nəticə etibarı ilə ölkə özü-özünü kənd təsərrüfatı məhsulları ilə qismən təmin edir.

Azərbaycanın qədim və ənənəvi sahələrindən olan pambıqçılıq və tütünçülük Sovetlər birliyi dağıldıqdan sonra öz əvvəlki vəziyyətinə uzun muddət qayıtmaqda çətinlik çəkmişdir. Azərbaycanda pambıqçılıq sahəsində potensialın yüksək olmasına baxmayaraq gəlirliliyin az olması və həmçinin bu bitkinin yetişdirilməsində əl əməyinin çox olmasına görə insanlar bu sahəyə çox da önəm vermirlər. Lakin Azərbaycan Respublikası prezidentinin 2016-cı il qərarına əsasən pambıq və tütün istehsalçılarına dövlət büdcəsindən subsidiyalar ayrıldı. Bununla da bu sahələrə olan maraq ötən illərə nisbətən daha da artdı. Bunu biz ölkə üzrə rəsmi statistikada da görə bilərik. 2015-ci ildə illik pambq yığımı 35192 ton olmuşdursa, bu rəqəm 2017-ci ildə 207525 tona qədər yüksəlmişdir. Tütün istehsaı isı bu illər ərzində 3466,1 tondan 5315,6 tona qədər yüksəlmişdir.

sent/ha


İllər

Dənli və dənli paxlalılar

Pambıq

Tütün

Şəkər çuğunduru

2012

27.2

19.5

27.9

337

2013

27.5

19.3

28.4

334

2014

24.0

17.9

25.8

312

2015

31.5

18.8

25.4

380

2016

30.6

17.3

15.2

490

2017

29.8

15.3

16.6

316



Müasir dövrdə kənd təsərrüfatının subsidiyalaşdırılması dövlətin əsas vasitələrindən biridir. Azərbaycan Respublikasinda bir çox kənd təsərrüfatı məhsuluna subsidiya verilməsi haında qərar qəbul olunub. Azərbaycan Respublikasının 2017-ci il qərarına əsasən şəkər çuğunduru istehsal edən istehsalçılara dövlət büdcəsindən subsidiya ayrılması nəzərdə tutulmuşdur. İmişlidə şəkər zavodu açıldıqdan sonra şəkər çuğuduruna tələb artmışdır. Dövlət bu tələbatı tam olmasa belə qismən qarşılamaq üçün bu siyasəti yerinə yetirmişdir. Bu qərardan sonra bu sahəyə maraq artmışdır. Son illərin statistik göstəricilərinə nəzər salsaq bunu görə bilərik. Şəkər çuğunduru isə rütubət sevməyən bitgi olduğundan onun istehsalında ilk yeri Aran iqtisadi-coğrafi rayonu tutur.



Azərbaycan Respublikasında son illərdə yaşanan ət və süd məhsulları qıtlığınına görə dövlət bir çox bu kimi məhsulları xaricdən idxal edir. Buna görə də insanların ət və süd məhsullarına olan tələbatını daxili resurslar hesabına ödəmək üçün dövlət bəzi addımlar atır. Adətən yerli inəklərin çəki və süd vermə qabiliyyəti aşağı olduğundan bu məhsullara tələbatı ödəmək mümkün olmur. Buna görə də dövlət insanlara süni mayalanmaya daha çox ehtiyyac yaratmaq üçün hər süni mayalanmada doğulan buzova görə 100 manat məbləğində dövlət büdcəsindən vəsait ayırmaqla bu sahənin inkişafını təmin edir. Bununla da heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmağa çalışır.

Azərbaycan Respublikasında kənd təsərrüfatı ilə məşğul olmaq istəyən sahibkarlara bu sahə ilə məşğul olmaq üçün dövlət tərəfindən həyata keçirilən təşviq siyasətlərindən biri də güzəştli kreditlərin verilməsi ilə bağlıdır.

Respublikamızda maliyə-kredit münasibətlərinin yaxşılaşdırılmaı habelə güzəştli kreditlərin verilməsi üçün 2005-ci ildə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar kredit və İnkişaf agentliyi yaradilmışdır. Al-hazırda bank olmayan kredit təşkilatı hüquqi statusuna malikdir. Bu təşkilatın əsas məqsədləri ölkənin aqrar sektoruna bütün növ bank xidməti göstərən mənffətli və dayanıqlı maliyə kredit instutuna dönüşmək, aqrar sahədə çalışan kiçik və orta sahibkarlara kredit verməklə regionların iqtisadi inkişafını təmin etmək, maliyyə mənbələrinə çıxışı məhdud olan kiçik şəxsi təsərrüfata sahib olan kənd əhalisinin maliyyə vəsaitlərinə olan tələbatını qarşılamaq və öz daxili imkanları vasitəsi ilə regionlarda kreditə tələbatı qarşılamaq və bunun nəticəsində iqtisadi fəallığın və əhalinin rifah halının artırılmasına və son nəticədə ölkədə olan yoxsulluğun azaldılmasına nail olmaqdan ibarətdir.

Sahibkar fermerlərin güzəştli kreditlərlə təmin olunması siyasətində aqrar sahə məhsullarının istehsalı və emalı prioritet sahə kimi müəyyənləşdirilmiş, dövlət vəsaiti hesabına ayrılan güzəştli kreditlərin 60-65 faizi məhz aqrar sahənin payına düşmüşdür.Kənd təsərrüfatı istehsalçıları üçün vergi təşviqləri istehsalçıların xərclərini azaltmaq və yerli məhsullar üçün istehlakçılara əlverişli qiymətlər təklif etmək üçün vacibdir. Hazırda inkişaf məqsədləri baxımından kənd təsərrüfatına dövlət dəstəyi tədbirlərinin məqsəd və tətbiq mexanizmlərini təkmilləşdirmək üçün islahatlar başlanıb. Bundan əlavə, kənd təsərrüfatı istehsalçıları ilə emal müəssisələri və ticarət şəbəkələri istehsalçıları arasında əlaqələrin inkişaf etdirilməsi üçün tətbiq olunan vergi güzəştləri siyasətini nəzərdən keçirmək zərurəti yaranmışdır. Mövcud tələbatları dəqiq öyrənməklə, müvafiq dəstək mexanizmlərinin əhatə dairəsinin genişləndirilməsi istiqamətlərinin müəyyən edilməsi də qarşıda duran əsas vəzifələrdən biridir.



Bu təşkilatın son layihələrindən biri fiziki və hüquqi şəxslər, fermerlər və istehsalçı qruplara güzəştli kredit verilməsindən ibarətdir. Bu layihə bütün Azərbaycan regionlarına şamil olunur. Layihənin əsas məqsədi kənd yerlərində əhalinin maddi vəziyətinin yaxşılaşdırılmasına kömək etməkdir. Ölkənin bir çox rayonlarında-Bərdə, Ucar, Şəki, Salyan, İmişli, Gəncə, Xaçmaz, Qazax, Şamaxı və Lənkaranda bu layihəni həyata keçirən filiallar mövcuddur. Bu kreditlərin verilməsinin əsas təyinatı bütün növ kənd təsərrüfatı texnikasının alınması habelə kənd təsərrüfatı mallarının istehsalı və emalı üçündür. Bu kreditlərin həcmi 1000 manat həcmindəki mikrokreditlərdən 200000 manata qədər böyük ölçülü kreditlərə qədər dəyişir. Güzəştli kreditin faiz dərəcəsi isə 7 faizdir.

İlk illər bu kreditlərin verilməsində problemlər yaşanırdi. Adətən kredit verildikdə qarşı tərəfin krediti qaytarma ehtimallarının hesablanmasında problrmlər yaşansa da son illərdə bu problemin aradan qaldırılması üçün kredit alan şəxslərdən bir çox sənədlərin təqdim edilməsi tələb olunur. Kreditə müraciət edənlər aşağıdakı sənədləri təqdim edir:

*Kredit almaq üçün tələb olunan ərizə

*Kredit layihəsinin biznes planı

*Sahibkarın təqdim etdiyi layihə məbləğinin minumum 30%-ə qədəri öz şəxsi vəsaiti olduqda

* Kredit təminatını reallaşdıran girov əmlakının likvid olması

*Sığortalanmış girov əmlakı məqsədəuyğun sayılır

Azərbaycan iqtisadiyyatının əsas sahələrindən biri olan aqrar sektorun inkişaf etdirilməsi, ona böyük miqdarda maliyə vəsaitərinin yönəldilməsi, istehsal gücləri azalmış bir çox kənd təsərrüfatı məhsulları istehsal edən sahələrinin bərpa edilməsi və hazırki dövrün standartlarına yaxın səviyyədə yenidən yaradılması, kənd təsərrüfatı məhsullarının dünya bazarına çıxarılmasında yaranan problemlərin qarşıya qoyulması və onun həll edilməsi istiqamətində bir sıra tədbirlər görülməsinin vaxtı çatmışdır. Azərbaycanın iqtisadi potensialının üzə çıxarılması və onun normal şəkidə işləməsi üçün müvafiq tədbirlər görülür. Azərbaycanın kənd təsərrüfatı və sənaye məhsullarının dünya bazarına çıxarılması, Made in Azərbaycan brendinin formalaşdırlması və tanıdılması istiqamətində vacib işlər görülmüşdür. Son illərdə tütünçülük, üzümçükük-şərabçılıq, pambıqçılıq və başqa sahələrin bərpa edilməsi, genişləndirilməsi və inkişaf etdirib tamamilə əsaslı şəkildə yenidən qurulması, sadaladığım məhsulların becərilməsindən tutmuş satılmasına qədər dövlət dəstəyi ilə əhatələnməsi bu sektorda əsaslı dönüş etmişdir.


Yüklə 238,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin