Sabah qruplari


Azərbaycanda aqrar sahəsində həyata keçirilmiş önəmli layihələr və onların təhlili



Yüklə 238,1 Kb.
səhifə6/9
tarix01.01.2022
ölçüsü238,1 Kb.
#102961
1   2   3   4   5   6   7   8   9
2.2 Azərbaycanda aqrar sahəsində həyata keçirilmiş önəmli layihələr və onların təhlili

Son illərdə Azərbaycan Respublikasında kənd təsərrüfatı inqilab etməkdədir. Dövlətin bu sahəyə göstərdiyi marağı və eyni zamanda dəstəyi göstərməklə bu deyilənləri təsdiq eləmək olar. Hazırda bu sahədə aparılan işlər və təsdiqlənmiş layihələr bu sahənin inkişafına kifayət qədər təsir göstərmişdir. Bir çox müəssisə və təşkilatlara subsidiyaların verilməsi məsələləri önə çəkilib. Müəssisənin dövlət və ya özəl olmasından asılı olmayaraq ərzaq təhlükəsizliyinin təmin ediləsi bu sahəyə cavabdeh olan hər kəsi borcudur.

2015-ci ilin devalvaiyasından sonra kənd təsərrüfatına yetərincə maliyə vəsaitləri ayrılmışdır. Bunu biz dövlətin diversifikasiya siyasətinə bağlaya bilərik. Bildiyimiz kimi 2015-ci ilin devalvasiyası Azərbaycan iqtisadiyyatının neft və qaz sektorundan asılı olduğu üçün zərərsiz ötüşməmişdi.

Kənd təsərrüfatı sektorunda hesabatlılığın, şəffaflığın və operativliyin təminatı məqsədilə üç il müddətində mərhələli formada "Elektron kənd təsərrüfatı" informasiya sistemi (EKTİS) qurulmuşdur. Nazirliyin tabeliyindəki qurumlarda və öz strukturunda EKTİS-in tətbiq edilməsinə başlanılmışdır.  

EKTİS layihəsi çərçivəsində nazirliyin tabeliyində olan İT avadanlıqları, informasiya və kommunikasiya texnologiyaları (İKT) infrastrukturları ilə təchiz olunub, korporativ şəbəkə sistemləri yaradılıb, yeni ortofoto planlar, coğrafi məlumat bazaları və digər EKTİS informasiya sistemləri yaradılıb. Əlavə olaraq, müxtəlif dövlət qurumlarının informasiya sistemləri ilə inteqrasiya olunmuş, Quba və Xaçmaz rayonlarında pilot layihələr həyata keçirilmiş, Subsidiya və Siyasətə dair İnformasiya Sisteminin (SSIS) əsas modulları hazırlanmışdır.



EKTİS layihəsinin əsas məqsədlərindən biri dövlət tərəfindən maliyələşdirilən subsidiyaların, o cümlədən pambıq, tütün və şəkər çuğundurunun becərilməsinə, barama istehsalına görə subsidiyaların verilməsi, habelə mineral gübrələrin, pestisidlərin və biohumusun güzəştli qiymətlərlə satışı sahəsində şəffaflığın artırılması, ümumilikdə subsidiyaların verilməsi mexanizminin yaxşılaşdırılması, eyni zamanda məhsul istehsal edən fermerlər və istifadə etdilən resurslar barəsində vahid məlumat mənbəsinin yaradılmasından ibarətdir.

2018-ci ild ölkədə reallaşdırılan aqrar islahatlar nəticəsində Kənd Təsərrüfatı Nazirliyində Prezidentin fərmanına görə nazirliyin şəhər və rayon yerlərində olan idarələri ləğv olunub və onların əvəzində Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) yaradılıb. Bu qurum Kənd Təsərrüfatı Nazirliyinin şəhər və rayon yerlərində bölmələrinin yalnız bir mərkəzdən idarə edilməsinə şərait yaradılmış, sahibkarlarla işi inkişaf etdirilərək, həmçinin yeni texnologiyalardandan istifadə edilməsi ilə əlaqədar olaraq maarifləndirmə işləri görülmüşdür.



Bu mərkəzlərin yaradılması kənd təsərrüfatı sektorunda göstərilən xidmətlərdə bir çox əlverişli imkanlar yaradır. Belə ki kənd təsərrüfatında “vahid pəncərə” prinsipinin tətbiq edilməsi, sahibkarlarla əlaqələrin yaradılması, şəffaflığın artırılması mexanizminin inkişafı bu mərkəzin ən vacib prinsiplərindən biridir. Bu mərkəzlər artıq fermerlərin istifadəsinə verimişdir.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında “Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti”-nin reallaşdırdığı bütün layihələrdə, həyata keçirdiyi işlərdə rəqabətli məhsul istehsalına və əhalinin ərzaq təhlükəsizliyinin təmi edilməsinə xidmət edir. Azərbaycan hökumətinin bir çox beynəlxalq təşkilatlarla birlikdə reallaşdırdığı layihələr həmçinin dövlət mülkiyyətində olan aqrar müəssisə və təşkilatlarınınbununla bərabər özəl kəndli-fermer təsərrüfatlarının normal rəqabət qabiliyyətinə malik olan və keyfiyyətli məhsul istehsal edə bilək qabiliyyətiə yönəlib.

Hazırda Dövlət Xidməti beynəlxalq təşkilatlarla birlikdə 3 böyük layihə həyata keçirməkdədir: “Azərbaycan Kənd İnvestisiya Layihəsi” (AzKİL), “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”(KTRQGL) və “Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi”(KYKİL). Bu layihələrdən AzKİL və KTRQGL layihələri Dünya Bankı ilə birlikdə icra olunur.  KYKİL layihəsi isə İslam İnkişaf Bankı ilə İFAD-ın (Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond) Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həyata keçirdiyi layihədir. Bu layihələrdən başqa, Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti bir çox məşhur beynəlxalq təşkilatlarla o cümlədən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Avropa İttifaqı həmçinin Türkiyə, Yaponiya və başqa bir çox ölkələrlə birlikdə texniki yardım və qrant layihələri həyata keçirilir.

Reallaşdırılan layihələr aqrar sektorun başqa-başqa sahələrində innovativ tətbiqi və inkişafı dəstəkləyir, bu sahədə ixtisas bilikləri olan kadrların hazırlığına dəstək verir, sağlam və təmiz kənd təsərrüfatı məhsullarının istehsalına, fermerlərin, kənd yerlərində yaşayan əhalinin öz təsərrüf sahələrindən daha da yüksək gəlir və məhsul qazanmasına, kənd yerlərində işsizliyin azalmasına xidmət edir.

Hazırda “Azərbaycan Kənd İnvestisiya Layihəsi” Nazirliyin həyata keçirdiyi ən genişmiqyaslı və uzunmüddətli layihələrdən biridir. Bu layihə Azərbaycan Respublikasının 56 rayonunu əhatə edib. Bundan başqa AzKİL layihəsi çərçivəsində icmalara bağlı 2000 sub-layihə həyata keçirilib. 130 milyon ABŞ dolları dəyərində olan bu sub-layihələrin böyük hissəsi kənddaxili yolların bərpası və yenilənməsi, drenaj və irriqasiya sisteminin, içməli su xətlərinin çəkilməsi kimi sub-layihələrindən ibarət olmuşdur. Bununla da AzKİL kənd yerlərində yaşayan əhalinin problemlərinin həll edilməsilə yanaşı, ümumi təsərrüfatların da inkişafına öz töhfəsini verib. Bağça, məktəb, tibb məntəqəsi kimi vacib obyektlərin bərpası və tikintisi kənd əhalisinin vəziyyətinin yaxşılaşdırılmasına, yol, su kimi əhəmiyyətli məsələlərin həlli kənd yerlərindəki təsərrüfatların inkişafına şərait yaradıb və bununla da bazara çıxış imkanlarını kifayət qədər genişləndirib.

Qeyd edək ki, 2017-ci ildə kənd investisiya sub-layihələrində ən perspektivli və gəlirgətirən layihələri qeyd etmək yerinə düşər. İnkubator, Qidalandırma Təsərrüfatı, Südtoplama məntəqəsi və digər kiçik layihələr icmalara birgə təsərrüfatlarını yaradıb, ondan faydalanmağa və gəlir götürməyə yol açıb. Təsadüfi deyildir ki, Azərbaycanın Kənd İnvestisiya Layihəsi Dünya Bankının 2017-ci il oktyabrın 9-15-də Vaşinqtonda keçirilmiş 17-ci illik Konfransında gündəmdə olub və Coğrafi İnformasiya Sistemini təqdim edilib.



Azərbaycan üçün Dünya Bankı ekspertlərinin hazırladıqları bu sistem vasitəsilə ölkəmizdə həyada keçirilmiş Kənd İnvestisiya Layihəsinin uğurlu nəticələri barədə Azərbaycan nümayəndə heyəti, iştirakçılara ətraflı məlumat vermişdir. Azərbaycan nümayəndə heyətinin təqdimatına qatılan digər ölkələrin və Dünya Bankı nümayəndələri Kənd İnvestisiya Layihəsinin növbəti mərhələsində daha böyük uğurlara nail olacağına əminliyini ifadə edib və eyni zamanda, oxşar layihələrin həyata keçirildiyi digər ölkələrdə də sistemin hazırlanması və həyata keçirilməsi tövsiyə olunmuşdur.

Kənd Təsərrüfatı Nazirliyinin digər uğurlu layihəsi kimi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” Layihəsini göstərmək olar. Bu layihə bizə heyvan sağlamlığı, bitki sağlamlığı, instutisional islahatlar, aqrobiznesə maliyyə yardımı istiqamətində vacib addımlar atmağa imkan verib. Bu layihə çərçivəsində ölkədə olan bruselyoz xəstəliyinə qarşı böyük mübarizə başlayıb. Bu yeni mübarizə proqramı Dövlət Bayatarlıq Nəzarəti Xidməti ilə birlikdə reallaşdırılan beynəlxalq standartlara və brusellyoz xəstəliyindən xilas olan ölkələrin təcrübəsinə əsaslanır.

Bu xəstəlikdən xilas olma üçün Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının qaydalarına uyğun olaraq, peyvəndləmə tədbirlərinə başlamazdan öncə “təsadüfi seçim” metodu ilə 92 min başdan artıq xırda və iribuynuzlu heyvanların qan nümunələrindən analizlər aparılmış, beləliklə də xəstəliyin yayılma səviyyəsi tapılaraq buna uyğun məlumat bazası yaradılmışdır. Bu məlumat bazası əsasında rayonlar həmçinin, kəndlər və qışlaqlar üzrə, eləcə də müxtəlif heyvan növləri üzrə də  brusellyoz xəstəliyi müəyyən olunub.

Bu qaydaya əsasən iribuynuzlu mal-qaranın da peyvəndlənməsi aparılmaqdadır. İribuynuzlu mal-qara arasında bu xəstəliyə qarşı aparılan mübarizə tədbirlərinə əsasən peyvəndləmə kampaniyası üçün dezinfeksiya maddələri, vaksinlər həmçinin xüsusi geyimlər tədarük edilib. 2017-ci ilin avqust ayından bəri, bütün ölkə ərazisini əhatə edən peyvənd kampaniyaları 3-8 aylıq dişi danalar arasında başlanmış və 366395 baş heyvan bunun nəticəsində peyvəndlənmişdir. Peyvənd edilmə növbəti üç il ərzində də davam edəcəkdir. Beləliklə, növbəti illərdə xəstə heyvanlar tədricən 5-7 il ərzində peyvəndlənmiş heyvanlarla əvəzlənəcəkdir.

Bu tədbirlər bizə kənd təsərrüfatında mütəxəssiz hazırlaşdırma prosesini də əsas diqqət mərkəzində saxlamağa yardım edir. Bu tədbirlər əsasında  ADAU-nun baytarlıq və zoomühəndislik təbabəti fakültəsinin 140-dan çox tələbəsi baytarlara köməyə cəlb edilib. Layihə əsasında tələbələrin gələcəkdə öz ixtisas seçiminə kömək məqsədi ilə onların bir çox baytarlıq ekspertiza laboratoriyalarının fəaliyyət mexanizmi ilə daha yaxşı tanış olmaları təmin olunmuşdur.

KTRQGL-nin mütəxəssiz yetişdirilməsinə əlavə nümunə kimi ADAU-da bu layihə əsnasında qurulan müasir ferma kompleksini də göstərmək olar. Kompleks 2 fermadan muasir aqreqatlar və avadanlıqlardan ibarətdir. Bu kompleks 2017-ci dərs ilindən Aqrar Universitetin zoomühəndislik və baytarlıq təbabəti fakültəsinin istifadəsinə verilib. Təlim və tədbirlərin təşkil edilməsində əsas məqsəd Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən fermerlərinin hazırda kənd təsərrüfatında inkişaf etmiş ölkələrdə tətbiq olunan müasir, ekoloji cəhətdən təhlükə mənbəyi olmayan, yüksək səmərəli pestisidlər barəsində məlumatlarını yüksəltmək, yeni metodlardan istifadə olunması ilə mübarizə işinin təkmilləşdirilməsinə və onlara bitki mühafizəsi ixtisasında peşəkarlıqlarının yaradılmasına yardım etməkdir.

FAO tərəfindən icra olunan daha bir layihə - “Azərbaycanda toxum sektorunun inkişaf etdirilməsi” layihəsidir. FAO-nun yerini tərəfdaşlarımız arasında xüsusilə qeyd etməliyik. Kənd təsərrüfatında dünyada ən əsas yerlərdən birinə sahib olan bu təşkilat əhəmiyyətli partnyorlarımızdan olub və bir çox böyük layihələrimizdə bizə dəstək olub. Beynəlxalq təşkilatlarla birgə həyata keçirdiyimiz “Kənd Yerlərinin Kompleks İnkişafı” Layihəsi çərçivəsində reallaşdırılacaq əsas işlərdən biri Ağdaş və Yevlax rayonlarında 75 min ha-dək sahənin su ilə təmin edilməsini yaxşılaşdırmaqdır. Bundan əlavə suvarma-drenaj şəbəkəsinin bərpa və təmir edilməsi nəticəsində 77 kəndin ərazisində əkin sahələri və təsərrüfatlar suvarma suyunu lazımi həcmdə və vaxtında əldə edə biləcəklər.

2017-ci ildə icra qrafikinə əsasən, KYKİL sahələrindəki təsərrüfatdaxili suvarma sistemləri əlaqəli təmir bərpa işlərini həyata keçirən podratçı təşkilat tərəfindən 9 SİB sahəsində 46,7 km torpaq kanallar kollardan təmizlənib, 4.5 km məsafədə beton üzlüyü olan kanal cəkilib, 2,7 km bağlı boru şəbəkəsi konstruksiya olunub, 35 hidrotexniki qurğu və 36,5 km uzunluqda drenaj şəbəkəsi yenidən bərpa edilib. Layihənin Kənd maliyyə xidmətləri mövzusu ətrafında 2017-ci ildə olan icra qrafikinə əsasən əməkdaşlıq qurulan Bank Olmayan Kredit Təşkilatları köməkliyi ilə il ərzində kənd təsərrüfatı sektorunda çalışanlara güzəştli kreditlər verilmişdir.

Layihənin ”Kənd Təsərrüfatının məhsuldarlığı və Rentabelliyinin Artırılması” komponenti ətrafında il ərzində Oğuz ,Yevlax, Şəki, Ağdaş rayonlarında heyvanların cins tərkibinin təkminləşdirilməsi istiqamətində vacib işlər görülüb. 20 nəfər süni mayalama işçisi tərəfindən 71 kənddə iribuynuzlu heyvanlarda süni mayalama aparılıb, öncədə aparılmış süni mayalama işləri nəticəsində 406 baş cins buzov dünyaya gəlib.

Digər tərəfdən, layihənin dağlıq sahələrini birləşdirən baytar məntəqələrindəki baytar-həkim səyi ilə 92 dağlıq kənddə 664 ailə-fermer təsərrüfatında zərərverici xəstəliklərə qarşı müalicə profilaktika işləri həyata keçirilərək, 40 minə yaxın baş quşa və 30 mindən çox heyvana baytarlıq xidmətləri göstərilib.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin səyi ilə Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən 2015-ci ildən etibarən Ağcabədi Bərdə və İmişli rayonlarında “Ətlik-südlük istiqamətli müasir ailə-fermer təsərrüfatlarının yaradılması” pilot mikro-kredit layihəsi reallaşdırılır.

Layihənin başlıca məqsədi ailə-kəndli heyvandarlıq təsərrüfatlarında hal-hazırda mövcud olan zəif məhsuldar heyvanları daha yüksək məhsuldar heyvanlarla dəyişdirərək pay torpaqlarına sahib ailələr üçün kiçik həcmli, müasir heyvandarlıq təsərrüfatlarının qurulçasının stimullaşdırılması, respublikada heyvandarlıq sektorunda təsərrüfatçılığın modernləşdirilməsi, heyvandarlıq məhsullarının marketinqi üzrə nümunələrin qurulması və kooperativləşmənin təşviqindən ibarətdir. Layihənin icrası ölkəmizdə reallaşdırılan kənd təsərrüfatı siyasətin tərkib hissəsi kimi böyük əhəmiyyət kəsb edən kooperativləşmənin daha da genişlənməsinə, həmçinin ərzaq təhlükəsizliyinin ən yüksək səviyyədə olmasına və pay torpaqlarından faydalı istifadənin təşviqinə dövlət dəstəyinin nümunəsi kimi də qiymətləndirilə bilər.

Bu sahə üzrə olan mütəxəssislərimiz tərəfindən aparılmış araşdırma və analizlər nəticəsində kənd təsərrüfatı sahəsində işləyən kiçik sahibkarların maliyyə resurslarına əlçatanlığında üzləşdiyi ən böyük problemin təminatla əlaqəli olduğunu nəzərə alaraq adıçəkilən yerlərdə seçilmiş pilot ərazilərində bir sıra ailə-fermer təsərrüfatlarının layihə uyğun olaraq girov tətbiq edilmədən həmçinin təminat kimi istehsal olunan son məhsulun iştirak etməsi şərti ilə növbəli şəkildə kreditləşdirilməsi reallaşdırılıb.

İllik 7% olmaqla girovsuz kredit xətti Kənd Təsərrüfatı Nazirliyi tərəfindən layihədə iştirak edən 69 ailə-fermer təsərrüfatı üçün açılıb. Yeni kredit mexanizmi kreditləşdirmə prosesində tətbiq olunmuş və müvafiq monitorinq nəticələrinin əsasında kredit limitləri tranşlarla açılmışdır. Layihə ətrafında seçilmiş olan ailə-fermer təsərrüfatları ilə imzalanmış kredit müqaviləsi uyğun olaraq 1,372,759.4 manat vəsait köçürülüb. Layihə üstünlük təşkil edən kredit paketi çərçivəsində ailə-fermer təsərrüfatlarını intensiv heyvandarlıq təsərrüfatına keçid məqsədilə əl əməyinin mexanikiləşdirməylə əvəz olunduğu müasir tipli yeni damlar , daimi istifadə üçün nəzərdə tutulmuş portativ sağım avadanlıqları və yem xırdalayaraq qarışdıran qidalandırıcı aqreqatlarla təmin edib.

Layihə ətrafında ailə-fermer təsərrüfatlarına yüksək güzəştli şərtlərlə lizinq yolu vasitəsilə ümumi sayı 516 baş olan Avstriyadan idxal edilmiş Simmental cinsli iribuynuzlu heyvan verildi və layihənin həyata keçirildiyi ötən dövr ərzində verilmiş heyvanların 2 dəfə daha çox artımı baş tutmuşdur. Bundan başqa, layihə çərçivəsində Ağcabədi rayonu üzrə 1060 ton, İmişli rayonu üzrə isə 973 ton, Bərdə rayonu üzrə 804 ton olmaqla bütövlüdə 2837 ton süd istehsal olunmuşdur.

Bizim fəaliyyətlərimizdən biri əkinçilik işlərinə maliyyə yardımı göstərmək, kənd təsərrüfatı məhsullarının istehsalçılarına maliyyə vəsaitinin çatdırılmasıdır. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən 31 dekabr 2017-ci ilədək, kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən 57 sahibkarı, ölkənin 30 bölgəsində 9 513,2 min manat məbləğində imtiyazlı kredit verilib. Bunların da 570.0 min manatı istixana, 600.0 min manatı kartofçuluq, 2 975.0 min manat heyvandarlıq, 5 068.2 min manatı pambıqçılıq,200.0 min manatı bağçılıq, 100.0 min manatı isə un emalına ayrılıb. Güzəştli kreditlər nəticəsində 605 daimi və müvəqqəti iş yerləri yaradılmışdır.

Əvvəllər həyata keçirilmiş beynəlxalq layihələrin kredit komponenti çərçivəsində müvəkkil kredit təşkilatları 2017-ci ildə kənd təsərrüfatı sektorunda çalışan 8 nəfər üçün 640,0 min manat məbləğində orta və böyük miqdarda kreditlər vermişlər. Güzəştli kreditlər nəticəsində 298 müvəqqəti və daimi iş yeri açılıb.

2017-ci ildə Dövlət Xidmətinin həyata keçirdiyi işlər sırasında kredit mexanizminin və sığorta sisteminin təkmilləşdirilməsi üzrə fəaliyyətləri də vurğulamaq olar. Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli imzalanmış Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin qarşımıza qoyduğu 3-cü strateji hədəfin 1-ci bəndinə - Kənd təsərrüfatının maliyyələşdirilməsi mexanizmlərini təkmilləşdirmək üçün beynəlxalq nüfuza malik Frankfurt Maliyyə və Menecment Məktəbi (Frankfurt School of Finance and Management) buraya cəlb olunmaqla, ölkədəki hazırki kreditləşmə sistemi analiz edilərək, kənd təsərrüfatı malları istehsalçılarının kreditləşdirilməsi mexanizminin yaxşılaşdırılması, həmçinin yeni məhsulların tətbiqi ilə əlaqədar təkliflər hazırlandı.

“Strateji Yol Xəritəsi”nin 3.2 strateji məqsədi - Aqrar sığortanın inkişaf etdirilməsi ilə əlaqəli Beynəlxalq Maliyyə Korporasiyasının “Aqrar Sığorta Sisteminin Təkmilləşdirilməsi” texniki yardım layihəsi müstəvisində təşkilat ilə tərəfdaşlıq edirik.

Kənd təsərrüfatı sığorta sisteminin inkişaf etdirilməsi üçün əlaqədar fəaliyyətin həyata keçirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi və maliyyə bazarlarında Nəzarət Palatası nümayəndələrindən ibarə qurulan işçi qrupu tərəfindən dünyada hal-hazırda mövcud olan kənd təsərrüfatı sığortası modelləri araşdırılmış, qabaqcıl kənd təsərrüfatı sığortası sistemi olaraq Türkiyə, İspaniya,Kanada ,ABŞ və İsrailin bu sahədə təcrübəsi öyrənilmişdir. Bu məzmunda, yeni qurulan və təsirli bir əkinçilik sığortası mexanizmi olaraq müvəffəqiyyətli olan Türkiyə Respublikası "TARSİM" kənd təsərrüfatı sığortası modelini araşdırmaq üçün ölkəyə bir ziyarət edildi. Araşdırma və analizlər nəticəsində, Türkiyə Respublikasının hazırki kənd təsərrüfatı sığorta modeli bizim yerli şərtlərə uyğunlaşdırılmış və Azərbaycanda tətbiqin daha uyğun olduğu müəyyən edilmişdir.

Xatırladaq ki, bir çox təlimlər ekspertlərin kreditləşmə və sığorta sisteminə aid tədqiqatlarda, o cümlədən bir çox fikirlər, maliyyə savadlılığının artırılması, risklərin azaldılması və idarə olunması ilə həyata keçirilmişdir. Bu kimi təlimlərdən Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İttifaqının birgə layihəsi olan “Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti Layihəsi” (AZAFF) müstəvisində Kənd Təsərrüfatı Nazirliyinin köməkliyi ilə ilə həyata keçirilmiş təlimləri xüsusi qeyd etmək olar.

Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2016-cı il tarixli imzaladığı “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında” Fərman Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin daha bir fəaliyyət istiqamətinə təkan verib. Fərmana uyğun olaraq, Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinə qrant verə bilən qurumların siyahısına Kənd Təsərrüfatı Nazirliyinin adı əlavə olunub. Dövlət Xidmətinin reallaşdırdığı KTRQGL-nin “Aqrobiznes dəyər zəncirlərinin yaradılması” subkomponentinə uyğun olaraq fəaliyyətə start verilib. Bu alt komponentə əsasən Layihə Qrantları 20 dəyər zənciri yaratmaq üçün veriləcəkdir. Qrant sub-layihələri üçün hazırlıq sənədləri artıq başa çatıb və 2 müqavilə imzalanıb. .Qiymətləndirmə üçün Dünya Bankına digər sub-layihələr göndərilmişdir. Qeyd etmək lazımdır ki, həm kredit, həm də qrant layihələrinə innovativ yanaşmanın mövcudluğu bizim əsas meyarımızdır.

Fermerlərə məsləhət xidmətləri göstərmək Dövlət Xidmətinin dəstəyi ilə həyata keçirilir. Quba, Qusar, Xaçmaz, Şabran və Ağdaş rayonlarından olan 415 fermer, 2017-ci ildə innovativ texnologiyalarla təchiz olunmuş Quba Rayon Kənd Təsərrüfatı Evinin pilot layihəsi çərçivəsində məlumat və məsləhət xidmətləri göstərmişdir. Quba–Xaçmaz regionunda Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin birgə əməkdaşlığı ilə aqrar sektorun müxtəlif sahələrini, həmçinin də marketinq, sığorta kimi sahələri öz ətrafında toplayan 20-dək seminar və təlim keçirilib. Bu kimi seminar və təlimlər Fermer Evində olub, bir neçəsi sahə nümayişləri ilə birlikdə müşayiət edilib.

Bir hökumət quruluşu olaraq, satınalma prosesləri , həyata keçirdiyimiz layihələr, kreditlərin verilməsində düzgünlük və bütün insanlar üçün əməliyyatların daha sürətli reallaşdırılması çox önəmlidir. Bu tələblər müasir texnologiyaların istifadəsini və fəaliyyətimizdə texnologiya həllərinin tətbiqini tələb edir.

Kənd təsərrüfatı kreditləşməsində problemlərin varlığı, ölkənin yeni iqtisadi vəziyyətinə və tələblərinə reaksiya verən aqrar kredit məhsullarının yoxluğu heç kəsə sirr deyil.Və bu kimi problemləri ortadan qaldırmaq üçün Avtomatlaşdırılmış Kredit Sistemlərinin tətbiqi və Dövlət Xidməti kənd təsərrüfatı kreditləri üzrə Onlayn Müştəri Müraciətləri üçün veb-portalın qurulması istiqamətində fəaliyyətə başlayıb. Proqram vasitəsi ilə onlayn həyata keçiriləcək yeni sistem, insan müdaxiləsini minimuma endirəcək və tətbiq üçün tam şəffaf iş prosesləri təmin edəcəkdir. Avtomatlaşdırılmış kredit sisteminin tətbiqi ilə bütün iştirakçıları (müştərilər, İKT, qiymətləndiricilər, sığorta şirkətləri), mərkəzi kredit və onlayn monitorinq vasitələrini əlaqələndirmək üçün birləşdirilmiş elektron məlumat bazası yaratmaq mümkün olacaqdır.

Digər bir yeniliyimiz elektron satınalma (e-procurement) sistemimizin başlamış olmasıdır. İndiki halda dünyada mövcud sistemləri analiz edirik. Bu kimi sahədə ən öncül təcrübəyə malik olan Cənubi Koreya təcrübəsinə yiyələnməyi planlaşdırmışıq. Bu mövzuda Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) bizə köməklik edəcək.



Bizim idarə etdiyimiz layihələrdə e-satınalmanın işə tətbiqi nəticəsində satınalmaların mərkəzləşdirilmiş vəziyyətdə reallaşdırılmasına nail olacağıq. Bu yenilik bizə bir sıra xərcləri minimum endirməyə, satınalma prosesini daha da sürətləndirməyə imkan verəcək və bir pəncərə prinsipinin tətbiqi ilə şəffaflığın daha da artırılmasına səbəb olacaq.

Əminliklə deyə bilərik ki, fermerlərin daha yeni biliklərə yiyələnməsi, təsərrüfatlarda innovativ texnologiya və metodların tətbiq edilməsi, qida və ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahə məhsulları istehsalçılarının maliyyəyə təminatının daha asan əldə edilməsinin, kənd təsərrüfatının risklərdən sığortalanması və eyni zamanda kənd əhalisinin işsizliyin azaldılması yolunda etdiyimiz işlər və sonrakı illərdə də həyata keçirəcəyimiz çoxsaylı layihələr ölkədə kənd təsərrüfatının inkişaf etməsində öz töhfəsini verməkdədir. 

Nazirliyinin yeni layihələrindən biri də AMAL (Aqrar Məşğulluğun Artırılması Layihəsi) layihəsidir. “AMAL” layihəsi Kənd Təsərrüfatı Nazirliyinin kənd ərazisində yaşayan gənc vətəndaşların aqro biznes ideyalarının reallaşdırılmasına, onların yeni metodlardan tətbiqinin öyrədilməsinə və stimullaşdırılmasına dəstək verən və eyni zamanda da effektiv və ətraf mühiti zərər vurmayan yeni idarəçilik üsulları haqqında məlumatlanmasına və ideyası olan gənc fermerlərin ilkin maliyə kapitalının formalaşmasına cavabdeh olan bir təşəbbüsdür. FAO-nun və Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin birgə həyata keçirdiyi bu layihə kənd yerlərində yaşayan gənclərin kənd təsərrüfatı sahəsi ilə bağlı olan biznes ideyalarını həyata keçirmək və sahibkar kimi inkişaf etməsinə dəstək olmaq məqsədi daşıyır.

Bu layihənin məqsədlərindən biri də kənd yerləridə və regionlarda aqrar sahədə işləmək istəyən məcburi köçkün ailələrindən olan gənclərin və gənc xanımların kənd təsərrüfatı sahəsində biznes ideyalarının həyata keçirilməsinə və sosial vəziyyətinin inkişaf etdirilməsinə dəstək verməkdir.

Bu layihə ölkədə aparılan gənclər siyasətinin uğurla həyata keçirilməsinə öz töhvəsini verəcək, kənd təsərrüfatında onların iştirak etmə səviyyəsini artıracaq, yeni nəsil fermerlərin potensialının aşkar edilməsinə imkan verəcək, gənclərin məşğulluq və təhsil məsələlərinə önəm verəcək, aqrar sektorda yeni informasiya-kommunikasiya texnologiyalarından düzgün istifadəsi üçün maraq oyadacaq.

Yüklə 238,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin